dildənkənar amillərin təsiri ilə qeyri-təbii meyillərin, dilin
təbiətinə və tipologiyasına yad olan proses və “qəlib”lərin
tətbiqi nəticəsində dil mənzərəsində nəzərə çarpan “təsadüfi”
dəyişikliklər özünü göstərir. Belə halların qarşısının vaxtında
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
106
alınması, uyğun prinsip və qaydaların müəyyənləşməsi norma
səviyyəsində artıqlığa gətirib çıxaran variativliyin ortadan
qalxmasına şərait yaradar.
Dilə kənar təsir – alınmaların mənimsənilməsi ilə bağlı
məqamlar, dilə substratın təsiri bütün səviyyələrdə - fonetik,
leksik, qrammatik səciyyəli ola bilər. Lakin “Substrat təsiri bir
çox illər sonra, hətta substrat etnik ortamı meydandan qalxdıqdan
xeyli sonra, o dil isə bu ərazidə işləkliyini itirdikdən sonra belə
(xüsusilə, fonetika və sintaksisdə) özünü büruzə verə bilər”
(s.48). fonetik substrat ən dayanıqlı ... hesab olunur (7, s.48).
Müsahibələrinin birində görkəmli türkoloq F.Cəlilovun qeyd
etdiyi kimi, “doğma sözümüzün dildə doğub-törəmə imkanı var,
alınma söz isə dilimizdə qısır qalır”.
-iyyat,- iyyət və -iyyə şəkilçisinin fonem tərkibini nəzərdən
keçirmək kifayətdir ki, onun dilimizin ümumi qanunauyğunlu-
ğuna zidd olması aşkarlansın: “iyyə” hissəciyində iki sait
arasında qaşa “y” işlənir. “Y samitinin tələffüzü zamanı ... dil,
demək olar ki, i saitinin tələffüzü zamanı aldığı vəziyyətdə olur...
Saitlərarası mövqedə onu saitlərdən ossiloqrafik şəkil cəhətdən
fərqləndirmək, deməkolar ki, mümkün deyildir” (8, s.164-165).
Azərbaycan dili üçün ki saitin yanaşı işlənməsinin belə
səciyyəvi olmadığını nəzərə alsaq, bu şəkilçinin nitq axınında
ümumi ton mənzərəsinə təsirini təsəvvür etmək çətin deyil.
İntonasiyanın dilin tipoloji quruluşundan birbaşa asılı oldu-
ğundan əruza məxsus ritm türk dillərində iltisaqiliyin verdiyi
xüsusi tarazlığa malik ölçü ilə uyğun gəlmir. Nəzərə almaq
lazımdır ki, dilin ümumi qanunauyğunluqları ilə səsləşməyən
belə məqamlar min illərdən bəri formalaşmış artikulyasiya
aparatı “alqoritminə”, eləcə də fonoloji səviyyədə dəyişmələrə
gətirib çıxarır ki, bu da nəticədə morfoloji və sintaktik səviy-
yədə dəyişmələrə - son nəticədə isə struktur dəyişmələrinə sə-
bəb olur. Səslərin kəmiyyət göstəriciləri ümumi prosodiya
mənzərəsinin dəyişilməsinə gətirib çıxarmaqla fərqli
intonasiyanın meydana çıxmasını şərtləndirir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
107
Bəzi həssas məqamlarda diqqətli olacağımız təqdirdə
dilimizin inkişaf istiqamətləri ilə bağlı ciddi narahatlığa əsas
yoxdur. “Əgər bu və ya digər hind-Avropa dili min ildə
tanınmaz dərəcədə dəyişirsə, bu vəziyyəti türk dillərinə şamil
etmək olmaz, çünki türk dilləri neçə min ildir ki, morfoloji
quruluşunda iltisaqi texnikanın gücü, morfonoloji quruluşunda
heca modellərinin ideal sayı, vurğunun dinamikası, səs uyuşması
qanunu, fonotaktikanın sadəliyi, səs quruluşunda fonemlər
sisteminin simmetriyası ilə dilin daxili mükəmməl mexanizmini
qoruya bilmişdir. Türk dillərində cins kateqoriyasının olmaması,
feillərin çevikliyi ilə müşayiət olunan paradiqmalar, sintaksem
düzümü kimi məsələlər də həmin stabilliyi şərtləndirən
əlamətlərdir” (6, s.33).
Sonda diqqətimizi cəlb edən bəzi məqamlara diqqəti cəlb
etməyi lazım bilirik:
• 35-ci bəndin ( “Mənbə dildə söz ortasında qoşa ss samiti
olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose
və s.”) bu tipli digər sözlərə də şamil edilməsi daha
məqsədəuyğun olardı: disertasiya, komisiya, komisar, aqresiya,
asimilyasiya, asistent, diskusiya...
• Layihədə attestasiya, attestat, attaşe, attraksion tipli
sözlərin tək t samiti ilə yazılması ilə bağlı müvafiq bəndin olması
məqsədəuyğun olardı.
• Eyni məsələni müxtəlif dillərdən alınmaları əks etdirən
fərqli saitlərin sözdə yanaşı işlənməsi - qoşasaitli bəzi sözlərin
yazılışına da aid etmək olar. Bu hal, məlum olduğu kimi, dilimiz
üçün səciyyəvi olmadığından tələffüzdə bu tipli sözlərdə iki sait
arasına y samiti əlavə olunur: ailə, təbiət, zəif... Bir zamanlar
qayda, fayda (qaidə, faidə - Mən istəyirəm ki, ticarətin hər bir
yolunu və qaidəsini sənə öyrədim. Ə. Haqverdiyev; Bizə ondan
və leyk faidə yox. S.Ə. Şirvani.) tipli sözlərin orfoqrafiyasını
yada salmaq kifayətdir. “Vedro” sözünün vedrə şəklinə
salınması da tam məqsədəuyğun fakt kimi dəyərləndirilə bilər.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
108
Bu baxımdan yanaşdıqda qeyd olunan sözlərin ayilə, təbiyət,
zəyif şəklində yazılışı daha məntiqli görünür.
• Söz ortasında eynicinsli qoşa samitlə (mm) yazılan
sözlərin bir samitlə yazılması (komunikativ, qramatika)
məqsədəuyğun olardı.
• Azərbaycan dilində cins kateqoriyasının olmadığını və
bir neçə sözü əhatə etdiyini nəzərə alaraq bəzi peşə adlarına
artırılan şəkilçidən imtina olunmasını daha məqsədəuyğun
hesab edirik: müəllim//müəllimə, katib//katibə, aktyor //
aktrisa... Bu şəkilçinin bir neçə sözü əhatə etməsi, digər bu
kateqoriyadan olan sözlərə artırıla bilməməsi (həkim, rəssam,
mühəndis, mühasib...), eləcə də türk təfəkküründə gender
ayrıseçkiliyinin qabarıq olmaması bu fikrin əsaslı olduğunu
göstərir. Ixtisas və peşə ilə bağlı vacib məsələ yaxşı
mütəxəssis olmaqdır, gender fərqi deyil.
Orfoqrafiyaya qaydaları dilin fonem sistemi və bu sistem
daxilində baş verən qanunauyğun dəyişmələrlə yanaşı, mövcud
ənənə, dilin inkişaf tendensiyası – istiqaməti və dil
sistemindəki davamlı inkişaf ardıcıllığını nəzərə almağı tələb
edir. Yazı normasının əsasını təşkil edən bu qaydaların
praqmatik tərəfi - ədəbi dilin tətbiqində vahidliyi, bütövlüyü
qorumaq meyili diqqət mərkəzində saxlanılmalıdır. Dövlət
dilinə münasibət birmənalı olmalı, hər bir vətəndaş bu
məsələdə məsuliyyətini dərk etməli, dövlət atributlarından biri
kimi (Himnin ifa olunduğu dil olaraq!), dövlətçiliyin
təminatçısı kimi xüsusi hörmət və həssaslıqla yanaşmalıdır.
Unutmamalıyıq ki, “dil məsələsi – dövlətin milli təhlükəsizliyi
məsələsidir!” (9).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
109
ƏDƏBİYYAT:
1.
Ф. де Соссюр. Труды по языкознанию. М., 1977.
2.
Рахманов Дж. А. Статистико-дистрибутивный
анализ азербайджанского текста (На уровне графем и
фонем) // автореферат дис. ... кандидата
филологических наук . Ин-т языкознания им. Насими.
- Баку, 1988. - 23 с.
3.
Частотность букв в казахском языке и типичные
ошибки в произношении.//
https://zonakz.net/blogs/user/ertur/-
9528.html?mode=full
4.
Частотность букв русского алфавита//
http://dic.-
academic.ru/dic.nsf/ruwiki/370211
5.
A. Axundov. Azərbaycan dilinin fonemlər sistemi. Bakı,
1973.
6.
F. Cəlilov. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası.
Bakı, Maarif, 1988.
7.
Абаев В. И. Абаев В. И. Скифо-европейские изог-
лоссы. На стыке Востока и Запада. М., 1965.
8.
A. Axundov. Azərbaycan dilinin fonetikası. Bakı, 1984.
9.
Вербицкая Л. Cовременная русская орфоэпия и ор-
фофония. //Чуждоезиково обучение, година XL,
книжка 1, 2013//
http://master-rki.net/docs/Verbits-
kaya012013
Назакeт Газиева
Влияние глобализации на языковые процессы:
языковая ситуация и закономерности правописания.
Резюме
В статье исследуются процессы наблюдаемые в языке
в период глобализации, анализируется языковая ситуация
и проблемы правописания. В статье также говорится о
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
110
важности применения статистических методов для
исследования процессов, наблюдаемых в фонологической
системе. В исследованиях, проводимых на материале ху-
дожественной литературы определяется частотные качества
и комбинаторные свойства звуков Азербайджанского
языка.
Nazaket Gazıevа
The influence of globalization on language processes:
the language situation and the laws of spelling.
Summary
The article studies the processes observed in the language
in the period of globalization, analyzes the language situation
and spelling problems.
The article also talks about the
importance of using statistical methods to study the processes
observed in the phonological system. In studies conducted on
material of literature is determined by the frequency of quality
and combinatorial properties of the sounds of Azerbaijani
language.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
111
Pərviz İsmayılov
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
perviz.ismayilov@gmail.com
Antroponimik sistemin xronoloji ardıcıllıqla
öyrənilməsi məsələsinə dair
Açar sözlər: antroponim, antropoəsas, antropoformant, yazılı
abidə, model, modelləşdirmə
Ключевой слова: антропоним, антропооснова, антропофор-
мант, письменный памятник, модель, моделирование
Key words: anthroponym, anthropostem, anthropoformant, written
monument, model, modeling
Tarixi onomastikada həm nəzəri, həm də tətbiqi problemlərin həlli
aktualdır. Müasir dövrdə türk dilləri üçün ümumi və ortaq olan vahidlərin
toplanması və onların bir toplu kimi araşdırılması son dərəcə vacibdir və
bu baxımdan onomastik vahidlər xüsusi əhəmiyyət kəsb edir. Ümumtürk
səviyyəsində onomastikaının araşdırılmış və tədqiq edilməmiş məsələlərinin
aydınlaşdırılması özü də ayrıca bir problemdir. Təbii ki, tədqiqatların kəmiy-
yəti onların keyfiyyət göstəricisi deyildir. Keyfiyyətcə qiymətləndirmənin
özü müəyyən axtarışlar, araşdırmalar üzrə aparılmalıdır. Ayrı-ayrı türk
dillərində onomastik vahidlərin siyahıları, lüğətləri, məlumat kitablarının
nəşr olunması mühüm əhəmiyyət kəsb edir. Əgər belə toplular varsa, onların
birləşdirilməsi istiqamətində iş görmək zərurəti meydana çıxır. Türk dillə-
rinin ümumi tarixi onomastik mənzərəsi ayrı-ayrı türk dillərinin tarixi
onomastikaları üzrə tədqiqatların müqayisəli şəkildə təhlil və araşdırmaları
prosesində daha aşkar görünənləri, zənnimizcə, heç bir şübhə doğurmur.
Qeyd edilən istiqamətlərdə işlərin aparılması bir çox səbəblərdən çətin və
ağırdı. Məsələnin türk dilləri üçün ortaq planda qoyulmasının vacibliyi
çətinliyi, işin ağırlığını kölgədə qoyur.
Onomasologiyada özünü göstərən cəhətlərdən biri də adların,
nominasiyası prosesinə təsir göstərən amilləri aşkara çıxarmaq, xüsusi
adların təşəkkül və formalaşma prinsiplərini aydınlaşdırmaq üçün müx-
təlif elm sahələrinə dair bilikləri bir yerə toplamaqdır. Onomastik vahid-
lərin hər bir qrupunun verdiyi materialın özünəməxsus xüsusiyyətləri
vardır. Bəzi onomastik materiallar dil tarixinin, o cümlədən bir sıra başqa
sahələrin tarixinin öyrənilməsi üçün daha zəngin faktlar verirsə, başqa
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
112
qrup vahidlərdə belə faktlar az olur. Biz belə bir qənaətdəyik ki, dil tarixi,
o cümlədən tarixi onomastikanın tədqiqi üçün qədim antroponimlərin və
toponimlərin öyrənilməsi, araşdırılması daha vacib və daha əhəmiy-
yətlidir. Yazıyaqədərki dövrün onomastikası birinci tarixi onomastik qatı
təşkil edir. Sonrakı qatlar dilin yazılı abidləri, xüsusən də fundamental
yazılı abidələri əsasında müəyyənləşdirilməlidir. Biz bu qata Orxon-Yenisey
abidələrinin dilində işlənmiş onomastik vahidləri daxil etməyi məqsədəuy-
ğun sayırıq. Türk yazılı abidələrindən Orxon-Yenisey abidələri ümumtürk
abidəsi sayılır. Bundan əlavə ayrı-ayrı dillər qruplarına aid abidələr də az
deyildir. Tarixi onomastika üçün həm dil qrupları və ayrı-ayrı dillərə aid
abidələrin onomastikası tədqiqat əhəmiyyət daşıyır. Təbii ki, abidələrin
yazılma tarixlərinə görə xronoloji qaydada tədqiqi məsələyə ardıcıl
yanaşmanı təmin edir. Bu halda müəyyən dövr üçün məqbul sayılan
onomastik vahidlərin bir yerə toplanması imkanı qazanılır. 1303-cü ildə
yazılması ehtimal edilən «Kodeks Kumanikus», Kitabi-məcmu-e tərcüman
türki və əcəmi və möqoli və farsi» (XIII) lüğəti, Əbu Həyyan Əl-Qarnatinin
(və ya əl-Əndəlusi) «Kitabul idrak, lisan-ül ətrak (XII), Cəmaləddin Ət-
Türkinin «kitabi-bulqat əl muştak fil-luğati əttürk və əl kıfçak» (XV),
«Ət-töhfət üz-zəkiyyə, fil-lüğət-it Türkiyyə» (XV), Mahmud Kaşğarinin
«Divani-lüğət-it türk», Yusif Balasaqunlunun «Qutadqu Biliq», «Kitabi-
Dədə Qorqud» dastanları, «Oğuznamə»lər, uyğur abidəsi «Altun-yaruk»
və bir sıra başqa abidələr, həmçinin qazax dilindəki «Alpamış», qırğız
dilindəki «Manas» dastanları, «Koroğlu» dastanı və s. bir yerdə türk
dillərinin tarixi onomastikası ilə bağlı kifayət qədər böyük bir materialın
toplanmasına əsas verəcəkdir. Əldə olan materiallara əsasən deyə bilərik
ki, Əzizxan Tanrıverdinin “Qədim türk mənbələrində yaşayan şəxs
adları” monoqrafiyası məhz qeyd etdiyimiz planda yazılmış olduqca
əhəmiyyətli tədqiqat işidir. Əsərdə Orxon-Yenisey abidələri, "Dədə
Qorqud kitabı", "Manas" dastanı, Mahmud Kaşğarinin "Divanü lüğat-it-
türk" əsəri və bir sıra digər qədim türk mənbələrindəki səxs adları tarixi-
linqvistik müstəvidə tədqiq edilmişdir [1, s. 19]. Onu da qeyd edək ki,
türkologiyada və ayrı-ayrı türk dillərində bu abidələr üzrə irili-xırdalı
müxtəlif aspektli tədqiqatlar aparılmışdır. Məsələn, Ç.Hüseynzadənin
«Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər»
monoqrafiyasında, əsasən, türk mənşəli antroponimlərin müəyyən dövrə
aid olanları tədqiq və təqdim olunmuşdur [2, s.18].
Ə.Tanrıverdi Orxon-Yenisey abidələrindəki antroponimləri
quruluşuna görə üç yerə bölür: 1) sadə quruluşlu antroponimlər: Bars,
Buğa, Böri, Kara və s.; 2) düzəltmə quruluşlu antroponimlər: Edçu, Elçi,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
113
Salçı, İnançu, Kutluğ, Toğluk, Bökli, Təkəş, Bilgə, Kapağan, Kıyağan və
s.; 3) mürəkkəb quruluşlu antroponimlər: Altuğa, Elbilgə, İltəris, və s.
Müəllif mürəkkəb antroponimlərdən bəhs edərkən Orxon-Yenisey
abidələrindəki mürəkkəb antroponimlərin daha çox model təşkil etdiyini
qeyd edir və modelləri tərkibdəki sözlərin miqdarı üzrə dörd sinfə bölür:
1) tərkibində iki söz olan model: Aza Tutuk, Alp Urunu, Apa Tarkan,
Buğak Tutuk, Kutluğ çor və s.; 2) üç sözdən ibarət olanlar: Boyla Buğa
Tarkan, Ögə Bert Tutuk, Öz Alp Tutuk və s.; 3) dörd sözdən ibarət
olanlar: Ög Bas İn Alp, İnançu Apa Yargan Tarkan və s.; 4) beş sözdən
ibarət olanlar: Tüz Bay Küç Bars Kutluğ [1, s.60].
Araşdırmalar göstərir ki, Orxon-Yenisey abidələrində iki sözdən
ibarət olan antroponimik modellər üstünlük təşkil edir. Ə.Tanrıverdi
göstərir ki, Orxon-Yenisey abidələrindəki antroponimlər arasında
birhecalı antroponimləri – Bay Apa, Bars Bəg, Küç Bars, Küç Kül,
ikihecalı antroponimləri – Arslan, Altun, Bogü, Sabık Basar, Yamtar,
Kutluğ və s., üçhecalı antroponimləri – Bağatur, İsbara, İlbigə, Kapağan,
ayırmaq olar. Bunların arasında bir və ikihecalı appelyativlər əsasında
formalaşanlar çoxluq təşkil edir. Hətta çoxsözlü antroponimik
modellərdəki vahidlərin hamısının azhecalı olmasına təsadüf edilir.
Məsələn, “Tüz Bay Küç Bars Kutluk” antroponimik modelindəki beş
sözdən dördü birhecalıdır [1, s.61].
Linqvistikada modelləşdirmə müəyyən kriteriyalar əsasında
vahidlərin forma və ya məzmun planına görə eyni çərçivə daxilinə
salınması nəzərdə tutulur. Qurulan qəliblər model adlandırılır.
Ə.Tanrıverdi modelləşdirmə üçün mürəkkəb antroponimləri vahid kimi
götürmüş və onları tərkibdəki sözlərin sayı əsasında qruplaşdırmış,
müvafiq modelləri tərtib etmişdir. Belə modellərdə beş sözdən ibarət olan
adlar qrupu da aşkara çıxır ki, bu, adlandırmanın qənaət prinsiplərini bir
qədər pozur. Belə hesab etmək olar və ya belə bir mülahizə irəli sürmək
olar ki, dilin qədim qatlarına getdikcə antroponimlərin sadə variantlarda
olması ağlabatandır. Yəni insana ad verərkən onun tələffüzünün
ahəngdarlığı, eləcə də qısalığı aparıcı olmalıdır. Təsadüfi deyil ki, iki
sözdən ibarət olan mürəkkəb antroponimlər Orxon-Yenisey abidələrində
çoxluğu ilə seçilir. Beş sözdən ibarət olan modelə aid Ə.Tanrıverdi yalnız
bir nümunə vermişdir: Tuz Bay Küç Bars Külüğ [1, s.61]. Bununla
yanaşı əsərdə Ak baş Atık İnal Ögə antroponimi də təhlilə cəlb
edilmişdir. Həmin təhlildə göstərilir ki, Ak baş Atık İnal Ögə adındakı
sözlər ardıcıl olaraq aşağıdakı mənalara malikdir: ak - ağ, baş - baş, inal -
inanılmış, etibarlı, ögə - müdrik, ağıllı. Bu ardıcıllıqda Atık sözünün
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
114
müasir dildə açılışı yoxdur. Ə.Tanrıverdi, Ə.Rəcəbov və Y.Məmmədova
istinadla qeyd edir ki, söz “at” kökü və “-ık” şəkilçisi əsasında formalaş-
mışdır. “Ak baş Atık” mürəkkəb adı “ağ baş atı olan” kimi izahlanır.
Ə.Tanrıverdi “atık” sözünün appelyativ olaraq “tanınmayan, bilinməyən”
anlamlı “aduk” və “ayı” anlamlı “adığ” sözlərinin ola biləcəyi ehtimalını
irəli sürür, “ayı” dır. Xüsusi adların fərqli müxtəlifliyi onların öyrənilməsinə
əhəmiyyətli dərəcədə təsir göstərir. Bir halda yer, ərazi, yaşayış məntəqəsi
xüsusi ad alırsa, başqa halda xüsusi adın arxasında real subyekt durur. Təbii
ki, insanı coğrafi obyekti, heyvani, kosmik obyekti adlandırma fərqli
hadisələrdi. Ona görə də, xüsusi adların öyrənilməsində həm oxşar, həm
spesifik məsələlər üzə çıxır.Antroponimlərin modelləşdirilməsi məsələsini
fərqli şəkildə qoymaq olar. Əgər antroponim çox sözdən düzəlirsə, bu halda
modelləşdirmənin sözlərin miqdarına əsasən aparılması mümkündür. Lakin
belə modelləşdirmə adın tərkibindəki hər bir sözün semantik
xüsusiyyətlərini nəzərə almır. Antroponimlərin əksəriyyəti bir sözdən
ibarətdir və iki və daha artıq sözün işlənməsi, şübhəsiz ki, tarixən sonrakı
dövrlərə aid ola bilər. Ona görə də ilk növbədə bir sözdən ibarət
antroponimlərin modelləşdirilməsi, daha sonra isə iki sözdən ibarət antropo-
nimlərin modelləşdirilməsi məsələsini qoymaq daha məqsədəuyğundur.
Xüsusi adların düzəlməsi məsələsini təhlil edərkən, əsaslar və
formantlardan danışmaq lazım gəlir. Çünki əsasın tərkibinə daxil olan
prefiks, kök və suffikslər, bir qayda olaraq, onomastikaya qədərki formanın
komponentləridir. Onlar xüsusi adlar üçün baza rolunu oynamışdır.
Sonuncunun tərkibinə hazır əsaslar (enonimlər) axırda daxil olmuşdur [3,
s.22]. Antroponimlərin struktur-semantik tədqiqatlarında “antropoəsas” və
“antropoformant” anlayışlarından istifadə olunur. «Antroponimik əsas
(antropoəsas) şəkilçisi və antropoformantı atıldıqda antroponimin qalan his-
səsidir. Antroponimik formant (antropoformant, formant antroponima) - an-
troponimin affiksal elementi, həmçinin antroponimik suffiksdir» [4, s. 35].
Ç.Hüseynzadə göstərir ki, xüsusi adların əsaslarının öyrənilməsi tarixi
antroponimiyaya həsr olunmuş tədqiqat işlərinin başlıca məsələsidir. Çünki
bunsuz hər hansı təsnifin və etimologiyanın aparılması mümkün deyildir.
Dilçilik ədəbiyyatında topo- və antropo əsasların öyrənilməsinə müxtəlif
yanaşma və münasibətlərin hamısı buradan irəli gəlir. Xüsusi adların əsa-
sını morfoloji, struktur, leksik-semantik, semasioloji, substitusional
mövqedən şərh edərkən eyni bir əsasın linqvistik və ekstralinqvistik
səciyyəsini aşkara çıxarmaq mümkündür. Bu yolla əldə edilmiş nəticələr
çox zaman ziddiyyətli olur və onomastika ilə məşğul olanlar arasında
mübahisələr doğurur. Bununla belə, xüsusi adların əsaslarını öyrənərkən təd-
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
115
qiqatçıların əksəriyyəti həm topoəsasın, həm də antropoəsasın seçilməsinin
təsadüfi olmaması haqqında vahid fikrə gəlirlər” (Ç.Hüseynzadə).
Adlar dilin lüğət tərkibindəki sözlər əsasında formalaşsa da, onların
şəxslərə verilməsi və ya fərdin bu və ya digər adla nominasiyası təsadüfi
səciyyə daşımır. Mövcud adların semantik təhlili, sözlərin mənalarına görə
tematik qruplaşdırılması təsdiq edir ki, antroponimlər müəyyən seçim
əsasında götürülmüşdür və bu seçim də insanın real gerçəkliyə, onun
hadisələrinə, əşya və predmetlərinə münasibətdən asılı olmuşdur. Yəni
antroponimlər təsadüfi sözlər toplusu deyildir. Elə sözlər vardır ki,
onların antroponim olma ehtimalı yüksəkdir, elə ümumi sözlər də vardır
ki, onlardan antroponim üçün ümumiyyətlə istifadə olunmur.
Antroponimləşməyə meyillilik, hər şeydən əvvəl, komponentlərin seman-
tikasından doğur.
Xüsusi adların öyrənilməsi, ilk növbədə, şəxs adlarının qeydə
alınması, təsviri, yaranma xüsusiyyətlərinin, prinsiplərinin araşdırılması,
Dostları ilə paylaş: |