Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Xəstəlik və zərərvericilərə qarşı dözümlülüyü



Yüklə 9,14 Mb.
səhifə10/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
GÖYCƏ-- kitab-5

Xəstəlik və zərərvericilərə qarşı dözümlülüyü. Naxçıvan göycəsi sortu göbələk xəstəliklərinə dözümlüdür. Ancaq zərərvericilərə, xüsusilə mənənələrə tez yoluxur. Mənənələr yarpaqların alt nahiyəsində yarpaq hüceyrələrini zədələyir və həmin nahiyələrdən hüceyrə şirəsi itkisi baş verir. Bu zərərvericiyə qarşı əgər normal səviyyədə kimyəvi mübarizə aparılmasa ağaclar, hətta növbəti il quruya bilər. Ağacların mənənələrə yoluxmasında qarışqalar mühüm rol oynayırlar. Naxçıvan göycəsi sortunun mənənələrə qarşı bioloji mübarizəsinin əsasını ağacların qidalanma sahəsinin normal qaydada saxlanılması, mütəmadi olaraq yumşaldılması, üzvü və mineral gübrələnmənin aparılması, vegetyasiya dövrü 4-6 dəfə suvarılması, ağacların gövdə hissəsinin erkən yaz dövrü əhənglənməsi, normal bar yükünün saxlanılması təşkil edir.
Məhsulundan istifadə olunması: Naxçıvan göycə sortu normal aqrotexniki becərilmə şəraitində hər il yüksək məhsul vermək xüsusiyyətinə malikdir. Ən tez yeyilən meyvə sortudur. Məhsulu adətən meyvələri yumşalmağa başlayan dövrdən növrəst məhsul kimi yeyilməyə başlanılır. Meyvələri yayıldığı ərazidən asılı olaraq iyul ayının sonlarından avqust ayının əvvəllərinə kimi tam texniki yetişkənliyə çatanda daha çox sulanır, şirinləşir. Belə meyvələri adətən “Göycə qurusu” məhsulunun alınması üçün istifadə edilir. Xüsusi qaydada hazırlanan Göycə qurusu xoşagəlim əmtəə görünüşünə malik olmaqla, nisbətən şirin olur. Qış dövrü xüsusi yeməklərin hazırlanmasında, külinariya sahəsində qiymətli məhsul kimi Göycə qurusundan geniş istifadə olunur. Dünyanın heç bir yerində bənzəri olmayan bu neməti qorumaq və tanıtmaq biz meyvəçilərin borcudur. Necə ki, banan, kivi, ananas dünyada məşhur olan meyvələrdəndir, Naxçıvan göycəsi də bu sırada yer tutmağa layiqdir. Çünki becərilmə tarixi VII əsrdnən başlayan Naxçıvan göycəsi sortu yalnız Naxçıvan MR-də öz xüsusi keyfiyyətini qazana bilir. Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif alça sortlarına rast gəlinir, ancaq alça növünün Naxçıvan göycəsi sortunun əmtəə görünüşü, keyfiyyəti və dadı tamamilə fərqlidir.
Naxçıvan göycəsinin tanıdılması, brend məhsula çevrilməsində muxtar respublikada ənənəvi olaraq “Naxçıvan göycəsi festivallarının keçirilməsi Naxçıvan Muxtar Respublika rəhbərliyinin bölgədə meyvəçiliyin inkişaf etdirilməsinə, genişləndirilməsinə, ümumiyyətlə bağçılıq mədəniyyətinin dünya standartları səviyyəsinə yüksəldilməsinin bariz nümunəsidir.
Naxçıvan göycəsi sortunun meyvələrinin yetişməsi bölgədə meyvə mösümünün başlanmasına təsadüf edir. Bölgədə müxtəlif tezyetişən faraş ərik, gilas, gilənar, tut və üzüm və başqaları dünyada məşhur olan aborigen meyvə sortlarımızdandır. Naxçıvan göycəsi sortu tarixən bu ərazidə yaşayan qədim türk tayfalarının diyarımıza şöhrət gətirən xalq seleksiyası nümunələrindən biridir. Bölgədə Naxçıvan göycəsi məhsulu yeyilməyə başlayandan sonra faraş ərik, gilas, tut və başqa meyvə sortları yetişməyə başlayır.
AMEA Naxçıvan Bölməsi Bioresurslsr İnstitutunun meyvə genofondu kolleksiya bağında Naxçıvan göycəsi sortu əkilmiş və 2018-ci ildə də xəstəlik və zərərvericilər əleyhinə dərmanlama işləri aparılmış. meyvə bağında ağaclar budanmış, su arxları alaq otlarından təmizlənmişdir (Şəkil 1.35).
Hər il təcrübə sahəsində calaqaltı tinglərinin hazırlanması davam etdirilir. Toxumacar məqsədilə əriyin, alçanın toxumlarının əkini aparılır. 2017-ci il yayın əvvəlində və iyun ayında 100 ədəd, 2018-ci ildə 50 ədəd göycə sortu calaq vasitəsi ilə çoxaldılmışdır. Mütəmadi olaraq bu iş davam etdirilir.



Şəkil 1.35. Göycə genofondu bağı



Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin