Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 8.1. Korporativ strukturlarda informasiyanın açıqlanması sistemi. Emissiya mərhələlərində informasiyanın açıqlanması



Yüklə 1,45 Mb.
səhifə50/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   46   47   48   49   50   51   52   53   ...   104
Bakı – 2021
8.1. Korporativ strukturlarda informasiyanın açıqlanması sistemi. Emissiya mərhələlərində informasiyanın açıqlanması

Korporativ strukturlarda informasiyanın açıqlanmasında əsas məqsədlərsəhmdarların hüquqlarının müdafiəsi və eyni zamanda, qiymətli kağızlar bazarında qiymətəmələgəlmənin ədalətliyidir.


Korporasiya tərəfindən açıqlanan informasiya vahid stan­dartlara uyğun, həqiqi, aydın olmalı, bütün investorlar üçün eyni formada əlçatan, vaxtında və daimi olmalıdır.
Açıq tipli səhmdar cəmiyyət aşağıdakı informasiyaları açıqlanmalıdır:

  • cəmiyyətin illik hesabatını, illik mühasibat hesabatını;

  • cəmiyyətin səhmlərinin emissiyasını;

  • səhmdarın ümümi yığıncağı haqqında məlumatı (bildiriş);

  • cəmiyyətin affiləşmiş şəxsləri haqqında hesabatı.

“Qiymətli kağızlar və fond birjası haqqında” Qanununda informasiyanın açıqlanmasının aşağıdakı üsulları nəzərdə tutulur:

  1. Dövri nəşrləri, müxtəlif tirajlı nəşrlərdə (açıq yazılar-on min nümunə, digər hallarda-bir min) aparılması.

  2. Bundan başqa, bütün nəşr edilən informasiyanın vahid külliyatının “Xəbərlərə əlavələrdə” əks olunması.

  3. İnformasiyaların informasiya agentliklərinin xəbər lentlərində açıqlanması (nəşr edilməsi).

  4. İnformasiyanın internet vasitəsilə və sərbəst oxunuşla yayımlanması.

Qanunla müəyyən edilmiş tələblərə əlavə olaraq korporativ menecmentdə cəmiyyətə aşağıdakı informasiyanın açıqlanması (nəşr edilməsi) tövsiyə olunur:

  • baş direktorun müavinləri, baş mühasib və cəmiyyətin katibi, cəmiyyətin idarəetmə orqanlarının üzvləri haqqında;

  • dividentlərin ödənilməsi ya ödənilməməsi üzrə DŞ-nın qərarlarının qəbul edilməsi meyarları haqqında;

  • cəmiyyət və onun vəzifəli şəxsləri, eləcə də, cəmiyyətin nizamnamə kapitalının 20%-dən çoxuna sahib olan digər şirkətlərin vəzifəli şəxsləri ilə cəmiyyət arasında imzalar, sazişlər haqqında;

  • cəmiyyətin aktivlərinin 2 %-ni aşmayan dəyərə malik cəmiyyət əmlakının iştirak etdiyi müqavilələr haqqında;

  • qiymətli kağızların növbəti emissiyasının potensiyal tərkibi haqqında;

  • cəmiyyətin korporativ menecment məcəlləsinə və s. əməl edilməsi haqqında.

İnformasiyanın açıqlamasının tövsiyyə olunan əlavə üsulları arasında cəmiyyətin rəhbərliyinin səhmdarlarla daimi görüşlərini və press-konfransları qeyd etmək olar.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin