Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə26/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   22   23   24   25   26   27   28   29   ...   104
- ayrılma

III mərhələ
İnteqrasiya fəaliyyətinin monitorinqi
(inteqrasiya nəticələrinin müşahidə edil­məsi)

Miqyas effekti
ortalama efekti
transsəhm xərclərinə qənayət effekti
sinergiya effekti
(səmərənin əldə olunması
rəqabət üstünlüyünün yaranmasına
bərabərləşdirilir)



Şəkil 4.1. İnteqrativ inkişaf strategiyasının tipləri

Birinci mərhələ təşkilati lahiyələndirməni əks etdirir. Burada inteqrasiya haqqında qərarlar qəbul olunur, strategiyalar işlənib hazırlanır, realizasiya prosesləri planlaşdırılır və s.


İkinci mərhələdə lahiyənin reallaşdırılmasını nəzərdə tutaraq işlənmiş plan və ölçülər əsasında inteqrasiya prosesi həyata keçirilir. Korporasiyanın tərkibinə daxil olan kompaniyaların və ya korporasiyanın özünün təşkilati strukturu dəyişilir, təsərrüfat və idarəetmə əlaqələrinin transformasiyası baş verir.
Üçüncü mərhələdə korporasiyanın fəaliyyət göstərməsinə nəzarət və müşahidə baş verir, görülmüş işlərin nəticələri ye­kunlaşdırılır və qiymətləndirilir, inteqrasiyanın iqtisadi qiymət­ləndirilməsi verilir. İnteqrasiya prosesləri müxtəlif istiqamətli xarakter daşıya bilər:

  • şəxsi mənbələr hesabına fəaliyyətin genişləndirilməsi əlavə emissiyaları, səhm girovu altında kreditləşməni, səsvermədə iştirak edən səhmlərin strukturunda dəyişiklikləri, fond bazarında istehsal vasitələrinin istifadəsini və s. tələb edir.

  • rasionallaşma korporasiyanın inkişaf proqramına müvafiq olaraq aktivlərin potensialının ölçülməsini nəzərdə tutur və onların əhəmiyyətinə görə şirkətlər üzrə paylanması həyata keçirilir. Nəticədə maliyyə holdinqi münasibətləri yaranır, prioritetlər siyahısında olmayan biznes-lahiyə korporasiya çərçivəsində qalır. Belə xüsusiləşmə o vaxt məqsədəuyğundur ki, biznes lazımi qədər qiymətləndirilməmiş olsun və onun hal-hazırda satışı səmərəli hesab olunmasın və ya korporasiya belə bizneslə digər layihələrin bitməsi halında məşğul olmaq niyyətində olsun. Başqa bir üçüncü səbəb kimi xüsusiləşmənin əlverişsiz bazar konyukturası çıxış edə bilər, biznes “ehtiyatda” qalır.

Layihənin reallaşdırılması prosesi müvafiq olan reqlamentləşdirilmiş qanunvericiliyə uyğun şəkildə həyata keçirilir.

  1. Qovuşma. Qovuşma haqda qərar qəbul edilən zaman hüquq və vəzifələrinin ötürülməsi yolu yeni cəmiyyətin meydana gəlməsidir (bu zaman əvvəlki cəmiyyətlərin fəaliyyəti dayandırılır). Başqa sözlə, hər bir cəmiyyətin hüquqi ləğv olunması baş verir və onlar yeni təşkilati struktur yaradırlar. Müvafiq olaraq, bütün mövcud idarəetmə orqanları ləğv olunur və yeni yaradılmış şirkətdə yeniləri formalaşdırılır: səhdarların ümumi yığıncağı, direktorlar şurası, idarəetmə. Qovuşmada iştirak edən cəmiyyətlərin səhmləri ləğv edilir və gələcəkdə yenidən yaradılmış cəmiyyətin səhmləri buraxılır. Buna görə də, ilk növbədə, yenidən yaradılmış cəmiyyətin idarə olunması üçün səsvermə qaydası qovuşma haqqında sazişlə müəyyən olunur.

  2. Birləşmə. Birləşmə cəmiyyətin bütün hüquq və vəzifələrinin digər cəmiyyətə ötürülməsi ilə fəaliyyətinin dayan-dırılmasını nəzərdə tutur. Başqa sözlə, özünə cəmiyyət cəlb edən (birləşdirən) təşkilat, birləşdirilən cəmiyyətin bütün mülkiyyət kompleksinə, səhmlərinə və s. sərəncam verə bilər. Bununla yanaşı, o, öz üzərinə qeyd olunan cəmiyyətin üçüncü şəxsləri qarşısında öhdəliklər götürür. Birləşdirən cəmiyyət səhmdarların yığıncağını çağırır, birləşmə haqda məsələləri həll edir və təslim aktını tərtib edir. Birləşmədən sonra birləşən təşkilat birləşdirilən əmlakın məbləği üzrə səhmlərin əlavə emissiyasını həyata keçirir və onu yayır. Səhmdarların sayının artmasından irəli gələrək direktorlar şurasının say tərkibi arta və ya idarəetmə orqanlarının trasformasiyasında digər dəyişikliklər baş verə bilər.

  3. Ləğvetmə. Cəmiyyətin ləğv olunması dedikdə hüquq və vəzifələrin digər şəxslərə ötürülmədən cəmiyyətin fəaliyyətinin dayandırılması başa düşülür. Könüllü ləğvetmə haqqında qərar səhmdarların ümumi yığıncağında, məcburi ləğvetmə haqqında qərar isə məhkəmə qərarına əsasən baş verir. Daha sonra əmlakın cəmiyyətin bütün kreditorları və səhmdarları arasında bölgüsü aparılır və ləğvetmə prosesi hüquqi şəxslərin vahid dövlət reyestrində qeydiyyatdan keçməsi ilə tamamlanır.

  4. Yenidən təşkil. Cəmiyyət məhdud məsuliyyətli cəmiy-yətə, istehsalat kooperativinə və qeyri-kommersiya yoldaşlığına çevrilə bilər. Səhmdarların ümumi yığıncağında dəyişmə (çevrilmə, yenidən təşkil) şərtləri və qaydalarına aid, cəmiyyətin səhmlərinin məhdud məsuliyyətli səhmdar cəmiyyətin iştirakçılarının qoyuluşlarına və ya istehsalat kooperativlərinin üzvlərinin paylarına çevrilməsi qaydalarına dair məsələ qaldırılır. Ardınca bütün iştirakçılar tərəfindən yenidən təşkil olunmuş idarəetmə orqanları seçilir. Yenidən təşkil olunmuş təşkilat dəyişilənə qədərki cəmiyyətin bütün hüquq və vəzifələrini qoruyub saxlayır.

  5. Bölünmə. Bölünmə dedikdə, təşkilatın fəaliyyətinin dayandırılması, onun hüquq və vəzifələrinin yeni yaradılmış cəmiyyətlərə ötürülməsinə bölünmə deyilir. Bu zaman səhmdarların ümumi yığıncağına aşağıdakılar çıxarılır: ayrılmanın şərtləri və qaydaları, yeni səhmdar cəmiyyətin yaradılması, ayrılan cəmiyyətin səhmlərinin yeni yaradılan cəmiyyətin səhmlərinə konvertasiyası, bölüşdürülmə balansının təsdiqi, əgər bütün məsələlər üzrə qərar qəbul olunarsa, gələcəkdə yaradılmış hər yeni cəmiyyətin idarə olunması qəbul olunmuş şərtlərə müvafiq olmaqla öz səhmdarlarının yığıncağına əsasən həyata keçirilir.

Təşkilatın bölünməsi məsələsi üzrə səsvermədə iştirak etməyən və ya bölünməyə qarşı səs verən şəxslərə gəldikdə isə, onlar bölünmədən sonra yaradılan hər bir cəmiyyətdən bölünməyə qədər sahib olduqları səhmlərin sayına proporsional olaraq eyni hüquqları təmin edən səhmləri əldə etməlidirlər.

  1. Ayrılma. Ayrılma dedikdə, ayrılan təşkilatın hüquq və vəzifələrinin bir hissəsinin sonuncunun fəaliyyətinin dayandı­rılmadan ötürülməsi yolu ilə bir və ya bir neçə yeni cəmiyyətin ayrılması başa düşülür. Ayrılma şərtləri və qaydaları, səhmlərin konvertasiyası və konvertasiya qaydaları, ayrılan balansın təstiqi və s. müəyyən edilməlidir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin