Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ mülkiyyətin funksiyaları və subyektləri



Yüklə 1,45 Mb.
səhifə3/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   2   3   4   5   6   7   8   9   ...   104
1.2. Korporativ mülkiyyətin funksiyaları və subyektləri
1.3. Korporativ mülkiyyətin təkrar istehsal mexanizmləri

Korporativ mülkiyyəti çoxsəviyyəli fenomen kimi nəzərdən keçirərkən onun iki struktur növünü – obyekt və subyekt növləri-ayırd etməyə məqsədəuyğundur. Zənnimizcə, korporativ mülkiyyətin obyekt strukturunun əsas elementlərini müəyyən edərkən, bu və ya digər elementin aşağıdaki qruplara məxsusluğu əlamətinə əsaslanmaq lazımdır:



  • kapital elementləri;

  • yeni dəyərin təkrar istehsal prosesinin cari tsiklində yaradılmış elementləri.

Kapitalın ikiliyini nəzərə alaraq korporativ mülkiyyətin obyekt strukturu aşağıdaki əsas elementlərin qruplarını daxil edəcək:
- həqiqi kapital;
- qeyri-həqiqi kapital;
- inteqral subyekt kimi korporasiya tərəfindən yaradılmış və bölüşdürmək üçün təqdim olunan dəyər.
Qeyd edək ki, bəzi müəlliflər korporativ mülkiyyətin nəzərdən keçirilməsinə korporasiyanın özünə məxsus ehtiyat fondunu, əsas və dövriyyə kapitalını, qiymətli kağızları və s. daxil etməklə onun müfəssəl obyekt strukturunu təklif edirlər. Bu zaman, misal üçün, həqiqi və qeyri-həqiqi kapitalların bir-birinə bağlılığını izləməyə imkan yaranır. Korporasiyalardan birinin buraxdığı və digərinə məxsus olduğu qiymətli kağızlar mülkiyyətçiyə aşağıda qeyd edilənləri etməyə imkan verir:
- dividend və ya məzənnə fərqi formasında gəlir əldə etmək;
- emitent-korporasiyanın biznesinin vəziyyəti barədə lazımi məlumat almaq;
- emitent-korporasiyanın işlərinin idarə olunmasında iştirak etmək.
Korporativ mülkiyyətin subyekt strukturu aşağıda sadalanan iqtisadi subyekt növlərini daxil edir:
- İnteqral subyekt kimi nəzərdən keçirilən korporasiyanın özü.
- Səhmdarlar qeyri-həqiqi kapital mülkiyyətçiləri kimi.
- Texnostruktur, çünki o yenidən yaradılmış dəyərin bir qisminin mənimsənilməsi və özgəninkiləşdirilməsində iştirak edir.
Obyekt strukturunun elementləri və korporativ mülkiyyət subyektləri dəyişkən, dinamik xarakteristikalara aiddir. Onlar korporativ münasibətlərin təkamül prosesində bir-birinə təsir edir və dəyişilirlər. Onların bəzi sabit qarşılıqlı təsir formaları hər halda institutlaşdırılır və ictimai qanunverici, korporasiyadaxili normativ və ya mühafizəkar şəkildə qəbul olunur (şəkil 1.2).

İcraçı heyət

Mülkiyyət
(“xalq kapitalizmi” elementləri)
Mülkiyyət (opsionların verilməsi)

Əmək iştirakı

Sosial iştirak

Dividend iştirakı

Texnostruktur

Əmək iştirakı

Ortaqlı iştirak

Dividend iştirakı

Autsayder səhmdarlar



Maliyyə nəzarəti

Mülkiyyət

Dividend iştirakı

Maliyyə nəzarətinin həyata keçirilməsi

Korporasiya inteqral subyekt kimi

Mülkiyyət




İnvestisiya iştirakı (bölüşdürülməmiş mənfəət)

Həqiqi kapital

Qeyri-həqiqi kapital

Korporasiyanın yaratdığı dəyər




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin