Заключение
С обретением государственной независимости постепенно стали
вырисовываться новые контуры культуры. Первый Президент
Республики Узбекистан Ислам Каримов (1938-2016) в связи с этим
отмечал, что: «Исключительно важное место в процессе возрождения
и роста национального самосознания, если хотите, национальной
гордости, занимает историческая память, восстановление объективной
10
На территории Мавераннахра располагалась большая часть территории
современного Узбекистана, запад Таджикистана, восток Туркменистана и
южные регионы Казахстана.
481
и правдивой истории народа, родного края, территории государства»
( 13, c.134). Одним из тех, кто выступал за возрождение национального
самосознания, «восстановление объективной и правдивой истории
народа» был Иброхим Муминович Муминов.
Спустя двенадцать лет с момента провозглашения независимости
Республики Узбекистан в 2003 году И. Муминов был посмертно
удостоен высшей государственной наградой
Узбекистана–ордена
«Буюк хизматлари учун»(«За выдающиеся заслуги»).
Сегодня государства Центральной Азии вновь собирают ранее
«вырванные»
страницы
своей
истории
и
восстанавливают
насильственно остановленный исторический процесс. На наших глазах
формируется гражданское общество, требующее людей с высоким
уровнем образования, экономической и политической культуры,
способных самостоятельно ориентироваться в различных идейных и
культурных традициях и течениях. Одним из тех, кто своей научной
деятельностью и примером гражданского мужества, закладывал
фундамент сегодняшних процессов, был «философ из Тезгузара» –
академик Иброхим Муминович Муминов.
Литература:
1. Логофет Д.Н. Страна бесправия. Бухарское ханство и его современное
состояние. – СПб.: Изд. В. Березовский, Русская скоропечатня, 1909.. – 240 с.
2. Муминов И.М. (ред.) История Самарканда. В 2-х т. Том 2. – Ташкент: Фан,
1970. – 505 с.
3. Муминов И.М. Рациональное зерно диалектики Гегеля // Муминов И.М.
Избранные труды. В 3-х тт. – Т. 2. – Ташкент, 1970. – C. 51-162.
4. О недостатках и ошибках в освещении истории немецкой философии конца
XVIII и начала XIX вв. // Большевик. – 1944. – № 7-8.
5. Митин М. О реакционных социально-политических взглядах Гегеля //
Большевик. – 1944. – № 12.– С.39-48.
6. Вопросы философии. – 1947. – № 1.
7. Муминов И.М. Философские взгляды Мирзы Бедиля. – Ташкент, 1958. –
110 с.
8. Садыкова Н.Н. Философия Мирзо Абдулкодира Бедиля. Автореф. дисс.…д.
филос. н: 09.00.03 – история философии. – Душанбе, 2007.
9. Садыков А.С. Крупный ученый-обществовед и организатор (о жизни и
научной деятельности академика АН Уз.ССР И.М. Муминова) //
Воспоминания о И.М. Муминове.– Ташкент: Фан, 1978. – С. 7-16.
10. Муминов И.М. Из истории развития общественно-политической мысли в
Узбекистане конца XIX- начало XX вв. – Ташкент, 1957. – 214 с
.
11. Муминов И.М. Роль и место Амира Тимура в истории Средней Азии: в
свете данных письменных источников // Тамерлан: Эпоха. Деяния. Личность.
Сост., обр. и подг. текста Р. Рахманалиева. – М.: Гураш», 1992. – C. 532-540.
482
12. Edward A. Allworth. The modern Uzbeks. From the fourteenth century to the
present. A cultural history. – Stanford: Hoover institution press, 1990.
13. Каримов И.А. Узбекистан на пороге XXIвека: угрозы безопасности,
условия стабильности и гарантии прогресса. – Т.: Узбекистон, 1997.– 318 с.
Ġradə Zərqan
QAFQAZ MÜRĠDĠZMĠ HƏRAKATINA FƏLSƏFĠ BAXIġ
Fəlsəfənin mühüm funksiyalarından biri tarixi irsin, bəşəri təcrübənin bütün
formalarını (qnoseoloji, praksioloji, aksioloji) düşüncə süzgəcindən
keşirərək yeni elmi istehsala təqdim etməkdir. Dini, elmi-nəzəri biliklərə,
keçmişə və indiyə müraciət edərək təhlil və ümumiləşdirmələrin aparılması
aksioloji sahənin keyfiyyətini və ictimai faydasını artırır, cəmiyyətdə maddi
və mənəvi irsə düzgün münasibət formalaşdırmağa, mədəni zənginlik
şəraitində milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
İslam fəlsəfəsi, sufi təriqətləri, eləcə də Qafqaz müridizmi ilahi hikmətin
ictimai şüurda təcəlliləridir: sülhün, həqiqətin, ədalət və xeyirin zamandan
asılı olaraq dəyişməyən insanlıq meyarları, ümumbəşəri dəyərlər olmasını
təsdiq edən mədəni hadisələrdir. Bu mənada tarix düşüncənin həyata, hadisə
və proseslərin dinamikasına təsiri nümunələrinin məcmusudur. Müridizmin
dinşünaslıq aspektindən tədqiqi insanın özünə qayıdış cəhdlərinin
öyrənilməsi baxımından olduqca aktualdır.
Dinə, fəlsəfənin funksiyasına, mənəvi dəyərlərə daban-dabana zidd müasir
yanaşmalar, psevdoelm, xüsusilə də postmodern düşüncə axınlarının
rəngarəngliyi fonunda alternativ dəyər əxz edən mövzunun işlənməsi
düşüncə plüralizmi və rəy müxtəlifliyindən elmi obyektivliyə keçid
vəzifəsini təmin edir. Qafqazda böyük siyasi hərəkata çevrilmiş təriqətin
qnoseoloji və praksioloji aspektlərinin araşdırılması Azərbaycan Xalq
Cumhuriyyətinin 100 illiyi ərəfəsində tarixi hadisələrə yenidən, müasir
elmi, mədəni, sosial-siyasi, fəlsəfi tələblər prizmasından nəzər salınması
kimi aksioloji tələbatdan irəli gəlir.
Qafqaz müridizmi XVIII-XIX əsrlərdə Quran hikmətinin əhyası,
Peyğəmbər sünnəsinin icrası səylərini ifadə edən təriqət hərəkatı, İslam
tarixinin İmam Şamillə bağlı şanlı səhifəsidir. Müridizm haqqında yazılan
əsərlərin əksəriyyətində Qafqaz müharibələri, İmam Şamil, mürid və
naiblərin fəaliyyətinə tarixi və siyasi aspektdən yanaşılmışdır (1; 2; 3; 4; 5;
6; 7; 8; 9; 10).
Rus Çarizminin işğalçılıq siyasətinə qarşı Qafqazda İmam Şamilin (1997-
483
1871) rəhbərliyi ilə başlayan silahlı hərəkat haqqında müxtəlif dillərdə
zəngin elmi və bədii ədəbiyyat, arxiv materialları, tarixi sənədlər, sənədli və
bədii filmlər mövcuddur. Müridizm hərəkatının araşdırılması və dini-fəlsəfi
aspektlərinin işlənməsində ―Təsəvvüf tarixi‖ (11), Hacı Qasım oğlu Mirzə
Kazım bəyin ―Müridizm və Şamil‖ (12),
İmam
Mustafayev və Sadıq
Murtuzayevin birlikdə qələmə aldıqları ―İmam Şamil‖ ( 13), M.Hammerin
―Şamil. Müsəlmanların çarizmə qarşı müqaviməti. Çeçenistan və
Dağıstanın işğalı‖ (―Шамиль. Мусульманское сопротивление царизму.
Завоевание Чечни и Дагестана) (14), ―Şamil dövrü Dağıstan müharibələri
haqqında Məhəmməd Tahir Karahinin gündəliyi‖ (―Хроника Мухаммеда
Тахира аль-Карахи о дагестанских войнах в период Шамиля‖) (15),
Əbdürrəhman Qazıqumuxinin ―Xatirələr kitabı‖ (―Книга воспоминаний‖)
(16), Hacı Əlinin ―Şamil barədə şahidin söylədikləri‖ (―Сказание очевидца
о Шамиле‖) (17), Şərafətdin Kikununskinin ―Nakşibəndilərin fəzilətləri və
onlar haqqında hekayələr‖ (―Добродетели накшбандийских шейхов и
рассказы о них‖) (18), A. R. Şıxsəidov və R.Ş. Şərafətdinovanın ―Ərəbdilli
sənədlərdə Şamil dövrü‖ (―Арабоязычные документы эпохи Шамиля‖)
(19), T. M Aitberov və Ş. M. Hafizovun ―XIII və XIX əsrlərdə İlisu və
Dağlıq mahal‖ (―Елису и Горный магал в ХIII–ХIХ вв. (очерки истории
и ономастики‖) (20) əsərlərindən, Abdulla Rəhimovun ―Şimali Qafqaz
xalqlarının XIX əsr milli azadlıq müharibəsində İslamın inteqrasiya
funksiyası‖ («Интеграционная функция ислама в национально-
освободительной войне народов Северного Кавказа XIX века‖) (21)
adlı dinşünaslıq üzrə yazdığı dissertasiyadan istifadə olunmuşdur.
Mövzu üzrə toplanan materiallar içərisində ən qiymətli mənbələr İmamətin
yaradılmasında rolu olan şəxslərin, eləcə də yerli müsəlman alimlərin
əsərləridir. Onlardan biri milliyyətçə lak olan Abdulla Ömərovun 1867-ci
ildə ərəbcədən rus dilinə tərcümə etdiyi Nəqşibənd şeyxi Cəmaləddin
Qazıqumuxinin ―Ədəbül mərziyə‖ (―Riza ədəbi‖) əsəridir (22). Mənbədə
Azərbaycan, Dağıstan və Çeçenistan ərazilərində yayılmış Nəqşibənd
təriqətinin dini-fəlsəfi əsasları, ictimai funksiyası, məqsəd və vəzifələrini
öyrənmək üçün əks olunmuşdur. Əsərdə təriqət üzvlərinin davranış
qaydaları, mənəvi cəhətdən təkmilləşmə, Allahla ünsiyyətin yolları və
mürid ədəbinin xüsusiyyətləri haqqında məlumat verilir. Digər mənbə
Dağıstanın üləma və şeyxlərinin geniş bioqrafiyasının əks olunduğu
H.E.Əlqədərinin ―Dağıstan əsəri‖ (―Асари-Дагестан‖) (23, с. 146-160)
kitabıdır.
Müridizmin əxlaqi, ictimai-siyasi aspektlərinə rus və dağıstanlı tədqiqatçılar
tərəfindən qismən müraciət olunsa da mövzunun qnoseoloji, praksioloji və
aksioloji
təhlili
aparılmamışdır. Z. B. İbrahimovanın, M. H.
484
Şıxməmmədovun, V. H. Hacıyevin, M. A. Musayevin, Ş. Ş. Şıxəliyevin S.
Ə. Süleymanovanın araşdırmalarında İmam Şamilin yaşadığı dövr, XIX-
XX əsrlərdə fəaliyyət göstərən təriqətlər, onların məşhur nümayəndələrinin
yaradıcılığı haqqında məlumat verilir, xeyirxah əməlləri və kəramətlərindən
ətraflı bəhs olunur. Lakin müridizmin fəlsəfi aspektlərinə, müasir dövr üçün
əhəmiyyətli cəhətlərinə toxunulmur. Halbuki müasir Çeçenistanın mənəvi
dəyərlərin qorunmasındakı uğurları İslam dininin Nəqşibəndilik və
Qadirilik təriqətləri vasitəsilə yayılması nümunələrindən biridir. Çeçenlər
XVIII-XIX əsrlərdəki mübarizələrdən fərqli olaraq kiçik cihadla
başladıqları mübarizəni XXI əsrdə böyük cihadla davam etdirməyə nail
oldular.
Rusiya imperiyasının işğalı altında olan Dağıstan və Çeçenistan
müsəlmanlarının müqavimət tarixindən bəhs edən əsərlərdən daha biri:
―Şahidin Şamil haqqında söylədikləri‖ yerli xalqın müsəlman dini, təriqət
ənənəsi haqqında əhəmiyyətli mənbədir. Əsər XIX əsr Dağıstan alimlərinin
fəaliyyətləri, onların böyük və kiçik cihad haqqında fikir və düşüncələri,
habelə elmi, ictimai, siyasi fəaliyyətlərini anlamaq üçün bioqrafik
mənbədir.
Yuxarıda qeyd olunan ədəbiyyatlarla yanaşı, tədqiqat zamanı Arif
Bəşirovun ―Mövlana İsmayıl Siracəddin Şirvani Qafqaz müridizmi
ideologiyasının banisidir‖, Əhməd Niyazovun ―XIX əsrdə Cartala (Car-
Balakən) bölgəsində təsəvvüfün rolu‖, Fariz Fərzəlinin ―XIX əsrdə
Qafqazda təsəvvüfi cərəyanlar‖, Xanımağa İsmayılovanın ―Şeyx Mahmud
əfəndi XIX əsrin əvvəllərində görkəmli şəxsiyyət kimi‖ Mətanət
Abdullayevanın ―Mir Həmzə Nigarinin təsəvvüf anlayışı‖, Mətanət
Şəkixanovanın ―XIX əsrin dünya fəlsəfəsi tarixindəki xarakterik
xüsusiyyətləri və bu əsrdə yaşamış Azərbaycan nəqşibəndi şeyxi Mir
Həmzə Nigari‖, Şəhla Nuruzadənin ―XX əsrin 20-30-cu illərində
Azərbaycanda müridliyə qarşı mübarizə‖, Kurtuluş Altunbaşın ―Mir Seyid
Hamza Nigariyi anlatan yazarı bilinmeyen bir risale‖, M. Mete Taşlıovanın
―Nigarname mesnevisi ve terekeme sözlü kültüründe yaşayan Nigari‖,
Orhan Özel Recepin ―Nigari divanında Kur`an kültürü‖ (―Книга
воспоминаний‖) məqalələrindəki elmi-fəlsəfi mülahizələr də nəzərə
alınmışdır.
Tarix dini dünyagörüşün - Allah kəlamı hesab olunan müqəddəs mətnlərin
insanın şüurunda inikası, həyat və fəaliyyətinə güclü təsiri altında baş verən
hadisələrin şahididir. İslamdan öncəki mədəniyyətlə VII əsrdə Quran nazil
olduqdan sonra yaranmış yeni mədəniyyətin müqayisəsi, hadisə və
proseslərin xarakteri Yaradanın Elminə riayət sayəsində cəmiyyətin
kökündən yaxşılığa doğru dəyişməsini aydın göstərir. ‖Zaman-zaman
485
təkyələrdə, zaviyələrdə, xanəgahlarda dövrün, məkanın ən dərin müşküllləri
çözülmüş, ən ağır dərdlərə çarə bulunmuşdur‖ ( 24, s. 4).
Quranda hikmətə inanıb nəsihətə əməl edənlər haqqında ―orta ümmət‖
ifadəsi işlədilmişdir. Həmin ayədə buyrulur: ―Beləliklə Biz sizi orta bir
ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun.
Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin
ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola
yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç
etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir‖ (25,
2/143).
Ayədən göründüyü kimi, insanlar azad iradəyə malik məxluqlardır, öz azad,
könüllü seçim və şəxsi rəylərinə görə, əsasən iki qismə ayrılırlar: hikmətə
güvənib peyğəmbərlərin yolu ilə gedənlər və hikməti inkar edib
peyğəmbərlərdən üz döndərənlər. Tarix göstərir ki, inanmaq və ya üz
döndərmək nəzəri, yaxud təcrübi dəlil-sübutla əlaqədar məsələ deyil,
insanın istəyi və seçim azadlığı ilə əlaqədar faktordur. Yalnız elmə əməl
etdikdən sonra həqiqi, doğru, ictimai məntiq yaranır.
İnsanı yaşadan ümid və sevgidir. Quran insanlara xatırladır ki, ―Dində
məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs
tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm
dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir‖ (25, 2/256). Müqəddəs
mətndə buyrulduğu kimi, din məcburi olmasa da, həyatın hadisə və
prosesləri davamlı olaraq insanı iki yoldan birini seçmək məcburiyyəti ilə
üzləşdirir. O, xeyir və şərlə qarşılaşır, həyatı və ölümü seçməli olur. Məhz
bu qarşılaşma və seçimlər insanların həyat yoluna məna verir, yaxşılar
yaxud pislər zümrəsinə aid olduqlarını, xeyirxahlıq, yaxud zalımlıqlarını
cəmiyyətə göstərir.
Hikmət səbəblər haqqında elm, fəlsəfə nəticələr haqqında bilikdir. İnsan
hikmətdən nəticələrin alınma subyektidir. Hikmət düşüncəyə, düşüncə
nəticələrə, nəticələr həyata təsir etdiyindən hikmətə münasibət mədəniyyəti
müəyyən edir.
İslam mədəniyyəti tarixində bu məqamlara xüsusi önəm verildiyi üçün
hüquq məktəbləri və sufi təlimləri yaradılmış, hər iki təsisat əhalinin maddi
və mənəvi tələbatları ilə əlaqədar fəaliyyətlərini tənzimləmək, fanatizmə
imkan verməmək və elmi biliklərlə tərəqqi edən dünyada cəmiyyəti ədalətlə
idarə etmək funksiyası daşımışlar.
İslamdan öncə mövcud olan kilsə tərbiyəsi etirafa əsaslanırdı. Günahkarlar
rahibə əməllərini etiraf edir, bununla da nəfslərini təmizləmiş hesab
olunurdular. Ona görə də fanatizm və nadanlıq kimi ağır ictimai problemi
aradan qaldırmaq çətinlik törədirdi.Dini mətnləri, sonuncu səmavi kitab
486
Quranı oxumayan, bütün peyğəmbərlərin, o cümlədən İbrahimin (s) və
Muhammədin (s) cihadının mənasını dərk etməyən, nəfsini bir-neçə
mərhələli üsulla tərbiyə etməyən insan İsa Məsihin ―Elə düşünməyin ki,
mən yer üzünə sülh gətirmək üçün gəlmişəm; sülh deyil, qılınc gətirmək
üçün gəldim‖ (26, 10:34) yaxud Quranın ―Ey peyğəmbər kafirlərə və
münafiqlərə qarşı vuruş. Onlarla sərt davran. Onların məskəni
Cəhənnəmdir, ora nə pis yerdir‖ (25, 9/73) ayələrini necə anlaya bilər?
Əlbəttə ki, səthi və hərfi mənada. Ona görə də tarixdə Varfolomey gecəsi,
... Holokost faciəsi, ... Xocalı soyqırımı və s. hadisələr baş vermişdir.
Bəşəriyyət artıq XXI əsrə qədəm qoymuşdur. Allahın birliyinə inananlar
arasında əksəriyyət müqəddəs mətnlərin ortaq məzmunu – ilahi hikməti –
İslamı əxz etdiyini, peyğəmbərlərin ortaq vəzifə daşıdıqlarını və
ümumbəşəri dəyərlərin birləşdirici, həyati əhəmiyyəti olduğunu dərk edir.
Lakin bəzən maddi mənfəət düşüncəsinin əqidəni üstələməsi nəticəsində
Qədim yunan filosoflarından gələn elm sahəsi - hikməti sevmək sənəti
(fəlsəfə) unudulmuş, İslam dəyərlərinə qarşı süni islamofobiya təbliğatı
genişlənmiş, müasirlik adına müxtəlif psevdoelmlər bilik sahələrinə daxil
olmuşdur.
Hikmətdən anlamayanlar üçün tarix ən gözəl dərsdir. Son 300 il ərzində
Qafqazda baş verən tarixi proseslər müqəddəs mətnlərdən, xüsusilə də
Qurandan qaynaqlanan ilahi hikmətin təsdiqi deyil, bəs nədir?
XVIII əsrdən etibarən Qərbin ―müasirlik‖ təbliğatı altında müsəlman
reformatorların xalqı birləşdirən iki başlıca təməli: dili və dini qarşı-qarşıya
qoymaları - ümmətçilikdən (müsəlmanlıqdan) millətçiliyə (turançılığa)
keçid türk-müsəlman birliyinə ağır zərbə vurdu. Tarixi ərazilər işğal olundu,
millət parçalandı, insanlar fiziki və mənəvi təcavüzə uğradı, əqidə azadlığı
ilə birlikdə əsas hüquq və azadlıqlarını da itirdi. Sual yaranır: Əsrlər boyu
millətçiliyə və dövlətçiliyə əngəl yaratmayan, İslam niyə birdən-birə
türklərin birliyinə, dövlətçiliyinə mane olsun ki? Məsələnin ikisəbəbi
vardır: xarici və daxili problemlər. Xarici problem Qərbdə İslamın ideoloji
funksiyasının dərk olunması və bütün vasitələrlə müsəlmanların İslam
dəyərlərindən təcrid olunması syasətinin yeridilməsi formasında təzahür
edirsə, ―müsəlman aləmində‖ tarixi keçmişin eyforiyasından ayrıla
bilməmək, lovğalıq, əslində isə İslam prinsiplərinə biganəlik kontekstində
elm, iman və ibadətin zəifləməsi formasında təzahür edir.
Böyük Turan sivilizasyasında olduğu kimi İslam aləmində də də ―Qaf‖
kəlməsi xüsusi anlam daşıyır. Türklərin birliyinin simvollarından olan Qaf
dağı və ətrafındakı iki böyük dövləti (müasir Türkiyə və Azərbaycan)
birləşdirən Qafqaz XIX əsrin sonlarına doğru bir qırılma nöqtəsinə çevrildi.
Bir çox mürəkkəb və həllini tapa bilməyən problemlərin əsasının
487
qoyulduğu, gələcək işğal və münaqişələrin senarilərinin hazırlandığı və
həyata keçirildiyi, əsasən böyük dövlətlərin maraqlarının hədəfləndiyi
bölgəyə çevrildi.
Nəzərə almaq lazımdır ki, Qafqaz ərazisinin böyük hissəsini müxtəlif
millətlərin dinc yanaşı yaşadığı qədim Azərbaycan əraziləri təşkil edirdi.
Şah İsmayıl Xətainin dövründə Azərbaycan əraziləri 480 min kv.km idi.
Türkmənçay müqaviləsindən sonra 280 min kv.km ərazi İran hakimiyyəti
altında olan Cənubi Azərbaycanda qaldı, 130 min kv.km ərazi Rusiyanın
işğalı altına düşdü. 1918-ci ildə 9 min kv.km ərazisi olan İrəvan xanlığı
ermənilərə, sahəsi 7 min kv.km olan Dərbənd ərazisi Rusiyaya
verildi.1920-ci ildə Zəngəzur, Göyçə, Dərələyəz, Dilican ermənilərə,
Borçalı gürcülərə (bütövlükdə 27,4 min kv.km) peşkəş edildi. 1988-1994-cü
illərdə yenə Qərbli havadarlarının və Rus silahlılarının dəstəyi ilə 4400
kv.km əraziAzərbaycandan qoparılaraq ermənilərə verilmişdir. Azərbaycan
ərazilərindəki əhalinin bölünmələrdən sonrakı taleyinə nəzər salsaq görərik
ki, İran və Türkiyə ərazisinə qatılmış torpaqlar və əhali nəzərə çarpan
dəyişikliyə məruz qalmamışdır. Lakin Rusiyaya, Ermənistana və
Gürcüstana verilmiş ərazilər və orada yaşayan əhali haqqında eyni fikri
söyləmək mümkün deyildir. Beləliklə Azərbaycanın ümumilikdə 20%
deyil, 80% ərazisi işğal altındadır.
Dünyəvilik, müasirlik, azadlıq şüarı ilə müsəlman əhalini parçalayan
işğalçılar qardaş xalqlar arasına nifaq salır, daxili çəkişmələr və vətəndaş
müharibələri nəticəsində türk xalqlarınının dövlətçilik ənənələrini
yaddaşlardan tamamilə silmək üçün ardıcıl fəaliyyət göstərirdilər. İşğalçı
siyasətin ilk addımlarından biri haqqında P.Muradov ―Türk-Qafqaz
sərhəddindəki müharibələr (1828-1921) tarixinə dair‖ əsərində yazır:
―1722-ci ildə İranda baş verən vətəndaş müharibəsindən istifadə edən I
Pyotr Xəzər sahillərini işğala cəsarət etdi‖ (27, s.12).
Tarixə nəzər salarkən, üç qardaş dövlətin – Türkiyə, İran və Azərbaycanın
ərazilərində XVI əsrə qədər hökmdarların kimliyindən asılı olmayaraq
İslam hüququ və şəriət qaydalarına əsaslanan idarəçilik üsulunun hakim
olduğunu görmək olar. Zaman-zaman onlar arasında hakimiyyət davası baş
versə də, idarəçilik üsulunda nəzərə çarpan dəyişiklik yox idi: Dövlətdə
İslamın halal buyurduğu – icazəli, haram hesab etdiyi isə qadağan idi. Lakin
XVI əsrdən etibarən İslamdan kənara çıxmalar artdı. ―Çaldıran döyüşü‖ndə
iki müsəlman dövləti arasında kütləvi qardaş qırğınına yol verildi. Dövlət
idarəçiləri arasındakı qarşıdurma dövlətləri zəiflətdi. Bundan istifadə edən
ingilislər ―Qafqaz siyasətini‖ mərhələ-mərhələ həyata keçirməyə başladılar.
Onların ilk hədəfi Qafqaz dağlıları oldu. İri şəhərləri, xırda aulları gəzən
ingilislər 70-ə yaxın müxtəlif millət və etnik qrupun qardaş kimi yaşadığı
488
gözəl, ulu diyarı qan çanağına döndərmək üçün bütün vasitələrə əl atdılar
I Pyotr tərəfindən guya ədalətin, nizamın bərpası naminə aparılan siyasət
Qafqaz müharibələri ilə davam etdi. Beləliklə yalnız türk milləti deyil,
bütün müsəlman ümməti parçalandı, departasiyalar və repressiyalara məruz
qaldı... ―Allahın ipindən‖ (25, 3/103) yapışmayan, Onun nemətini
xatırlamayan, İslamı – haqqı-batildən ayıran meyarı, hikməti unudan
toplum Quranda buyrulduğu kimi ―ixtilafa‖ (25, 3/105) düşdü və XX əsrin
sonlarında açıq düşmənçilik hərəkətlərinin növbəti dalğası: yeni işğallar,
terror və müharibələr, soyqırım cinayətləri ilə üz-üzə qaldı.
Müsəlman türkləri açıq mübarizədə məğlub etməyin çətinliyini dərk edən
düşmənlər həmişə yalana əl atmışlar. Özlərinə aydın dəlillər gəldikdən
sonra firqələrə ayrılıb İlahi hikmətə münasibətdə ixtilaf edənlər qəflətə
düşmüş, həqiqəti görə bilməmiş, aldanmış parçalanmış və böyük əzablara
düçar olmuşlar. Tarixi faktlar təsdiq edir ki, Çar Rusiyasının Qafqazdakı
işğalçı müharibələri ilə başlanan ümmətin parçalanması prosesi sonradan
millətin parçalanmasına səbəb olmuş, gözlənilənlərin əksinə qədim-qayın
ulusun özgürlüyünü təhlükəyə salmış, dağılmasını sürətləndirmişdir.
Beləliklə, 300 il öncəyə qədər müsəlmanlar tərəfindən idarə olunan Qafqaz
tədricən, hissə-hissə istila olunaraq, daha iki müsəlman ölkəsi: İran və
Türkiyəni ayıran cəbhəyə çevrilmişdir.
XVIII əsrdə I Pyotrun tatar (türk) dilində yazdırdığı və 1722-ci il iyunun
15-də Şirvana və Xəzəryanı bölgələrə göndərdiyi ―Bəyannamə‖ yerli türk-
müsəlman əhalini inandırırdı ki, I Pyotr Səfəvi şahının dostudur, yürüşün
məqsədi isə bu yerlərdə əmin-amanlıq yaratmaq və rus tacirlərini qarət edən
qiyamçıları cəzalandırmaqdır. Guya o qoşun yeridərək üsyan edən Hacı
Davud və Surxay xanı cəzalandıraraq Səfəvi hakimiyyətini bərpa edəcək və
bu torpaqları "zəbt etmək" istəyən Osmanlıların qarşısını alacaqdı. Bir
ümmətin, iki qardaşın, ―ətlə dırnağın‖ arasına girən birinin məqsədi yaxşı
nə ola bilərdi?
Keçən 300 il göstərdi ki, insanları birləşdirən və ayıran səbəb onların
hikmətə, ümumbəşəri dəyərlərə münasibətidir. İnam və inkar, iman və
imansızlıq əməllərdə təzahür edir. Əməllər vərdişlər yaradır. Vərdişlər
yaxşılıq və ya pisliyə vəsilə olur. Yaxşılıq və pislik isə insanın xasiyyətini
müəyyən edir. İnsanın xasiyyəti isə yalnız onun öz taleyini yazmır, həm də
başqalarına, həyata, dünyaya, ... tarixə təsir edir. Ona görə də İslam dini
təcrübəsində, sufi fəlsəfəsində insan tərbiyəsi xüsusi yer tutmuş,
Muhamməd (s) beşikdən qəbrə qədər oxumaq, öyrənmək və ictimai asayiş
naminə nəfsin islahını bütün bəşəriyyətə tövsiyə etmişdir. Allah insanı azad
yaratmış, eyni zamanda Quranla təlimatlandırmışdır. ―Dində məcburiyyət
yoxdur‖ (25, 2/256) əmri həm də məcburi davranışın dinə aid edilməməsinə
489
işarədir. Belə ki, İslamın müqəddəs kitabı Quranın keçmiş və gələcək
nəsillər, bütün bəşəriyyət üçün hikmət, zülmətdən nura çıxaran, doğru yol
göstərən, öyüd-nəsihət mənbəyi olduğu xatırladılır. Quran cəmiyyətdə
ədaləti təmin edən, fərdi və ictimai şüuru inkişaf etdirərək sosial bərabərliyə
imkan yaradan dəyərlər sistemidir.
Cahiliyyət, əxlaqsızlıq və mənəviyyatsızlığın artdığı bir zamanda nazil olan
Quran yalnız VII əsrdə deyil, bütün tənəzzül dövrlərində (məs: Qafqazın
Rusiya tərəfindən işğalı dövründə, II dünya müharibəsində, XX əsrin 90-cı
illərində və s.) cəmiyyətləri bataqlıqdan çıxaran dəyər kimi, bu gün də
aktualdır. İntellektual inkişafın mənəviyyatsızlığa səbəb olmaması üçün
insanlara mənəvi qida lazımdır. Mənəvi qida çatışmadıqda ehtiraslar coşur,
intiharlar, üsyanlar, qanlı münaqişələr və müharibələr baş verir. Allaha
deyil, qula qul olan - hakimiyyət hərislərinin iradəsini şüursuz şəkildə
yerinə yetirən, kor-koranə özünü cəhənnəmə atan cahil kütlədən dəhşətli nə
ola bilər? Elə buna görə də böyük şərqşünas Mirzə Kazım bəy müqəddəs
mətnlərin insanın mənəviyyatına təsirini yüksək qiymətləndirir, tarixin
gedişatını dəyişdirə bilən insan ehtiraslarının yalnız yüksək ruhani təhsillə
yumşaldıla biləcəyini xüsusi vurğulayırdı (12, с. 18).
İslam dini hikmət mənbəyi, əməli örnəyi, mədəni təsisatları, şəxsiyyət
tipləri, təlim-tərbiyə mexanizmləri və metodları ilə bütöv bir islahatçılıq
sistemidir.Bu sistem üç mərtəbə: şəriət (dinin zahiri məzmunu: İslamın beş
ayininə əməl etməklə bədənin tərbiyəsi), təriqət (dinin batini məzmunu:
mənəviyyatın, əxlaqın, nəfsin tərbiyəsi) və mərifət (həqiqətin kəşfi); yeddi
nəfsi tərbiyə səviyyəsini aşaraq insan yetişdirməklə məşğul olur: nəfsi
əmmarə, nəfsi ləvvamə, nəfsi mülhimə, nəfsi mütmainnə, nəfsi raziyə, nəfsi
mərziyə, nəfsi kamilə. Sufi təriqətlərinin demək olar ki, hamısı müəyyən
xırda istisnalarla Qurandan və peyğəmbər ədəbindən qaynaqlanan nəfsi
tərbiyə metoduna əsaslanırlar. Bu tərbiyə üsulunda təlimi mənimsəyən
subyekt mürid, təlimin obyekti mürşid hesab olunur.
Müridizmin yaranması, nümayəndələri və yayılması haqqında tədqiqatçılar
arasındakı rəy müxtəlifliyinə hörmətlə yanaşaraq qeyd etmək olar ki,
müridizmin digər təlimlərdən fərqi burada təriqət rəhbərlərinin də özlərini
mürid hesab etmələridir. Müridizmdə ali varlıq Yaradandır. Bəşəriyyət
Quran və peyğəmbər vasitəsilə irşad (mənəvi tərbiyə) olunur, ona görə də
təriqət rəhbəri mürşid yox, keçdiyi təriqət yolunu tamamlamasına müvafıq
olaraq şeyx adlandırılır. Qafqaz müridizmi hərəkatının mücahidi İmam
Şamil (1797-1871) qayınatası Şeyx Cəmaləddinin müridi olmuşdur. O,
tarixi şəraitlə əlaqədar təriqət yolunun son mərhələsi olan ―böyük cihad‖a
―kiçik cihad‖la qədəm qoymaq məcburiyyətində qaldığından 24 illik
rəhbərliyi boyunca İmam, yalnız ―nəfsini öldürərək‖ taleyə boyun
490
əydikdən, qəzavü-qədərə təslim olduqdan sonra Hacc ziyarəti zamanı
kimliyini soruşanlara: - Şeyx Şamil – cavabını vermişdir.
M.Kazım bəy ―Müridizm və Şamil‖ əsərində İslam tarixinin əsas
hərəkətverici qüvvəsi kimi müridliyin xronoloji şəcərəsini (12, с. 33-34)
göstərmiş, təlimin üç təməl: cihad, təriqət və dəvət üzərində qərar
tutduğunu (12, с. 26) və 6 əsas prinsipinin olduğunu (12, с. 35)
vurğulamışdır. Muhammədin (s) həyat təcrübəsində isə İslamın təbliğ
ardıcıllığı fərqlidir. O demişdir: şəriət mənim sözlərim, təriqət mənim
əməlimdir. Söz və əməl birliyi isə Peyğəmbərin (s) cihadı idi. Cihad
bəndənin Allah qarşısında vədini yerinə yetirməsi səylərinin cəmidir.
Müsəlmanın həyat yolu ―böyük cihad‖ və ―kiçik cihad‖dan ibarətdir.
Tərcümədə (həqiqəti) ―axtaran, arzu edən‖ mənasını verən mürid əvvəl
dəvət yoluna qədəm qoyur, şəriətlə cismini tərbiyə edir, sonra təriqət yoluna
qədəm qoyaraq mənəviyyatını saflaşdırmağa çalışır: bu zaman nəfsi ilə
cihad – kamilliyə cəhd edir. Cihad İslamda ibadətin zirvəsi hesab olunur.
Yalnız mərifət məqamına çatmış, həqiqəti dərk etmiş insanlar cihadın
həqiqi mahiyyətini dərk edə bilərlər. Rübaidə deyildiyi kimi:
―Meydani-məhəbbətdə məram Allahdır.
Viranə könüllərdə məqam Allahdır.
Eşqin qələmi nəzm çəkib Dünyaya,
Yerlərdə, səmalarda nizam Allahdır!‖ (24, s. 441 ).
Əbu Hamid Qəzali (1058-1112) yazır ki, ―Haqqı bilən əhlini də tanıyar‖.
Deməli haqqı bilməyən – Allahın vədinin haqq olduğunu dərk etməyən
cihad edə bilməz, olsa-olsa üsyan edər, radikallıq edər, cinayət edər və s.
Beləliklə, Allahın ipindən ayrılan imanla birlikdə hər şeyini: kimliyini,
mövqeyini, şərəfini, namusunu, mal-mülkünü, vətənini də itirər.
XIII-XIX əsrdə Qafqazda baş verən olaylar ―Parçala, hökm sür‖ siyasətinin
yalnız geosiyasi məzmun daşımadığını, həm də mədəniyyətin tənəzzülü,
mənəvi diskriminasiya, dəyərlərin deqradasiyasına yönəlmiş fəaliyyət planı
olduğunu göstərdi. Azərbaycan xanlıqlarının mübarizəsi və İmam Şamilin
başçılıq etdiyi müridizm hərəkatı işğalçılığa qarşı müsəlman əhalinin son
müqaviməti oldu.
I Pyotrdan V. İ. Leninə və müasir dövrə qədər müxtəlif ideologiyalar
altında, bir məqsədə xidmət edən ardıcıl siyasət Qafqazda yalnız maddi
itkilər, insan tələfatı ilə bitmədi, mənəviyyatın, insan ləyaqətinin, bəşəri
dəyərlərin deqradasiyasına səbəb oldu. İnsanların əsrlərlə formalaşan
mədəniyyətini, adət-ənənəsini, dinini, dilini silah gücünə məcburən
dəyişmək məqsədi daşıyan Qafqaz müharibələri insanların əzmini, ədalətə
inamını sarsıtdı.
İnsanların ilahi hikmətə (dinə), fəzilətə laqeydliyi üzündən cəmiyyətdə baş
491
alıb gedən rəzalətlər - siyasi şovinizm, satanist radikalizm, mərasimçilik,
formalizm, sadizm, nasizm, əxlaqsızlıq, ədalətsizlik və s. problemlərə
çevrilib cəmiyyətə, insanın özünə qayıdır. Cəmiyyət üzvlərinin bir qisminin
ilahi hikmətdən kənar qalması və inkarda inad etməsi ictimai şüura təsir
edir: ölçü, meyar, dəyərlər haqqında anlayış və düşüncələrin dəyişməsinə
səbəb olur. Fərdi şüurla ictimai şüur arasındakı ziddiyyət həyatın məqsədi,
ömrün mənası və s. anlayışların məzmununu dəyişir, günahkarın cəzasız
qalması, haqsızın haqlını cəzalandırması və s. anomaliyalar baş verir.
XVIII əsrdə Çar Rusiyasının türk-müsəlman birliyini parçalamaq məqsədilə
Qafqaza yürüşü zamanı ―Qafqaz qartalı İmam Şamil‖ öz vətənində milli-
mənəvi dəyərlərin qorunması uğrunda mübarizədə təriqət üsulundan istifadə
etmiş, 24 illik qeyri-bərabər mübarizədə məğlub olsa da İslam dininə ibadət
hüququnun Qafqazda rəsmiləşməsinə nail olmuşdu.
Böyük sovet ensiklopediyasında Şamil şəxsiyyəti haqqında ayrıca məlumat
olmasa da İmamət haqqında məlumat verilir. Göstərilir ki, İmamət - İmam
Şamilin Türk sultanlığının dəstəyi ilə Dağıstan və Çeçenistan ərazisində
XIX əsrin ortalarında yaratdığı teokratik, antixalq, feodal dövlət tipidir (28,
Dostları ilə paylaş: |