Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Naxçıvan göycəsi sortunun toxumlarından



Yüklə 9,14 Mb.
səhifə11/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
GÖYCƏ-- kitab-5

1.6. Naxçıvan göycəsi sortunun toxumlarından
alınan yeni formalar

Naxçıvan göycəsi sortunun mənşəyini təşkil edən Ev alşası (Prunus domesticaL.) növünün somatik hüceyrələri (2n=48) heksaploid xromosom sayına malikdir. Qeyd edək ki, Prunus Mill. cinsinin somatik hüceyrələrində əsas xromosom sayı 8 (x=8) ədəddir. Naxçıvan göycəsi sortunun somatik hüceyrələrinin sitoloji analizi aparılmadığından neçə xromosom sayına malik olduğu məlum deyildir. Ancaq onu qeyd etmək lazımdır ki, bütün alça növlərinin genotipi heteroziqot təbiətli olduğundan bu Naxçıvan göycəsi sortuna da şamil edilir. Bu sortun genotipinin çox da yüksək olmayan heteroziqot təbiəti təcrübədə özünü təsdiq etmişdir. Belə ki, bu sortun tam yetişmiş və qurudulmuş toxumları payız dövrü yumşaldılmış torpaqda 3-4 sm dərinlikdə əkilmişdir. Alınan bitkilər məhsul verilənədək saxlanılmışdır. Məhsul verdikdən sonra aqrobioloji xüsusiyyətləri öyrənilmişdir (Şəkil 1.36).





Şəkil 1.36. Göycə sortunun toxumları və məhsuldar ağacı
Ümumiyyətlə, alınan F1 nəsil ağaclarda daha çox əcdadına qayıtma genetik əlamətlərin meydana çıxması genotipin heteroziqot təbiətli olduğunu göstərir.
Forma - 1. 2011-ci ildə Naxçıvan göycəsi sortunun öz-özünə tozlanan toxumlarının cücərdilməsindən alınmışdır (Şəkil 1.37). Ağacları normal inkişaf edir. Naxçıvan göycəsi sortuna az bənzəyir. Məhsulu başlanğıc sortdan 15-20 gün gec yetişir. Tam yetişmiş meyvələri sarımtıl rənglidir, kürəşəkillidir, diametri 2,7-3,6 sm-dir. Nisbətən sulu lətə malikdir, fizioloji yetişkənlik dövrü çox şirinləşir. Vegetativ orqanlarında cırlaşma irsi əlamətləri vardır.



Şəkil 1.37. Göycə sortundan alınan forma -1.


Forma – 2. Bu forma 2011-ci ildə Naxçıvan göycəsi sortunun öz-özünə tozlanan toxumlarının cücərdilməsindən alınmışdır. Ağacları normal inkişaf edir. Yarpaqları Naxçıvan göycəsi sortuna bənzəyir, ancaq səthi açıq-yaşıl rəngli, pomoloji parametrləri nisbətən kiçikdir. Məhsulu başlanğıc sortdan 20-25 gün gec yetişir. Meyvələri ağımtıl-sarı rəngli, kürəşəkilli, diametri 2,8-3,5 sm-dir. Qabığı orta qalınlıqdadır, tam yetişəndə lətlı hissə sulanır və şirinləşir. Vegetativ orqanlarında cırlaşma irsi əlamətləri müşahidə edilir (Şəkil 1.38).



Şəkil 1.38. Göycə sortundan alınan forma -2

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin