Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə7/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   2   3   4   5   6   7   8   9   10   ...   24
GÖYCƏ-- kitab-5

Aqrobioloji xüsusiyyətləri


Meyvələrin yetişməsi: Meyvələri may ayının ortalarında fizioloji yeyilmə yetişkənliyi həddinə çatır. İlk vaxtlar dadı turş olsa da getdikcə şirinləşir, iyunun axırı, iyulun ortalarında isə tam yetişir.
Meyvələrinin biokimyəvi tərkibi: Meyvələrin tərkibində 4,11-10,49 % şəkərlər, 1,04-6,86 % üzvü turşular, 0,12 % dabbaq maddələri, 0,8 % pektin və A, B1 (tiamin), B2 (riboflavin), C, E (tokoferol), P (sitrin), PP (nikotin turşusu), B9 (fol turşusu) və digər vitaminlər vardır. Bir vaxtlar meyvə-giləmeyvələrin əhəmiyyəti onların tərkibində olan karbohidratların, yağların və zülalların miqdarı ilə ölçüldüyü halda, müasir dövrdə qeyd olunan zəruri maddələrlə yanaşı, orqanizmdə maddələr mübadiləsini, orqanizmin immun qabiliyyətini artıran, əsəb və qan-damar sistemini tənzimləyən bioloji fəal maddələrin, ilk növbədə vitaminlərin olması ilə qiymətləndirilir. Naxçıvan göycəsi sortunun meyvələri məhz bu kimi üzvü maddələrlə zəngindir.
Məhsuldarlığı: Naxçıvan göycəsi sortunu həyətyanı sahələrdən başqa, meyvə plantasiyası sistemində becərilməsi daha yüksək məhsul əldə olunmasına imkan verir. Ağacların tam məhsula düşməsi üçün 4-5 il vaxt tələb olunur. Becərildiyi torpağın münbitliyindən və inkişaf səviyyəsindən asılı olaraq hər ağacdan 25-50 kq-a qədər məhsul götürülə bilər. Hər hektardan məhsuldarlıq 15-35 tona yüksəlir. Hər hektardan maddi gəlir 35-40 min manat təşkil edir.
Xəstəlik və zərərvericilərə qarşı dözümlülüyü: Naxçıvan göycəsi sortu göbələk xəstəliklərinə dözümlüdür. Ancaq zərərvericilərlə, xüsusilə mənənələrlə tez yoluxur. Mənənələr yarpaqların alt nahiyəsində yarpaq hüceyrələrini zədələyir və həmin nahiyələrdən hüceyrə şirəsi itkisi baş verir. Əgər bu zərərvericiyə qarşı normal səviyyədə kimyəvi mübarizə tədbiri aparılmasa, ağaclar növbəti il, hətta quruya bilər. Ağacların mənənələrlə yoluxmasında qarışqalar mühüm rol oynayırlar. Naxçıvan göycəsi sortunun mənənələrə qarşı aqrobioloji mübarizəsinin əsasını ağacların qidalanma sahəsinin normal qaydada saxlanılması, mütəmadi olaraq yumşaldılması, üzvü və mineral gübrələnmənin aparılması, vegetyasiya dövrü 4-6 dəfə suvarılması, ağacların gövdə hissəsinin erkən yaz dövrü əhənglənməsi, normal bar yükünün saxlanılması və s. təşkil edir.
Məhsulunun əmtəə xüsusiyyəti: Naxçıvan göycəsi sortu normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Ən tez yeyilən meyvə sortudur. Məhsulu adətən meyvələri yumşalmağa başlayan dövrdən, növrəst məhsul kimi may ayından başlayaraq daha çox yeyilməyə başlanılır. Meyvələri yetişdiyi ərazilərdən asılı olaraq iyul ayının sonlarından avqust ayının əvvəlində tam texniki yetişkənliyə çatanda daha çox sulanır və şirinləşir. Belə meyvələr adətən “Göycə şirəsi” məhsulunun alınması üçün istifadə edilir. Xüsusi qaydada hazırlanan Göycə qurusu xoşagələn əmtəə görünüşünə malik olmaqla, nisbətən şirin olur. Qış dövrü xüsusi yeməklərin hazırlanmasında, külinariya sahəsində qiymətli qida məhsulu kimi göycə qurusundan geniş istifadə olunur. Göycə meyvəsinin tərkibində olan efir yağları orqanizmdə iştah əmələ gətirir, bədənin ağırlaşmasının qarşısını alır, qocalmanı ləngidir. Orqanların funksionallıq fəaliyyətini gücləndirir, baş verə biləcək xəstəliklərin qarşısını alır, orqanizmin xarici təsirlərə davamlılığını yüksəldir. Düzdür, Azərbaycanın digər bölgələrinin bazarlarında müxtəlif alça qurusu məhsullarına rast gəlinir, ancaq alça və Naxçıvan göycəsi sortunun meyvə qurusu məhsulları əmtəə görünüşü, keyfiyyəti və dadı ilə fərqlənirlər.
Çoxaldılması. Naxçıvan göycəsi sortu alça ağacları kimi göz calağı, üskük calaq, qələm calağı, odunlaşmış və yaşıl çiliklərlə artırılır. Fərdi həyətyanı sahələrdə çoxaldılmada göz calağı daha çox istifadə olunur. Calaqaltı olaraq cır alça, albuxara, badam, şaftalı və ərik toxmacalarından istifadə edilir. Göz calağı yayda (iyul-avqust) aparılır. Alca sortlarından toxməcər üçün alınmış çəyirdəklərdən calaqaltı almaq məqsədilə tam qurudulmuş çəyirdəklərin 2-3 sm dərinlikdə əkilməsi məsləhət görülür. Çünki, dərin əkildikdə cücərmə faizi aşağı düşür. Toxumdan inkişaf etmiş birillik tinglər güclü boy atır və həmin ilin payızında sahələrə əkilmək üçün yararlı olur. Plantasiya becərilmə sistemində göycə bağı üçün sahə digər çəyirdəkli bitkilərdə olduğu kimi hazırlandıqdan sonra bağda ağaclar düzbucaqlı əkin sxemi ilə əkilirlər. Əkin payızda və yazda aparılır. Əkin sahələrində ağacları əkən zaman əkin sxeminə düzgün əməl etmək lazımdır. Yerləşdiyi ərazinin torpaq-iqlim şəraitini nəzərə alaraq 2,5 x 3,0; 3,0 x 4,0 və 3,5 x 4,0 metr əkin sxemi ilə əkilməlidir. Qeyd edilən sxemlə əkildikdə bir hektara 500-833 ağac düşür. Agaclar əkildikdən 3-4 il sonra məhsul verməyə başlayır. Ağacların tam məhsula düşməsi üçün 4-5 il vaxt tələb olunur.
Variasiya dəyişkənliyi: Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan göycəsi sortunun əsasən biomorfoloji əlamətlərinə görə 6 variasiyası aşkar edilmişdiir.

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin