Salarilər dövləti ( 941- 981 ).Salarilər sülaləsi mənşə etibarı ilə Deyləm əyalətindəndir.Bu sülalənin görkəmli nümayəndəsi Mərzban ibn Məhəmməd olmuşdur.O, atasına qarşı çıxmış Tarom əhalisinin üsyanını yatırdıqdan sonra Azərbaycana gəlmiş, sonuncu Saci hakimi Deysəmi məğlub edərək Sacilər dövlətinin varlığına son qoymuşdur. Beləliklə 941-ci ildə Cənubi Azərbaycanda paytaxtı Ərdəbil olan Salarilər dövlətinin əsasını qoymuşdur.Mərzban ibn Məhəmməd Ermənistanı, Şərqi Gürcüstanı və Dərbəndi tutdu.Şirvanşahları özündən asılı vəziyyətə saldı.Salarilər dövlətinin ərazisi şimalda Dərbəndə, cənubda Fərat və Dəclə çaylarınin yuxarı axnına,şərqdə Gilan da daxil olmaqla Xəzər dənizinə qədər, qərbdə Ermənistan və şərqi Gürcüstan daxil olmaqla geniş əraziləri əhatə edirdi.Beləliklə, bütün Azərbaycan ərazisi vahid dövlətdə birləşdirilmişdi.Mərzban ibn Məhəmməd vergiləri nizama salmaq üçün qanunnamə hazırlatdırdı.Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı.
944-cü ildə ruslar Bərdəyə hücum etdilər və şəhər qarət olundu.Bu hadisə Salarilər dövlətinin süqutunu sürətləndirdi.Bərdənin mühasirəsi zamanı Azərbaycanın cənub torpaqları Mosul hakiminin hücumlarına məruz qaldı.Mərzban qoşunlarının bir hissəsini Bərdə ətrafında saxlayaraq, qalan qoşunları ilə Salmas istiqamətinə doğru irəlilədi.Döyüş zamanı yağan güclü qar Mosul qoşunlarını geri çəkilməyə məcbur etdi.
Mərzban cənub-şərq sərhədlərini möhkəmləndirmək üçün İsfahan və Həmədan şəhərlərinə hücuma keçdi.Lakin 949-cu ildə Qəzvin şəhəri yaxınlığında İsfahan və Həmədan hakimi Rüknəddin döyüşdə Mərzbanı məğlub edərək onu və sərkərdələrini əsir aldı.Mərzbanın qardaşı Vəhsudan Tavron qalasında yaşayan, hakimiyyətdən devrilmiş Saci Deysəmi Azərbaycana dəvət etdi.Azərbaycanın cənub-şərqi Buveyhilərin,Azərbaycan və Dvin Deysəm Sacın hakimiyyəti altına keçdi.Lakin Deysəm Azərbaycanda möhkəmlənə bilmədi.O, Ərdəbil yaxınlığında məğlub olaraq,Vaspurakan hakiminin yanına qaçdı.Samiranda həbsxanada saxlanılan Mərzban ibn Məhəmməd 953-cü ildə həbsxanadan qaça bildi.O, Ərdəbilə gəlib hakimiyyətini bərpa etdi, Deysəm Sacı Vaspurakan hakimindən tələb etdi.957- ci ildə salari hakimlərindən biri Deysəmi həbsxanada öldürdü.Həmin ildə Mərzban ibn Məhəmməd də vəfat etdi.Hakimiyyət uğrunda Məhəmmədin oğulları və qardaşı Vəhsudan arasında mübarizə başlandı.Saray çəkişmələri və feodalların müstəqillik olmaq istiqamətində mübarizəsi 981-ci ildə Salarilər dövlətinin süqutuna səbəb oldu.
Dostları ilə paylaş: |