Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutu varis quliyev


IV. NAXÇIVAN GÖYCƏSİ SORTUNUN VƏ FORMALARININ İQTİSADİ SƏMƏRƏLİLİYİ



Yüklə 9,14 Mb.
səhifə21/24
tarix12.09.2023
ölçüsü9,14 Mb.
#142784
1   ...   16   17   18   19   20   21   22   23   24
GÖYCƏ-- kitab-5

IV. NAXÇIVAN GÖYCƏSİ SORTUNUN VƏ FORMALARININ İQTİSADİ SƏMƏRƏLİLİYİ

Meyvəçilikdə məhsulun yüksək keyfiyyətli və qiymətli olması aqrobioloji qiymətləndirilmələrlə müşayət olunur. Hər bir meyvə sortunun təsərrüfat göstəriciləri yalnız o zaman qiymətli sayıla bilər ki, o iqtisadi cəhətdən səmərəli olsun. Tədqiqat dövrü Naxçıvan Muxtar Respublikası ərazisində becərilən Naxçıvan göycəsi sortunun və ondan yaradılan variasiya formalarının iqtisadi səmərəliliyi araşdırılmışdır. Göycə sort və variasiya formalarının iqtisadi səmərəliliyi aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 4.1). Göycə sort və formalarının iqtisadi səmərəliliyi əkin sxemindən, hər hektara düşən ağac sayından və məhsuldarlıgından asılıdır. Göycə sort və formaları becərildiyi ərazidən, botaniki-bioloji xüsusiyyətlərindən asılı olaraq 3,0 X 4,0 ; 3,5 X 4,0 metr əkin sxemi ilə hektara 500-833 ədəd ağac əkilir. Bir hektardan göycə sort və formaları 152,4 - 219,7 sentner məhsul verir. İqtisadi baxımdan məhsuldarlığına görə bir sentner məhsulun əldə olunmasına çəkilən xərc Naxcıvan göycəsi sortunda 51,9 manat, forma 1-də 52,2 manat, forma 2-də 50,9 manat, forma 3-də 49,8 manat, forma 4-də 48,9 manat, forma 5-də 52,7 manat və forma 6-da 53,4 manat olmuşdur. Hər bir sort və forma üçün məhsulun bir sentner satış qiyməti müvafiq olaraq 170-200 manata qədər olmuşdur.


Cədvəl 4.1
Naxçıvan Muxtar Respublikası ərazisində becərilən göycə
sort və formaların iqtisadi səmərəliliyi

Sort və variasiyalar

Məhsuldarlıq, sen/hek.

Hər hektara çəkilən
xərc, manat

Bir sentner məhsula
çəkilən xərc, manat

Bir sentner məhsulun
satiş qiyməti, manat

Ümumi gəlir,


1 hek/manat

Xalis gəlir, 1hek/manat

Rentabellik, %

Naxçıvan göycəsi

179,00

7486,40

51,9

200

35800

28313,6

478,00

Variasiya-forması-1

176,87

6246,20

52,2

200

35274

29127,8

566,33

Variasiya-forması-2

152,44

5290,40

50,9

200

30486

25795,8

576,25

Variasiya-forması-3

216,58

6098,46

49,8

180

38984

32885,5

639,24

Variasiya-forması-4

182,5

5986,12

48,9

200

36500

30513,8

609,74

Variasiya-forması-5

153,75

6357,9

52,7

190

29212

22854,1

459,45

Variasiya-forması-6

219,75

7330,12

53,4

170

37292

29961,8

508,75

Meyvəçilikdə iqtisadi səmərəliliyin əsas göstəricilərindən biri hər hektardan əldə olunan xalis gəlir və rentabellikdir. Bu baxımdan iqtisadi analizlər göstərir ki, sort və formaların maddi gəliri və rentabelliliyi müxtəlifdir. Tədqiq olunan göycə sort və formaların hər hektarından götürülən xalis gəliri üzrə Naxçıvan göycəsində 28313,6 manat, forma 1-də 29127,8 manat, forma 2-də 25795,8 manat, forma 3-də 32885,54 manat, forma 4- də 30513,88 manat, forma 5-də 22854,1 manat, forma 6-da isə 29961,8 manat olmuşdur. Bu sort və formalarda rentabellik 478 ,0 %-dən 639,2 % arasında dəyişilmişdir.


Qeyd edilən sort və formaların (Naxçıvan göycəsi, forma-1, forma-3, forma-4, forma-6) iqtisadi cəhətdən səmərəli olduğunu nəzərə alaraq muxtar respublika ərazisində həm fərdi təsərrüfatlarda, həm də yeni salınacaq bağlarda bu sort və formalardan geniş istifadə olunması məqsədəuyğundur. Çünki torpaq - iqlim şəraitinə uyğunlaşmış bu sort və formalar göründüyü kimi bir hektardan əldə olunan xalis gəlirə görə cox səmərəlilidir. Bu formalar iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də xəstəlik və zərərvericilərə qarşı dözümlüdürlər.

Yüklə 9,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin