Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
NVT və ATE- mühazirə (əsas)

Yoxlama sualları: 
1.Qaçırılmağa qarşı təhlükəsizlik elementləri nə üçün nəzərdə tutulmuşdur? 
2.Qaçırılmağa qarşı elementlər hansı inkişaf mərhələlərini keçmişdilər? 
3.Peyk axtarış sisteminin iş prinsipi nədən ibarətdir? 
Ə D Ə B İ Y Y A T 
1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və 
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə) 
2. Ломакин В.В., Покровский Ю.Ю., Степанов И.С., и др. Безопасность 
автотранспортных средств: Учебник для вузов 2011 - 115с
Mövzu № 19-20-21. YNH-nin avtotexniki ekspertizası
Mühazirənin planı: 
1.YNH anlayışı,onların səbəbləri və təsnifatı 
2. Avtotexniki ekspertiza anlayışı,onun predmeti,tədqiqat obyektləri və həll 
etdiyi məsələlər
3. Avtotexniki ekspertizanın hüquqi-texniki normativ bazası.Ekspertin 
rəyi,onun tərkib hissələri
4. NV hadisədən əvvəlki və piyadanı vurma anındakı hərəkət sürətinin onun 
tormoz izlərinə görə təyin edilməsi
5.NV-nin dayanma yolunun təyin edilməsi
6. Təhlükə yaranan anda NV hadisə yerindən oldüğü məsafənin təyini 
Yol-nəqliyyat hadisəsi
- yollarda, meydanlarda, dəmiryol keçidlərində 
61. 


nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların ölməsinə və ya 
müxtəlif dərəcəli bədən xəsarəti almasına, nəqliyyat vasitələrinin, yolların, 
qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir.
Aşağıdakı hallarda baş vermiş hadisəni yol-nəqliyyat hadisəsi hesab etmək 
olmaz:
1. Baş vermiş hadısədə nəqliyyat vasıtəsi iştirak etməmişdir;
2. Baş vermiş hadısədə nəqliyyat vasıtəsi statik vəziyyətdə olmuşdur;
3. Nə nəqliyyat vasitəsinə, nə də yol hərəkətinin digər iştirakçılarına zərər 
dəyməmişdir. 
Buradan aşağıdakı nəticəyə gəlmək olat ki:
1.YNH-də nəqliyyat vasitəsi bilavasitə özü istirak etməlidir;
2.NV-si mütləq hərəkətdə olmalıdır;
3.Hadisə NV-nin yolla hərəkətdə olduğu zaman baş verməlidir (çöllüklərdə, 
tarlalarda, idman yarışlarında, obyektlərin qapalı ərazilərində olan hadisələr YNH 
aid edilmir);
4.Hadisə nəticəsində hərəkət iştirakçılarına, NV-rinə və ya yüklərə (gurğulara) 
ziyan dəyməlidir. 
YNH-nin ətraflı və dərin təhlili üçün onların təsnifatını aparmaq lazımdır. Yol 
qəzalarının təsnifatı aşağıdakı əlamətlərə görə aparılır: 
1.

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin