Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə17/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   13   14   15   16   17   18   19   20   ...   24
GÖYCƏ-- kitab-5

Göz calağı. Naxçıvan göycəsi sortunun və alçanın bütün növlərinin çoxaldılmasında bu calaq üsulundan daha geniş istifadə edilir. Bunun üçün müvafiq calaq alətlərindən istifadə olunur (Şəkil 2.20; 2.21; 2.22). Bu növ calaq başlıca olaraq yay-payız mövsümündə formalaşmamış tumurcuqla (gözlə) vurulduğundan ona göz və ya tumurcuq calağı deyilir. Göz calağı dünya miqyasında geniş tətbiq edilən vegetativ çoxaltma üsuludur. Müxtəlif meyvə sortları əsasən bu üsulla çoxaldılır. Dünya miqyasında göz calağının aşağıdakı növləri vardır.
1. Adi və ya sadə göz calağı.
2. P.Nikolinqin göz calağı üsulu.
3. R.Qarnerin göz calağı üsulu.
4. Qondarma göz calağı.
5. Lülə və ya boru göz calağı.

Göz calağı Naxçıvan Muxtar Respublikasında müxtəlif meyvələrin vegetativ çoxaldılmasında geniş tədbiq olunur. Qeyd edək ki, göz calağını yazda, yayda və payızda aparmaq olar. Ən yaxşı nəticə isə yay dövrü aparılan calaqetmədə alınır. Naxçıvan göycəsi sortunda ümumiyyətlə, alça cinsinə mənsub olan ağaclarda göz calağı iqlimdən asılı olaraq may ayının sonu, iyun ayının əvvəlində aparılır. Calaqetməyə başlanmazdan əvvəl calaqaltı və calaqüstü müəyyənləşdirilir.


İşin gedişi. Calaqetmə işi səhər vaxtı və ya axşamüstü aparılmalıdır. Calaq işinə başlarkən calaqüstündən bir və ya bir neçə yaxşı inkişaf etmiş cavan zoğlar kəsilərək ondan istifadə edilir. Çalışmaq lazımdır ki, kəsilən zoğlar tam sağlam olsunlar. Tumurcuqları yaxşı inkişaf etmiş olsun. Belə zoğları nəm parçaya bükülmüş vəziyyətdə uzaq məsafələrə də daşımaq olar. Hətta 5-100 C soyuducuda da 20-25 gün saxlamaq mümkündür.
Göz calağı vurmaq üçün tumurcuqdan 1,0-1,5 sm yuxarı iti calaq bıçağı ilə qələmin qabığını nazik oduncaqla birlikdə yuxarıdan aşağıya doğru kəsdikdən sonra saplaqdan tutub ehtiyyatla kəsilmiş tumurcuqlu qabığı qələmdən ayırırlar (Şəkil 2.23).





Şəkil 2.23. Göz calağının vurulma qaydası

Saplaqlı tumurcuğu yerləşdirmək üçün toxmaçarın (calaqaltının) qabığı torpaq səthindən 5-7 sm, yaxud daha yuxarıdan əvvəlcə eninə, sonra isə buna perpendikuliyar istiqamətdə (1,0-1,5 sm) gövdənin uzununa T şəklində çərtilir. Bıcağı qaldırmadan tiyənin arxa tərəfindəki çıxıq ilə T- şəkilli çərtiyin üst tərəfindən qabıq iki yana aralanır, gözcük saplağından tutularaq, yuxarıdan aşağıya hərəkətlə ehtiyatla qabığın arasına yerləşdirilir. Sonra qabıq iki tərəfdən sıxılır, eninə kəsikdən yuxarıda qalmış hissə kəsilib atılır. Gözcük T- şəkilli qabıqaltına kip yerləşdirildikdən sonra dərhal sarınır. Çünki gözcük sarınmazsa, həm özü, həm də calaqaltının kəsilmiş nahiyəsi quruyar. Sarğı elə sarınmalıdır ki, yerləşdirilmiş tumurcuqla calaqaltının bütün səthi oduncaq üstündə kip otursun, hava qatı qalmasın.


Göz calağı vurulduqdan 10-15 gün sonra onlar yoxlanılır. Calaq tutmayan toxmaçarlara gövdənin o biri tərəfindən yenidən göz calağı vurmaq olar. Əgər göz calağını gövdənin cənub tərəfindən vurmaq lazım gələrsə, günəşin yandırmaması və qurutmaması üçün onu ilk vaxtlar budaq, küləş və s. ilə kölgələndirmək lazımdır. Calağın tutması onun üzərindəki saplağın vəziyyəti ilə yoxlanılır. Calaqetmədən 7-10 gün sonra calaq edilmiş tumurcuğun üzərindəki saplaq qalığına əl ilə toxunduqda o dərhal qırılsa, deməli calaq tutubdur. Əgər saplaq büzüşmüş vəziyyətdə olarsa, əl ilə toxunduqda əyilərək qırılmırsa, deməli calaq tutmayıbdır. Bu işi dərhal calaqaltı üzərində başqa nahiyədə təkrarlamaq lazımdır. Göz calağı vurulmuş ağac ikinci il məhsul verir (Şəkil 2.24).
Gözcükləri tutmuş calaqaltının sarğısı 20-25 gündən sonra boşaldılmalıdır. Calaq vurulmiş bitkilərin gözcüklərini qış dövrü şaxtadan qorumaq məqsədilə dibinə gözcük vurulan yerdən 5-6 sm yuxarıya qədər topraq yığılması, yaxud qalın sarğı ilə sarınması onu zədələnmələrdən qoruyar. Payız dövrü calaq edilmiş cavan tinglər daimi yerlərinə əkilə bilər.





Şəkil 2.24. Göz calağında sarğı aparılması və
ilk məhsul verən ting

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin