Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə58/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   54   55   56   57   58   59   60   61   ...   104
9.2. Korporativ nəzarətin formaları

Şərti olaraq korporativ nəzarət 3 hissəyə bölünür:


- səhmdar
- idarəetmə
- maliyyə.
Bunların hər biri hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.
Səhmdar nəzarəti səhmdarlar tərəfindən bu və ya başqa qərarın lehinə və ya əleyhinə səs verməyə imkan yaradır. O, nəzarətin ilkin formasıdır və korporasiyanın səhmdarlarının maraqlarını əks etdirir.
Korporativ nəzarətin bu forması kredit təşkilatlarının iştirakı olmadan investisiya prosesini maksimum dərcədə birbaşa edir. Lakin birbaşa sərmayə formalarının inkişafı fərdi investisiya seçimini çətinləşdirir,potensial inves­torlara peşəkar məsləhətçilər və informasiya toplamağa məcbur edir. Məhz buna görə korporasiyaların tarixi bir tərəfdən investisya formalarının maksimum dərcədə demokratikləşməsini, başqa tərəfdən isə maliyyə institutlarının timsalında maliyyə vasitəçilərinin artması ilə bağlıdır.
İdarəetmə nəzarəti özündə-fiziki və ya hüquqi şəxslər tərəfindən müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsini ehtiva edir. Bu zaman idarəetmə qərarlarının və idarəetmə nəzarəti səhmdar nəzarətinin törəməsi rolunu oynayır.
Maliyyə nəzarəti isə özündə maliyyə alətlərinin və xüsusi vasitələrin istifadə edilməsi ilə səhmdar cəmiyyətinin qərarlarına təsiretməni təcəssüm etdirir. Belə ki, maliyyə-kredit institutlarının ilkin funksiyası səhmdar cəmiyyətini maliyyələşdirməkdən ibarətdir. Kredit münasibətlərinin əsasında maliyyə nəzarəti formalaşır. Bu səbəbdən maliyyə nəzarəti səhmdar nəzarətinə rəqib kimi çıxış edir. Çünki səhmdar cəmiyyətin daxili və xarici mənbələr hesabına maliyyələşməsinin seçilməsi zamanı formalaşır. Səhmdar cəmiyyətin maliyyələşməsinin xarici mənbələrdən asılılığı və həmçinin xarici mənbələrin genişlənməsi maliyyə nəzarətinin əhəmiyyətini artırır. Maliyyə - kredit institutlarının inkişafı və sahibkar fəaliyyəti subyektlərinin maliyyələşməsində onların rolunun genişlənməsi nəzarət münasibətinin inkişafına gətirib çıxarır. Özüdə bu münasibətlər ayrı-ayrı səviyyələrə bölünərək daha da mürəkkəb olur. Iqtisadiyyatda qarşılıqlı ümumi asılılıq və məsuliyyət şəraiti yaranır: korporasiyalar >səhmdarların qarşısında. Maliyyə-kredit təşkilatları > əmanətçilərin qarşısında, onlar isə > korporasiyaların qarşısında səhmdarlar kimi çıxış edir.
Təqaüd və sığorta vasitələrinin cəmiyyətdə rolunun artması korporativ nəzarətin “demokratikləşməsinə” aparır. Özəl qeyri-dövlət təqaüd fondları iri səhmdar cəmiyyətləri kimi təşkil olunaraq uzunmüddətli maliyyə resurslarının əhəmiyyətli hissələrini akkumulyasiya edir. Sonradan isə, bir yerə yığılan pul kapitalı koporasiyaların səhmlərinin alınmasına xərclənir. Iqtisadi cəhətdən təqaüd fondları öz əmanətçilərinə məxsusdur və böyük həcmdə pul vəsaitini toplamağa qadirdi. Bu da maliyyə nəzarətinin inkişafına gətirib çıxardır. Təqaüd fondlarının aktivlərinin peşəkar cəhətdən idarə edilməsi xidmətini maliyyə instituları müxtəlif cür göstərir. eyni ilə təqaüd fondları haqqında qeyd etdiklərimiz sığorta banklarınada aiddir.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin