Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 2.1. Korporativ menecment anlayışı



Yüklə 1,45 Mb.
səhifə9/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   5   6   7   8   9   10   11   12   ...   104
Bakı – 2021
2.1. Korporativ menecment anlayışı

Korporativ menecment-biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati strukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq şirkətin firmalararası və firmadaxili münasibətlərinin təşkilidir.


Korporativ menecment-şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir.
Korporativ menecment sistemi şirkətin idarə edilməsi və ona nəzarət üçün nəzərdə tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə ədaləti, şəffaflığı və qarşılıqlı cavabdehliyi təşviq etməklə davamlı inkişafa nail olmaqdır.
Korporativ menecmentin əsas funksiyası-mülkiyyətçilərin, başqa sözlə, korporasiyanı təsis edənlərin maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
Korporativ menecment problemi bir çox tədqiqatçıları maraqlandırmışdır. Onun ayrıca tədqiqat sahəsi kimi araşdırılmasında A. Berli və Q. Minz böyük rol oynamışlar. Özlərinin “Müasir korporasiya və xüsusi mülkiyyət” (1931-ci il) adlı kitabında onlar ilk dəfə nəzarətin mülkiyyətdən ayrılması problemini müfəssəl öyrənmişlər. Qeyd etmək lazımdır ki, korporativ menecment mülkiyyətin idarəetmədən dəqiq ayrılması baş verdiyi zaman mümkün olmuşdur.
Ümumiyyətlə, korporativ menecment üzrə tədqiqatlar iri strukturların təkamülünü əks etdirirdi. Bu isə, iqtisadçıların qeyd olunan problemə diqqətinin 80-ci illərdə-kütləvi udulma və qovuşmalar, hüquqi sistemlərdə sosial-orientasiya norma-larına meyllər illərində daha da artmasını şərtləndirmişdir.
Korporativ menecmentin mahiyyəti dedikdə korporasiyanın fəaliyyətinin maksimal səmərəiliyinə nail olunması üçün onun əsas meyarı olan korporativ menecment tsiklininin reallaşdırılması başa düşülür.
Məlum olduğu kimi hal-hazırda, qərb alimləri tərəfindən firmanın idarə olunmasının dört mərhələdən ibarət tsikli təklif olunur (şəkil 2.1).



Bir qayda olaraq, belə sxemi Meskon, Albert və Xedouri təklif edirlər. Ancaq belə təsəvvür həddən artıq yarımçıq hesab olunur və korporasiya kimi iri birləşməyə uyğun gəlmir. Korporativ idarə olunan müəssisə üçün yeddi mərhələdən ibarət genişləndirilmiş idarəetmə tsiklindən istifadə olunur (şəkil 1.2).






Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin