İştirakçılar nəzəriyyəsi. Bu nəzəriyyə korporasiyanı böyük sistem kimi hesab edir. Ona əsasən bu sistem onu təşkil edən elementlərin – səhmdarların, işçilərin, istehlakçıların, yerli cəmiyyətlərin, vergi ödəyicilərinin və digərlərinin sadə cəminə bərabər olmayan bir sistemdir. Yəni, «mülkiyyətçi - menecer» münaqişəsinin genişlənməsi baş verir və bu nəzəriyyənin mahiyyəti şirkət rəhbərlərinin maraqlı tərəflərin hamısının məcburi nəzarəti altında olmasından (hesabat verməli olmasından) ibarətdir. Bununla belə, korporasiya iştirakçılarının hər biri öz spesifik məqsədlərini güdürlər:
- menecerlərin fərdi maraqları kimi əmək haqqının maksimallaşdırılması, şirkətin (kompaniyanın) aktivlərinin artması (menecerin peşəkar fəaliyyətinin göstəricisi kimi), işçi ştatının artması və s. çıxış edirlər;
- işçilərin fərdi məqsədləri kimi əmək haqqının maksimallaşdırılması çıxış edir;
- istehlakçıların məqsədi mübadilə nəticəsində maksimum xeyir (fayda) əldə etməkdir.
- kommersiya partnyorları korporasiya ilə bağlanmış kontraktın reallaşmasından əldə olunan əməliyyat mənfəətinin maksimallaşmasına səy göstərirlər.
- maliyyə ortaqları və maliyyə resursları ilə təjhiz edənlər fərdi məqsədlər qismində korporasiyanın maliyyə resurslarına dövriyyənin və kredit imkanlarının artırılması üçün yol tapmağı görürlər;
- istiqraz sahibləri istiqrazlara görə faizlərin artmasında və istiqrazların məzənnəsinin artmasında maraqlıdırlar;
- dövlət tənzimləmə orqanları korporasiyalardan yığılan verginin daha da artmasında maraqlıdırlar;
- yerli ijtimaiyyət korporasiyanın resurslarını, biznesin sosial məsuliyyət proqramlarını istifadə etməklə sosial məsələlərin həll edilməsində maraqlıdırlar.
İdarəçilik nəzəriyyəsi.İdarəçilik nəzəriyyəsinin mahiyyəti ondan ibarətdir ki, muzdlu menecment tərəfindən idarə edilən korporasiyada hakimiyyət səhmdarlar tərəfindən seçilən və onlara hesabat verməli olan direktorlar tərəfindən icra olunur.
Mülkiyyət sahiblərinin sayının çox olması faktiki nəzarətin muzdlu menecerlərə keçməsinə aparıb çıxarır. Menecer qalıq nəzarət adlanan hüquqa malik olur. Mülkiyyət sahiblərinin paylarının dispersiyası çox olduqja «biletsizin problemi» daha kəskin şəkildə özünü göstərir, bu halda menecerlərin əlində daha çox nəzarət olur. Başqa sözlə, mülkiyyət hüquqlarının çox xfırda hissələrə bölünməsi (səpələnmiş mülkiyyət) menecerlər komandasına nəzarəti zəiflədir.
Qeyd olunur ki, problem şirkətin sahiblərində mülkiyyət funksiyası, idarə edənlərdə isə idarəetmə funksiyası (sərənjam vermə hüququ) qaldığı səbəbdən meydana gəlmişdir və problem şirkətin fəaliyyəti zamanı özünü göstərir.