Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Azərbaycanın XII əsr feodal dövlətləri.Sosial- iqtisadi həyat.Mədəniyyət



Yüklə 227,84 Kb.
səhifə23/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   19   20   21   22   23   24   25   26   ...   66
null-23

Azərbaycanın XII əsr feodal dövlətləri.Sosial- iqtisadi həyat.Mədəniyyət.

Plan:

  1. Şirvanşahlar dövləti.

  2. Azərbaycan Atabəylər ( Eldənizlər ) dövləti.

  3. Sosial- iqtisadi həyat.

  4. Mədəniyyət.

ƏDƏBİYYAT.

1.Aşurbəyli S.Şirvanşahlar dövləti.B., 2006.

2Azərbaycan tarixi. (Uzaq keçmişimizdən – 1870-ci ilə qədər.) ( S.Əliyarlınin redaktorluğu altında ) Bakı, 1996.

3.Azərbaycan tarixi.Z.Bünyadovun,T.Vəliyevin və Y.Yusifovun redaktorluğu ilə.B.,2005.

4.Azərbaycan tarixi.7 cilddə.B., 2007-2008.

5.Bakıxanov A.Gülüstani –İrəm.B.,2000.

6.Bünyadov Z.Azərbaycan Atabəylər dövləti.B.,1985

7.Əliyev R. Azərbaycan VIII- XIV əsrlərdə.B.,1997.

8.Orta əsrlərdə Azərbaycan mədəniyyəti.B.,2008.

1.Şirvanşahlar dövləti.

Səlcuqlar Azərbaycanda dövlətçiliyi tam ləğv etməmişdilər.Şirvanşah I Fəriburz (1063-1096 ) səlcuqlardan asılı olsa da daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi.Səlcuq imperiyasının tənəzzülü Şirvanşahlar dövlətinin dirçəlməsinə şərait yaratdı.

XI əsrin sonu – XII əsrin əvvəllərində Gürcüstanın Şirvanşahlar ilə yaxınlaşması meyli özünü göstərməyə başladı.Bunun əsas səbəbi səlcuq türklərinə qarşı mübarizədə Şirvanşahların simasında özünə müttəfiü üazanmaq idi.Bu məqsədlə gürcü çarı IV David qızı Tamarı Şirvanşah III Mənüçöhrə ərə verdi.IV Davidin əgər bir məqsədi səlcuülara qarşı Şirvanşahlarla birləşmək idisə, digər məqsədi səlcuq himayəsindən məhrum olacaq Şirvanşahların şimal-qərb torpaqlarını işğal etmək idi.Bununla da müsəlman – türk amilini Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq idi.IV David eyni zamanda Bizans və qıpçaqları da öz tərəfinə çəkdi.Qızını Bizans imperatorunun oğluna ərə verdi.Özü isə qəpçaq hökmüdarı Atrakın qızını aldı.Səlcuqlara qarşı mübarizədə istifadə etmək üçün 45 min qıpçaq türkünü Gürcüstan ərazisində yerləşdirdi.Gürcü qoşunları 1117-ci ildə gürcü şahzadəsi Demetrinin rəhbərliui altında Şirvana yürüş edib xeyli qənimətlə geri qayıtdı. 1120-ci ildə IV Davidin özü Şirvana yürüş etdi.O.bu yürüşlərə belə haqq qazandırırdı ki,Şirvanşahlar onun düşmənləri ilə müttəfiqlik əlaqələri saxlayır.1121- ci ildə IV David Didiqori döyüşündə Avropa səlibçiləri, qıpçaq türkləri və alanların köməyi ilə səlcuqları məğlub etdi.1122- ci ildə Tiflis şəhərini tutaraq Tiflis müsəlman əmirliyinin varlığına son qoydu.

Gürcülərin qüvvətlənməsi ilə III Mənüçöhr( 1120- 1160 ) səlcuqlardan üz döndərdi və gürcülərlə səlcuqlara qarşı ittifaq bağladı.Şirvanşah III Mənüçöhrün səlcuq türkləri ilə ənənəvi əlaqələri pozub gürcülərlə yaxınlaşması onun xarici siyasətində səhv addım idi.Buna cavab olaraq 1123-cü ildə İraq səlcuq sultanı Mahmud Şirvana yürüş etdi.Lakin birləşmiş şirvan,gürcü və qəpçaq türkləri tərəfindən məğlub edildi..Mahmud Şirvanı tərk etdi.Şirvanşahın səlcuqlardan üz döndərməsi Azərbaycan üçün ağır nəticələr verdi.Bundan istifadə edən IV David 1123-1124- cü illərdə dəfələrlə Şirvana yürüşlər etdi.Gülüstan,Buğurd qalası və Şamaxını ələ keçirdi,burada gürcü qoşunlarını yerləşdirdi.1125- ci ildə IV Davidin ölümündən sonra gürcülər Şirvan ərazisini tərk etdilər.

IV Daviddən sonra gürcü taxtına oğlu I Demetre çıxdı.Onun ilə III Mənüçöhr arasında sülh və dostluq münasibətləri olmuşdur.XII əsrin 30-60-cı illərində Şirvanşahlar dövləti özünün ən qüdrətli dövrünü yaşamışdır.

1160-cı ildə III Mənüçöhrün ölümündən sonra Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi.Qarışılıqdan istifadə edən III Mənüçöhrün arvadıTamar bəzi şirvan əyanlarının köməyi ilə Şirvanşah taxtına kiçik oğlunu çıxarmaqla Şirvanı Gürcüstana birləşdirməyə cəhd etdi.Lakin Eldənizlərdən kömək alan III Mənüçöhrün böyük oğlu I Axsitan ( 1160- 1196 ) onları dəf etdi və hakimiyyətini möhkəmləndirdi. Tamar gürcü əyanları ilə Şirvanı tərk edərək Gürcüstana qayıdıb ömrünün sonuna qədər rahibə həyatı yaşadı.

I Axsitan atasının səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa edib, ömrünün sonuna qədər Eldənizlərlə dostluq əlaqələrində oldu.Eyni zamanda gürcü çarları ilə də dostluq əlaqələrini kəsməmişdi. O, gürcü çarı III Georginin bacısı qızı ilə evləndi və 1173-cü ildə gürcü əyanlarının Georgiyə qarşı üsyanlarının yatırılmasında iştirak etdi.Azərbaycanın şimal torpaqlarında siyasi sabitlik, qonşu dövlətlərlə mehriban münasibətlər yaradıldı, Dərbənd keçidi möhkəmləndirildi.Şirvanın müdafiə qüdrəti artdı.Ölkənin ərazisində bir sıra yeni qalalar,qüllələr tikildi, sədlər çəkildi və köhnələri bərpa olundu.

Şirvanşahlar 1175-ci ildə 73 gəmidən ibarət slavyan donanmasını Xəzər dənizində məğlub etdi.Buna baxmayaraq slavyanlar Kür çayı ilə Lənbərana qədər irəlilədilər.Dərbənd və Şabran qıpçaqlar tərəfindən tutuldu..Amma I Axsitan slavyanları və qıpçaqları məğlub edərək ölkədən qovdu.Hər iki döyüşdə gürcü qoşunları ona kömək etdi Gürcülərin arasında Bizans imperatorunun oğlu Andronik Komni də var idi.

1192-ci ildə baş verən zəlzələ nəticəsində Şamaxı dağıldı,şəhər əhalisinin xeyli hissəsi , o cümlədən I Axsitanın ailəsi həlak oldu.Şirvanşahların paytaxtı müvəqqəti olaraq Bakıya köçürüldü.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin