Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Səhmdarlar və direktorlar üçün korporativ mədəniyyətin prinsipləri



Yüklə 1,45 Mb.
səhifə45/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   41   42   43   44   45   46   47   48   ...   104
7.2. Səhmdarlar və direktorlar üçün korporativ mədəniyyətin prinsipləri

Maraqlı şəxslər dedikdə, maraqları şirkətin fəaliyyətinə uyğun olan (səhmdarlar, menecerlər, işgüzar tərəfdaşlar, istehlakçılar və s.) şəxslər qrupu başa düşülür. Maraqlı şəxslər arasında üç əsas qrupu fərqləndirilər: səhmdarlar, direktorlar və menecerlər. Səhmdarlar öz növbəsində öz aralarında maraqları ilə fərqlənən iki kateqoriyaya bölünür: majoritar və minoritar. Minoritar səhmdarlardan fərqli olaraq majoritar səhmdarlar şirkətin uzunmüddətli perspektiv inkişafı və az risklərə yönəlmişdir. Əgər onlar divident ödənişi və gəlirin kapitallaşdı­rılması arasında seçim qarşısında qalsalar, ikincini seçirlər.


Majoritar səhmdarlar üçün korporativ davranışın aşağıda­kı prinsiplərini tövsiyyə etmək olar:

    • minoritarların əmlak maraqlarına etinasızlıq etməmək və hesablanmış divident siyasəti həyata keçirmək;

    • menecerlərin fəaliyyəti üçün direktorlar şurası ilə birlikdə düşünülmüş motivasiya həyata keçirmək (bu öz növbə­sində sonuncuların suiistifadə riskini azaldır);

    • direktorlar şurasının fəaliyyətinin peşəkarlığını və müstəqilliyini planlı olaraq yüksəltmək.

  • Minoritarlar üçün korporativ mədəniyyətin prinsipləri aşağıdakılardı:

    • şirkətin maraqlarına zərər vurulmasına yol verməmək (səhmdarların öz hüquqlarından sui-istifadə etməklə);

    • şirkətin kommersiya sirrinə aid olan informasiyanı yaymamaq;

    • şirkətin iri səhmdarları, direktorları və menecerlərindən qəbul olunmuş etik qaydalara əməl olunmasını tələb etmək.

Şirkətin səhmdarları və menecerləri arasında münaqişələrin həlli direktorların başlıca vəzifəsidir. Onun həlli üçün direktorlar şurası real olaraq, həm səhmdarlardan, həm də menecerlərdən qeyri asılı halda olmalıdır (müstəqil olamalıdır). Direktorlar üçün aşağıdakı prinsiplər tövsiyyə olunur:

    • şirkətdə etik qaydaları hazırlamaq və təsdiq etmək;

    • direktorlar şurasının fəaliyyəti gedişində şirkətin bütün maraqlı şəxslərinin maraqlarını nəzərə almaq;

    • şirkətin şəffaf monitorinqini həyata keçirmək, səhmdarlar, menecerlər və cəmiyyət işçiləri tərəfindən cəmiyyətin təsis və daxili sənədlərinə, qanunvericilik tələblərinə ria-yət etmək;

    • məntiqli divident siyasəti üzrə səhmdarlara tövsiyələr hazırlayıb təqdim etmək;

    • menecerlərin fəaliyyətinin effektiv motivasiya sistemini hazırlamaq;

    • səhmdarlar qarşısında hesabat vermək və şirkətdə işlərin vəziyyəti haqqında tam və dəqiq informasiya təqdim etmək.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin