Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Dövrün əsas təhsil müəssisələri mədrəsələr idi



Yüklə 227,84 Kb.
səhifə26/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
null-23

Dövrün əsas təhsil müəssisələri mədrəsələr idiMədrəsələrdə təhsil ərəb dilində aparılır, əsasən Quran öyrədilir,həm də bir sıra dünyavi elmlər haqqında məlumatlar verilirdi.Azərbaycan intibah mədəniyyətinin mərkəzlərindən biri olmuşdur.Azərbaycan alimləri ümummüsəlman elminin inkişafında böyük rol oynamışdılar.Onların arasında görkəmli filosoflar,filoloqlar, astronomlar, hüquqşünaslar, təbiblər və s. olmuşdur.Məkki ibn Əhməd əl- Bərdəi, Səid əı- Əzdi, Əbdüləziz Bərdəi islam hüququnun mahir biliciləri idilər.İbn Sinanın şagirdi olmuş Bəhmənyar ibn Mərzban şərq və yunan fəlsəfəsinin dərin bilicisi idi. Onunəsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə edilmişdi.Digər Azərbaycan filosofu Eynəlqüzzat Miyanəçi fəlsəfi əsərlər yazmaqla bərabər, çoxlu rübailər və lirik şerlər yazmışdı.O, 32 yaşında ruhanilər tərəfindən qətlə yetirilmişdi.

Dövrünün görkəmli şəxsiyyətlərindən biri olan Xətib Təbrizi ilk təhsilini Təbrizdə almış , sonra Şərq ölkələrini səyahətə çıxmış , Bağdadın Nizamiyyə mədrəsəsində 40 il fəaliyyət göstərmişdir. XII əsrin görkəmli alim- astronomu Fazil Fəridəddin Şirvani 30 il astronomiya ilə məşğul olmuşdur.

Tanınmış dilçi və ədəbiyyatşünas Ömər Gəncəyi ömrünün böyük hissəsini qürbətdə yaşamışdır.Şairin şerlərində vətən həsrəti əsas yer tutur. Digər Azərbaycan şairi Əbül Üla Gəncəvi Gəncədə doğulsa da, ömrünün sonunu Şirvanşahlar sarayında keçirmiş, Məliküşşüara titulunu almışdı. Azərbaycanın intibah ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Fələki Şirvani idi.Uzun müddət həbsxanada yatan şairin yaradıcılığında humanizm ideyaları güclüdür. XII əsrdə yaşamış İzzəddin Şirvaninin şerlərində insanla təbiət təsvirinin vəhdəti əsas yer tutur.XII əsr ədəbiyyatının görkəmli nümayəndələrindən Mücirəddin Beyləqaninin, Qivami Gəncəvinin, Məhsəti Gəncəvinin, Məhsəti Gəncəvinin, Əfzaləddin Xaqaninin, Nizami Gəncəvinin adlarını göstərmək olar.

İntibah dövründə Azərbaycanda memarlıq sənəti özünün ən yüksək zirvəsinə yüksəldi.Bərdə, Naxçıvan, Şamaxı,Bakı, Gəncə və başqa şəhərlərdə gözəl memarlıq abidələri tikildi.İntibah dövrünün ən görkəmli nümayəndəsi XII əsrdə yaşamış Əcəmi Əbu Bəkr oğlu Naxçıvani idi.O, Naxçıvanda Yusif ibn Küseyr türbəsi( 1162 ), Mömünə xatun türbəsi ( 1186 ), Qoşa minarə ( 1187 ), Cümə məscidi, Darül- Mülk ( Eldənizlərin sarayı) və başqa memarlıq nümunələrini yaratmışdır.O, sağlığında “ mühəndislər şeyxi “ titulunu qazanmışdı.

XII əsrin sonunda Marağada “ Gğygübəz “, Urmiyada “ Üç gümbəz “., Culfa yaxınlığında sərdabələr kimi sənət abidələri tikilmişdir.XI – XII əsr abidələri içərisində Qız qalasını, Gülüstan qalasıni, Buğurd qalasını, Mərdəkan qalasını və s. göstərmək olar

Bəhs edilən dövrdə şəhərsalma sahəsində xeyli irəliləyiş var idi.Şəhərlər qala divarları və başqa müdafiə qurğuları ilə əhatə olunmuşdu.Şəhərlərin saxsı tünglər vasitəsi ilə təchiz olunmuş, su və kanalizasiya sistemləri var idi.




Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin