Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU. Plan


Sacilər dövləti ( 879- 941 )



Yüklə 227,84 Kb.
səhifə17/66
tarix02.01.2022
ölçüsü227,84 Kb.
#36743
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
null-23

Sacilər dövləti ( 879- 941 ).IX əsrdə ərəb xilafətinin zəiflədiyi dövrdə Cənubi Azərbaycanda Sacilər dövləti yarandı.Paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil şəhəri olmuşdur.Sacilər sülaləsinin banisi mənşəcə Mərkəzi Asiyadan olan xilafətin məşhur sərkərdələrindən biri Əbu Sac Divdad idi.O, Babəki tutaraq Afşinə təhvil yermişdi.Xəlifə isə Sacilərin dövlət qarşısındakı xidmətlərini nəzərə alaraq Azərbaycanı mülk kimi onlara vermişdi.Əbu Sac Divdadın oğulları Məhəmməd və Yusif əyalət hakimləri idilər Onlar xilafət əleyhinə baş verən üsyanların yatırılmasında fəal iştirak etmişdilər.Xəlifə Məhəmməd ibn Sacın xidmətlərini nəzərə alaraq onu 889 –cu ildə Azərbaycana hakim təyin etmişdi.Məhəmməd xilafətə ildə 120 min dinar xərac ödəməklə Azərbaycanı müstəqil idarə edirdi.Məhəmməd 898/ 899-cu illərdə öz adına pul kəsdirir.O, Cənubi Qafqaza yürüş edərək Sünik və Arsaxı tutub Gürcüstanı ələ keçirdi.Oğlu Divdadı Ermənistana hakim təyin etdi.Məhəmməd Ermənistanda yayılmış taun xəstəliyindən vəfat etdi.Hakimiyyətə onun oğlu Divdad keçdi.Əmisi Yusif onu hakimiyyətdən devirərək Azərbaycanda özünü xilafətin hakimi elan etdi.Bir müddət sonra Yusif xilafətdən ayrılmaq yolunu seçdi və 912-ci ildə xilafətin xəzinəsinə 120 min dinar xəracı göndərməkdən imtina etdi.Yusif Ermənistanı, Tiflis və Kaxetiyanı tutmuş, Şirvanşahları özünə tabe etdirmişdi.O, Dərbənd səddinin divarlarını təmir etdirmişdi.Xəlifə Yusifə qarşı qoşun göndərdi.İlk iki döyüşdə Yusif xilafət qoşunları üzərində qələbə qazansada,919-cu ildə Ərdəbil yaxınlığında baş verən döyüşdə Yusif məğlub olaraq əsir düşdü və Bağdada aparıldı.

Yusifin qulamı Sabuk Ərdəbildə hakimiyyəti ələ alır və xilafət xəzinəsinə 220 min dinar verfi ödəyir.Əvəzində xəlifə onun hakimiyyətini tanıyır.Lakin bir müddətdən sonra Sabuk xilafətə vergi göndərməyi dayandırır.Onu cəzalandırmaq üçün xəlifə Yusifi həbsxanadan azad edərək əvvəlki vəzifəsinə qaytarır.Yusif xilafət xəzinəsinə 500 min dinar xərac ödəməli idi.922- ci ildə Sabuk ölür.Yusif yaranan əlverişli vəziyyətən istifadə edərək mövqelərini möhkəmləndirir və yenidən müstəqil siyasət yeritməyə başlayır.Bu da Bağdadda hakim dairələri narahat edir.Xəlifə Yusifi Azərbaycandan uzaqlaşdırmaq üçün onu Bağdada dəvət edir vəona qərmətilərin üsyanını yatırtmağı tapşırır.927-ci ildə Kufə qapıları qarşısında qərmətilər ilə döyüşdə Yusif yaralanır və əsir düşür.Bir müddət sonra isə öldürülür.Yusifin ölümündən sonra Sacilər dövlətini əsasən onun qulamları idarə edirdilər.Sacilər dövlətində ara müharibələri, xarici basqınlar dövləti zəiflədir.Bundan istifadə edən salarilər hakimiyyəti ələ alırlar.

IX əsrin 80- ci illərindən X əsrin 40-cı illərinə qədər Sacilər dövlətinin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncana qədər uzanırdı.Azərbaycan torpaqları ilk dəfə olaraq vahid dövlətdə birləşdirilmişdi.


Yüklə 227,84 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin