Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev



Yüklə 9,14 Mb.
səhifə22/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   16   17   18   19   20   21   22   23   24
GÖYCƏ-- kitab-5

NƏTİCƏLƏR

2010-2017-ci illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində becərilən göycə sort və formaları tədqiq olunarkən aşağıdakı nəticələr əldə edilmişdir:


1. Naxçıvan Muxtar Respublikası ərazisində fermer və həyətyanı sahələrdə mövcud olan 1950-2000 ha meyvə bağlarının 15 %-dən çoxunu Naxçıvan göycəsi sortu təşkil edir. Bölgədəki meyvə genofonduna daxil olan Naxçıvan göycəsi sortu və ondan xalq seleksiyası yolu ilə yaradılan və Arazboyu düzənlik ərazilərdə həyətyanı sahələrdə becərilən 6 variasiya forması aşkar edilmişdir. Bu formalardan 3-ü, meyvələrinin iriliyinə, dadına və iqtisadi səmərəliliyinə görə başlanğıc sortdan üstün olduğu müəyyən edilmişdir;
2. Muxtar respublika ərazisində göycə variasiya formalarının vegetasiya dövrünün başlanması yayıldığı ərazilərdən və torpaq-iqlim şəraitindən asılı olaraq mart ayının birinci ongünlüyündən üçüncü ongünlüyünə kimi davam edir. Bu dövrdə havanın orta gündəlik temperaturu +14,0-16,8oC olmaqla, tumurcuqların inkişafından çiçəkləməyə qədər olan müddət 12-20 gün, çiçəkləmə dövrü isə (temperatur +17,9-18,6oC olmaqla) 8-16 gün davam etmişdir. Bu vegetasiya dövründə isə aktiv temperaturun cəmi +196,4-262,9oC təşkil etmişdir. Ağaclarda birillik zoğların inkişaf dinamikası may ayının əvvəllərindən başlayaraq iyunun ikinci ongünlüyünə qədər davam etmişdir. Bu dövrdə orta gündəlik temperatur +26,4-27,6oC, nisbi rütubət isə 49,0-50,1% təşkil etmişdir. Ağaclarda zogların ikinci inkişaf dövru avqust ayının ikinci ongünlüyündən başlamışdır;
3. Naxçıvan göycəsi və yeni variasiya formalarında meyvələrin formalaşması havanın gündəlik temperaturu +20,2-22,8oC olduqda başlamış və yeyilməyə yararlı olan fizoloji yetişmə müddətindən asılı olaraq variasiya formalarında 60-75 gün davam etmişdir. Xəzan dövrü oktyabr ayının üçüncü ongünlüyündən başlanmış (orta gündəlik temperatur +5,7-7,8oC, nisbi rütubət 60-65 %) və noyabrın ikinci ongünlüyünə qədər davam etmişdir. Vegetasiya müddəti sort və formaların yayıldığı ərazilərdən, torpaq-iqlim şəraitindən və genetik xüsusiyyətlərindən asılı olaraq 200-215 gün davam etmişdir;
4. Naxçıvan göycəsi sortunun genetik baxımdan heteroziqot təbiətli sərbəst tozlanma nəticəsində yaranan toxumlarının cücərdilməsindən alınan yeni formalar yetişmə müddətinə görə standart Naxçıvan göycəsi sortundan fərqlənməklə, aqrobioloji göstəricilər üzrə başlanğıc sortdan üstün olmuşdur;
5. Xalq seleksiyası yolu ilə Naxçıvan cöycəsi sortundan yaradılan yeni variasiya formalarında məhsuldarlıq bir ağacdan 28,0-35,1 kq və ya 1 hektardan 152,4-219,7 sentner, Naxçıvan göycəsi sortunda isə bir ağacdan 26,8 kq və ya 179-180 sen/hektar olmuşdur. Bir ağacdan məhsuldarlığa görə göycə variasiya formalarından üçü Naxçıvan göycəsi ilə müqayisədə yüksək məhsul vermişdir;
6. İqtisadi səmərəliliyinə və rentabelliyinə görə Naxçıvan Muxtar Respublikası ərazisində becərilən Variasiya forması -1, Variasiya forması -3, Variasiya forması- 4 və Variasiya forması 6-da 459,4 %- 639,2 %, standart Naxçıvan göycəsi sortunda isə 474,0 % olmuşdur. Bir hektardan xalis gəlir variasiya forması 1-də 29127,8 manat, variasiya forması- 2-də 25798,8 manat, variasiya forması- 4-də 30513,8 manat, variasiya forması-6-da 29961,8 manat, Naxçıvan göycəsi sortunda isə 28313,6 manat olmuşdur.



Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin