Səfəvilər dövlətinin yaranması.
XV əsrin II yarısında Azərbaycanda yaranmış siyasi vəziyyət mərkəzləşmiş dövlətin yaranmasını tələb edirdi. Ara müharibələri, feodal özbaşınalığı və pərakəndəliyi təsərrüfatın inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə imkan vermirdi.Qaraqoyunlu və Ağqoyunlu dövlətləri feodal ara müharibələrinin qarşısını ala bilmədi. Ağqoyunlu Yaqub Mirzənin ölümündən sonra (1490) sonra 8 nəfər tax-tac yğrunda mübarizə mübarizə apardılar. Bütün bunlar oturaq əhalinin dinc əməyinə mane olurdu. Obyektiv olaraq xalq kütlələri feodal özbaşınalığına qarşı çıxdı, çünki mərkəzləşmiş dövlətin yaradılması oturaq əhalinin və sənətkarların mənafeyinə daha çox uyğun idi. Tacirlər də özbaşınalığa, karvanların qarət olunmasına son qoymaq üçün mərkəzləşmiş dövlətin yaradılmasında maraqlı idilər. İri feodalların təzyiqindən əziyyət çəkən orta və xırda feodallar da güclü mərkəzi hakimiyyətin yaradılmasının tərəfdarı idilər.
Qonşu dövlətlər, o cümlədən Osmanlı dövləti Azərbaycanda dövlətçiliyin güclənməsindən ehtiyat edir, şərq ilə qərb arasında ticarətdə Azərbaycana rəqib kimi yanaşırdılar. Xalq kütlələrinə arxalanan, onların istək və arzularını həyata keçirməyə söz verən Səfəvilər birləşmə ideyasını reallaşdırmaq üçün mübarizəyə başladılar. Səfəvilərə görə, bütün müsəlman aləmində hakimiyyətdə sünnülərdir və onlar əhalidən artıq vergilər almaqla Ouranın və Şəriətin əmrlərini pozurlar. Qızılbaşlar isə xalqa ədalət vəd edirdilər. Buna görə də xalq kütlələri qızılbaş hərəkatına rəğbət bəsləyirdi.
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdəbilə yola düşdü. Onu Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Rüstəm bəy Qaramanlı, İlyas bəy Xunuslu, Qarapır bəy Oacar və başqaları müşayət edirdilər. Yolda onlara 1500 mürüd qoşuldu. İsmayıl Ərdəbildə çox qala bilmədi. Şəhər hakimi Əli bəy Cagir Əlvənd Mirzənin adından İsmayıldan şəhəri tərk etməyi tələb etdi. Talış hakimi Mirzə Məhəmməd İsmayıla və onun tərəfdarlarına Astara yaxınlığındakı Ərçivan kəndində qalmağa icazə verdi.
Fərrux Yasar talış hakimi Mirzə Məhəmmədə İsmayılı təslim etmək müqabilində min tümən pul təklif etdi. Talış hakimi İsmayılı sui-qəsd yolu ilə aradan götürməli idi. İsmayıla qarşı iki dəfə sui-qəsd təşkil olunsa da, nəticəsiz oldu. 1500-cü ilin payızında İsmayıl şiələr yaşayan Suriya, Qarabağ və digər ərazilərə carçılar göndərdi. Özü isə əvvəlcə Qarabağa, sonra Göyçə gölü ətrafına, oradan da Alagöz yaylasına getdi. Burada Cahanşahın nəvəsi Sultan Hüseyn qızılbaş hərəkatına qoşulmaq istədiyini bildirdi. Mürüdlər onun sui-qəsd niyyəti olduğunu bidiklərindən gecə oradan gizlicə çıxdılar. İsmayıl Ərzincana gəldi və burada onun ətrafında artıq 7 min mürüd toplanmışdı. Onun qoşununun əsasını rumlu, əfşar, varsaq, ustaclı, təkəli, qacar, şamlı və başqa tayfaların içərisindən çıxmış müridlər təşkil edirdi.
Səfəvilərin Azərbaycanda üç düşməni var idi: Əlvənd Mirzə, Murad Mirzə və Fərrux Yasar. Səfəvilər Ərzincanda keçirilən müşavirədə Şirvana hücum etməyi qərara aldılar. Şirvana hücum etməklə İsmayıl düşmənlərinin birləşməsinə imkan vermədi və onları ayrı-ayrılıqda məhv etdi. Qızılbaşlar Şirvana 1500-cü ilin yazında hücum etdilər. 14 yaşlı İsmayıl birinci olaraq atı ilə Kür çayına girdi və hərəkəti ilə qoşunlarını ruhlandırdı.Onlar Şirvan torpaqlarına daxil oldular. Şirvan qoşunlarının müqaviməti qırıldı. Fərrux Yasar qoşun toplamaq üçün Qəbələyə getdi. Sonra isə Şamaxıya doğru irəlilədi. Qızılbaşlar Şamaxı yaxınlığında Cabanı kəndi ətrafında Fərrux Yasarın ordusunu məğlub etdilər,ğzünü də öldürdülər. Şamaxı tutuldu, qızılbaşların ılinə çoxlu sərvət keçdi. Şirvanşahın oğlu Şeyxşah qoşun toplayıb müqavimət göstərməyə çalışdı. Lakin istəyinə nail ola bilmədi. Şirvan əyanları Gülüstan qalasına çəkilib müdafiə olunurdular. İsmayıl qoşunlarının bir hissəsini qalanın mühasirəsi üçün saxlayıb, qışı keçirmək üçün Muğana getdi.
Bakı qalasının səfəvi nümayəndəsinə xərac verməkdən imtina etməsi xəbərini alan İsmayıl Bakının tutulması üçün Məhəmməd bəy Ustaclı və İlyas bəy Ustaclının başçılığı altında qoşun göndərdi. Bakının müdafiəsinə Qazi bəyin arvadı rəhbərlik edirdi. Səfəvilər şəhəri tuta bilməyəndə, İsmayılın özü buraya gəldi. O, qalanı dinc yolla təslim etmək üçün elçilər göndərdi. Qazı bəyin arvadı səfəvi elçilərini öldürtdü, şəhərin təslim edilməsini təklif edən şəhər darğası Mir Fəttahı edam etdirdi. İsmayılın əmri ilə qala bürclərindən birinin altından lağım atıldı, bürc uçdu, qızılbaşlar şəhərə daxil oldular. Şəhərin 70 əyanı əllərində Quran İsmayılın qarşısına çıxaraq aman istədilər.Bundan sonra qarət və talanlar dayandı. Bütün şəhər əhalisinə aman verilməsi üçün İsmayıl qan bahası olaraq min tümən istədi. Şirvanşahların Bakıda olan xəzinəsi də İsmayılın əlinə keçdi.
Bakı tutulandan sonra da Şirvanşahlar müqavimət göstərməkdə davam edirdi. Gülüstan qalasında mühasirədə olanlar hələ də müqavimət göstərirdilər. İsmayıl qoşunları ilə Gülüstan qalasına doğru irəlilədi. Lakin Cənubi Azərbaycanda siyasi vəziyyət kifayət qədər kəskin idi. Bunu nəzərə alan İsmayıl Gülüstan qalasının mənasız mühasirəsindən əl çəkməyi qərarə aldı. O, Əlvənd Mirzənin ona qarşı böyük qoşun da topladığını bilirdi. Bu məsələ ilə bağlı tarixi ədəbiyyatlarda qeyd olunur ki, İsmayıl “dövlətin sütunlarını” yanına çağırıb və onlardan soruşub “Siz Azərbaycanın paytaxtını istəyirsiniz, yoxsa Gülüstanı ?” Sərkərdələr dedilər: “Əlbəttə Azərbaycanı, Azərbaycanın paytaxtını istəyirik”. Qızılbaşlar Şirvanşahlara böyük zərbə vursalar da, onu təmamilə tabe edə bilmədilər.
İsmayılın Şirvandakı qələbəsi onun şöhrətini artırdı. Ağqoyunlu əyanlarının bir hissəsi İsmayılın tərəfinə keçdi. Ağqoyunluların vəziri Şəmsəddin Zəkəriyyə İsmayılın tərəfinə keçmiş, onun vəziri olmuşdur. Əlvənd Mirzənin qoşununun bir hissəsi Gəncə istiqamətində irəliləyirdi. İsmayıl sürətlə Kürü keçərək Naxçıvana doğru irəlilədi və yolda qarşılaşdığı ağqoyunlu qoşunlarını məğlub etdi. 1501-ci ilin ortalarında Naxçıvanda Şərur adlanan yerdə qızılbaşlarla Əlvənd Mirzənin 30 minlik qoşunu üz-üzə gəldilər. Qızılbaşlar 7 min nəfər idi. Gürcü hakimləri onlara 9 minlik qoşunu köməyə göndərmişdilər. Əvəzində İsmayıl hakimiyyətə keçdikdən sonra gürcüləri xəracdan azad edəcəyini bildirmişdi. Böyük qüvvəyə malik olmasına baxmayaraq Əlvənd Mirzə öz əsgərlərinə inanmırdı. Ona görə də qoşun qaçmasın deyə onları zəncirlənmiş dəvələrlə əhatə etmişdi. Lakin qızılbaşların təzyiqi altında ağqoyunlu qoşunları qaçmağa başladı Döyüşdə qələbə qazanan qızılbaşların əlinə xeyli qənimət keçdi
1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizə daxil oldu və I İsmayıl adı ilə şah elan olundu (1501-1524). Beləliklə, paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövləti yarandı.
Səfəvilər dövlətində əhalinin etnik və mədəni birliyə malik əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Onlar dövlətin siyasi həyatında mühüm rol oynayırdılar. Hərbi komandanlıq, maliyyə idarələri, vilayətlərin idarə olunması, saray vəzifələri Azərbaycan əyanlarının əlində idi. XVI əsrin ortalarında dövlətin 74 əmirindən 69-u azərbaycanlı idi. Ordu Azərbaycan tayfaları əsasında təşkil olunurdu. Sarayda, qoşun içərisində və qismən diplomatik yazışmalarda Azərbaycan dilindən istifadə olunurdu. I Şah İsmayılın Macar kralına yazdığı iki məktub Azərbaycan dilində yazılmışdı.
Səfəvilər şərqdə qədmidən mövcud olan ənənələrin əksinə olaraq, “ümümdünya” monarxiyası ideyasını rədd edərək “Şahənşah” titulunu rədd etdilər. Onlar özlərini “Azərbaycan taxtı və səltənəti” uğrunda mübarizləri adlandırırdılar.
I İsmayıl dövlət qurmqaqda atası Şeyx heydərdən daha geniş planlar nəzərdə tuturdu. Şeyx Heydər yalnız Azərbaycan vilayətlərini birləşdirmək məqsədi güdürdüsə, I Şah İsmayıl isə bununla yanaşı özünü Uzun Həsənin varisi hesab edirdi, lakin siyasi vəziyyətlə əlaqədar I İsmayıl yalnız Azərbaycan torpaqlarını birləşdirməklə kifayətlənə bilməzdi. Ağqoyunlu dövləti dağıldıqdan sonra bu və ya digər vilayətlərin hakimləri baş qaldırmağa başladılar. Səfəvilərin rəqibləri içərisində Ağqoyunlu Murad daha böyük təhlükə yaratmışdı.O, İsmayıla qarşı 70 minlik qoşun toplamışdı. 1503-cü ilin baharında I İsmayıl qohumu Qənbər ağanı Muradın yanına elçi kimi göndərdi. İsmayıl Murada ona tabe olmaq şərti ilə İraqı idarə etməyi təklif etsə də, Murad bu təklifi qəbul etmədi. 1503-cü ildə İsmayıl Qızıl Üzən çayını keçib Həmədana yaxınlaşdı. Həmin ilin iyulun 21-də Almaqulağı deyilən yerdə qızılbaşlarla Muradın qoşunları arasında döyüş baş verdii. Ağqoyunlu qoşunu məğlub oldu və Şiraza qaçdı. Qızılbaş qoşunları Şirazı tutmaqla Ağqoyunlular dövlətinin II qoluna da son qoyuldu. Bu qələbədən sonra İran və Ərəb İraqının xeyli hissəsi İsmayılın hakimiyyəti altına keçdi. 1503-cü ildə Qum, Kaşan, İsfahan, 1504-cü ildə Yəzd və Kirman səfəvilərin hakimiyyəti altına keçdi. O, 1506-1508-ci illərdə Bağdadı, Diyarbəkri, Xilatı, Bitlisi, Ərzincanı və Ərəb İraqını fəth etdi. 1508-1510-cu illərdə Xorasan istisna olmaqla , bütün İran, Ərməniyyə səfəvilər dövlətinə qatıldı.
Dostları ilə paylaş: |