Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin əsas yaranma səbəbləri və şəraiti



Yüklə 1,45 Mb.
səhifə12/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
2.3. Korporativ menecmentin əsas yaranma səbəbləri və şəraiti

XX əsrin başlanğıcında, sənaye inqilabı gedişində meydana gələn korporasiyalar sahiblərinin mülkiyyəti kimi qəbul olunurdu. Hesab olunurdu ki, bu korporasiyalar onlara qoyulmuş vəsaitlərin əvəzini adevkat şəkildə təmin eməyə xidmət edirlər. Korporasiya maşın kimi başa düşülürdü. İşçilər və idarə edənlər bu avtomobilin hissələrini təşkil edirdilər. Bu dövr ərzində idarəetmənin mexanistik modeli hökmranlıq edirdi. Qeyd olunan mərhələ üçün aşağıdakı şərtlər xarakterik idi:



  • sahibkar işçilər üzərində qeyri-məhdud hakimiyyətə malikdir və onların haqqında qərar verməkdə sərbəstdir;

  • işçilərin ixtisaslaşdırılması çox zəifdir və təkmilləşmə üçün stimul yoxdur;

  • təhsil səviyyəsi və ona olan tələb çox aşağıdır. Belə ki, daim işsizliklə bağlı olan iqtisadi məhdudiyyətlər təhlükəsi mövcuddur.

İqtisadi inkişafın qeyd olunan mərhələsi korporativ menecmentin nəzəri əsaslarının bazisini təşkil edən aşağıdakı ifadələrdə öz əksini tapmışdır:
Korporativ menecmentin nəzəri əsasları firmanın idarə olunması elementlərini əks etdirir, firmanın istehsal və idarə edilməsinin müəyyən olunmuş təşkilati struktura malik olan çoxprofilli iri biznes səviyyəsinədək mümkün inkişaf meyllərini modelləşdirir.
Firma nəzəriyyəsi. Təsərrüfat subyektini amillərin yığımı kimi nəzərdən keçirir: y = f (K, L). Təsərrüfat subyektinin daxili təşkilati strukturu və xarici mühitini əks etdirən təşkilat şəklində klassik mənası mövcud deyildir. Buna görə də xarici malsatanlar, hüquqi reqlament və siyasi mühitin təsiri olmadan təşkilatın qapalı sistemi güman edilir. Bir qayda olaraq, xarici borcların alınmasını daxil edən təsərrüfat subyektlərinin maliy-yələşməsi prosesi aradan qaldırılır.
İkinci dünya müharibəsindən sonrakı dövr ərzində korporasiyaların mexanistik konsepsiyası tənəzzülə uğradı. Bu mərhələ korporasiyanın orqanizm kimi qəbul olunması ilə xarakterizə olunmağa başladı. Firmaların sayının artması rəqabət və konsentrasiya kimi hüquqi prosesləri meydana gətirdi. Həmin dövr üçün korporasiyaların əsas məqsədini iki vacib məsələ-sıxışdırıb çıxarma və yüksəliş təşkil edirdi. İstehsal və idarəetmənin keyfiyyəti xarakteristikalarının gücləndirilməsi səbəbindən gəlir əldə olunması ikinci plana keçir. Hesab olunurdu ki, korporasiya mürəkkəb strukturdur, onun fəaliyyətinin müvəffəqiyyəti və uğursuzluqları korporasiyanın daxili strukturunda əks olunur. Xarici mühit və onun təsiri isə nəzərə alınmırdı. Qeyd olunan mərhələ aşağıdakı şərtlərlə xarakterizə olunur:

  • əməyin texniki mahiyyətinin çətinləşməsi işçilərin təhsil səviyyəsinin nəzərə çarpacaq dərcədə yüksəlişinə səbəb oldu;

  • işə götürənlərin işçilərdən asılılığı yüksəlir, işçilərin idarə olunması mexanizmləri mükəmməlləşir.

Bu mərhələyə korporativ menecmentin aşağıdakı nəzəri əsasları uyğun gəlir:

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin