Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


Gübrələrin verilməsi vaxtı və qaydası



Yüklə 9,14 Mb.
səhifə14/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
GÖYCƏ-- kitab-5

Gübrələrin verilməsi vaxtı və qaydası. Naxçıvan göycəsi sortunun sənaye miqyaslı bağlarda həm mineral, həm də üzvü gübrələrdən istifadə olunması məhsuldarlığı yüksəldir. Mineral gübrələrdən azot, fosfor və kalium gübrələrindən istifadə olunur. Mineral gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, bitkilərin ayrı-ayrı fazalarda qida elementlərinə olan tələbindən asılıdır. Lakin orta və ağır mexaniki tərkibə malik torpaqlarda fosforlu və kaliumlu gübrələri hər il vermək məsləhət görülmür. Azotlu gübrələr yüksək mənimsənildiyindən, onun payızdan verilməsi əlverişli deyil. Çünki bu halda azotun kütləvi itkisi başverir. Buna görə də azotlu gübrələr vegetasiyanın başlanğıcında və ya vegetasiya dövründə hissələrlə, çiçəkləmədən qabaq və meyvəciklərin kütləvi tökülməsindən (iyun) sonra verilir. Mikrogübrələr bir qayda olaraq, kökdənkənar yemləmə şəklində, vegetasiya dövründə ağaclara çilənir. Gübrələr torpağa iki qayda ilə - torpaq səthinə səpilərək şumlanır, yaxud xüsusi maşınların vasitəsilə, bitkinin kökləri yerləşən torpaq laylarına verilir. Suvarılan bağlarda bəzən gübrələr suvarma arxları ilə də verilir. Suda həll olunmuş gübrələr kökdənkənar yemləmə şəklində də verilir. Meyvə bitkilərinin bütün hissələri yüksək sorma qabiliyyətinə malik olduğundan, bu üsulla gübrələmə elementlərin tez bir zamanda mənimsənilməsinə səbəb olur. Yarpaqların zərif və həssas olduqlarını nəzərə alaraq, onlarda yanıq yaranmasın deyə, qida elementləri ilə çiləmə günün sərin vaxtında - səhər və axşam aparılmalıdır. Bu məqsədlə OПB-1200 və OM-630 markalı çiləyicilərdən istifadə edilir.
Kökdənkənar yemləmə üçün gübrələrin aşağıdakı qaydada verilməsi məsləhət görülür: N 0,6-1,0 %; K 0,9-1,2 %; Mg 1,8-2,2 %; Fe 1,8-2,2 %; Sn 0,5-1,5 %.
Gübrələmə norması. Gübrələmə norması torpaqdakı qida elementlərinin miqdarından, qulluq texnologiyasının səviyyəsindən, cərgəarasının saxlanma sistemindən, su ilə təminatından, iqlim şəraitindən, bitkinin bioloji xüsusiyyətlərindən, yaşından, əkinin sıxlığı və planlaşdırılan məhsuldan asılı olaraq dəyişir. Müəyyən olunub ki, məhsuldarlığı 80-100 ton olan bağın hər hektarından ildə 80-100 kq N, 25-40 kq P, 120-150 kq K məmsənilir. Gübrələrin istifadə əmsalını (N üçün 60-80 %, P 15-30 % və K 50-65 %) bilməklə gübrə normasını hesablamaq mümkündür. Gübrə normaları elə planlaşdırılmalıdır ki, qida elementləri torpaqda optimal miqdarda saxlanıla bilsin. Torpaqda qida elementlərinin miqdarını müəyyənləşdirmək məqsədilə 50-60 sm-lik torpaq qatında aqrokimyəvi təhlillər aparılır. Bu təhlillər əsasında meyvə bitkiləri üçün ümumi qəbul edilmiş qaydaya əsasən, torpaqda mənimsənilən P və K-un normativ miqdarına uyğun olaraq gübrə normaları müəyyənləşdirilmişdir. Naxçıvan göycəsi meyvə bağında üzvü gübrələrdən olan peyin, quş zılı və s. istifadə olunur. 1 hektar meyvə bağına 30-40 ton üzvü gübrə verilməlidir. Üzvü gübrələr payız və ya qış dövrü verilməlidir.


Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin