Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə38/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
NVT və ATE- mühazirə (əsas)

katalizator dedikdə
özü kimyavi reaksiyada iştirak edən məhsullara daxil olmayan lakin prosesi sürətlən- 
dirən maddələrə deyilir. Bu gün katalitik çeviricilərdə iki növ katalizatorlardan isti- 
fadı olunur: 
bərpaedici və oksidləşdirici. 
Aşağıda verilən şəkildən göründüyü kimi hər iki katalizatorun əsasını keramik 
materialdan hazırlanmış gövdə təşkil edir. Onun içindən çoxlu sayda “arı şanına” 
oxşar deşiklər keçir. Deşiklərin giriş hissəsində keramikanın üzərinə metal təbəqə 
vurulmuşdur (adətən, platin,radium və ya palladiumdan). İxrac qazları bu deşiklərdən 
keçən zaman qeyd olunan metallarnan kimyavi reaksiyaya girir və neytrallaşdırılır. 
Müasir avtomobillərin ixrac sistemlərinin çoxunda üç ədəd katalitik çeviricidən 
istifadə edilir (çeviricinin hər biri müxtəlif növ zəhərli maddələr üçün nəzərdə 
tutulub). Katalitik çeviricinin I mərhələsi bərpaedici katalizatordur. O, azot oksidi- 
56. 


nin (NO
x
) azaldılması üçün platin və radiumdan istifadə edir. Reaksiya nəticəsində 
azot oksidindən oksigen azad edilir və o neytrallaşdırılır. 
Katalitik çeviricinin II-ci mərhələsi oksidləşdirici katalizatordur. O, platin və 
palladiumun köməyilə yanmamış yanacağın və karbon oksidlərinin miqdarını onları 
yandırmaqla azaldır (nəticədə karbon 2 oksidi karbon qaza çevirilir). 
Çevirmənin III-cü mərhələsində ən yaxşı nəticələr əldə edilməsinə çalışılır. Bu 
mərhələdə ixrac qazları axınına nəzarət edilərək, alınmış məlumatlar əsasında yana- 
cağın püskürülməsi sistemi idarə edilir. Belə ki, katalizatorla əlaqədə olan oksigen 
vericisi ixrac qazlarının tərkibində nə qədər oksigen olması barədə kompyuterə mə- 
lumat ötürür. Kompyuter isə yanacağa verilən havanın miqdarını tənzimləməklə 
karbohidrogenlərin və dəm qazının oksidləşdirilməsini təmin edir.

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin