qarğa yaman; Yarımcan quş kimi səndələyirdi, Nərgizdən səmənə dürr
ələyirdi; (N.Gəncəvi); Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə,
tərlanlar boylananda elə bil ki, bir laçın oğlan oluram (N.Vəzirov);
Quşluq kəndinin təzə peyğəmbəri...Cücəli toyuqlara oxşayır (S.Rəhman);
Deyirlər, ac toyuq yuxusunda darı görər. Sən də deyəsən ac toyuq kimi
xəyala qapılmısan (C.Əmirov); Qız kəkilli beçə kimi kükrədi
(C.Əmirov);Qubernator. O qartallarla vuruşur, siz isə qanadıqırıq
sərçələr kimi əl-ayğa dolaşırsınız (C.Cabbarlı); Səhər də beçə xoruz kimi
çıxaq işə;Maşının içindəki yeldöyəndə kibritin odu yaralı quş kimi
çırpınıb söndü (Anar); Axşam o baldodaq qayıdan zaman Səadət quşutək
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
87
şad və xuraman (N.Gəncəvi); Onun ürəyi qəfəsdəki quş kimi çırpındı
(S.Rəhimov);Birdən-birə boyca bir növ kiçilən Əyyub Ələkbərov yetim
cücələr kimi boynunu büküb ancaq “bəli, bəli” deyə bildi
(C.Əmirov);Sözün qısası, buxalter səhərə kimi yetənə yetib, yetməyənə
bir daş atdıqdan sonra sehirli göyərçin kimi qayıdardı öz yuvasına
(C.Gözəlov); Qocalığına nə baxırsan? Dəyirman xoruzu kimidir
(S.Rəhman); Gəlinlər qıy vuraraq qoy quba qazlar kimi Şeiriyyətlə
tökülsün hikmət dolu göllərə (R.Rza); Onlar “İsa-Musa” quşları kimi
hey bir-birilərini səsləyirlər (C.Gözəlov);Yoxsa elə səhərə qədər “İsa-
Musa” quşları kimi bir-birilərini axtarardılar (Ə.Azayev); Bunun
gözləri Üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç
əməlli adama oxşamır(“Koroğlu”).
Azərbaycan dilində metaforik ifadələrin formalaşmasında
təkrarların da rolunu qeyd etmək lazımdır. M.Adilov yazır:” Kimi, tək,
qədər qoşmaları ilə düzəlmiş bu kimi təkrarlı tərkiblər adətən məzmunca
bir müqayisə bildirir. Müqayisə tərkibləri xüsusiləşmiş üzvlər əmələ
gətirir. Bunlar bir əşyanı canlı və əyani tərzdə səciyyələndirmək üçün
onun hər hansı əlamətini başqa əşyanın bənzər əlaməti ilə müqayisə
etmək nəticəsində dildə meydana gələn qrammatik ifadə üsulu hesab
olunur”(13, 85). Metaforik ifadələrdə belə təkrarların işlədilməsi, bir
tərəfdən, qarşılaşdırılan subyekt və ya obyekt olaraq zərurətdən doğursa,
digər tərəfdən, emosional-ekspressiv mahiyyət daşıyaraq, üslubi faktor
kimi çıxış edir. Məsələn:
Koroğlunun ürəyi atlandı, beyni qızdı, gözləri tərlan gözü kimi
alovlanıb yandı (“Koroğlu”); Görsəm ki, pis fikirdədi, o saat boğazın
cücə boğazı kimi üzərəm (“Həsən Qara”); Atamın canı, onun başını
toyuq başı kimi kəsərəm (E.Elatlı); Sizi xəbərdar edirəm, burda
gördükləriniz barədə haradasa bircə kəlmə danışsanız,boğazınızı cücə
boğazı kimiüzəcəm (E.Elatlı).
Metaforik sahənin yaranmasında əlamət, keyfiyyət məzmunu ilə
müşayiət olunan sintaktik vahidlər, xüsusən də feili sifətlərin və onların
yaratdığı tərkiblərin rolu böyükdür. Feili sifətlər əşyanın hərəkətlə
müəyyənləşən əlamətini bildirdiyindən onların metafor yaratmada rolu
daha böyükdür. Bu zaman həmin feili sifət və ya tərkibi əlamət
məzmununun, daha doğrusu, qarşılaşdırılan müqayisə materialının daha
güclü təzahür etməsinə imkan yaradır. Məsələn: Şahlıq dərgahından gizli
işarə Dəyincə gözümə, mən birdən-birə Döndüm qanadları gərilmiş
quşa; Xilas eylə canını sinə sökən bu quşdan; Sən gül bağçasından
pərvaz edən quş, Göy Nəsri-tayiri sənə vurulmuş; Sürahilər banlar
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
88
xoruz kimidir, Lazım gələn zaman onlar səs verir;Çırpındı qəfəsdə olan
quş kimi, Xəznə üstə kasıb oturmuş kimi (N.Gəncəvi); Dedi: əsir olmuş
mən də bir quşam, Yaman bir əyyamda qız doğulmuşam (M.Dilbazi);
Onun ürəyi gecə yarıdan keçənədək çırpındı; lap qəfəsdə qalan qızılquş
kimi çırpındı, çırpındı, axır ki, yuxuya getdi (K.Nəzirli);Ac toyuq yuxuda
darı görən kimi xəyalımdan keçirdim (K.Əşrəfoğlu);Bu səsə diqqət
kəsilən Abbas bəy düşündü: “Hə, deyəsən hərif ley əlindən qaçmış quş
kimi özünü düşmən yuvasına salmışdır”; Kərəm ov görmüş tərlan kimi
qanadlandı (F.Eyvazlı); Sevinc içində göylərdə uçan o, birdən-birə
qanadı qırılmış quş kimi başı üstə yerə gəlmişdi (Ə.Hacızadə); Ərəb
Reyhanın adamları hamısı qırğı görmüş cücə kimi qaçıb dağıldılar
(“Koroğlu”); Görürəm yumurtadan təzə çıxmış cücə kimisən. Istəyirəm
səni tükləndirəm (C.Gözəlov); İndi o, döşəmədə başı kəsilmiş toyuq kimi
çapalayırdı(E.Elatlı).
Bəzən müqayisəyə cəlb edilən əşyanın iki müxtəlif əlaməti
canlandırılır ki, bu da obrazlı ifadənin güclənməsinə xidmət edir; bu zaman
əlamətlərdən biri digəri ilə birləşərək, daha təsirli əlamət müqayisəsi yaradır.
Məsələn: Öz canım yellidir, - deyib, kəkili seyrələn tərs toyuq kimi bir ayağı
üstündə dayanardı (“Şirzad”).
Burada da müqayisəyə cəlb edilmiş obyektin iki və ya daha çox
müxtəlif əlamətlərinin ayrı-ayrılıqda tətbiqi rəngarəng metaforalar yaradır.
Məsələn: Dindirəndə deyir məşğulam. Özü də yumurtası tərs gəlmiş toyuq
kimi gah o yana, gah bu yana qaçır (Ş.Qurbanov); Elə ki ürəyi gedir, biçarə
başı kəsilmiş toyuq kimi qalır yerdə çapalaya-çapalaya (C.Gözəlov).
Azərbaycan dili qrammatik quruluşunun zənginliyi və rəngarəngliyi
ilə xarakterizə olunur; eyni məzmun müxtəlif qrammatik quruluşlarda
ifadəsini tapa bilir. Elə hallara rast gəlmək olur ki, əslində ayrılıqda işlədilə
bilməyən, daha doğrusu, müəyyən feili sifət tərkibi formasında mövcud ola
bilməyən birləşmə qoşma ilə metaforik birləşmə yarada bilir. Müasir
dilimizdə “tərlan kəklik alan” feili sifət tərkibi işlək forma deyil, lakin
“tərlan kəklik alan kimi” şəklində metaforik ifadə işləkdir. Məsələn: Ömər
əlini döşünə döydü: - Onlar bax, bu lələşiyin boynuna, üstlərini elə alacam
ki, tərlan kəklik alan kimi!(F.Eyvazlı);Tərlan turaca qonankimi atıldı
Qıratın üstünə (“Koroğlu”).
Metaforik ifadə bəzən daha mürəkkəb sintaktik vahidlə – tabeli
mürəkkəb cümlə şəklində ifadə oluna bilir. Bu zaman konstruksiyanın
birinci komponenti izaha ehtiyacı olan baş cümlə, ikinci komponent isə
müqayisə məzmununda metaforik səciyyəli budaq cümlə olur.
Konstruksiya bütünlükdə ya tərin, ya da tərzi-hərəkət budaq cümləli
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
89
tabeli mürəkkəb cümlə olur. Məsələn: Ərəb Reyhan belə baxanda gördü
ki, bir dəstə siyirməqılınc elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı,
ördəyə, qaza gəlir(“Koroğlu”).
Müxtəlif quş adları üslubi məqsədlə bir yerdə işlədilərək müqayisə
yaradır. K.Əliyev təzadlı müqayisəni tədqiq edərkən yazır ki, burada gizli
müqayisə olsa da, frazeoloji vahidlər antonim sözlərdən ibarət olur (10,
16). Məsələn:
Kapitan. Qazdan ayıq ol, qarğadan bic (S.Rəhman); Oyun
meydanına çatanda səhər Şadlıqdan uçurdu pəriüzlülər....Doğdu hər
kəklikdən bir tülək tərlan Xosrov gördü onlar belə olurmuş, Çəməndə
qırqovul, ovda qaraquş(N.Gəncəvi);Meydanda maralla oynaşırdılar,
Turac qaraquşu alırdı əsir...Şirinlə şah düzə salmışdı haray
(N.Gəncəvi); Evdə xoruz, bayırda toyuq(Atalar sözü); İddəası tərlan, özü
yapalaq(Atalar sözü); Tovusun yanında qarğaya döndüm, Gəlin
hüzuruna gəldim, göründüm (N.Gəncəvi);Qara qanad qarğa
çinədanından Zər yumurta verdi tutiyə bu an (N.Gəncəvi,); Uca sərv
yıxıldı, şux lalə soldu Qırqovul şahinin şikarı oldu (N.Gəncəvi); Şeyx
Nəsrullah. Böyük ol, Əhməd, qəpik-quruş davası eləmə. Biz qartalıq,
sərçə deyilik (S.Rəhman, Dirilər).
Bəzən “xoruz” quş adının metafora şəklində işləndiyi halına rast
gəlinir. Məsələn: Ron. Saqqalı qırmızı şeytan (xoruz) yenə boğazını
yırtır (Ə.Məmmədxanlı).
Quş adı olan metaforalar oksimoron yaradır. Məsələn: Qara qarğa
oldu öz ağ tərlanı (N.Gəncəvi); Fəridə. Ah, çiçəklər içində gizlənmiş ilan
qılıqlı ürək...Göyərçin lələkli qara qarğa (Ə.Məmmədxanlı).
Metaforlaşma hadisəsində quş adlarından yaranmış feillər də
mühüm rola malikdir. Əslində quş adlarından yaranan feillər müvafiq
quşun mühüm əlamətini ya açıq, ya da daxili semantikası ilə ifadə edir.
“Qarıldaşmaq, banlamaq, cəh-cəh vurmaq, civildəşmək, cikkildəşmək” və s.
feilləri müvafiq quşlara aid olan əlamətlərdir. Onlar cümlədə müqayisə
əlaməti kimi metaforik obraz yaradır. Onu da deyək ki, bu feillərin
obrazlaşdırılması iki istiqamətdə özünü göstərir; birinci halda müsbət
məzmun gözlənilir. Bu halda zərif quşlara aid xüsusiyyət verilir. Məsələn:
Səs-səsə verib şən halda bülbül kimi cəh-cəh vururdular (K.Əşrəf-
oğlu);Ortada gül olandan sonra ikiniz də cəh-cəh vuracaqsınız(S.Rəhman).
İkinci halda isə bu feillər mənfi məzmuna malik olur, daha doğrusu,
obraza aid mənfi əlamət ifadə olunur. Bu da iki vəziyyətdə əksini tapır.
Birinci odur ki, əlamətcə mənfi olan quş xüsusiyyəti mənfi obraza şamil
edilir. Bu hal istənilən məqam və situasiyada mümkündür. Qara qarğa
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
90
kimi nə qarıldayırsınız? (K.Əşrəfoğlu); Küncə çəkilib xısın-xısın
cikkildəşirlər (C.Gözəlov); Onda Səftər lələş bülbül kimi cəh-cəh
vururdu, indi cırcırama kimi cırıldayır; Gülümov. Yenə cəh-cəh
vurursan, elə bilirsən xəbərim yoxdur?(S.Rəhman).
Bəzən isə quş adından düzələn feil müvafiq məzmunu ifadə etmək
üçün istifadə edilir. “Xoruzlanmaq” feili bu qəbildəndir. Azərbaycan
dilində bu söz mənfi məzmunda “şəşələnmək, kəkələnmək, özündən
çıxmaq”(6, 474) mənasında vulqar söz kimi işlədilir. Məsələn: Hələ bir
dayanın, dələduzam mən, Mollanı yıxmasam bu minarədən! – Deyib
xoruzlanır yenə Mirpaşa... (S.Vurğun); Götürüb telefonu bu da, deməli
mənim üstümə xoruzlanır (Anar); Əlikram xoruzlanmışdı. – Mən sənin
uşaqlarının atasıyam! (E.Elatlı).
Quş adlarının iştirakı yaranan metaforik ifadələrdən bədii ədəbiy-
yatda gen-gen istifadə olunur. Bu ifadələr hər cür ədəbiyyatda işlənir və
hər birində fərqli funksiyalar yerinə yetirir. Satirik əsərlərdə
frazeologizmlərin xüsusiyyətlərinin təhlili göstərir ki, onların mətnə daxil
edilməsi komik effekt yaratmaq məqsədi güdür, habelə onun üslubi
təyinatı ilə frazeologizmin yenidən yaranması arasında əlaqəni izah
etmək məqsədi güdür. Komik effekt adı altında dil vasitələrinin ümumqə-
bulolunmuş normalardan müəyyən qədər uzaqlaşmasını, onların emotiv
funksiya yerinə yetirməsini başa düşürük. Kalamburun yaranması frazeolo-
gizmlərin semantik cəhətdən yenidən qurulması ilə əlaqədardır. Bu cür
yenidən qurulmalar frazeoloji vahidlərin görünüş cəhətdən leksik-
qrammatik bütövlüyündə dəyişmələr yaradır, habelə onların strukturunu da
dəyişir. “Quş” sözü və quş adları ilə formalaşan frazeologizmlərdə söz
oyunu faktı da görünür. Bu fikri açıqlamaq üçün “xoruz” sözü ilə for-
malaşan frazeologizmlərin semantikası və işlənmə xüsusiyyətlərini izləyək.
“Xoruzun quyruğu görünmək” – yavaş-yavaş aşkara çıxmaq, əsas
mətləbi duymaq; - cidanın ucu çuvaldan çıxmaq (6, 153).
M.Adilov “Xoruzun quyruğu görünür” ifadəsi barədə yazır:
“Müəyyən bir sirri gizlin saxlaya bilməyən, ört-basdır edə bilməyən, yəni
sirri faş olan adamlar haqqında və ya onlara müraciətlə işlədilir” (9, 262).
Bu ifadə barədə B.Hüseynov yazır:”Sənin sözünə inanım, yoxsa
xoruzun quyruğuna?” Təkzib və ifşaedici aydın faktların olduğuna
baxmayaraq yenə də yalan danışmaqda davam edən adamlar haqqında
həmin məsəli çəkirlər” (14, 171).
“Xoruzun quyruğu görünür” frazeologizmi müxtəlif variantlarda
ayrı-ayrı yazıçılar tərəfindən işlədilir. Bəzi əsərlərdə bu ifadənın hətta
konkret məzmunu elə həmin əhatədə açılır. Məsələn: – De ki, mənim bu
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
91
işlərdən əsla xəbərim yoxdur. – necə yoxdur?! Binalar sökülüb, biz də
özümüz üçün ev tikdirmişik. Xoruzun quyruğu görünür axı. – Biz
xoruzun quyruğunu kəsərik. Günü sabah baş mühəndislə bir kağız
düzəldərik ki...idman salonu tikdirmişik, vəssəlam (C.Gözəlov); Tülkünün
andına inanım, xoruzun quyruğuna? (Atalar sözü); Məsələn, bu saat ən
gözəl nəqliyyat vasitəsi maşın deyil, samolyot deyil, xoruzdur. Xoruzun
quyruğunu göstər, səni əl üstündə aparsınlar (S.Rəhman); Anbardarın
bizə göstərdiyi, xəstəxana rəhbərliyi tərəfindən təsdiq olunmamış
menyuya baxan kimi “xoruzun quyruğu” görünməyə başladı. Məsələ
burasındadır ki, aşbazın dediklərindən fərqli olaraq, menyuda həmin
gün üçün tamam başqa yeməklər ...nəzərdə tutulmuşdu (“Tibb” qəzeti,
2016, 28 dekabr).
“Xoruzunu qoltuğuna vermək” (biabırçılıqla, biabır etmək;
rüsvayçılıqla qovmaq; - şələsini qoltuğuna vermək, papağını qoltuğuna
vermək) (6, 153) ifadəsi bədii ədəbiyyatda çox işlənir. S.Murtuzayev
yazır: “...xoruzunu qoltuğuna vermək frazeoloji vahidi feodalizm
dövründə vaxtilə (inqilabdan əvvəl) çox yayılmış xoruz döyüşdürmək
adəti ilə əlaqədar yaranana qədər bu ifadə məcazi tərzdə - “qalib gəlmək,
məğlub etmək” mənasında işlədilir (15, 357).
Bu ifadə Azərbaycan feodal bəylərinin əyləncəsi üçün xoruz
döyüşdürülməsi ilə əlaqədar yaradılmışdır. Döyüşdə məğlub olan xoruz
sahibinin qoltuğuna verilir və bu, onun üçün də məğlubiyyət hesab
olunurdu (16, 357).
Bu ifadə barədə F.Vəliyeva yazır: ”Xoruzunu qoltuğuna vermək”
ifadəsi Azərbaycan xalqının tarixi adət-ənənələrinə uyğun olaraq elçilik
zamanı əldə edilmiş razılaşma pozulduqda oğlan evinin gətirdiyi xoruzun
geri qaytarılması ilə əlaqədar şəkildə meydana çıxmışdır və müasir
dilimizdə həmin ifadə ciddi semantik təkamülə məruz qalaraq “müəyyən
bir razılaşmadan vaz keçmək”, “işdən qovmaq”, “evlənmə
razılaşmasında nişanı pozmaq”, “nə istəsə pərt edib yola salmaq” və s. bu
kimi müəyyən niyyətdən imtina səciyyəli mənaları ifadə edə bilir (7, 13).
Misallara müraciət edək: Dünən Nemət onu şahmatda dörd əl
udmuşdu. – Dünən xoruzumu verdin qoltuğuma.- Mürşüd gələndə səsi
otağı başına alardı (Anar);Yaxşı ki, fəhlələr Ərəstun Əsgərovun nə kimi
bir tip olduğunu tez başa düşdülər və sözün əsil mənasında onun
xoruzunu qoltuğuna verdilər(C.Əmirov).
Frazeologizmlərin bəziləri kalka şəklində dilimizə keçmişdir və
mənasını dəyişərək “lazımsız söz demək”, “yerinə düşməyən səs
buraxmaq” mənasında işlədilir. Rus dilində «пустить красного
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
92
петуха» – “qırmızı xoruz buraxmaq” ifadəsi dilimizdə “xoruz
buraxmaq” şəklində işlənilmişdir. Bu ifadə barədə V.M.Mokienko yazır
ki, slavyan dillərində “qırmızı xoruz buraxmaq” ifadəsi odla əlaqədar
olaraq, yanğını ifadə edir (17, 96-100).“Xoruz buraxmaq” – danışıqda
və ya musiqi ifasında səhvə, yanlışlığa yol vermək, xaric oxumaq (6,
153). Çox zaman “xoruz buraxmaq” ifadəsi əvəzinə, danışıqda
“quşlamaq” – sözünün yerini bilməmək, ağzına nə gəldi danışmaq
mənasında sinonim frazeoloji ifadəsindən istifadə olunur.
Məsələn:Gəlin sön sözü bizim sabiq baritonçalanımız Novruzəlinin
özünə verək, görək o nə deyir...Novruzəli...dişlərini ağartdı:- Madam ki,
məndən belə razısınız, heç getmirəm.Qüdrət Sədaya elə gəldi ki,
konsertin şirin yerində, onun dirijorluq etdiyi orkestrin lap ürəyində, hələ
bu vaxta qədər eşitmədiyi yağlı bir xoruz buraxdılar. Maestro yalnız bir
söz deyəbildi: -- Daha sənə sözüm yoxdur, Xoruzəli!(S.Qədirzadə).
Göründüyü kimi, nümunədə yazıçı frazeologizmdən istifadə edərək, hətta
obrazın adını da uyğunlaşdırmış, uydurma ad yaradaraq, komik effekti
daha da gücləndirmişdir.
“Xoruz” quş adı ilə bağlı frazeologizmlərdən biri də “xoruza
yükləmək” ifadəsidir. “Xoruza yükləmək” – müflis etmək, var-yoxunu
əlindən almaq, soymaq, talamaq (4,158).
Məsələn: Ticarət deyil ki, min dənə Bağdad tacirini bir xoruza
yükləyim (Koroğlu”);Ağa Kərim ağa. A gədə, Səfərəli, sənin qəsdində,
balam, odur ki, məni xoruza yükləyəsən, mən də buna razı ola
bilməyəcəyəm, vəssəlam (N.Vəzirov, Ağa Kərim ağa Ərdəbili).
Bu sözlə formalaşan frazeologizmlərdən biri də “xoruzu
yumurtlamaq” ifadəsidir. Mənası: İşləri o qədər yaxşı gedir ki, hətta
xoruzu da yumurtlayır.
Quş zoonimi ilə bağlı formalaşan metaforik ifadələr,
frazeologizmlər çoxdur. Düşünürük ki, onların daha geniş aspektdə
təhlilə cəlb etmək dilimizin imkanlarını üzə çıxarmaq sahəsində mühüm
addım olacaqdır.
ƏDƏBİYYAT:
1. Hacıyeva A.K. Zoometaforizmlər. AR nam diss., Bakı, 2005, 26 s.
2.Skorupka St. İdiomatysmy fraseologiene w jvesuky polskim ich
genesa/ Славянская фразеология, М., 1958, т.3, 125 с.
3. Ə.Ə.Orucov. Azərbaycanca-rusca frazeologiya lüğəti. Bakı, “Elm”,
1976, 247 s.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
93
4. N.Seyidəliyev. Frazeologiya lüğəti. Bakı, “Çıraq”, 2004, 272 s.
5. Azərbaycan dilinin izahlı lüğəti. 3-cü cild, Bakı, Şərq-Qərb,2006, s.82-
83.
6. Q.Məhərrəmli, R.İsmayılov. Azərbaycan dilinin frazeologiya lüğəti.
Bakı, Altunkitab, 2015, 288 s.
7. F.Vəliyeva. İngilis və Azərbaycan dillərində ornitonim komponentli
frazeoloji vahidlərin antroposentrik əsaslı leksik-semantik
təsnifatlandırılması. Filologiya məsələləri, Elm və təhsil, 2013№4, s.3-7
8. X.Yolçuyeva. İnsanın emosiya və hisslərini ifadə edən frazeoloji
birləşmələr. AR nam dis., 2016, 22 s.
9. M.Adilov. Qanadlı sözlər. Bakı, Yazıçı, 1988, 440 s.
10. К.Алиев. Стилистические особенности фразеологии в
художественной литературе. АР канд.дисс., Б., 1966, 28 с.
11. Е.Р.Малефеева. Семантическая структура фразеологизмов с
компонентом «птица» в современном русском языке.
Фразеологическое значение в языке и в речи. Челябинск, 1988, с.95-
111 .
12. A.K.Hacıyeva. İnsanın zoometaforizmlərlə səciyyələndirilməsi və
ingilis nitqində işlənmə sferası. Tədqiqlər, 2003, Bakı, s.275-277
13. M.Adilov. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, Em, 194, 228
s.
14. B.Hüseynov. Rəvayətli ifadələr. Bakı, Uşaqgəncnəşr, 1961, 212 s.
15. Murtuzayev S. M.F.Axundov komediyalarının frazeologiyası.
Az.SSR Nizami adına Ədəbiyyat və Dil İnstitutu, 1958, 80 s.
16. M.Adilov. Əyləncəli dilçilik, Elm və təhsil, 2014, 324 s.
17. Mокиенко В.М. Пустить красного петуха. “Русская речь”, 1980
№6, с. 96-100.
Наргиз Гаджиева
Роль зоонима «птица» в метафоризации и
формированиифразеологизма
Резюме
Люди были в постоянном контакте с окружающими их сущес-
твами и сравнивали их со своими жизнями. С этой точки зрения слово
«птица» и фразеологизмы, образующиеся с названиями птиц, предста-
вляют интерес. Метафорические выражения появились путем сравне-
ния характеристик человека с различными особенностями птицы. Эти
выражения имеют как положительное, так и отрицательное содер-
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
94
жание. Они используются для выражения различных характеристик
людей. Эти фразеологические выражения различаются как со
смысловой стороны, так и структурной стороны и с точки зрения
семантики слов, входящих в их состав. Некоторая часть этих фра-
зеологизмов, нося общеязыковой характер, используется повсюду,
другая часть используется для охарактеризования изображений в
комических произведениях.
Nargiz Hajiyeva
The role of zoonym "bird" in the metaphorization and
formation of phraseology
Summary
People were in constant contact with surrounding beings and
compared them with their own lives.From this point of view, the word
"bird" and phraseological units, formed with the names of birds, are of
interest.Metaphorical expressions have emerged by comparing the
characteristics of a person with different features of a bird.These
expressions have both positive and negative content.They are used to
express different characteristics of people.These phraseological ex-
pressions differ both from the semantic side, and from the structural side
and from the point of view of the semantics of the words that make up
their composition.Some of these phraseological units, having a general
language character, are used everywhere, the other part is used to
characterize images in comic works.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
95
Nəzakət Qaziyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
n.qazi@inbox.ru
Qloballaşma dövründə dildə gedən proseslər: mövcud
dil mənzərəsi və orfoqrafiya qaydalarına yeni baxış
Açar sözlər: qloballaşma, orfoqrafiya, norma, ədəbi dil, fonem.
Ключевые слова: глобализация, правописание, норма,
литературный язык, фонема.
Key words: globalization, orthography, norm, literary language,
phoneme.
Müasir dövrdə dünyada gedən proseslər bütün sahələrdə
olduğu kimi, dilçiliyin problemlərinə, xüsusilə də dillərin
tətbiqi ilə bağlı məsələlərə fərqli yanaşma tələb edir. Zaman
keçdikcə dil inkişaf edir və onun bütün səviyyələrində müəyyən
dəyişiklilər baş verir. Dilin başlıca funksiyasının insanlar ara-
sında ünsiyyət vasitəsi olmasını nəzərə alsaq, bütün dəyişikliklər
Dostları ilə paylaş: |