Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin Yapon modelinin xüsusiyyətləri



Yüklə 1,45 Mb.
səhifə20/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   16   17   18   19   20   21   22   23   ...   104
3.3. Korporativ menecmentin Yapon modelinin xüsusiyyətləri



  1. Modelin fəaliyyət dairəsi

Yapon modeli yapon ənənələrinə müvafiq olaraq, yapon təcrübəsi əsasında işlənib hazırlanmışdır. Buna görə də, həmin model yalnız Yaponiyada yayılmışdır.



  1. Modelin reallaşmasının əsas iştirakçıları

Korporativ menecmentin yapon sistemi çoxşaxəlidir və əsas bank və maliyyə-istehsal şəbəkəsi və ya keyreçu ətrafında formalaşır. Əsas bank və keyreçu-yapon modelinin bir-birini tamamlayan iki müxtəlif elementləridir. Təcrübi olaraq bütün yapon korporasiyaları öz əsas bankları ilə sıx münasibətlərə malikdir. Bank öz korporativ müştərilərinə aşağıdakı xidmətləri təqdim edir:

  • kreditlər təqdim edir;

  • səhmlərin, istiqrazların emissiyasını və hesabatlarını aparır;

  • konsaltinq xidmətləri göstərir.

Əksər yapon korporasiyaları onlarla əlaqədar olan korporasiya şəbəkələri ilə sıx maliyyə əlaqələrinə malikdirlər. Belə şəbəkələr ümumi borc və səhmdar kapitalı, ticarət malları və xidmətlər və qeyri-rəsmi işguzar müqavilələri ilə xarakterizə olunurlar. Bunlar, yuxarıda qeyd olunduğu kimi “keyreçu” adlandırılır.
Dövlət iqtisadi siyasəti həmçinin, yapon səhmdar cəmiy­yətlərinin idarə olunmasında hakim rol oynayır. XX əsrin 30-cu illərindən yapon hökuməti yapon korporasiyalarına kömək göstərilməsinə yönəldilən aktiv iqtisadi siyasət həyata keçirir. Bu siyasət korporasiyanın maliyyə vəziyyəti çətinləşdikdə hökumətin korporasiya şurasında rəsmi və qeyri-rəsmi nümayəndəliyini nəzərdə tutur.
Ümumilikdə isə Yapon modelinin əsas iştirakçıları aşağıdakılar hesab edilir:




  1. Səhmlərə sahib olma strukturu

Yaponiyada səhm bazarı maliyyə təşkilatları və korporasiyaların əlində cəmləşmişdir. Müharibədən sonrakı mərhələdə Yaponiyada institutsional səhmdarların sayı nəzərə çarpacaq dərəcədə artmışdır. 1990-cı ildə maliyyə təşkilatları (sığorta şirkətləri və banklar) yapon fond bazarının təxminən 43%-nə, korporasiyalar (maliyyə təşkilatları istisna olmaqla) 25%-nə, xarici investorlar isə 3%-nə sahib olmuşdular.

  1. Direktorlar şurasının tərkibi

Yapon korporasiyalarının direktorlar şurası təcrübi olaraq daxili iştirakçılardan ibarətdir. Başqa sözlə, icraçı direktorlar, idarəedicilər korporasiyanın iri şöbə rəhbərlərindən və idarəetmədən ibarətdir.
Yapon korporasiyalarının direktorlar şurası bir qayda olaraq ABŞ, Böyük Britaniya və Almaniyadan daha çoxdur. Orta yapon korporasiyalarının şurası 50 nəfərdən ibarət olur.
Korporasiya gəlirlərin həcmi cari dövr ərzində azalarsa, əsas bank və keyreçu üzvləri direktorları azad edə və öz namizədlərini təyin edə bilərlər.
Yaponiyaya xas digər bir xüsusiyyət-korporasiyanın direktorlar şurasına müxtəlif nazirliklərin istefaya çıxmış məmurlarının təyin olunmasıdır. Məsələn, maliyyə nazirliyi öz istefaya çıxmış məmurunu bankın direktorlar şurasına təyin edə bilər.



  1. İnformasiyanın açıqlanmasına (nəşr olunmasına)qoyulan tələblər

Yaponiyada informasiyanın açıqlanmasına (nəşr olunmasına) tələblər olduqca səthidir. Korporasiyalar özləri haqda kifayət qədər geniş məlumat verirlər. Bu məlumatlara əsasən aiddirlər:

  • maliyyə informasiyası (hər yarımil üzrə);

  • kapitalın strukturu haqqında məlumat;

  • direktorlar şurasına namizədlərin hər biri haqqında məlumat (adı, soyadı, tutduğu vəzifələr, korporasiya ilə münasibətlər, korporasiyanın səhmlərinə sahib olma məlumatları);

  • mükafatlar haqqında məlumatlar (başlıca olaraq direktorlar şurasının üzvlərinə və icraçı işçilərinə ödənilən iri məbləğlər);

  • ümumi qovuşma və yenidən təşkil haqda məlumatlar;

  • nizamnaməyə təklif olunan dəyişikliklər;

  • auditor yoxlamaları üçün dəvət olunmuş korporasiya və şəxslərin adları.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin