Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə13/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
GÖYCƏ-- kitab-5

Ağaclarin süni qidalandırılması. Meyvə ağaclarının böyüməsi və inkişafının normal gedişi kifayət qədər qidalanma şəraitində mümkündür. Naxçıvan göycəsi ağacının qidalanmasında su, oksigen, karbon qazı, makroelementlərdən azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir və mikroelementlərdən bor, manqan, mis, sink və s.iştirak edirlər. Naxçıvan göycəsi aqrotexniki qulluq qaydalarına həssas bitkidir. Ağac əkilən sahə yaxşı yumşaldıldıqda, normal qaydada quru budama aparıldıqda, vaxtında suvarıldıqda, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparıldıqda Naxçıvan göycəsi yüksək məhsuldarlığa malik olur. Çürüntüsü kifayət qədər olmayan boz podzol torpaqlarda ağaclara süni və üzvi gübrələr verilməlidir. Meyvə bağına makroelementlərdən fosfor və kalium gübrələri payızda, azot gübrəsi isə yazda verilməlidir. Bir hektar göycə bağına hər hektara 25-30 ton peyin, məhsuldar bağlara isə 30-35 ton miqdarında verilməsi yaxşı nəticə verir. Peyin payızda əsas şum altına verilir. Üzvü gübrələr bir qayda olaraq iki-üç ildən bir, azot, fosfor və kalium gübrələri isə hər il verilir. Əsas gübrələr payızda şum altına, yemləmə gübrələri isə vegetasiya dövründə verilir.
Xəstəliklərə, zərərvericilərə və onlara qarşı mübarizə tədbirləri. Naxçıvan göycəsi xəstəliklərə davamlıdır. Ancaq daha çox qanlı mənənə zərərvericisi ilə siyarətlənir. Qanlı mənənə (Eriosoma lanigerum) mənənələr fəsiləsindən olan qara və tünd qonur rəngli (məhv edəndə qırmızı qanı çıxır) həşəratdır. Naxçıvan göycəsi, alça, albuxara, bəzi hallarda armud, alma, ərik, ağaclarının budaqlarında dəstə halında qabığa yapışaraq şirəsini (üzvü maddələri) sorurlar. Qanlı mənənə meyvə bağları üçün ən qorxulu həşəratdır. Parazitin həşəratları əvvəllər ABŞ-dan ölkəmizə gətirilərək bütün Qafqaza da yayılmışdır. Mənənələr yaz-yay aylarında 19 nəsil verir. Əsasən payız və qış aylarında mənənələr ağacların yapışdıqları gövdələrində qışlayırlar. Torpaqda mənənələr qarışqa yuvalarında qışlayırlar. Qarışqalar bu yumurtadan çıxmış süfrələri qidalandırırlar, nəticədə onlar xüsusi tipli şirə ifraz edirlər, qarışqalar isə bu şirəni yalayırlar. Yazda belə süfrələri qarışqalar ağacların yuxarı gövdələrinə daşıyırlar. Yazda yarpaqların alt nahiyəsində, zoğlar üzərində çoxalırlar. Yeni mənənələr yarpaqların alt hissəsini zədələyərək hüceyrə şirəsi ilə qidalanırlar. Nəticədə, yarpaqlardan şirə axmağa başlayır, El arasında bu hala “ağaclarda şirə xəstəliyi baş verib” deyirlər. Onlar ağacın şirəsini soraraq, qabığında çatların, fırların əmələ gəlməsinə səbəb olurlar. Qanlı mənənədən cavan tinglər daha çox zərər çəkir. Bu zərərvericiyə qarşı kimyəvi mübarizə aparılmasa yarpaqlardan axan belə şirə axını məhsuldarlığı azaldır, hətta ağacları qurudur. Ona görə də mübarizə məqsədilə ağaclarda yarpaqlar töküləndən sonra, hava şəraitindən asılı olaraq, yəni havada 15-180C istilik olduqda dekabr ayında 1%-li DNOK məhlulu ilə çiləmə aparılmalıdır. İkinci çiləmə qışın sonunda, fevral ayında aparılmalıdır. Vegetasiya dövrü isə bu zərərvericiyə qarşı ən azı iki dəfə 2 %-li fazolon tərkibli insektsidlərlə çiləmə aparılmalı, dezinfeksiya olunmalıdır. Sənaye miqyasında Naxçıvan göycəsi meyvə bağlarında qanlı mənənəyə qarşı bioloji mübarizə üsul olan minici-afelinus (Aphelinus mali) parazit həşəratını laboratoriyada çoxaldıb buraxmaq olar. Belə faydalı həşəratlar öz süfrələrini mənənə süfrələri möhtəviyatına qoyur. Bu həşəratın süfrələri mənənə süfrələri hesabina qidalanaraq inkişaf edir və zərərvericinin süfrələrini məhv edirlər. Nəticədə, mənənə süfrələri bioloji üsulla məhv edilir.

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin