Ümumtəhsil məktəbləri uşaq və gənclərə təhsil verən, onların hərtərəfli inkişafını və estetik tərbiyəsini həyata keçirən müəssisələrdir. Ümumtəhsil məktəbi təhsil prosesini bir və ya bir neçə ümumtəhsil proqramı əsasında həyata keçirir. Orta təhsilümumi biliklərə yiyələnmək, cəmiyyətdə baş verən hadisələri mənimsəmək, sonrakı peşəsini seçmək üçün zəruri sayılır.
Orta ümumi təhsilin bütün dərəcələrinin vəhdətini və ardıcıllığını saxlamaqla yerli şəraitdən asılı olaraq ibtidai, əsas və orta məktəblər yaradılır. Məktəblər dövlət, bələdiyyə və qeyri-dövlət (xüsusi, ictimai və dini təşkilatlara məxsus) tipli ola bilər. Dövlət və bələdiyyə məktəblərinin fəaliyyəti məktəbin nümunəvi əsasnaməsi və nizamnaməsi ilə tənzimlənir. Qeyri-dövlət məktəb-ləri üçün nümunəvi əsasnamə örnək xarakteri daşıyır. Statistik hesabatlarda məktəblər aşağıdakı növlərə bölünür: ibtidai (1 pilləli), əsas (1-2 pilləli), orta (1-3 pilləli), internat məktəbləri, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblər, müxtəlif fənləri daha dərindən tədris edən məktəblər, gimna-ziyalar, liseylər, axşam (qiyabi) ümumtəhsil məktəbləri və s.
Cədvəl 8.5 Ümumi təhsil müəssisələrinin əsas göstəriciləri (ilin əvvəlinə)