Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Şirvanşahlar dğvləti XIV əsrin II yarısında və XV əsrdə



Yüklə 227,84 Kb.
səhifə38/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   34   35   36   37   38   39   40   41   ...   66
null-23

Şirvanşahlar dğvləti XIV əsrin II yarısında və XV əsrdə.

Şirvanşahlar Hülakilərdən asılı olsada, daxili müstəqilliyinin qoruyub saxlamışdı. Hülakilər dövlətinin dağılmasından sonra Azərbaycanın Şirvandan başqa qalan əraziləri əvvəllər Çobanilərin, sonra Cəlairilərin əlinə keçmişdir. Şirvanşah Kabus (1345-1372) Çobani Məlik Əşrəfin hakimiyyətini qəbul etməmişdi. Lakin Məlik Əşrəfin iki dəfə (1347 cə 1348 ci illərdə) Şirvana yürüşlərindən sonra Şirvanşah onun hakimiyyətini qəbul etməli oldu. Cəlairilər Azərbaycanı tutduqdan sonra Şirvanşahlar bir müddət müstəqillik əldə etdilər. Şirvanşah Kabus iki dəfə Təbrizə yürüş etdi və Azərbaycanı azad etməyə cəhd göstərdi. Lakin Cəlairi Şeyx Üveysin Bağdatdan qayıtması ilə o, geri çəkilməli oldu. Şeyx Üveys Şirvana yürüş etdi və burada üç ay qaldı. Kabus əsir alındı, Şeyx Üveysdən asılılığı qəbul etdikdən sonra azad edildi

Kavus öldükdən sonra hakimiyyətə oğlu Huşəng (1372 – 1382) keçdi.Huşəngin siyasəti təkcə xalq kütlələrinin deyil, feodallarında xeyli hissəsinin narazılığına səbəb oldu Bunun nəticəsində 1382-ci ildə Şirvanda böyük sosial hərəkat başlanır. Sənətkarlar, tacirlər, xırda feodallar və kəndlilər üsyanın aparıcı qüvvəsi idi.Huşəng öldürülür. Bununla da Şirvanda Kəsranilər (1027 – 1382) sülaləsinə son qoyulur.Şirvan feodalları İbrahimi taxta çıxarırlar.

I İbrahim yoxsullaşmış əyan nəslindən idi.Həmin vaxt o, Şəki əyalətində xırda torpaq sahibi idi. Ata-babası vaxtı ilə Dərbənd hakimi olmuşlar. Ona görə də bu nəsildən hakimiyyətə gələnləri dərbəndilər sülaləsinə (1382-1538) mənsub edirdilər.Rəvayətə görə I İbrahimin Şirvan şahı elan edilməsi xəbəri ona isti yay günündə, ağır fiziki əməkdən sonra ağac kölgəsində istirahət edərkən çatdırılmışdı.

I İbrahim uzaqgörən dövlət xadimi, bacarıqlı diplomat idi.O, Şirvanın yadelli işğalçılar tərəfindən dağıdılmasına yol vermək istəmir, dövlətin istiqlaliyyətini təmin etməyə çalışırdı.I İbrahim xarici siyasi vəziyyəti və qüvvələrin real vəziyyətini dürüst qiymətləndirib, ğzündən güclü dövlətlərlə silahlı toqquşmalara girişmir, çox hallarda bir işğalçıdan digər işğalçıya qarşı mübarizədə istifadə edirdi. Hətta bu və ya digər işğalçının hakimiyyətini qəbul etməyə məcbur olduqda belə, Şirvanın müstəqilliyini qoruyub saxlamağa çalışırdı.I İbrahim ğz sinfi mənsubiyyətinə sadiq qalaraq feodalların mənafeyini müdafiə etsə də, onun yeritdiyi siyasətin obyektiv mütərəqqi cəhətləri əhalinin müxtəlif təbəqələri tərəfindən müdafiə olunurdu. Şirvanşah Keyqubad və Keyxosrovdan fərqli olaraq Şirvanın müstəqilliyi uğrunda aparılan inadlı mübarizələrdə İ İbrahim xüsusi ilə fərqlənirdi.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin