Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


Xəsarət törədici detalların ləqv edilməsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   51
NVT və ATE- mühazirə (əsas)

Xəsarət törədici detalların ləqv edilməsi 
Müxtəlif YNH-ri zamanı NV-sində oturmuş insanın bədəninə heç bir detalın 
girə bilməməsi üçün onun ətrafında qoruyucu zona və ya həyatı fəza yaradılır. 
Həyatı fəzanın forması insan bədəninin antropoloji ölçülərindən, hadisə vaxtı
onun yerdəyişməsindən və avtomobilin konstruksiyasından asılıdır. 
Mövcud qaydalara görə həyatı zona aşağıdakı hallarda sürücü və sərnişinləri 
qorumalıdır: 
-avtomobilin 14m/san sürəti ilə tərpənməz maneəni vurması halında; 
-avtomobillərin 19,4m/san sürəti ilə toqquşması halında;
-avtomobili arxadan kütləsi 1250kq-a qədər olan əşya ilə 22,2m/san sürəti ilə 
vurulması halında; 
-90
o
-li bucaq altında avtomobilə yan tərəfdən 9m/san sürəti ilə zərbə vurulma-
sı halında; 
-ilkin sürəti 14m/san olan avtomobilin iki və ya üç dəfə aşması halında
Təhlükəsizlik bamperləri 
Toqquşmalarda və tərpənməz maneənin vurulmasında xarici passiv təhlükə-
sizliyi birinci növbədə bamperlər təmin edir. 
Düzgün konstruksiya edilmiş bamper zərbə nəticəsində yaranan kinetik ner- 
jinin böyük bir hissəsini söndürərək avtomobilin həm daxili, həm də xarici pas-
siv təhlükəsizliyini yüksəltməlidir. Bunun üçün bütün NV-nin qabaq və arxa
bamperlərinin yol səthindən hündürlüyü eyni olmalıdır. Lakin bir çox Avropa 
51. 


ölkələrində bamperlərin hündürlüyü normallaşdırılmamışdır. Həmdə yük və mi- 
nik avtomobillərinin toqquşmaları zamanı onların bamperləri üst-üstə düşmür (yol 
səthindən hündürlükləri müxtəlif olduğundan). 
Müasir avtomobillərdə müxtəlif konstruksiyalı bamperlərdən istifdə edilir. İlk 
sadə bamperlər sırf dəmirdən, sonralar isə dəmir üzərinə şəkilmiş rezin qatından 
ibarət idi. Hazırda bəzi bamperlərdə metaldan hazırlanmış gövdə zərbəni qəbul 
edərək kuzova bərkidilmiş polad bıcaqlara doğru yerini dəyişir. Metalın yuxarı qatı 
bıcaqlarla kəsilir və buna sərf olunan iş kinetik enerjini söndürür. 
Pnevmatik və hidravlik amortizasiya elementlərində zərbə enerjisi rezinin sıxıl- 
ması və ya mayenin drosselləyici deşikdən çıxması ilə söndürülür. 

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin