1.Azərbaycanda tayfa ittifaqları və erkən dövlət qurumları.
2. Manna dövləti.
3.Azərbaycanda Kimmer –iskit – sak padşahlığı.
4.Azərbaycan Midiya və Əhəməni imperiyasınin tərkibində. Ədəbiyyat.
1.Azərbaycan tarixi (Uzaq keçmişimizdən 1870 ci –ilə qədər) (S.Əliyarlının redaktorluğu ilə ) B.,1996; 2009
2.Azərbaycan tarixi.Z.Bünyadovun T. Vəliyevin , Y. Yusifovun redaktorluğu ilə iki cilddə I c (2005), II c (2009 ).
3.Azərbaycan tarixi 7 cilddə , Bakı , 2007 – 2008.
4.Azərbaycan tarixinə dair qaynaqlar. B.,1989.
5.Bünyadov T. Azərbaycan arxeologiyasının oçerkləri. B.,1960.
6. Haqverdiyev Ə. Azərbaycan tarixi (ən qədim zamanlardan – VII əsrə qədər ) B., 1985
7. Həsənov Z. Çar skifləri. B., 2005.
8. Herodot.Tarix. B.,1998.
9. Qaşqay S. Manna dövləti .B.,1993
10.Aliyev İ . İstoriya Midii. B.,1960
Erkən tunc dövrünün sonlarından etibarən Azərbaycan ərazisində iri tayfa ittifaqları yaranmağa başlayır Cənubi Azərbaycanda və ona bitişik ərazilərdə sosial – iqtisadi inkişaf Şimali Azərbaycan ilə müqayisədə daha sürətli olmuşdur. Bunun başlıca səbəbi Cənubi Azərbaycanın dünya sivlizasiyasının beşiyi hesab edilən İki çay arası – Mesopotamiya ilə sıx mədəni – iqtisadi əlaqələr saxlaması idi.Cənubi Azərbaycanda yaşayan tayfalar ilə bağlı ilk yazılı mənbələr e.ə. XII əsrə aiddir.Həmin mənbələrdə Cənubi Azərbaycan ərazisində yaşamış lulubilər, kutilər , hurrilər haqqında məlumatlar verilir. Bu mənbələrdən aydın olur ki , e. ə. III –II minilliklərdə Urmiya gölü hövzəsində lullubi , kuti , su , turukki Mil – Qarabağ ərazisində qarqarlar ,Naxçıvan ərazisində nax tayfaları yaşamışlar.Şimali Azərbaycan Mesopotamiya sivilizasiyasından uzaqda olduğu üçün bu ərazilərdə sinifli cəmiyyət və dövlət qurumu bir qədər gec yaranmışdır
Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu e.ə. III minilliyin I yarısında Urmiya gölünün cənubu və cənub – şərqində yaranan Aratta olmuşdur . “ En Merkar və Aratta hökmüdarı “ , “ En Merkar və Sukuşsirana “, “ En Merkar və Hurrum dağı “ və .s. kimi şumer dastanlarında Aratta dövləti ilə Mesopotamiyanın Uruk dövləti arasında mövcud olmuş iqtisadi – mədəni ,diplomatik əlaqılırdın bəhs olunur. Burada En Sukuşsirana Aratta hökmüdarının adıdır.Aratta hökmüdarları türk mənşəli hesab olunur.Aratta hökmüdarları “ en “ və ya “ ensi “ titulu daşıyırdılar Dövlətdə hökmüdardan sonra ikinci şəxs vəzir idi.Bundan əlavə dövlət aparatında sukkal (elçi ), uqala ( rəis ) titulu daşıyan məmurlar var idi.Dini işlərə maşmaş adlanan kahin rəhbərlik edirdi.Arattada çoxallahlılıq mövcud idi. Dağlıq ölkə olduqu üçün təsərrüfatında dəmyə əkinçiliyi və maldarlıq üstünlük təşkil edirdi.Burada sənətkarlıq da inkişaf etmişdi.Arattalı ustalar Mesopotamiyada məşhur idilər.Bu dövlət qurumu III minilliyin ortalarında süqut etmişdir.
Lullubi dövlət qurumu e.ə. III minilliyin II yarısında Urmiya gölünün cənubunda yaranmışdır.Lullubilər haqqında ilk məlumata Akkad kitabələrində rast gəlirik.Nizi şəhərində yaşayan lullubilər hurri tayfaları ilə sıx əlaqələr saxlayırdılar.Lullubilər və hurrilər Anadulu ərazisində yaşayan hetlər tırıfindən dövlət idarəçiliyi işlərinə cəlb olunurdular.Beləliklə e.ə. III minilliyin II yarısında hökmüdar Anubaninin rəhbərliyi altında Lullubi dövləti yaranır.Lulubi dövlətindən zəmanəmizə e.ə. XXIII əsrə aid “ Daş sütun “ gəlib çatmışdır.Qələbə abidəsi olan bu sütun üzərində mixi yazı ilə hökmüdar Anubaninin hərbi zəfərlərindən bəhs olunur.Kitabədən məlum olur ki , lullubilər kifayət qədər geniş əraziyə malik olublar.Onların ərazisi Urmiya gölündən İran körfəzinə qədər olan əraziləri əhatə edirdi.Lullubilər Mesopotamiya ilə sıx əlaqələr saxlayır, mal mübadiləsi aparır , mal – qaranı taxıl ilə dəyişirdilər.Bu dövlət qurumu II minilliyin sonlarıda süquta uğrayıb.