Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə19/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   16   17   18   19   20   21   22   23   24
GÖYCƏ-- kitab-5

Qələm calağı. Bu calaq növü də erkən yazda, ağaclarda ümumi şirə axını başlanmamışdan əvvəl aparılmalıdır. Bu işi yerinə yetirmək üçün əvvəlcədən müəyyənləşdirilmiş calaqaltı ağac üzərində birillik zoğ birtərəfli qaydada sivri formada iti bıçaqla kəsilir. Calaqüstü zoğ da iki tumurcuqdan ibarət olmaqla bu formaya uyğun hazırlanır. Calaqaltı və calaqüstü zoğların diametr ölçüləri uyğun olmalıdır. Sonra calaqüstü zoğ calaqaltı ağacın zoğu üzərinə kip yerləşdirilir. Calaqaltı ağacın artıq budaqlarının bağ qayçısı ilə kəsilib atılması calağın tutmasına köməklik edir. Bundan sonra həmin nahiyə sarğı ilə möhkəm sarınır. Calaqetmədən 30-35 gün sonra calaqüstü zoğdakı tumurcuqlar inkişaf etməyə başlayandan sonra sarğını boşaltmaq olar (Şəkil 2.27).
Qeyd etmək lazımdır ki, bütün calaq üsullarından istifadə etdikdə sağlam material seçilməlidir. Calaqaltı ilə calaqüstünün bitişmə sürəti iqlim şəraitindən, calaq komponentlərinin vegetasiya fəaliyyətindən, onlara vurulmuş yaranın həcmindən, xüsusi kambi qatından asılıdır. Calaq komponentlərinin daxili quruluşları, xüsusilə maddələr mübadiləsi bir-birinə uyğun gələrsə, calaqaltı ilə calaqüstü tez bitişər. Calaqaltı calaqüstünü mineral maddələrlə, calaqüstü isə calaqaltını üzvü birləşmələrlə təmin edir. Calağın tutması calaq komponentlərinin keyfiyyətindən də xeyli asılıdır. Hər iki komponent normal inkişaf etmiş və sağlam olmalıdır. Calaq edilmiş ağacın dərhal suvarılması, ona aqrotexniki qulluq edilməsi yaxşı nəticə verir.






Şəkil 2.27. Qələm calağın vurulma qaydası

III. NAXÇIVAN GÖYCƏSİ SORTUNUN MEYVƏLƏRİNDƏN ALINAN MƏHSULLAR

Naxçıvan göycəsi ən tez yetişən meyvələrdəndir. Onun meyvələri həm təzə halda yeyilir, həm də ondan müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Aşağıda belə məhsulların hazırlanması haqqında qısa məlumatlar verilmişdir.


Meyvələrin qurudulması. Naxçıvan göycəsinin meyvələri tam yetişdikdən sonra yığıb qurutmaq olar. Bu iş aşağıdakı qaydada aparılır. Qeyd edək ki, ağacdan dərilmiş meyvələri bir sutkadan artıq saxlamaq olmaz. Meyvələr yığıldıqdan sonra qurudulması üçün irili-xırdalı seçildikdən sonra soda məhlulunda pörtlədilməlidir. Bunun üçün 10 litr suya 50 qram mətbəxt sodasını qatmaqla məhlul hazırlanır. Sonra bu məhlul qaynayana qədər qızdırılır. Bunun ardınca meyvələr bu məhlula salınaraq üzərində mikroçatlar əmələ gələnə qədər orada saxlanılır. Pörtlədilmiş meyvələr soyuq suda 1-2 dəqiqə yuyulur, sonra sudan çıxarılır və qurudulması üçün açıq havada günəş altında sərilır. Qurudulma müddəti 15-20 gün davm edə bilər. Qurudulmuş meyvələr tünd qəhvəyi rəngdə olur. Belə qurudulmuş meyvələr parça torbalarda, yaxud karton yeşiklərdə saxlanıla bilər. Alça və ya göycə qurusu müxtəlif milli xörəklərin hazırlanmasında istifadə olunur (Şəkil 3.1).

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin