əmr və sual cümlələri, ara cümlə və ara sözlər daxildir. Xitablar da bu cür
söz qruplarına daxildir. Kommunikativ əlaqə zamanı, nitqin təşkilində,
eləcə də, ədəbi dil normaları çərçivəsində cümlənin qurulmasında
xitabların rolu böyükdür. Dildə müəyyən üslubi-ekspressiv ifadə
funksiyasını yerinə yetirən xitablar fərqli şəxslərə, şəxsləndirilən
obyektlərə, mücərrəd varlıqlara müraciət məqsədi ilə işlədilir. Müraciət
məqsədilə istifadə edilən sözləri və söz birləşmələrini əhatə edən xitablar
Türkologiyada az öyrənilmiş, dil tarixi baxımdan çox az tədqiq edilmiş
dilçilik sahələrindən biridir. Bu mənada türkoloji dilçilikdə qrammatik
cəhətdən cümlə üzvləri ilə bağlanmayan, sintaktik əlaqəyə girməyən
ünsürlər kimi təhlil edilən xitabların cümlədəki mövqeyinin tarixi dil
faktları əsasında təsbiti və üslubi funksiyalarının təyini böyük əhəmiyyət
kəsb edir.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
60
“Xitab” termini sintaktik kateqoriya kimi ilk dəfə dilçilikdə
T.İ.Buslayevin yazdığı “Rus dilinin tarixi qrammatikası” adlı əsərində
işlədilmiş və xitaba aid xüsusiyyətlər şərh olunmuşdur (2, s.11).
Türkoloji dilçilikdə isə xitabların cümlədəki mövqeyi, müəyyən hallarda
mübtəda ilə eşdeğer kimi çıxış etməsi, adlıq cümlə, vokativ cümlə,
həmcins üzvlər, ara sözlər, əlavə, xüsusiləşmə, nida ilə eyniləşdirilərək
təhlil olunnması, bəzən isə qarışdırılması özünü göstərir. Tədqiqatçı
Ş.Orucovanın da qeyd etdiyi kimi xitabın bu cür mövqeyi, türkologiyada
fikir müxtəlifliyinin, fərqli mülahizələrin yaranmasına rəvac vermişdir.
Türkologiyada ilk dəfə olaraq özbək alimi A.R.Sayfullayev “Müasir
özbək ədəbi dilində ara üzvlər” adlı məqaləsində xitabları “cümlənin
üçüncü dərəcəli üzvləri” kimi təqdim etmişdir (2, s.61-69).
Dildə müəyyən üslubi-ekspressiv ifadə funksiyasını yerinə yetirən
xitablar fərqli şəxslərə, şəxsləndirilən obyektlərə, mücərrəd varlıqlara
muracaat məqsədi ilə istifadə edilir. xitabla cümlə elementləri arasında
məna əlaqəsi olsa da, sintaktik əlaqə yoxdur; adlarla (substantiv/
isimləşmiş sözlərlə) və ismi birləşmələrlə ifadə edilir; xüsusi intonasiya
ilə tələffüz edilir; məzmunca ikinci, şəkilcə üçüncü şəxsə aid olur.
Ümumiyyətlə, dilçilikdə xitabın bir sintaktik vahid kimi şərhi müxtəlif
olsa da, əsasən cümlə üzvləri ilə bağlı olmamağı bütün məqamlarda ön
plana çıxarılmışdır.
Cümlə üzvləri ilə bağlanmayan, “cümlədışı ünsür”, “ünləm”,
“eytiş”, bəzən isə “səslənmə ünləmi”, “hitap”, “cümlə bətninə daxil olan
artıq ünsür”, “cümlələri mürəkkəbləşdirən vasitələr”, “üçüncü dərəcəli
üzv”və s. kimi sintaktik vahid olaraq təhlil edilən, qrammatik cəhətdən
cümlənin başqa üzvləri ilə bağlanmayan sözlərdən, birləşmələrdən ibarət
olan xitabdan gah müstəqil, gah da asılı üzv kimi bəhs edilmişdir.
Dilçi Ə.Cavadov qeyd edir ki, “qrammatik cəhətdən cümlə üzvləri
ilə bağlı olmayan sözlər cümlə üzvü kimi qəbul olunur, çünki cümlə
daxilində iştirak edən, müəyyən vəzifəni yerinə yetirən söz, cümlə
üzvüdür”. Dilçi alim qeyd edir ki, xitab və ara sözlərin cümlə, onun
üzvləri və hissələri ilə semantik bağlılığı mövcuddur (3, s.309, ).
Görkəmli dilçi Ə.Dəmirçizadə “Dədə Qorqud” dastanlarının
dilində diqqəti cəlb edən əlamətlərdən biri kimi bir sıra əlavə sözlərin
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
61
işləndiyini yazır, bu əlavələrin sırasında “xitab, nida, alqış, qarğış, təsdiq,
rədd bildirən ədatlardan, bağlayıcı sözlərdən və şəxsi, qeyri-müəyyənlik
bildirən ifadələr”i qeyd edir (4,s.121). Müasir Azərbaycan dili (III)
kitabının xitab haqqında tərifi belədir: “nitq prosesində danışanla
dinləyənbir-birinə müraciət edərək bir şey soruşmaq, öyrənmək istəyir,
ya da onu müəyyən işə təhrik edir” (3, s.310).Xitab bu və ya digər şəxsə
müraciət üçün işlənir, bununla yanaşı təbiət hadisələrinə, cansız
qüvvələrə müraicət formaları da vardır. Bəzən isə xitab bildirmə,
əzizləmə səciyyəsi də daşıyır. Fikrin çatdırılmasında iştirak edən xitab bu
cəhətinə görə cümlə üzvlərinə yaxın olur və cümlənin mübtədasıının
ekvivalenti kimi çıxış edir.
Qədim uyğur mətnlərin dilində istifadə edilən sözlərin leksik-
semantik mənə qruplarına, söz yaradıcılığının inkişaf xüsusiyyətlərinə
görə müqayiseli təhlili müasir türk dillərinin tarixi lüğət tərkibini,
sözlərin qədim dövrdən bu günümüzə qədər keçdiyi inkişaf tarixini
izləməkdə, etimologiyasını təsbit etməkdə, köktürkcədə istifadə edilən
ayrı-ayrı sözlərin müasir türk dillərindəki müxtəlif məna çalarlarını,
işləkliyini və anlaşıqlıq səviyyəsini aydınlaşdırmaqda, araşdırma
nəticəsində müəyyən sözlərin aktivlik baxımından hal-hazırda hansı
mövqedə olduğunu söyləməkdə bizə kömək edir. Abidələrin dil
zənginliyini tamamlayan faktorlardan biri kimi xitabları xüsusilə qeyd
etmək lazımdır. Əski uyğurca abidələrin dilində işlənən xitablar
özünəməxsus xüsusiyyətlər daşıyır. Bu mətnlərdə nidalı və nidasız
işlənən xitablar də geniş işlənmişdir.
Qədim uyğur mətnlərinin dilində işlənən xitablar özünəməxsus
üslubi keyfiyyətlərə malikdir. “Qədim türkçənin qrammatikası” kitabında
A.fon Qaben qrammatik xüsusiyyətlərindən bəhs edərkən mətnlərdən
gətirilən nümunələr əsasında dilin bütün yaruslarına dair müəyyən
faktları ortaya qoymuşdur. A. Fon Qaben qədim türkçədə xitabları
“Nidalar, ədatlar, əlavələr” başlığı altında təhlil etmişdir (5, §.342-343).
Ümumiyyətlə, “dildə müəyyən ekspressiv və emosional vəzifəni yerinə
yetirən leksik-semantik söz qrupları” [2, s.57] olan xitabların cümlə ilə
bağlılığından bəhs edərkən iki məqamı qeyd etmək lazımdır. Bu
məqamları qədim uyğur mətnləri kontekstində belə təsnif etmək olar:
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
62
1. Xitap işin icracısı deyil. Cümlə ilə məntiqi baxımdan asılıdır,
mübtəda, tamamlıq və ismi xəbərin ekvivalenti deyil. Bu zaman xitab
edilən şəxs işin icrasında passivdir. Danışan dinləyənə bu və ya digər bir
iş, hadisə haqqında məlumat verir. Məsələn, qədim uyğurca bir şeirdə:
a.Kadğırdukça, kaşı körtlem, kavışığsayur men (həsrət çəkdikcə,
qaşı gözəlim, qovuşmaq istəyirəm)(6, ).
b.Tengrim, sizni körmişte öküş tınlığlar (tanrım, saysız məxluqlar
sizi gördükdə...)(6, s.)
c. Teŋrim yazukda boşunu ötünür biz (“tanrım, günahlardan
qurtularaq yalvarırıq biz”); (7, )
2. Xitab cümlə ilə həm məntiqi, həm qrammatika cəhətdən asılıdır.
Buna görə də işin icraçısıdır. Bu zaman xitab edilən şəxs işin yerinə
yetirilməsində fəal mövqe nümayiş etdirir. Məsələn:. Örneğin:
a) Dintarlar yarlıkasar sizing savıngızça, ötügüzçe yorığay men
–(Vaizlər (dindarlar),necə buyursanız, sizin sözünüzlə, məsləhətinizlə
hərəkət edərəm)(6,Bögü xan şərəfinə mətn, sətr 49).
b) Emtı yarlıkançuçı ilig tengrim, yarlıkang ol, mengigü tökelig
munsuz özüngüzün körelim. (İndi, mərhəmətli tanrım, iltifatlı olun,
əbədiyyən günahsız vücudunuzu görək)(6,II abidə, sətr14).
Xitab bir sintaktik vahid olaraq sadəcə müraciət ifadə etməklə
məhdudlaşmır, həm də danışanın müraciət etdiyi şəxs və əşyaya
münasibəti də ifadə edir. Bu münasibət əzizləmək, məsləhət vermək,
yalvarmaq, qarşısındakına kin bəsləmək, hirslənmək, əmr etmək və s.
şəkildə ola bilər(8, s.70). “İstər canlı danışıq dilində, istərsə də yazıda
müraciətin əsas vasitələrindın biri olan xitab, onun tərkibindəki sözlərin
leksik mənası, ifadə tərzi, intonasiyası bədii bir vasitədir”(9,s.306).
Bu zaman müxtəlif vasitələrdən istifadə edilir və üslubi-ekspressiv
ifadəlilik təmin edilir. Təyinedici sözlər, şəkilçilər, nida sözləri vasitəsi
ilə meydana gələn bu cür xitablara aşağıdakıları nümunə göstərə bilərik:
1) Tüzün bilge kisigler tirilelim,
Tengrinin bitigin biz işitelim (6, 5 №li mətn)
2) A...adınçığ amrak...
Amrak özkigem... (6, 4 №-li mətn)
3) Kün tengri yarukın teg, köküzlügüm, bilgem,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
63
Kün tengri yarukın teg, köküzlügüm, bilgem,
Körtle tüzün tengrim külügüm, küzünçim
Körtle güzün tengrim burkanım, bulunşsuzum(10, )
4) Barayın tiser baç amrakım
Baru yme umaz men... (6, 4 №-li mətn, 4 sətr).
Müraciətin forması, üsulu ilə danışan bəzən dinləyəni xarakterizə
edir, ona qarşı öz münasibətini bildirir, onun mənsub olduğu keyfiyyətləri
açır. Əlbəttə ki, bütün məqamlarda, həm qədim yazılı nümunələrdə, həm də
müasir ədəbi örnəklərdə işlənən xitablar ekspressiv səciyyə daşıyır, “xitablar
və xitablar vasitəsilə yaranan intonasiya cümləyə yeni məzmun verir”
(9,s.308). Xitabların işlənmə xüsusiyyətlərinin təhlili zamanı əsasən onları
məzmun və bədii keyfiyyətinə görə iki qrupa bölürlər: 1) Bir qrup xitablar o
qədər də bədii keyfiyyətə malik olmur. Bunlar konkret müraciət olunan
şəxsi bədii çalar olmadan bildirir. Belə xitablar rəsmi dövlət sənədlərində,
məktublarda işlənən xitablardan fərqlənmir; 2) Xitabların ikinci qrupu bədii
ekspressiv səciyyə daşııyır. Bu qrupa xitabların əhatə dairəsi, onu təşkil edən
sözlər yazıçının sənətkarlıq qabiliyyətindən asılı olaraq müxtəlif şəkildə
meydana çıxır. Bu xüsusiyyələrt, əlbəttə ki, qədim uyğurca yazılan
mətnlərin dilinə də məxsusdur. Məs.:
Xitabların cümlədəki yerindən bəhs edərkən, əsasən onların pre,
inter ve post pozisyalarda işləndiyini gğrmək mümkündür:
1) Pre (cümlə başında) pozisiya:
a) Teŋrim yazukda boşunu ötünür biz “tanrım, günahlardan
qurtularaq yalvarırıq biz”(7, )
b) Tengrim, sizingerü ötünür men...(tanrım size yalvarıram)(7, )
2) İnter (cümlə ortasında) pozisiya:
a) Siz kızarğar sevegek oğlanım, inilerim, inçe katığlanıng – siz
qızarırsınız, sevimli oğlanlarlm (övladlarım), kiçik qardaşlarım,
inancınızda möhkəm olun (6, VII abidə, sətr 5-6).
b) Bu kız adın kişige yarakuluğ ermez, tengrim, sizinge
yarağay... (bu kız başqa birinə deyil, ey tanrım, sizə layiq)(6, X abidə, I
vərəq, 1-2 sətr)
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
64
c) Ya emtı, amrak oğlanlarım edgü ki-a barınlar (indi, ey mənim
əziz (sevimli) övladlarım, yaxşı yola davam edin, gedin...)(Malov, s132,
sətr4 )
3) Post pozisiya:
a) Tuş birin munı teg buyanı
Tuşayın sizinge, Maytri! (mükafat verib belə savabı,
qovuşum sizə, Maytrı!)(6, Maytrı, s. 179)
b) Saşmaksız burkan bolmışta,
Sakıgıl mini, Maytrı! (Şaşmaz burhan olunca; Düşün beni,
(sakın beni), Maytrı!(6, Maytrı, s. 179)
c) Tüküz atın yarıştım,
Aydım: Emdi al, Utar! (Sürətli atla hücum etdim; Hayqırdım:
Al gəldi, Utar!)(10,Döyüş türküsü, s.45,)
Xitabların bu cür cümlə daxilində paylanmasını başda, ortada,
sonda işlənməsini Ə.Dəmirçizadə janr və üslubi əlamət kimi göstərir.
“Müasir azərbaycan dili.Sintaksis” kitabında xitabların cümlədəki yer
dəyişmələri onların cümlə üzvləri ilə qrammatik (sintaktik) əlaqə
saxlamadığına görə cümlə daxilində müəyyən möhkəm yerinin olmaması
ilə izah olunur. “Xitabların yerinin müxtəlifliyinə baxmayaraq, eyni
məzmuna malik olur, yerini dəyişməsi ilə cümlədə heç bir məna
dəyişikliyinə səbəb olmur” (11, s.222)
A.Q.Rudnev xitapların üslubi funksiyalarına toxunaraq xitabların
“bədii əsərlərdə nəqletmənin canlandırılması, nitqdə məna və
emosionallığın verilməsi üçün” istifadə edildiyini yazır (12, s.17).
Xitabların həmhüdud sintaktik kateqoriyalara münasibəti və
fərqləndirici əlamətlərini onların qrammatik ifadə vasitələrində əks
olunduğunu yazan Ş.Orucova türk dillərində bu vasitələrin zəngin və
rəngarəng olduğunu qeyd edir (2,s.57). Bu xüsusiyyət qədim uyğurca
mətnlərin dilində də özünü göstərir və emosionallıq, həyəcan, münasibət
bildirən xitablar zəngin ekspressiv-üslubi funksiyaları əks etdirir. Bu cür
xitabların cümlə daxilində aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
1.Xitabların başında ay, ey, oy, of və s. nidalar işlənir:
a) Ay sen Varukdad oğulı, sening ayğang... (Ey sən, Varukdad
oğlu, sənin sözün belədir)(6,XV abidə, sətr 6)
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
65
b) Ay buryuk-a, emrek adayım, Mgastvi kanta ermis (Ay buyuruk,
sevgili övladım, Magastavi harada?) (7, Şahzadə və arslan hakkında
əfsanə,s.178,).
2.Xitabların sonuna bazi morfoloji elementlər, şəkilçilər əlavə
edilərək ekspressivlik möhkəmləndirilir. Çox zaman müraciət edən
xitabın sonuna birinci şəxs tək mənsubiyyət -ım, -im şəkilçilərini
artırmaqla ekspressiv təsirin yaranmasına müvəffəq olur:
a) Tengrim, eksüklüg, yazukluğ biz! (7, sətr 144).
b) Amrak oğlım, amrak ökügüm, Yir tengri törümüşte bay yime
bar, yok çığay yime bar...(istəkli övladım, yer və göy törədikdən varlı
(bəy) yenə var, yoxsul yenə var...)(6,Altun yaruk, s.198-199 )
3.Eyni xitabın cümlədə təkrar olunması ekspressivliğin daha
qüvvətli ifadəsinə xidmət edir:
a) Ay mung, ay mung, yitürmis men isig sever amrak adayımın!
(Ey azap, ey azap, ben çok istekli aziz evladımı yitirdim...)(6,Altun yaruk,
sətr 623 )
Uyğurca mətnlərdə xitabların nidalarla işlənməsinin özünəməx-
sus xüsusiyyətləri də diqqəti cəlb edir. Abidələrin dilində işlənən bəzi
xitablara nidalar sonda şəkilçi qismində artırılaraq müraciət, iltica
bildirir:
a) Ulug ilig beg+e! Biş yüz sığınlarka isig öz boşı birsün! (ey ulu
hökmdar, be. Yüz sığır həyatını sədəqə olaraq versin). (5, §453)
b) Emgek+a ! (Ey istirab), (5, §343)
c) İligler beglerning kut tengrisi+a! (ey hökmdarlar və bəylərin
səadət tanrısı!) (5, §343)
d) Kut kolur biz Tengrim+e! Etüzümüzni küzeding,
Üzütümüzni boşunq! (Səadət umuruq, ey tantım; Vücudumuzu
saxlayın, Ruhumuzu azad edin!) (10, İlahi, s.79)
e) Bu savnıng baca son qınta Maqastvi tigin ınça tip tidi: Ay
içilerim+a! (bu sözü eşidib üçüncü Maqastvi şahzadə belə ded:
ay mənim böyük qardaşlarım!)(6, Altun yaruk,sətr 615)
A.fon Qaben a, ya, ay, ey nidaları ilə işlənən xitablardan bəhs
edərkən “xitab edilən şəxsə sən, nəzakətli ifadə ilə isə siz deyilir. III şəxs
tək seçilərsə daha çox rəsmi müraciət” olduğunu qeyd edir (5, §.453).
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
66
Türk dillərində xitabların qrammatik ifadə vasitələrini və leksik-
semantik xüsusiyyətlərini təhlil edən dilçi alim Ş.Orucova “fərqli türk
dillərindən əldə edilən nümunələrə əsasən uca tanrıya edilən
müraciətlərin” zəngin olduğunu və istər qədim yazılı mətnlərdə, istərsə
canlı danışıq dilində, istərsə də bədii sənət nümunələrində Allaha xitabın
mühüm yer tutduğunu qeyd edir(2, s.100-98). Həqiqətən də, ədəbi
mətnlər əsasında aparılan araşdırmalar nəticəsində əldə edilən faktlar
əsasında “tanrıya” edilən xitabların daha çox olduğunu görmək
mümkündür. Bu vəziyyət həm qədim türk mətnlərində, həm də sonrakı
dövrlərdə qələmə alınan türkdilli yazılı abidələrin dilində Tanrıya xitabın
daha geniş yayıldığı müşahidə edilir. Bu mənada mətnlərin dilində nida
olmadan meydana gələn xitablara aid nümunələrə rats gəlirik. Mətinlərdə
“ey”, “ay” nidalarının işlənmədiyi, söz sonuna I şəxs tək mənsubiyyət
şəkilçisinin (-ım, -im, -m, ) əlavəsi ilə əmələ gələn xitablar çoxdur: Te-
ngrim, oğlanım, oğlım və s. Əski uyğurca manixey dini məzmunlu
“Xuastuanift” abidəsində oxuyuruq:
Teŋrim, emtı men Raymast ferzind ögünür men yazukda boşunu
ötünür men manastar xirza-h. “Tanrım, men Raymast övladı günahlardan
azad olaraq yalvarıram. Bizi bağışla!”; Teŋrim yazukda boşunu ötünür biz
“tanrım, günahlardan qurtularaq yalvarırıq biz” (10, s. 178).
Başqa bir uyğurca manixey məzmunlu bir şeirdə eyni formada
xitablar işlənmişdir:
a) Körtle tüzün tengrim külügüm, küzünsüm,
Körtle güzün tengrim burkanım bulunçsuzum...(Gözəl, əsil Tanrım,
şöhrətlim, qoruyucum! Gözəl, əsil Tanrım, bürhanım, bulunma-
zım).(10,İlahi, s.102)
b) Maha puruş, ulu er, suu-vikiranda şiri,
Manqqalım, sizinge yükünür (Mahapuruşa, böyük ər,
Sunvirkranda şri; Şöhrətlim, sizə ibadət edirəm) (10, Türk buddist
şeiri, s.109)
Fərqli üsullarla yaranan xitablar, qədim uyğur mətnlərinin dilində
əsasən əvvəlində nidaların gəlməsi, xitabların sonuna morfoloji elementlər,
əksərən I şəxs tək mənsubiyyət şəkilçisiini artırmaqla ekspressiv-üslubi təsir
yaranmışdır. İnsan bildirən, başqa canlıların adlarını bildirən və cansız
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
67
əşyaların və mücərrəd anlayışları ifadə etməsi ilə xitablar üç növə
bölünür. İnsana aid xitablarda əsas məqsəd dinləyicinin diqqətini cəlb
etməkdirsə, qalan xitablarda əsas məqsəd ifadənin təsirini, ekspressiv
gücünü artırmaqdır (11, s.218, 219)
Dilin rəngarəngliyini, ekspressiv çalarlığını, müraciət olunanın
statusunu və şəxsi keyfiyyətlərini, müraciət edənin kimliyini və
cəmiyyətdəki mövqeyini əks etdirən xitabların qədim uyğurca mətnlər
kontekstində, tarixi dil faktları işığında araşdırılması onların istər
qrammatik-leksik, istərsə də semantik-üslubi, sintaktik vahid olaraq türk
dilçiliyindəki mövqeyini təsbit etmək baxımından əhəmiyyətli olduğunu
söyləmək olar.
ƏDƏBİYYAT:
1.Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili.
Sintaksis. IV hissə. III nəşr, Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 424 s.
2.Orucova, Ş. Ə. Türk dillərində xitab. Bakı, Nurlan, 2007, 200 s.
3.Müasir Azərbaycan dili. Sintaksis, III cild, Bakı, 1981.
4.Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı,
Marif, 1979,
5.Gabain A. von. Eski Türkçenin Grameri (Çeviren: M.Akalın). Ankara:
TDK, 2007, XXIII+313 s.
6.Əski türk yazılı abidələrinin müntəxabatı. (Tərtib edəni, ön söz və
lüğətin müəllifi Ə.A.Quliyev). Bakı, Bakı Universiteti nəşriyyatı, 1992,
279 s.
7.Малов, С.Е.. Памятники древнетюркской письменности. (Тексты и
исследования). М.-Л.: 1951. 451 с.
8.Şahbazova Z. Xitablar və onların linqvistik xüsusiyyətləri. Azərbaycan
filologiyası: İnkişafın yeni mərhələsi» mövzusunda Respublika elmi
konfransının materialları, Bakı, 2016, “Bakı Universiteti” nəşriyyatı,
səh.67-72.
9.Azərbaycan bədii dilinin üslubiyyatı. Oçerklər. Bakı, Elm nəşriyyatı,
1970, 357 s.
10. Cəfərov N.Q. Qədim türk ədəbiyyatı müntəxabatı. Bakı: AzAtam,
2004, 322 s.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
68
11. Руднев A.Г . Синтаксис осложненного предложения .
Москва, Учпедгиз,
1959, 198 s.
Гатиба Гулиева
Стиль-выразительные функции обращение в контексте
древнеуйгурскийтекстов
Резюме
Некоторые из элементов, участвовавших в формулировании
предложения, служат для точной и правильной передачи мысли. К
ним относятся вокативы, императивные и вопросительные
предложения, промежуточные предложения и обращение. Обращени-
еиграют большую роль в процессе общения, в организации речи, а
также предложения в рамках норм литературного языка. Обращение,
которые включают слова и фразы, используемые для обозначения
чего-то или кого-то, являются одним из менее изученных языковых
полей с точки зрения языковой истории, а также менее изучены в
тюркологии. В этом смысле важно определить положение обращение,
проанализированных как элементы, не имеющие синтаксического
отношения с другими частями предложений в тюркской лингвистике
на основе исторических фактов и определения его стилистических
функций.
Gatiba Guliyeva
Style-expressive functions of adresses in the context of
Аncient Uigur Тexts
Abstract
Some of the elements participated in formulating the sentence serve
to convey thought precisely and correctly. These include the vocatives,
imperative and interrogative sentences, intermediate sentences, and
addresses. Adresses play great role during the communication, in
organizing of speech, as well as of sentence in the frame of literary
language norms. Adresses which have a certain stylistic-expressive
functions in language are used to refer to different individuals,
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
69
personalities, abstract entities. The adresses that include words and
phrases used for referring to something or someone are one of the less
studied linguistic fields in terms of language history, also less learned in
Turkology. In this sense, it is important to determine the position of the
adresses analyzed as elements which have not syntactic relation with
other parts of sentences in Turkic linguistics on the basis of historical
facts and to define its stylistic functions.
Dostları ilə paylaş: |