Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Şəkil 2.2. Korporasiyanın idarəetmə tsikli



Yüklə 1,45 Mb.
səhifə10/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
Şəkil 2.2. Korporasiyanın idarəetmə tsikli

Şəkil 2.2-də göstərilən idarəetmə tsikillərinin həyata keçirilməsi üçün idarəedən şirkət tabe olan təşkilatlar (müəssisələr) ilə fəaliyyət haqqında informasiyanın strukturu, həcmi və siyahısını müəyyənləşdirməli və razılaşdırmalıdır.


İdarəedən şirkət korporasiyanın bütövlükdə siyasətini, müəssisələrin rəhbərləri isə ümumi siyasət və maraqlara müvafiq olaraq öz müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirirlər.


2.2. Korporativ menecmentin genezisi

Korporativ menecment strateji xarakter daşıyır və əsasən xarici mühitdə şirkətin uğurlu fəaliyyətinə istiqamətlənir (səhmdarların hüquqlarının müdafiəsi, hökumət orqanları ilə, partnyorlarla, kreditorlarla və s.).


Korporativ menecmentin yaranması, inkişafı və təşkilində əhəmiyyətli mərhələləri ayırmaq olar:
1. XVII əsrdə Ost-Hind şirkətində (East İndia Company) 24 nəfərdən ibarət ilk direktorlar şurası yaradılmışdır. İlk dəfə olaraq mülkiyyət və idarəetmə funksiyalarının ayrılması baş vermişdir.
2. 1776-cı ildə Adam Smit “Millətlərin sərvətinin təbiəti və səbəblərinin tədqiqi” adlı elmi işində qeyd etmişdir: “Dağınıq mülkiyyət idarəetmə problemi yaradacaq”, o menecerlərə nəzarət mexanizminin və idarəedicilər üçün stimulun zəifliyini qeyd edir.
3. 1844-cü il. Səhmdar cəmiyyətlər haqqında ilk qanunda qanunvericiliyə yeni növ mülki məsuliyyət-şirkət sahiblərinin öhdəlikləri üzrə məsuliyyəti daxil olur (Böyük Britaniya).
4. 1931-ci ildə A. Berli və Q. Minz “Müasir korporasiya və xüsusi mülkiyyət” adlı tədqiqat işini nəşr etdirirlər (ABŞ), burada ilk dəfə nəzarət funksiyasının mülkiyyət funksiyasından ayrılması problemi ətraflı olaraq öyrənilmişdir.
5. 1933-1934 cü illər ABŞ. 1933-cü ildə qəbul olunmuş qiymətli kağızlar haqqında qanuna ilk dəfə fond bazarının tənzimlənməsi daxil edilmişdir.
6. 1968-ci il. Avropa Şurası “Şirkətlər haqqında” qanunvericiliyə direktivlər qəbul etmişdir.
7. 90-cı illərin əvvəlləri-sahibkarlıq imperiyalarının iflası. Qalmaqallar seriyası Böyük Britaniyanın iqtisadiyyatını sarsıtdı: bir sıra şirkətlər (Polyy Peck, BCCI, Maxwell) dağıldı, səhmdarlar aldadıldı. İnvestorları müdadfiə etmək üçün korpo-rativ idarəetmə təcrübəsinin mükəmməlləşdirilməsi zərurətə çevrildi.
8. 1992-ci ildə Kedberi Komitəsi korporativ menecmentin maliyyə aspektləri üzrə ilk məcəlləni nəşr etdirdi. Artıq 1993-cü ildən başlayaraq Böyük Britaniyanın fond birjalarında fəaliyyət göstərən şirkətlər bu məcəllənin şərtlərinin yerinə yeti-rilməsi haqqında hesabat verirdilər.
9. 1992-ci ildə hal-hazıra kimi korporativ menecmentin ayrı-ayrı problemləri üzrə çoxlu sayda məruzələr qəbul olunmuşdur. Onların ən əsasları aşağıdakılardır:

  • korporasiyanın iştirakçılarının maraqlarının hərtərəfli hesabatı haqqında Kinqin məruzəsi (CAR);

  • daxili nəzarət və maliyyə hesabatı haqqında Rutmanın məruzəsi (Böyük Britaniya);

  • vəzifəli şəxslərin mükafatlandırılması haqqında Qrinberin məruzəsi (Böyük Britaniya);

  • korporativ menecment haqqında Xempelin məruzəsi (Böyük Britaniya);

  • korporativ menecmentin əsas prinsipləri haqqında Venonun məruzəsi (Fransa);

  • korporativ menecmentin ümumi standartlarının pozulması üzrə məsuliyyət haqqında Pitersin məruzəsi (Hollandiya).

  • audit üzrə komitənin tərkibinə maliyyə ekspertlərinin daxil edilməsi haqqında Sarbeyns-Oksli qanunu (ABŞ).

  • icraçı olmaya direktorlar haqqında Xiqqsin məruzəsi (Böyük Britaniya).

Qeyd etmək lazımdır ki, korporativ menecmentin müxtəlif elementlərinin meydana gəlməsi və onun bütövlükdə təşəkkülü təşkilati-hüquqi formaların təkamülü hesabına baş vermişdir. Buna görə də müxtəlif təşkilati-hüquqi formalar üçün nizamnamə kapitalının fəaliyyətinə diqqət yetirək və reqlamentləşmiş idarəetmə orqanları nöqteyi-nəzərindən korporativ menecmentin prinsiplərinin adekvatlığını təhlil edək (cədvəl 2.1).

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin