Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Xərəzmşah Cəlaləddinin Azərbaycana yürüşü



Yüklə 227,84 Kb.
səhifə29/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
null-23

Xərəzmşah Cəlaləddinin Azərbaycana yürüşü.Azərbaycan monqolların vurduğu yaraları sağaltmamış yeni bir işğalçının hücumuna məruz qaldı.Belə ki, monqollar Xarəzmşah Məhəmmədi məğlub etdikdən sonra onun oğlu Cəlaləddin atasının dağılmış qoşunlarını toplayıb Çingiz xana qarşı mübarizəyə başladı. Lakin bu mübarizənin səmərəsiz olduğunu gördükdə bəxtini başqa ölkələrdə sınamaq qərarına gəldi.Onun qoşunları İrana və qonşu ölkələrə soxuldu.1225-ci ildə Azərbaycana hücum edən Cəlaləddin Marağa şəhərini tutdu.O, əhalinin rəğbətini qazanmaq üçün monqolların dağıtdığı Marağa şəhərinin bərpası ilə bağlı əmr verdi.Şəhərdə bir sıra abadlıq işləri görüldü.Bundan sonra Cəlaləddin Təbrizə doğru irəlilədi.Atabəy Özbək ailəsini şəhərdə qoyub əvvəlcə Gəncəyə, sonra isə Naxçıvanda Əlincəqalaya qaçdı.Cəlaləddin Təbrizin müdafiəçilərini dilə tutmaq üçün vədlər versə də,şəhərin müdafiəçiləri ona inanmadılar.Bir həftə şəhər uğrunda qanlı döyüşlər getdi və nəhayət Cəlaləddin şəhərə daxil oıa bildi. Beləliklə, 1225-ci ildə Atabəylər ( Eldənizlər ) dövlətinə son qoyuldu.

Təbrizdən sonra Cəlaləddin Gəncəyə doğru hərəkət etdi.Gəncə hakimi Cəmaləddin Qumi şəhəri Cəlaləddinin sərkərdəsi Urxana müqavimətsiz təslim etdi.Digər Arran şəhərləri də Cəlaləddinin hakimiyyətini müqavimətsiz qəbul etdilər.Cəlaləddin Gürcüstana olan yürüşdən sonra Gəncəni özünə iqamətgah seçdi və Azərbaycanın idarə edilməsini vəziri Şərəf əl- Mülkə tapşırdı.Cəlaləddinin məqsədi tutduğu ərazilərdən qüvvə toplamaq, monqollara qarşı vuruşmaq və ata-baba mülklərini geri qaytarmaq idi.Lakin onun apardığı fasiləsiz müharibələr, yeritdiyi siyasət əhalinin narazılığına səbəb oldu.Cəlaləddin Azərbaycanda əhaliyə arxalana bilmədi.Vəzir Şərəf əl- Mülk ilə vilayət hakimləri arasında çəkişmələr gücləndi.Əhali Cəlaləddinin siyasətindən narazı qaldığı üçün ondan üz döndərdi.1225- 1231-ci illərdə Azərbaycanın müxtəlif yerlərində baş vermiş çıxış və üsyanların səbəbi Cəlaləddinin idarəçilik orqanlarının əhalinin üzərinə ağır vergi qoyması oldu.Cəlaləddin İraqda olarkan Təbriz əhalisi üsyan etdi.Bunun səbəbi vəzirin vergiləri artırması idi.Təbrizə qayıdan Cəlaləddin üsyanı çətinliklə yatırtdı.



1231- ci ildə Gəncədə Cəlaləddinə qarşı böyük üsyan baş verdi.Sənətkar Bəndərin başçılıq etdiyi üsyançılar şəhəri ələ keçirib şəhər hakiminin iqamətgahını dağıtdılar.Şəhərə daxil ola bilməyən Cəlaləddin üsyançılara çoxlu vədlər verdi.Danışıqların iştirakçısı olan şəxs yazırdı ki, bu vədləri dağlar,daşlar belə eşitsə idi yumşalardı.Cəlaləddin hiylə yolu ilə müdafiəçilərin şəhərdən çıxıb açıq döyüşü qəbul etmələrinə nail oldu.Açıq döyüşdə üsyançılar məğlub oldular.Üsyan başçılarından 30 nəfəri edam olundu.Bəndər isə tikə-tikə doğranıldı.Uğursuz daxili və xarici siyasət,əhali arasında etibarın itirilməsi Cəlaləddini məcbur etdi ki, 1231-ci ildə Azərbaycanı tərk etsin və Diyarbəlrə getsin.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin