qövdəsi qeriyə doğru yerini dəyişərək sürücüyə yaxınlaşır. Sükan trapesiyası qa-
baqda yerləşən avtomobillərdə bunun nəticəsində sürücü artıq ilkin zərbədən xə-
sarətlər ala bilər. İkinci zərbə nəticəsində sürücünün bədəni sükan çarxını defor-
masiya edərək, çarxın topu və sükan valı ilə kontakta girir. Nəticədə o, üz, döş qə-
fəsi, qarın boşluğu nahiyəsindən ağır xəsarətlər alır.
Sürücünü qorumaq məqsədilə sükan çarxının topu böyük diametrli hazırlanır,
elastik üzlüklə təmin edilir. Eyni zamanda çarxın müstəvisi şaquli xəttə nisbətən
müəyyən bucaq altında yerləşdirilir və onun arxasında sifon tipli qırçınlı enerji-
söndürücü elementdən istifadə edilir. Bundan başqa çarxın salona daxil olma im-
kanını azaltmaq üçün zərbə nəticəsində yuxarı və ya aşağı tərəfə meyllənən kardan
oynaqlı, aşağı hissəsi deformasiya olunan sükan valından istifadə olunur. Sürücü-
nün bədəninin vala təsir edən kinetik enerjisini azaltmaq üçün həm val, həm də
kolonkada böyük yüklərin təsiri altında dağıla bilən xüsusi qoruyucu elementlər
yaradılır.
Təhlükəsizlik kəmərləri Qəzalar zamanı insanların avtomobil daxilində yerdəyişmələrini məhdudlaşdı-
ran ən sadə və eyni zamanda səmərəli vasitə təhlükəsizlik kəmərləridir (TK).
ABŞ və Almaniyada aparılan tədqiqatlara əsasən kəmərlərdən düzgün istifadə
dır.edilməsi xəsarətlərin sayını 60-75% azaltmağa imkan verir. TK-rinin çoxlu
sayda konstruksiyaları mövcüddur. Bunlardan ən geniş yayılanı avtomobilin
kuzovuna 3 nöqtədən bərkidilən kombinə edilmiş diaqonal qurşaq kəmərləridir.
Bundan başqa avtomobillərdə 4 və 6 nöqtədən bərkidilən TK-rindən də istifadə
olunur. BMT-nin AİK-in qaydalarına görə qurşaq kəmərinin bərkidilmə nöqtələri
arasındakı məsafə 0,35m-dən az olmamalıdır. Qurşaq qayışının bərkidilmə nöq-
49.
təsi ən azı 22,7kN, çiyin qayışının bərkidilmə nöqtəsi isə ən azı 22,9kN qüvvəyə
tab gətirməlidir. Kəmər qıfılları bir əl ilə açılmalı və qayışların eni 10kN güc al-
tında ən azı 51mm olmalı və burulmamalıdır.