Tipi
|
Məzmunu
|
Xarakterik cəhətləri
|
Holdinq
|
Təsərrüfat subyekti olmaqla, digər təşkilatların səhmlərinin nəzarət paketinə sahib olan və buna əsasən müəyyən funksiyaları (xalis holdiq, inzibati, maliyyə və s.) yerinə yetirən hüquqi şəxsdir.
|
Holdinqin strukturu: cəmiyyət, nümayəndəlik və filiallar, törəmə və asılı təşkilatlar, digər firma və təsərrüfat subyektləri. Holdinq digər şirkətə nəzərən törəmə cəmiyyət (aralıq hol-dinq) ola bilər. Holdinq müqavilə əsasında formalaşdırılır.
|
Maliyyə-Sənaye Qrupları (MSQ)
|
MSQ-nin yaradılması haqqında saziş imzalamış hüquqi şəxs olan təsərrüfat subyektlərinin məcmusu, məhsul istehsalı və xidmət sahəsində fəaliyyətin sturukturu və maliyyə strukturunun mövcudluğu mütləqdir. Dövlət qeydiyyatı mütləqdir.
|
Güclü maliyyə mərkəzi və idarəetmə sisteminə malik olan birlik.
Ana cəmiyyətlə himayəyə götürülən qız cəmiyyət fəaliyyətdə iştirak sisteminin prinsipi əsasında əməkdaşlıq edə bilər.
|
Konsern
|
Vahid mülkiyyət və nəzarət orqanına malik, istehsalat əməkdaşlığına maliyyələşmə, ümumi maraqlarla əlaqədar təşkilatların birləşməsidir. Nəzarət nizamnamə kapitalında iştirak sistemi vasitəsilə həyata keçirilir.
|
Aydın nəzərə çarpan istehsalat özəyinin mövcudluğu. İxtisaslaşmanın və kooperasiyalaşmaların yüksək səciyyəsi ilə xarakterizə olunan üfuqi və şaquli konsernlər fərqləndirilir. Konsern yaradılması üçün, konsernə daxil olmaq üçün əsas kimi razılaşma-ların, kontraktların mövcudluğu tələb olunur.
|
Konqlomerat
|
Texnoloji olaraq bir-birilə əlaqədar olmayan çoxlu sayda təşkilatların birləşməsi (qovuşma və birləşmə) nəticəsində yaradılan strukturdur.
|
İstehsalın diversifikasiya olunması və maliyyə əməliyyatlarının həcminin olduqca nəzərəçarpan miqyası. Müqavilə və əqdlərin imzalanması nəzərdə tutulmur.
|
Konsersium
|
İstehsal, maliyyə, nəqliyyat, ticarət və digər təşkilatların müvəqqəti birləşməsi. Fəaliyyətin məqsədi ictimai əhəmiyyətə malik, zəruri reursların səfərbərliyə alınmasını tələb edən layihələrin və ya sənaye və elm tutumlu layihələrin həyata keçirilməlidir. İdarəetmə vəkalət əsasında idarəetmə institutu vasitəsilə həyata keçirilir.
|
Qeyd olunan birliyi təşkil edən təşkilatlar müstəqil hüquqi şəxs statusunu qoruyub saxlayırlar, lakin fəaliyyətin konsorsiumunun məqsədləri ilə üst-üstə düşən hissəsində onlar birgə seçilən rəhbərə tabe olurlar. Təşkilin müqavilə əsası xarakterikdir.
|
Sindiqat
|
Məhsul satışı və xammal tədarükünü təsərrüfat subyekti formasında yaradılan vahid orqan vasitəsilə həyata keçirən təşkilati birlik. Sindiqat üzvləri öz istehsal və hüquqi müstəqilliyini qoruyub saxlayırlar.
|
Ticarət fəaliyyətinin həyata keçirilməsi məqsədilə təşkilatların birləşməsi.
|
Kartel
|
İstehsalın həcmi, satış qiymətləri, satış şərtləri, satış bazarlarının sərhədləri (marketinq fəaliyyətinin koordinasiyası) haqqında məsələlərin razılaşdırılması məqsədilə fəaliyyət istiqamətlərinin yaxınlığına malik müstəqil təsərrüfat subyektlərinin birliyidir.
|
Məqsəd bazar mexanizmlərinin qeyri-mükəmməlliyi halında bazar subyektlərinin nizama salınması. Kartelin tərkibinə daxil olma təşkilatlar öz hüquqi, maliyyə, istehsal və kommersiya müstəqilliklərini itirmirlər. Razılaşma əsasında fəaliyyət göstərir.
|
Trest
|
Müxtəlif təşkilatların vahid istehsal kompleksi şəklində qovuşduğu təşkilati birlik. Bu zaman onlar nəzarət paketinin və vəkalət müqaviləsinin vəkalət sırasına ötürülməsi vasitəsilə öz hüquqi, istehsal və kommersiya müstəqilliklərini itirirlər.
|
Bircinsli məhsulun bir və ya bir neçə növləri üzrə ixtisaslaşmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Son dərəcə konsentrasiyaları ilə xarakterizə olunur.
|
Assosasiya
|
Fəaliyyətin koordinasiya olunması, eləcə də ümumi əmlak maraqların təmsil və müdafiə olunması məqsədilə kommersiya təşkilatları arasında bağlanmış müqaviləyə əsasən yaradılan təşkilat.
|
Qeyri-kommersiya təşkilatıdır. Assosasiyanın qərarları onun üzvləri üçün məsləhət xarakteri daşıyır.
|