Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Naxçıvan Muxtar Respublikasında alça növünün yayılması



Yüklə 9,14 Mb.
səhifə16/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
GÖYCƏ-- kitab-5

2.2. Naxçıvan Muxtar Respublikasında alça növünün yayılması

Muxtar respublikada Gülçiçəklikimilər fəsiləsinin Alça - Prunus L. cinsinə daxil olan 4 növü vardır. Bunlara Alça-gavalı - Prunus divaricata Ledeb, Göyəm – Pruns spinosa, Naxçıvan alçası – Prunus nachiche-vanica Kudr. və Ev alçası – Prunus domestica L. növləri daxildir. Elmi dəlillərlə güman edilir ki, Naxçıvan göycəsi sortu xalq seleksiyası yolu ilə Naxçıvan alçası Prunus nachichevanica Kudr. növündən yaradılmışdır [15]. Hazırda yabanı növlərin meşə və kolluq ərazilərdə bitən onlarca formalarına da rast gəlinir (Şəkil 46, 49). Çəyirdəkli meyvələrdən ərazimizdə Ev alçası növünün Ağ alça, Qızıldamcı, Qırmızı alça, Təbərzə, Sarı alça, Payız alçası, Şabranı, Ağaca, Qara alça, Turş alça, Yay mələsi, Payız mələsi, Qırmızıyanaq alça, , Mərəz alça, Naxçıvan göycəsi və s. sortları da yayılmışdır (Şəkil 2.10; 2.11; 2.12; 2.13; 2.14; 2.15; 2.16;2.17; 2.18; 2.19; 2.20).



Şəkil 2.10. Bölgədə yayılan yabanı sarı və qırmızı alça növü
(Prunus nachichevanica Kudr.)

Şəkil 2.11. Qırmızı alça



Şəkil 2.12. Şabranı alça. Şəkil 2.13. Tutş alça


Şəkil 2.14.Yabanı alça variasiyası Şəkil 2.15.Təbərzə alça sortu

Şəkil 2.16. Mələz alça Şəkil 2.17. Yabanı alça variasiyası

Şəkil 2.18. Mərəz alça



Şəkil 2.19. Qara alça Şəkil 2.20. Qırmızıyanaq alça
2.3. Alça növünün və Naxçıvan göycəsi
sortunun çoxaldılma üsulları

Naxçıvan göycəsi sortunu, ancaq calaqetmə üsulu ilə artırmaq olar. Naxçıvan göycəsi sortunun toxumları yüksək dərəcədə genetik təbiətinə görə çox qarışıqdır və əcdadının irsi əlamətlərini daşıyır. Belə toxumlar yaxşı cücərmə xüsusiyyətinə malikdir. Bu toxumları cücərtdikdə, ancaq əcdadına xas olan yeni bitkilər alınır, ana sortu vermir. Daha doğrusu yeni alça formaları meydana gəlir. Naxçıvan göycəsi sortunun toxumları çox yaxşı cücərirlər və yeni formalar əmələ gətirirlər. Belə formalar müxtəlif genetik əlamətlərə malik olurlar. Bu kimi formaların tinglərindən calaqaltı kimi istifadə etmək daha məqsədəuyğundur. Ona görə də Naxçıvan göycəsi sortunu, ancaq müxtəlif calaqetmə üsulları ilə artırmaq olar.


Calaq üsulları ilə coxaldılma. Bitkinin bir hissəsinin başqa bir bitkinin hissəsi ilə birləşdirilməsi calaq adlanır. Bu zaman kökü torpaqda olan bitki calaqaltı, qələm götürülən bitki hissəsi isə calaqüstü adlanır. Meyvəçilikdə bığcıq, çilik, basma, pöhrə və kolların bölünməsi ilə çoxaldılmış bitkinin özünəməxsus kökü olur. Calaqla çoxaldılmış bitkidə isə kök bir bitkiyə, yerüstü hissə isə digər bitkiyə mənsub olur. Calaqla çoxaldılmış bitkiyə peyvənd deyilir. Bütün çəyirdəkli meyvə sortlarını bir-birinə calaq etmək olar. Meyvəçilikdə calağın növləri çox müxtəlifdir: yaz calaqları, yay calaqları və payız calaqları.
Yaz calaqları növlərindən yaxınlaşdırma calaq, yarma calaq, qondarma calaq, dilcik calaq və yapışdırma calaq geniş yayılmışdır. Yay calaqlarından isə göz calağı, üskük calaq üstünlük təşkil edir.
Calaqetmə üçün hazırlıq işləri. Calaqetmə işinin yerinə yetirilməsi xüsusi calaq bıçağı, pambıq parçadan ibarət sarğı materialı, bir stəkan adi su əvvəlcədən hazırlanmalıdır. Ilk növbədə calaqaltı üzərində calaq ediləcək tumurcuq sahəsi müəyyənləşdirilir. Bundan sonra calaqetmə işinə başlanılır.

Calaqetmə üçün işlədilən əsas alətlər



Şəkil 2.20. Calaq bıçağı Şəkil 2.21. Bağ qayçısı

Şəkil 2.22.Bağ mişarı

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin