Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Naxçıvan göycəsi sortunun aqrobioloji



Yüklə 9,14 Mb.
səhifə8/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
GÖYCƏ-- kitab-5

1.4. Naxçıvan göycəsi sortunun aqrobioloji
xüsusiyyətləri


Yayılması. Muxtar Respublikada çəyirdəkli meyvələrdən olan Alça növünün geniş yayılan sortlarından biri də Naxçıvan göycəsidir. Maraqlıdır ki, Naxçıvan göycəsi hazırda Azərbaycanın digər bölgələrində, ən çox Abşeron, Quba, Qusar, Xaçmaz və Gəncə-Qazaxda son vaxtlar geniş yayılsada, Naxçıvan düzənliyi ərazisində, xüsusilə Naxçıvan şəhərinin Qərb hissəsində becərilən sortun meyvəsinin aqrobioloji xüsusiyyətləri (dadı, biokimyəvi tərkibi, keyfiyyəti) digər ərazilərdəki məhsuldan yüksəkdir. Bölgədə torpaq-iqlim şəraiti bu sortun tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli torpaq-iqlim şəraiti və ekoloji mühit mövcuddur. Elmi ədəbiyyatda Naxçıvan Muxtar Respublikası ərazisində Şərur göycəsi, Əlincə, Göycə sultanı, Yaz mələzi, göycə sortlarının yayıldığı haqqında məlumat verilir [3]. Lakin apardığımız morfogenetik analizlər nəticəsində məlum olmuşdur ki, bu sortlar eyni morfogenotipə malikdirlər. Ancaq bu sortlar meyvələrinin iriliyinə, dadına, əmtəə dəyərinə, yetişmə müddətinə və b. aqrobioloji xüsusiyyətlərinə görə fərqlənirlər. Aşkar edilmişdir ki, Naxçıvan Muxtar Respublikası ərazisində alça növünün sortu olan Naxçıvan göycəsi və ondan təbii tumurcuq mutasiyaları yolu ilə yaranan 6 variasiya müxtəlifliyi (forma müxtəlifliyi) yayılmışdır [1]. Muxtar respublikada kənd təsərrüfatında becərilən bir neçə sortlar vardır ki, ancaq bu bölgəyə məxsusdur. Qədimdən bu sort becərildiyi ərazinin və faraş yeyildiyi məhsulunun rəngi ilə müvafiq olaraq Naxçıvan göycəsi adlandırılmışdır.
Biomorfoloji xüsusiyyətləri. Naxçıvan göycə sortu ən çox düzənlik və orta dağlıq ərazilərdə becərilir. Naxçıvan şəhərində, Babək qəsəbəsində Qaraçuğ, Tumbul, Zeynəddin, Şıxmahmud və başqa kəndlərdə daha tez ərsəyə gəlir. Ağacları orta hündürlükdə (2,5-4,5 m.) olub, yazda yarpaq açılmamışdan əvvəl çiçəkləyir. Ağaclarda çoxlu çiçək əmələ gətirir. Ancaq bu çiçəklərin əksəriyyəti (50,0-75,0 %) mayalanmadan sonra tökülür. Meyvələri may ayının ortalarında istifadə həddinə çatır. İlk vaxtlar turş olsa da, getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında tam yetişir (Şəkil 1.27, 1.28). Meyvələri kürəşəkilli, üst və alt hissələrdən basıqdır, üst və alt nahiyələri bir şırım birləşdirir. Meyvələrinin qabığı qalındır, rəngi ilk vaxtlar göyümtül olur. Lətli hissə qalındır. Hər meyvədə bir ədəd çəyirdək olur. Məhsulu tam yetişdikdə isə lətli hissə daha çox sulanır, şirinləşir və rəngi saralır. Çoxillik ağaclar, adətən 15-25 il normal məhsul verir. Hər bir ağacdan becərildiyi şəraitdən asılı olaraq ildə 30-50 kiloqrama qədər məhsul toplanılır. Onu da qeyd edək ki, ağaclar 350 C-ə qədər şaxtaya tam dözümlüdür. Naxçıvan göycəsi, adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə ərik, albuxara, badam və b. calaqalti tinglərə calaq edildikdə ağacları çox məhsuldar və uzun ömürlü olur. Naxçıvan göycəsi sortu toxumla çoxaldıldıqda ana sortu vermir, çünki bu sortun toxumları tarixi inkişaf dövründə təbii hibrid genotipinə malik olmuşdur. Toxumlardan alınan yeni tinglər, ancaq calaqaltı kimi istifadə olumalıdır. Toxumla çoxaldıqda genotipdəki irsi əlamətlər parçalanma verir və nəticədə yeni alça formaları meydana çıxır.



Şəkil 1.27. Naxçıvan göycəsi Şəkil 1.28. Naxçıvan göycəsi
sortunun faraş yeyilmə dövrü sortunun texniki yetişmə dövrü


Əsas fenoloji fazaların gedişi: Naxçıvan göycəsi polimorf bitkidir. Torpaq-iqlim şəraitindən asılı olaraq ağacların inkişafı, məhsul vermə müddəti, əsas fenoloji fazaların gedişi, meyvələrin kütləsi, məhsuldarlığı, biokimyəvi tərkibi müəyyən modifikasiya dəyişkənliyinə uğrayır. Belə modifikasiyalaşma amplitutunun genişliyi bu bitkinin müxtəlif ərazilərdə yayılmasına şərait yaradır. Aşağıda Naxçıvan şəhəri ərazisində bu bitki üzərində aparılan fenoloji müşahidə işlərinin nəticələri verilmişdir (Cədvəl 1.4.1).
Cədvəl 1.4.1.
Naxçıvan göycəsi sortunun əsas fenoloji fazalarının gedişi
(2014-2017 cı illər üzrə)

Sort və
variasiyalar

Fenoloji fazaların gedişi

Tumurcuqların
inkişafa
başlanması

Butonlaşma, gün

Çiçəkləmə

Meyvələrin yetişməsi

Vegetativ
tumurcuqlar

Generativ
tumurcuqlar

başlanmasI

kütəvi

başlanması

kütəvi

Texniki
yetişkənlik

Naxçıvan göycəsi
sortu

4.03

8.03

10

10.03

15.03

10.05

25.05

15.07

Variasiya forması -1

7.03

10.03

12

12.03

18.03

15.05

29.05

20.07

Variasiya forması -2

9.03

12.03

8

9.03

13.03

10.05

24.05

14.07

Variasiya forması -3

12.03

16.03

13

16.03

22.03

21.05

05.06

28.07

Variasiya forması -4

5.03

11.03

11

14.03

20.03

18.05

05.06

26.07

Variasiya forması -5

8.03

14.03

12

12.03

19.03

14.05

25.05

22.07

Variasiya forması -6

5.03

11.03

12

9.03

17.03

19.05

05.06

20.07

Son dövrlər muxtar respublikada həyata keçirilən irimiqyaslı islahatlar, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, reallaşan dövlət proqramları kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə məhsullarının istehsalının sənaye miqyasında inkişaf etdirilməsinin təməlini qoymuşdur. Müxtəlif vaxtlarda yetişən ayrı-ayrı tumlu, çəyirdəkli, qoz və giləmeyvələrin aborigen sortlarla yanaşı qiymətli meyvə sortu olan Naxçıvan göycəsinin də iri həcmli plantasiyalarının salınması, bioloji baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, meyvəçiliyin davamlı olaraq inkişaf etdirilməsi üçün ilkin mərhələdə meyvə-tingçilik təsərrüfatının yaradılması zərürətini ortaya qoymuşdur. İndiki dövrdə muxtar respublikada ən tez yetişən kənd təsərrüfatı məhsullarının ixracının artırılmasında, xarici bazarlarda rəqabətə davamlı məhsulların satılmasında Naxçıvan göycə sortundan istifadə olunması, ixtisaslaşdırılmış fermer təsərrüfatlarının yaradılması, toplanılan məhsulların saxlanılması, beynəlxalq standartlara uyğun qablaşdırılması və ixracının təşkili daha məqsədəuyğundur və muxtar resublikaya xarici valyuta axınını artıra bilər.


Aqrotexniki xüsusiyyətləri. Fərdi təsərrüfatlarda Naxçıvan göycəsi sortu başqa mevvə sortları ilə birlikdə becərilir. Günsevən bitkidir, aqrotexniki qulluğa tələbkardır. Çalaq edildikdən 2 il sonra məhsul verməyə başlayır. Ağaclarda erkən yazda lazım olan qaydada quru budama aparılmalıdır. Ağacların çətirinə elə forma verilməlidir ki, şah budaq və ətraf budaqlar bir-birindən 50-60 sm aralı olsun. Yarpaqlama və çiçəkləmə vaxtı çətir daxilinə günəş şüası düşsün və normal havalanma getsin. Naxçıvan göycəsi sortu çox məhsuldar sortdur. Məhsulu çox olanda meyvələri normal ölçüyə çata bilmir və meyvələri modifikasiya dəyişkənliyinə uğrayaraq parametrləri kiçilir. Ona görədə hər il ağaclar üzərində normal bar yükünün saxlanılması məqsədəuyğundur.
Naxçıvan göycə sortunu həyətyanı sahələrdən başqa, meyvə plantasiyası şəklində salınaraq becərilməsi daha yüksək məhsul əldə olunmasına imkan verir. Naxçıvan göycəsi tingi əkiləndən 3-4 il sonra məhsul verməyə başlayır. Ağacların tam məhsula düşməsi üçün 5-6 il vaxt tələb olunur [17 ].



Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin