Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 7.1. Korporativ mədəniyyət və onun müasir prinsipləri



Yüklə 1,45 Mb.
səhifə44/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   40   41   42   43   44   45   46   47   ...   104
Bakı – 2021


7.1. Korporativ mədəniyyət və onun müasir prinsipləri

“Sahibkarlıq mədəniyyəti” anlayışının müxtəlif tərifləri mövcuddur. V.D.Kozlov “Təşkilat mədəniyyətinin idarə edilməsi” işində qeyd edir ki, “Sahibkalıq mədəniyyəti-fəaliyyət, adət, ənənə, fərdi və qrup maraqlarının, işçilərin davranış xüsusiyyətlərinin, rəhbərlik tərzinin və s. qayda və normalarının formal və qeyri-formal sisteminin məcmusudur”. Bu baxımdan da, “korporativ mədəniyyət”ə bel bir tərif vermək olar:


Korporativ mədəniyyət-şirkətin dəyərlərini, qarşılıqlı əla-qələrinin üslubunu, mühitini müəyyənləşdirir.
Korporativ mədəniyyətin ümummi qəbul edilmiş və vahid tərifinin olmamasına baxmayaraq, bu anlayış ətraf mühitin mühafizəsi, insanlara hörmət, qanunvericilik tələblərinə riayət olunmasına müvafiq olaraq ümumi qəbul olunmuş etik dəyərlərlə asılılıqda istifadə olunur.
Korporativ davranış məcəlləsinin qəbul olunması ilə səhmdar cəmiyyətlərin təcrübəsinin ilk planında etik normalar və mənəvi prinsiplər büruzə verdi. Korporativ münasibətlərə tətbiq olunmaqla, bu etik tələblər bəzi xüsusiyyətlərə malik olur. Bu onunla əlaqədardır ki, qeyd olunan sahədə müxtəlif tərəflərin maraqları toqquşur.
Şirkətlərdə korporativ mədəniyyət işgüzar etikanın təsiri ilə formalaşır və genişlənir (bu adamların əxlaq davranışlarının, onların bir-birinə və bütövlükdə cəmiyyətə qarşı vəzifələri sistemidir). Hal-hazırda Azərbaycanda şirkətlərin üç əsas qrupu fərqləndirilir:

  1. Bazar mühitində özəlləşdirmə və postözəlləşdirmə prosesləri nəticəsində formalaşan şirkətlər.

  2. Bazar iqtisadiyyatı şəraitində meydana gələn şirkətlər.

  3. Təbii monopoliyalara daxil olan şirkətlər.

Bu qrupların hər birində qeyd olunan biznesin əsas məsə­lələrinin təsiri altında işgüzar etikanın xüsusiyyəti formalaşmışdır.
Müasir korporativ mədəniyyətin aşağıdakı prinsiplərini fərqləndirirlər:

  1. Peşəkarlıq, səriştəlilik və məlumatlılıq. Qeyri-peşəkar, səriştəsiz qərarların qəbul olunması halında bütün maraqlı tə­rəflərin maraqlarına zərbə vurulur. Həm korporativ, həm də korporativ münasibətlərin bütün iştirakçıları əziyyət çəkir. Peşəkarlıq insanın öz peşəkar vəzifələrinin yerinə yetirməsi, ixtisasının digər nümayəndələri ilə vicdanlı rəqabətin həyata keçirilməsi üçün zəruri olan işgüzar keyfiyyət və bacarıqlara malik olmağını nəzərdə tutur. Məlumatlılıq səhmdarlardan, direktorlar şurası və digər maraqlı şəxslərdən, onların hüquqi və qanuni maraqlarına aid qərarların qəbul olunması zamanı hər hansı informasiyanın gizlədilməsinin qeyri-mümkünlüyünü ifadə edir.

  2. Məxfilik və peşəkar sirlər. Məxfiliyə riayət olunması yalnız vicdanlı və qanunauyğun davranışlar haqqında informa­siyanın gizli saxlanılması mənasını verir. Söhbət etibarsızlıqdan, şəffaflığa dəlalət edən informasiyanın gizlədilməsindən getdikdə, bu zaman, informasiyanın açıqlanmasının məcburi qaydaları qüvvəyə minir. Məxfilik rejiminə lazımi sərflik və reqlamentliliyin tətbiq olunması üçün direktor və menecerlər səhmdarlara və digər maraqlı şəxslərə zəmanət verməlidirlər ki, açıqlanması qeyd olunan maraqlı şəxslərə zərər verə biləcək məxfi informasiya ilə işləyən şirkət işçiləri gərəkli şəkildə təlimatlandırılmışdır və komapniyada informasiyanın yayılmasının qarşısını alan real mexanizm və proseslər mövcuddur (qəbzlər, təlimatlar, nəzarət tədbirləri).

  3. Maraqların münaqişəsi halında fəaliyyət qaydaları. Maraqların münaqişəsi direktorların, menecerlərin, işçinin şirkətin maliyyə və şəxsi maraqları toqquşanda meydana gəlir. Bununla əlaqədar, rəhbərlik və bütün əməkdaşlar maraqların potensial münaqişələri yarana biləcək sahələrdə öz fəaliyyətləri haqqında mütəşəkkil təlimatlar almalıdırlar. Direktorlar, menecerlər və işçilər üçün maraqların münaqişəsi yarana biləcək aşağıdakı sahələri ayırırlar:

  1. Maliyyə investisiyaları. Əməkdaşlar firma ilə rəqabətdə olan-işəgötürənlər və ya öz şirkətlərinin konturagentləri hesab olunan firmalarla rəqabətdə olan komapniyada inves­tisiyalaşma həyata keçirməməlidirlər. Əgər söhbət birbaşa deyil, azəhəmiyyətli (portfel) investisiyalardan gedirsə-heç bir münaqişə yarana bilməz. Ancaq, bu və ya digər dərəcədə inves­tisiyaların “azəhəmiyyətliliyi” məsələsi qiymətləndirici kateqoriya sayılır. Buna görə də işçi bu haqda rəhbərliyə məlumat verməlidir.

  2. Digər şirkətlərdə sahibkarlıq və ya digər iqtisadi fəa-liyyət. Əgər işçi, direktor və ya menecer digər biznes və ya işə malikdirsə bu şirkətin inkişafına sərf edilə biləcək vaxt və güc məsrəfini obyektiv olaraq ixtisar edir (vəzifələrin xarakteri ranqından asılı olaraq məhdudiyyətlər müxtəlif ola bilər).

  3. Hədiyyələr. İşçilər, direktor və menecerlərin hər hansı qiymətli hədiyyələri qəbul etməsi yolverilməzdir. Əks halda hədiyyə verən hədiyyə qəbul edənin davranışını şirkət tərəfindən müəyyən öhdəliklərin qəbulu kimi qiymətləndirə bilər.

  4. Qohumların işi və ya sahibkarlıq fəaliyyəti. İşçilərin, menecerlərin və ya direktorların qohumlarının sahikarlıq fəaliyyəti onların rəqib firmalarla və ya şirkətin konturagentləri ilə işlədikləri və ya biznesə malik olduqları halda münaqişələrin yaranmasına səbəb ola bilər.

  1. Korporasiyanın səhmlərinin mühafizəsi və gərəkli də­rəcədə istifadəsi. Şirkət səhmlərinin mühafizəsi korporativ qalmaqallar seriyası (ABŞ-da Enron, Avropada Parmalat və s.) halında xüsusi aktuallıq kəsb edir.

Şirkət direktorları və top menecerləri şirkət aktivlərindən suiistifadə etməmək və onların gərəkli dərəcədə istifadəsi üçün bütün səyləri göstərəcəklərini yazılı şəkildə rəsmiləşdirilməsini öz üzərlərinə etik öhdəlik kimi götürməlidirlər. Rəhbərlik etikasına xüsusi tələblər iri sazişlərin və maraqlı sazişlərin imzalanması zamanı irəli sürülməlidir. Qeyd olunan sazişlərin direktorlar şurası və səhmdarların ümumi yığıncağı tərəfindən razılaşdırılması prosesi olmadan həyata keçirilməsi, şirkət mülkiyyətçiləri üçün ciddi itkilərə səbəb ola bilər, korporasiya özü isə iflasa uğraya bilər.

  1. Həyata keçirilən fəaliyyətin qanunvericilik və digər hüquqi normaların tələblərinə uyğunluğu. “Riçard Dartın piramidası”na əsasən, etikaya riayət olunması biznesin inkişaf piramidasının ikinci səviyyəsi hesab olunur. O isə öz növbəsində birinci səviyyəyə (qanuna riayət olunması) əsaslanır. Qanunvericiliyin tələb və normalarına əməl etmədən etikaya riayət etmək olmaz.

  2. Hər hansı bir şəxsin qeyri-qanuni və etik olmayan davranışı haqqında informasiyanın şirkətin idarəetmə orqanları və ya hökumət orqanlarına yönəldilməsi. Şirkətin etik məcəllələrində şirkətin rəhbərliyinin ünvanına yönəlmiş davra-nış haqqında informasiyanın yönəldilməsinin əsasları və qaydalarının təyin olunması tövsiyyə olunur. Bu zaman, müraciət edənlər üçün hər hansı neqativ nəticələrin meydana gəlməsi halında belə müraciətlərə müstəqil və qərəzsiz baxılmasına zəmanət verilməlidir.

  3. Korrupsiyaya qarşı mübarizə. Dünya iqtisadi təcrübəsi göstərir ki, əgər hökumət rəqabət mübarizəsinin dəqiq qaydalarını təyin edirsə, bu zaman rəqabət obyektiv səbəblərə görə qanunilik çərçivəsindən çıxır. Rəqabət mübarizəsində qeyri-innovasiya texnologiyalarının tətbiqi vasitəsilə qalib gəlmək cəhdləri meydana gəlir, xərclərin minimallaşdırılması və s. Korrupsiya yolu ilə isə şirkət və şəxs qeyri-qanuni ödənişlərə əsasən səmərəli kontrakt əldə edir və beləliklə ədalətsiz yolla öz rəqibləri qarşısında üstünlük qazanır. Korrupsiyanın qarşısını almaq üçün təşkilat və şəxsi müəssisələrin “qara kassaları” ilə mübarizə zəruridir. Beləki, məhz, həmin mənbədən (rəsmi hesabatlarda əks olunmayan pul vəsaitləri) korrupsiyalı alış-verişə pullar xərclənir.

Bu sahədə ABŞ-ın təcrübəsi olduqaca müsbətdir. Beləki, bu ölkə korrupsiyaya qarşı mübarizə aparan aparıcı ölkələr si­yahısındadır. 1934-cü ildə qəbul olunan, 1970-ci ildə dəyişiklik edilən “Qiymətli kağızlar haqqında” qanun gizli qaydada həyata keçirilən (hesabatda əsk olunmayan) istənilən ödənişləri qadağan edir. Beləliklə, səhmdar və auditor firmalarında rüşvət və aldatmalar haqqında informasiyalar aradan qaldırılır. Bu qanuna müvafiq olaraq firma fondlarının istənilən nəzarətsiz göstərişləri ciddi pozuntu sayılır və cinayət araşdırmalarına gətirib çıxara bilər.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin