Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


İşgüzar etika və onun universal prinsipləri



Yüklə 1,45 Mb.
səhifə48/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   44   45   46   47   48   49   50   51   ...   104
7.5. İşgüzar etika və onun universal prinsipləri

İşgüzar etika-sahibkarlıq fəaliyyətinin norma və mənəvi prinsiplərinin məcmusu, biznesin əsasını təşkil edən “oyun qaydaları”dır ki, bu qaydalarsız o problemli, riskli və ehtimal olunmayan hesab olunur. İşgüzar etika-səhmdarlar, direktorlar şurası, menecerlər, şirkət əməkdaşları və şirkətin digər maraqlı üzvləri: malsatanlar və xidmət göstərənlər, distribyutorlar, satıcılar, son istehlakçılar, yerli əhali və hakimiyyət orqanları arasındakı mürəkkəb münasibətlər sisteminin tənzimlənməsinin mühüm amilidir.


Müasir korporativ mədəniyyətin əsasını təşkil edən işgüzar etikanın universal prinsipləri Amerika sosioloqu L.Xosmer tərəfindən formalaşdırılmış və dünya fəlsəfi aksiomlarına əsaslanmışdır.

  1. Heç vaxt sənin və ya şirkətin uzunmüddətli ma­raqlarına daxil olmayan bir əməli etmə. Bu prinsip digər adam-ların maraqları ilə uyğunlaşan şəxsi maraqların və uzunmüddətli və qısamüddətli maraqların fərqlərinin araşdırılması üzrə qədim yunan fəlsəfəsinə (Protaqor) əsaslanmışdır.

  2. Vicdanlı, aydın və səmimi olduğuna əmin olmadığın bir davranışı etmə. Bu prinsip Aristotel və Platonun şəxsi ləyaqət haqqında baxışlarına əsaslanır.

  3. Heç vaxt yaxşı olmayan, birlik hissinin formalaşmasına mane olan və ümumi bir məqsədə çatmağa səbəb olmayan bir davranışı etmə. Prinsip xeyirxahlığa, qarşılıqlı yardım və qarşılıqlı asılılığa, ümumdünya dinlərinin ehkamlarına əsasla-nır.

  4. Heç vaxt qanunu və ya qanunda qeyd olunan minimal mənəvi cəmiyyət normalarını pozan davranışlar etmə. Prinsip Qobbs və Lokkun dövlətin xoşbəxtliyi (rifahı) üçün insanlar arasındakı rəqabətdə münsif rolunu qeyd etdikləri baxışlara əsaslanır.

  5. Böyük xeyirxahlığa aparmayan, sənin də yaşadığın cə­miyyətə zərər verən davranışlar etmə. Prinsip utilitarizm etikasına İ.Bentamon və Con S.Mill tərəfindən işlənib hazırlanmış əxlaq davranışlarının təcrübi əhəmiyyətinə əsaslanır.

  6. Bənzər vəziyyətdə olan insanlara arzu etmədiyin dav­ranışlar etmə. Kant nəzəriyyələrindən birinə əsaslanır.

  7. Digərlərinin hüquqlarını məhdudlaşdıran davranışlar etmə. Bu prinsip Russo və Cefersonun şəxsiyyətin hüquqları haqqında baxışlarına əsaslanır.

  8. Elə hərəkət et ki, qanunvericilik çərçivəsində bazar tə­ləblərini və mənfəəti maksimallaşdır, bu zaman bütün xərcləri nəzərə al. Bu şərtlər maksimal mənfəət, istehsalın daha səmərəli olmasına dəlalət edir. Prinsip A.Smitin iqtisadi nəzə-riyyələri və V.Paretonun optimal saziş haqqında baxışlarına əsaslanır.

  9. Cəmiyyətdəki zəif insanlara zərər verə biləcək davra­nışlar etmə. Prinsip Rolsun bölüşdürücü ədalət qaydasına əsaslanır.

  10. Digər şəxsin özünüinkişaf və özünüreallaşdırması hüquqlarına mane olacaq davranışlar etmə. Prinsip cəmiyyətin inkişafı üçün zəruri olan şəxsiyyətin azadlıq dərəcəsinin geniş­ləndirilməsi haqqında Nozikin nəzəriyyəsinə əsaslanır.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin