AZƏrbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi iNŞaat materiallari və MƏmulatlari fəNNİNDƏN



Yüklə 68,77 Kb.
tarix02.12.2016
ölçüsü68,77 Kb.
#626
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

İNŞAAT MATERİALLARI KAFEDRASI

İNŞAAT MATERİALLARI VƏ MƏMULATLARI FƏNNİNDƏN

FƏNN PROQRAMI (SİLLABUSU)
Qrup: № 653a

BAKI─2015

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

İ.N.Şirinzadə

11” yanvar 2015-ci il


Fənn proqramı (sillabusu)

Kafedra: İnşaat Materialları

Fənnin adı: İnşaat materialları və məmulatları

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili: 2014/2015 Semestr: yaz

Fakültə: İnşaat-texnologiya

Qrup: 653 a

Tədris yükü: mühazirə: 45 saat, laboratoriya 15 saat.

Cəmi: 60 saat.



Kredit: 4

Auditoriya: № 908, № 915

Saat: Mühazirə:1230-1405 - çərşənbə (üst həftə), 1600 -1735 –cümə.

Laboratoriya: 1230-1405 çərşənbə (alt həftə)

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Hüseynova Leyla Heydər qızı, t.e.n., dosent

Kafedranın ünvanı: AzMİU-nun I korpusu, 9-cu mərtəbə

Məsləhət saatları:

E-mail ünvanı: leylahuseynova2013@gmail.com

İş telefonu: 012 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Ağabəyli N.M. İnşaat materialları və məmulatları. Bakı. 2008

2. Ağabəyli N.M. İnşaat materialları fənnindən laboratoriya işləri. Bakı. 2013

4. Fənnin təsviri və məqsədi:

İnşaat materialları və məmulatları fənni inşaatda istifadə olunan material və məmulatların istehsal texnologiyası, onların fiziki və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında ətraflı məlumat verir. Təbii daş materialların, inşaat keramikası, yapışdırıcı maddələrin, betonların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasının nəzəri əsasları şərh edilir.



İnşaat konstruksiyalarının: dəmir-beton, metal, ağac və plastik kütlə konstruksiyalarının hesablanmasında inşaat materialları və məmulatlarının fiziki və mexaniki xassələrini bilmək mühüm əhəmiyyət kəsb edir.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I


Mövzu № 1. Betonlar. Betonların təsnifatı və onlara dair tələblər. Sement betonlar üçün materiallar: sement, su, qum, çınqıl və ya qırmadaş, onlara verilən əsas tələblər. Beton qarışığı. Beton qarışığının və betonun xassələri. Beton möhkəmliyinin nisbətindən asılılığı.

2

28.01.15

I

Mövzu № 2. Betonun layihələndirilməsi və tərkibinin hesablanması. Betonun laboratoriya və istehsalat tərkibləri. Betonun çıxım əmsalı. Tutumu məlum olan beton qarışdırıcı üçün materiallar sərfinin hesablanması.

2

30.01.15

II

Mövzu № 3. Betonun quruluşu haqqında məlumat. Beton qarışığının hazırlanma üsulları. Beton qarışığının qəlibə yerləşdirilməsi və sıxlaşdırılması və sıxlaşdırılma üsulları. Betonun bərkiməsi. Betonun möhkəmlik markasının təyin edilməsi və standart markaları. Betonun möhkəmliyə görə sinfi. Betonun markası ilə sinfi arasındakı əlaqə. Betonun bərkiməsini sürətləndirən üsullar: istilik - nəmliklə emal etmə, elektrik cərəyanı ilə qızdırma və avtoklavda yüksək temperatur-təzyiq şəraitində emal etmə. Betonun bərkimə prosesini sürətləndirəcək kimyəvi əlavələr.

2

06.02.15

II

Mövzu № 4. Qışda betonun işlədilməsi. Isti və quru şəraitində aparılan betonlama işləri, betona qulluq edilməsi. Betonun xüsusi xassələri: istilikkeçirmə, şişmə, yığışma, şaxtayadavamlılıq, sukeçirməzlik, oda və radiasiyaya davamlılıq, sürüşkənlik, kövrəklik və s.

2

11.02.15

III

Mövzu № 5. Ağır betonun xüsusi növləri.Yüksək möhkəmlikli, tezbərkiyən, yol, xırdadənəli, hidrotexniki, dekarativ, çox ağır və hidrat betonlar. İstiyədavamlı və turşuyadavamlı betonlar, onların əsas göstəriciləri.

2

13.02.15

III

Mövzu № 6. Dəmir-beton məmulatları və konstruksiyaları.

Dəmir-beton haqqında ümumi məlumatlar. Dəmir-beton məmulatlarının təsnifatı. Dəmir-beton məmulatların armaturlanma üsulları. Məmulatların adi və gərginləşdirilmiş polad millərlə armaturlanması. Adi armaturlanmış və gərginləşdirilmiş dəmir-beton konstruksiyaları. Yığma dəmir-beton konstruksiyaları. Yığma dəmir-beton məmulatların istehsal üsulları və istehsal texnologiyası.



2

20.02.15

IV

Mövzu № 7. Monolit dəmir-beton konstruksiyaları. Monolit dəmir-beton konstruksiyalarında istifadə olunan beton qarışığının beton zavodlarında və avtobeton qarışdırıcılarda hazırlanması, tikinti meydançasına daşınması, qəlibə yerləşdirilməsi və sıxlaşdırılması.

2

25.02.15

IV

Mövzu № 8. İnşaat məhlulları. Inşaat məhlullarının təyinanı və təsnifatı. Məhlul qarışığı üçün materiallar: qum, yapışdırıçı maddələr, su və plastikləşdirici əlavələr, onlara verilmiş əsas tələblər.

Sement, əhəng, gips və polimer məhlulları haqqında qısa məlumat, onların hazırlanması, inşaat texniki xassələri və tətbiq sahələri. Məhlul qarışığının xassələri-rahat yayılma qabiliyyəti. Plastikləşdirici maddələrin məhlul qarışığı xassələrinə təsiri.



2

27.02.15

V

Mövzu № 9. Qarışıq məhlullar. Qarışıq məhlul tərkibinin hesablanması və məhlulun hazırlanması. Bərkimə prosesi. Məhlulun möhkəmlik və şaxtayadavamlılıq markaları.

Hörgü, suvaq və dekorativ məhlullar. Xüsusi təyinatlı ineksiya, hidroizolyasiya, tamponaj, istiliyə davamlı, akkustika və döşəmə məhlulları, onların hazırlanması, əsas inşaat texniki xassələri.



2

06.03.15

V

Mövzu № 10. Yapışdırıcı materiallar əsasında süni daş materialları və məmulatları. Əhəngdən hazırlanan material və məmulatlar. Silikat kərpici. Silikat-beton məmulatları.

2

11.03.15

VI

Mövzu № 11 Gipsdən hazırlanan məmulatlar. arakəsmə panellər və tavaları, ventilyasiya blokları, gips quru suvağı. Maqnezial yapışdırıcı maddələrdən hazırlanan material və məmulatlar. Maqnezit, fibrolit və ksirolit. Asbest-sement məmulatları.

2

13.03.15

VI

Mövzu № 12. Üzvi yapışdırıcı maddələrin təsnifatı və tərkibi. Təbii neft bitumları. Bərk, özlü və maye neft bitumları. Bitumların əsas xassələri-özlülük, plastiklik, yumşalma, kövrəklik və alışma temperaturu, onların təyin edilməsi. Neft bitumlarının tətbiq sahələrinə görə növləri və markaları.

2

20.03.15

VII

Mövzu № 13. Asfalt-betonlar. Asfalt-betonların təsnifatı. Asfalt-betonda istifadə olunan materiallar. Asfalt-betonların fiziki, mexaniki, kimyəvi, texnoloji xassələri.

2

25.03.15

VII

Mövzu № 14. Üzvi yapişdiricilar əsasında hazırlanan damüstü və hidroizolyasiya materialları. Mastika, emulsiya və pasta halında hazırlanan damüstü və hidroizolyasiya materialları.

2

27.03.15

VIII

Mövzu № 15. İnşaatda istifadə olunan qara və əlvan metallar. Çuqun və polad. Armatur , növləri.

2

03.04.15

VIII

Mövzu № 16.Meşə materialları. Oduncaq, onun makroquruluşu və mikroquruluşu. Oduncağın fiziki xassələri. Oduncağın mexaniki xassələri. Oduncağın qüsurları - düyünlər, çatlar, liflərin mayilliyi və buruqluğu, ikiözəklilik, göbələk zədələnmələri, həşəratlarla zədələnmə və s.

2

08.04.15

IX

Mövzu № 17. İnşaatda istifadə olunan iynəyarpaqlı və enliyarpaqlı ağaclar. Girdə ağac materialları və mişarlanmış materiallar. Yarımfabrikatlar və ağac məmulatları. Çıxıntılı və tıxaclı döşəmə taxtaları, adi parket və lövhə parket. Profilli pəstahlar – haşiyə, qaltel, plintus və sürahi. Şponlar. Fanerlər. Bakelizə edilmiş şpon.

2

10.04.15

IX

Mövzu № 18. İstilik-izolyasiya materialları – ümumi məlumat və onların təsnifatı və əsas xassələri. Üzvi istilik-izolyasiya materialları

2

17.04.15

X

Mövzu № 19. Qeyri üzvi istilik-izolyasiya materialları və məmulatları. Mineral pambıq və ondan hazırlanan məmulatlar. Şüşə pambıq, köpdürülmüş perlit və vermikulit. Azbestdən hazırlanan istilik-izolyasiya materialları.

2

22.04.15

X

Mövzu № 20. Akustik materiallar və məmulatlar

Səsi udan material və məmulatların növləri. Səs-izolyasiya materialları. Səs-izolyasiya materiallarının xassələri. Səs – izolyasiya materialların və məmulatlarının növləri.



2

24.04.15

XI

Mövzu № 21. Polimer materiallar və məmulatlar

Polimerləşmə prosesində alınan polimerlər. Polikondensasiya prosesində alınan fenolformaldehid, epoksid və poliefir polimerlər, onların əsasında hazırlanan materiallar. Plastik kütlələr. Polimer əsasında hazırlanan materiallar.



2

01.05.15

XI

Mövzu № 22. Polimer inşaat materialları.

Döşəmə, divar, damüstü və hidroizolyasiya, istiliui və səti izolyasiya edən materiallar. Polimer və polimar-sement betonlar, yapışqanlar və mastikalar.



2

06.05.15

XII

Mövzu№ 23. Boya-lak tərkibinin əsas komponentləri: yapışdırıcı maddələr, piqmentlər, həlledicilər və durulaşdırıcılar, doldurucular. Lakların növləri. Piqmentlər və doldurucular. Həlledicilər. Durulaşdırıcılar. Boya tərkibləri.

2

08.05.15

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

I

Mövzu№ 1. Qumun sınanılması. Qumun tökmə orta sıxlığının təyini. Qumun həqiqi orta sıxlığının təyini. Qumun dənəli tərkibinin təyini. Qumun irilik modulunun hesablanması. Qumun nəmliyinin təyini. Qumdakı zərərli qatışıqların – toz, lil və gil hissəciklərinin miqdaqrının yuyub –təmizləmə üsulu ilə təyin edilməsi.Qumun üzvi qatışıqlarla çirklənmə dərəcəsinin təyini.

Qumun sınanılmasından alınan nəticələrin, standartın tələbləri ilə müqayisəsi.



2

04.02.15

II

Mövzu№ 2. İri doldurucuların sınanılması. Çınqılın tökmə orta sıxlığının və həqiqi sıxlığının təyini. Çınqılın dənəli tərkibinin təyini. Yuyub – təmizləmə üsulu ilə çınqılda toz, lil və gil hissəciklərin miqdarının təyini. Quru və su ilə doydurulmuş haldakı çınqılın xırdalanma gostəricisinin təyini. Çınqılın silindirdə sıxılmasına görə markaları .

2

18.02.15

III

Mövzu№ 3. Sement betonların layihələndirilməsi.

Betonun layihələndirilməsinin əsas prinsipləri. Betonu təşkil edən ilkin materialların seçilməsi. İstifadə olunan materialların müvafiq standartın tələbləri əsasında yoxlanması və onların əsas göstəricilərinin müəyyən edilməsi.

Mütləq həcmlər üsulu ilə adi beton tərkibinin hesablanması. 1m 3 beton üçün suyun, sementin, qumun, iri doldurucunun miqdarının və su/sem–nisbətinin hesablanması. Beton qarışığının hesabi orta sıxlığının təyini. Betonun kütləyə və həcmə görə nominal tərkibinin təyini. Betonun çıxım əmsalının hesablanması.


2

04.03.15

IV

Mövzu№ 4. Beton qarışığının və betonun xassələrinin sınanılması.

Beton qarışığının hazırlanması. Beton qarışığının axarlığının təyini. Beton qarışığının sıxlığınn təyini. Betonun markasının təyini.



2

18.03.15

V

Mövzu№ 5. İnşaat məhlulu tərkibinin hesablanması.

1m3 quma sərf olunan yapışdırıcı maddələrin və suyun miqdarının hesablanması. Sınaq yoğurumunun hazırlanması və materialların miqdarının dəqiqləşdirilməsi.



2

01.04.15

VI

Mövzu№ 6. Məhlul qarışığının plastiklik həddinin təyini və bu göstəricinin tapşırıqda verilən qiymətə çatdırılması. Məhlul qarışığı üçün çıxım əmsalının təyini. Hazırlanmış məhlulun orta sıxlığının təyini . Məhlulun sıxılmada möhkəmlik həddinin və möhkəmlik.

2

15.04.15

VII

Mövzu№ 7. Bitumun sınanılması.

Bitumların özlülüyünün penetrometrdə iynənin batma dərinliyinə əsasən təyin edilməsi. Bitumun duktilometrdə uzanma qabiliyyətinin təyin edilməsi. Bitumların yumşalma temperaturunun “halqa və kürə” cihazında təyin edilməsi. Bitumun alışma temperaturunun təyini.



2

29.04.15

VIII

Mövzu№ 8. Oduncağın sınanılması.

Oduncağın makroquruluşu. Oduncağın əsas qüsurları. Oduncağın nəmliyinin və sıxlığının təyini. Oduncağın xətti və həcmi quruyub-yığışmasının, sıxılmada və əyilmədə möhkəmlik hədlərinin təyini.



2

13.05.15

5.3. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

Məsaməli dolduruculu yüngül betonlar və onların əsas xassələri.

2.

Yüngül betonların hazırlanmasında istifadə olunan xammallar və onların əsas xassələri.

3.

Sement daşının turşuların təsirindən korroziyası.

4.

Adi və gərginləşdirilmiş armaturla dəmir-betonun hazırlanma üsulları.

5.

Çoxməsəməli betonların hazırlanma texnologiyası və xassələri.

6.

Polimer və polimer-sement betonlar.

7.

Yüngül betonlarda istifadə olunan doldurucular.

8.

Xüsusi təyinatlı məhlullar.

9.

Mineral pambıq əsasında hazırlanan istilik izolyasiya materialları.

10.

Emal, sulu və emulsiya boyaları.

11.

Beton üçün kimyəvi əlavələr.

12.

Piqmentlər.

13.

Tikintidə istifadə olunan meşə materialları.

14.

Üzvi yapışdırıcılar əsasında emulsiyalar.

15.

Polimerləşmə reaksiyaları nəticəsində alınan polimerlər.

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş” – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı” – C

81 - 90 – “çox yaxşı” – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

______________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: ____________ ( Hüseynova L.H.)
11” yanvar 2015-ci il.
Yüklə 68,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin