Korporativ menecment məcəlləsində əks olunan yeniliklər siyahısında SC-lər üçün cəmiyyətin katibi vəzifəli şəxsin olması tövsiyəsi əks olunur. Onun vəzifəsi SC-in hüquq və mənafelərinin reallaşdırılmasına zəmanət verən tələblərə cəmiyyətin vəzifəli şəxsləri və orqanları tərəfindən təmin olunmasıdır. Cəmiyyətin katibinin və onun vəzifəli şəxslərinin müəyyənləşdirilməsi qaydası onun nizamnaməsində əks olunmalıdır.
Bütövlükdə korporativ katibin funksiyalarına aşağıdakılar aid ola bilər:
səhmdarların ümumi yığıncağının keçirilməsi haqqında qərara əsaslanaraq, qanunvericiliyin tələblərinə, nizamnamə və cəmiyyətin digər sənədlərinə müvafiq olaraq səhmdarların ümumi yığıncağına hazırlığın və onun keçirilməsinin təmin olunması;
qanunvericiliyə, nizamnamə və cəmiyyətin digər daxili sənədlərinin tələblərinə uyğun olaraq DŞ-nın iclasına hazırlıq və onun keçirilməsi;
cəmiyyət haqqında informasiyanın nəşr olunmasının və cəmiyyətin sənədlərinin mühafizəsinin təmin olunması;
cəmiyyət tərəfindən səhmdarların müraciətlərinə lazımi baxışın keçirilməsi və səhmdarların hüquqlarının pozulması ilə əlaqədar mübahisələrin həll edilməsi;
prosseslərin əməl olunmasına mane olan bütün faktlar haqqında DŞ-nın sədrini məlumatlandırmaq;
tənzimlənmə orqanları, auditorlar, kreditorlar və digər maraqlı şəxslərlə qarşılıqlı fəaliyyət;
şirkətin müvafiq qanunvericiliyə riayət etməsinin təmin olunması.
Korporativ katib iki əsas tələbə cavab verməlidir:
Səhmdarların ümumi yığıncağına hazırlıq və onun keçirilməsi qaydalarına, DŞ-nın fəaliyyətinə, cəmiyyət haqqında informasiyanın nəşr olunması və təqdimatına əməl olunması. Belə ki, bu prosseslərə əməl olunması səhmdarların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır.
Onun statusu şirkətin menecerlərinə nisbətən daha yüksək müstəqillyə, səhmdarların fikirlərinin, tələb və şikayətlərinin akumulyasiyası və DŞ-na çatdırılması qabiliyyətini daha yüksək səviyyədə təmin etməyə malik olmalıdır.
Cəmiyyətin katibinin icraedici orqanın vəzifəli şəxslərdən müstəqiliyini təmin etmək üçün korporativ menecment məcəlləsi korporativ vəzifəyə təyin olunması və kənarlaşdırılmasını şirkətin DŞ-nın qərarı ilə həyata keçirilməsini tövsiyə edir.
Qeyd etmək lazımdır ki, son illərdə korporativ katibin funksiyaları olduqca mürəkkəbləşmişdir. Hal-hazırda korporasiyalar institutsional investorların artan təsiri, vətəndaş cəmiyyətin biznesin sosial məsuliyyət səviyyəsinə yüksək tələbləri, təşkilatın işçilərinə səhmdarları tərəfindən top menecment və DŞ-na təsirin güclənməsi, qanunvericilik normaların sərtləşdirilməsi şəraitində fəaliyyət göstərməli olurlar. Nəticədə, korporativ katib ikinci dərəcəli vəzifəli şəxsdən müasir səhmdar cəmiyyətin hakim fiqurlarından birinə çevrilmişdir.