Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ mülkiyyətin və idarəetmənin səmərəliliyinə dair təhlil mexanizmləri



Yüklə 1,45 Mb.
səhifə5/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   2   3   4   5   6   7   8   9   ...   104
1.4. Korporativ mülkiyyətin və idarəetmənin səmərəliliyinə dair təhlil mexanizmləri

Beynəlxalq təcrübənin təhlili nəticəsində, korpo­rasiyaların muzdlu rəislərinin işlərinin qiymətləndirilməsi əsasında belə nəticəyə gəlmək mümkündür ki, korporativ münasibətlər sistemində başlıca məsələ maraqların qorunması səviyyəsinin təyin olunmasıdır. Tərəfimizdən müəyyən olunmuşdur ki, alim və mütəxəssislər münasib qiymətləndirmə üsullarının işlənilib hazırlanması üçün xeyli işlər görmüşlər (iqtibas ver). Həmin üsullardan birində əsas kimi mülkiyyətçilərin maraqlarının müdafiəsi mexanizmlərinin səmərəli fəaliyyət göstərməsinin müqayisə edilməsi tətbiq olunur və bütün bunlar isə müxtəlif ölkələrdə korporativ idarəetmənin şəraitlər məcmusu kimi dəyərləndirilir. Korporasiyada mülkiyyətçilərin maraqlarının qorunmasının daxili (direktorlar Şurasının işi, muzdlu müəssisə rəhbərlərinin əməyinin iqtisadi stimullaşdırılması) və xarici (korporativ qanunvericiliyin inkişaf etməsi, fond bazarı, müflislik institutu, muzdlu rəislər institutu) mexanizmlərinin səmərəliliyi qiymətləndirilir.


Tədqiqatçıların digər qrupu belə bir qənaətə gəlmişlər ki, korporasiyaların səhmlərini almış mülkiyyətçilərin maraqları, ilk növbədə, səhmlərin alınmasına sərf etdikləri vəsaitlərin müqabilində daha yüksək mənfəətlərin əldə olunmasına nail olmaqdır. Bu halda korporasiyaların maliyyə-təsərrüfat modelində mənfəət və zərərlərin balansı öz əksini tapmaqla yanaşı bütün bunlar mülkiyyətçilərin maraqlarının qorunması səviyyəsindən xəbər verir. Müvafiq olaraq göstəricilər nə qədər yüksəkdirsə, korporasiyanı muzdlu idarə edənlər bir o, qədər yaxşı çalışaraq mülkiyyətçilərin maraqlarına xidmət etmiş olurlar.
Qarşıya qoyulmuş vəzifələrin həll edilməsi üçün təsnifat metodunu istifadə etmək olar, bizim tərəfimizdən “sistemyaradan” konsepsiya, mülkiyyətçilərin maraqlarının qorunmasını təmin edən konsepsiya hazırlanmışdır və sözügedən konsepsiya şəkil 1.3-də öz əksini tapmışdır.
Şəkildən də göründüyü kimi korporasiya mülkiyyətçisinin maraqlarını gəlirlərin əldə olunması və iqtisadi nəzarət maraqlarına ayırmaq olar. Burada eyni zamanda şəkildən də görünür ki, iki başlıca məqsədin çulğalaşması baş vermişdir. Gəlirlərin əldə olunması dedikdə carı və ya perspektivdə gəlirlərin əldə olunması maraqları başa düşülür.





Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin