Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə74/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Mənbə: www.azstat.org

2009-cu ilin əvvəlinə olan məlumatlara görə Azərbaycanda 4550 əyani təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssislərində təhsil alanlar 14288859 nəfər olmuşdur ki, bu da 2000-ci illə müqayisədə 86,4% təşkil edir. Bu o deməkdir ki, 2000-2009-cu illərdə əyani ümumtəhsil müəssislərində təhsil alanların sayı azalmışdır. Fikrimizcə bu azalma demoqrafik proseslərlə bağlıdır. Belə ki, 2000-ci iləd sonara əhalinin artım tempi aşağı düşmüşdür ki, bu da təhsil alan uşaqların sayının azalmasına təsir göstərmişdir.


Əhalinin sosial müdafiəsinə yönəldilən tədbirlər sırasında təhsil səviyyəsinin artırılması, gələnlərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan əhalinin təhsil xidmətlərindən istifadə etməsi üçün bərabər imkanların yaradılması, təhsilin keyfiyyətinin artırılması, beynəlxalq tələblərə cavab verən ixtisaslı kadrların hazırlanması əhalinin sosial müdafisəsinin təkmilləşdirilməsində əhəmiyyətli təsir göstərə bilər.

§7. Texniki-peşə və orta ixtisas təhsil

Azərbaycan Respublikasının təhsil sisteminin tərkib hissəsi olan texniki-peşə təhsili cəmiyyətin müxtəlif mərhələ-lərində formalaşaraq tarixi bir yol keçmiş, respublika iqtisa-diyyatının bütün sahələrinin texniki-peşə təhsilli kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır.
Artıq peşə məktəbi və peşə liseyləri elmi-texniki tərəqqinin inkişafı və müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq daha mürəkkəb və geniş profilli, yüksək intellektə malik olan ixtisaslı kadrlar hazırlayan təhsil müəssisələrinə çevrilmişlər.
Azərbaycanda texniki-peşə təhsili 1970-1980-ci illərdə daha surətlə inkişaf etmiş, həmin dövrün 100-dən çox texniki-peşə məktəbi yaradılmış və bunlarda təhsil alan şagirdlərin sayı 40,9 mindən 109 minə çatdırılmışdır. Lakin 1988-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb şərait bütün sahələrdə olduğu kimi, texniki-peşə təhsilinin inkişafına da mənfi təsir göstərmişdir.
1994-cü ildən sonra maddi - texniki bazası zəif və yüksək ixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan 58 texniki - peşə məktəbi ləğv edilmiş və ya birləşdirilmişdir.
Hazırda respublikada 108 peşə məktəbi və peşə liseyi vardır. Onlardan 99-u gündüz peşə məktəbləri və peşə liseyləridir. (Cədvəl 8.6)

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin