Şəddadilər dövləti.( 971- 1087 ).Salari hökmüdarı Mərzban ibn Məhəmmədin həbsxanada olmasından istifadə edən kürd mənşəli Şəddadi sülaləsinin banisi Məhəmməd ibn Şəddad 951-ci ildə Dvin ( Dəbil ) əmirliyini tutdu.Mərzban ibn Məhəmməd həbsxanadan qaçandan sonra Şəddadı məğlub edərək yenidən Dvin şəhərini Salarilər dövlətinə qatdı. 955-ci ildə Məhəmməd ibn Şəddad vəfat etdi.
Mıhımməd ibn Şəddadın kiçik oğlu Fəzl ibn Şəddad Gəncəni idarə edən Salari hakimi Əli əl Fazinin yanında xidmət edirdi.O,Gəncəyə hücum edən.müxtəlif tayfaları məğlub edərək öz nüfuzunu gücləndirdi.,əhər rəisinin məsləhəti ilə Fəzl böyük qardaşı Ləşkərini Gəncəyə dəvət etdi.Şəhər rəisi Fəzl ilə razılaşaraq şəhəri idarə edən salari hakimini həbs etdi, Ləşkərini şəhərə buraxdı.Beləliklə, 971-ci ildə Ləşkəri ibn Məhəmməd Şəddadi ( 971- 978 ) Kür və Araz çayları arasında Şəddadilər dövlətinin əsasını qoydu.Dövlətin paytaxtı Gəncə şəhəri idi.Salari hökmüdarı İbrahim Şəddadiləri cəzalandırmaq üçün Gəncəyə hücum etdi.Lakin bu hücumda müvəffəqiyyət qazana bilmədi.O, Şəddadilərin hakimiyyətini tanımağa məcbur oldu.Bundan sonra Naxçıvan, Dvin,Bərdə, Şəki, Şəmkir, Beyləqan, Ermənistanın şərqi Şəddadilər dövlətinə birləşdirildi.978-ci ildə Ləşkərinin vəfatından sonra hakimiyyətə ortancıl qardaşları Mərzban ibn Məhəmməd gəldi.Onun dövründə Şəddadilər bir çox ərazilərini itirdilər Fəzl Şəddadi ov zamanı qardaşını öldürərək hakimiyyəti ələ keçirdi.O,itirilmiş torpaqları geri qaytardı.1030-cu ildə Gəncə yaxınlığında xəzərləri məölub etdi.Fəzl ibn Məhəmmədin dövründə (985- 1030 ) Şəddadilər dövləti.Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrildi.O, ata-baba mülkü Dəbili geri qaytardı.Gəncə ətrafında müstəqil olan feodal mülklərini ləğv etdi.Erməni-gürcü feodallarına qarşı müvəffəqiyyətli mübarizə apardı.1027-ci ildə Araz çayı üzərində II Xudafərin körpüsünü tikdirdi.O, Şirvanşahlar və Salarilər ilə əlaqə qurmuş,Tiflis müsəlman əmirliyinin hakimi Cəfər ibn Əli ilə dostluq əlaqələri yaratmışdı
Fəzldən sonra hakimiyyətdə oğlu Musa olub.Onun vaxtında ruslar Bakıya qarətçi yürüşlər etmişdilər.Musa rusları məğlub edərək Bakıdan qovmuşdu.Musanın oğlu Əbülhəsən Əli Ləşkəri adı ilə Şəddadi hökmüdarı olub.O, Şirvanşahlarla qohum olmuş, Rəvvadilərlə dostluq əlaqələri qurmuşdu Onun gürcü və ermənilərə qarşı uğurlu müharibələri Qətran Təbrizi tərəfindən tərənnüm edilmişdi.Şair onu Aranşah adlandırırdı.Səlcuq sultanı Toğrulun sərkərdəsi Qutlamış Gəncəni ayyarım mühasirədə saxlasa da tuta bilməmişdi.
II Ləşkəridən sonra hakimiyyətə Dvin ( Dəbil ) hakimi Əbüləsvar Şavur ( 1049- 1067 ) gəldi.Onun dövründə Şəddadilər dövləti daha da möhkəmləndi Şavurun dövründə Azərbaycana səlcuqların yürüşləri genişləndi. 1054- cü ildə əvvəlcə Rəvvadilər, ardınca Şəddadilər səlcuqlardan asılılığı qəbul etdilər.Lakin bu asılılıq daha çox gürcü və erməni hücumlarına qarşı mübarizədə müttəfiqlik xarakteri daşıyırdı.Səlcuq sultanı Alp Arslan da Cənubi Qafqazda Şirvanşahların Şəddadilərin, Tiflis müsəlman əmirliyinin mövqeyinin möhkəmləndirilməsinə çalışırdı.
Səlcuq sərkərdəsi əmir Savtəkin Xəzər sahili ilə Dərbəndə tərəf irəliləyəndə fürsətdən istifadə edən Şavur Şirvanşahlarla qohumluq əlaqələrinə baxmayaraq üç dəfə Şirvanşahların mülklərinə hücumlar etdi,bir sıra qalaları tutaraq çoxlu qənimət ələ keçirdi. Sonda hər iki dövlət arasında sülh bağlanıldı.1064-cü ildə Şavur bölgədə səlcuqların atabəyi- canişini təyin edildi.O, öz mövqeyini möhkəmləndirmək məqsədi ilə 1065-ci ildə erməni və bizans ərazisinə hücum etdi.Ani ətrafında olan qalaları tutaraq oraya öz hakimlərini təyin etdi.
1062- ci ildə gürcü hökmüdarı IV Baqrat alan tayfalarından şəddadilərə qarşı istifadə etmək üçün onları Gürcüstana dəvət etdi.Şavur Gəncənin müdafiəsini möhkəmləndirmək üçün şəhər ətrafına daşdan hasar çəkdirdi, qala ətrafında dərin xəndək qazdırdı.1063-cü ildə dəmirçi İbrahim Osman oğlu Gəncənin məşhur dəmir qala qapılarını düzəltdi.Şəhərə hücum edən gürcü və alanlar ətraf kəndləri talan etsələr də şəhəri tuta bilmədilər.Sonra onlar Bərdəyə hücum etdilər,şəhəri üç gün mühasirədə saxlasalar da ala bilmədilər.Erməni və gürcüləri cəzalandırmaq üçün səlcuq sultanı Alp Arslan bir ildə üç dəfə Gürcüstana hücumlar etdi. 1067- ci ildə Şavur vəfat etdi.Hakimiyyətə varisi II Fəzl ( 1067- 1073 ) gəldi.1068- ci ildə II Fəzl Gürcüstana hücum etdi,lakin döyüşdə məğlub olsraq Kaxetiya hökmüdarına sığındı.Kaxetiya hökmüdarı II Fəzli IV Baqrata verdi.Lakin səlcuq sərkərdəsi Savtəkinin tələbi ilə IV Baqrat II Fəzli azad etməyə məcbur oldu.
1072- ci ildə II Fəzl Ani şəhərini tutdu.Onun fəaliyyəti əslində səlcuqların Cənubi Qafqazda genişlənib möhkəmlənməsinə şərait yaradırdı.Buna görə səlcuqlar şəddadilərin torpaqlarını genişləndirmələrinə mane olmurdular.
1073-cü ildə II Fəzlin oğlu Fəzlun atasını hakimiyyətdən uzaqlaşdırdı.1075- ci ildə Şəddadilərin qüvvətlənməsindən narahat olan səlcuq sultanı Məlik şah Səddadilər dövlətinin varlığına son qoymaq qərarına gəldi.Məlik şahın əmri ilə Savtıkin Gəncəyə gəldi.Fəzlun müqavimət gostərməyə cəhd etsə də faydasız oldu.O, Aranşahlığın idarəsini Savtəkinə təhvil verməyə məcbur oldu.
Hakimiyyətdən salınmış Fəzlun, onun atası II Fəzl səlcuqlar tərəfindən əsir alındı və Bağdada aparıldı. 1091- ci ildə Bağdadda öldürüldü.
Dostları ilə paylaş: |