Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi məsələlərinə əsasən son 20-30 il
ərzində diqqətlə yanaşmağa başlanmışdır. Bunun səbəblərini bizim fikrimizçə aşa-
ğıdakı səbəblərlə izah eləmək olar:
-avtomobillərin sayı artdıqça onların (xüsusən də bahalı biznes klas qpupuna aid
olanların) qaçırılma faktlarının sayıda artmağa başlamışdır;
-müəyyən model avtomobillərin qiyməti həddindən artıq baha olduğundan on-
ların sahiblərinin özlərini maşının qaşırılma faktından səğortalama istəyi;
-qaçırılan avtomobillərlə çoxlu sayda müxtəlif növ yol qəzalarının və digər
cinayətlərin törədilməsi.
XX-cu əsrin 50-60-cı illərində avtomobillərin sahibləri maşınlarının qaçırılma-
ması üçün əsasən mexaniki vasitələrdən istifadə edirdilər (məsələn təkərlərin
disklərini zəncirlə harasa bağlayırdılar, ilişmə muftası əyləcini sükan çarxına
xüsu-
si alətlə birləşdirirdilər və s.). Bəziləri avtomobilin elektrik sisteminə müdaxilə
edərək orada xüsusi ayərəcı açarlar qoyurdular.
90-cı illərdə mühəndislər tərəfindən Great Guard qaçırılmağa qarşı təhlükəsizlik
sistemi yaradılmışdır. Bu sistem özünü çox effektiv və səmərəli göstərdiyindən
təkmilləşdirilərək bu günə kimi istensal olunur. Bu sistemin əsas elemntləri aşağı-
dakılardır:
-metal qutunun içərisində yerləşdirilmiş idarəedici blok (o mexaniki zərbələrə,
yüksək temperatura və nəmliyə davam gətirir);
-avtomobilin salonunda yerləşdirilən və 7 rəqəmli kodla
təmin edilmiş sistemə
qoşulub-ayrılma pultu.
Sistemin iş prinsipi ondan ibarətdir ki, qorunma işə salındıqda
avtomobilin
hidravlik tormoz intiqalı konturları bloklayır. Bu sistemin müasir modifikasiyala-
rında tormozlarla bərabər, kapot altındakı qıfıl, starterin, benzin nasosunun və s.
bliklanma dövrələri də idarə edilir.
Qaşırılmağa qarşı elektron sistemlərin tətbiqi avtomobilin mühafizə olunma
səviyyəsini yüksəldir. Bu gün əksər avtomobillərdə vahid aşardan istifadə edilir.
Hər bir avtomobilin fərdi elektronikası alışdırma açarının elektron sxemi ilə daimi
60.
şəkildə mübadilədə olur. Yəni, alışdırma, starter və yanacaq verilişi sistemləri o
zaman işə düşürlər ki, avtomobil öz aşarını “tanısın”.
Son on illikdə avtomobillərdə qaşırılmağa qarşı peyk sistemlərinin quraşdırıl-
ması başlamışdır. Bunun əsas iş prinsipi ondan ibarətdir ki, avtomobilin hər hansı
bir uzaq küncündə peyk siqnallarının qəbuledicisi yerləşdirilir. Onun vasitəsi ilə
dispetçer məntəqəsi (qəbuledicinin “görmə” zonasında ən azı 3 peyk olmalıdır)
avtomobilin yerləşmə koordinatlarını daimi izləyə bilir.
Dostları ilə paylaş: