Часть предложений, типы предложений на диалектах северной
группы азербайджанского языка и элементы Кипчака в них
Резюме
Одной из наиболее противоречивых и плохо исследованных
тем диалектов азербайджанского языка является синтаксис
диалектов. В этой статье рассматривается синтаксические
особенности и Кыпчакские лингвистические элементы диалектов
Северной группы азербайджанского языка. Здесь также показаны
основные части предложений, вторичные части предложений,
совместимость между субъектом и предикатом, а также
последовательность слов в предложении, особенности междометия
и восклицания и способы их использования на диалектах Северной
группы азербайджанского языка (Шеки, Гах, Загатала и Балакан
частично в Огузе). Также в статье рассматривается некоторые виды
предложений - вопросительные предложения, восклицательные
предложения и как вид простых предложений - не персональные
предложения, неопределенное личное предложение, общая личное
предложение на диалектах Северной группы.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
43
Konul Samedova
Part of sentences, types of sentence in the North Group dialects
of Azerbaijani language and and Kipchack elements in them
Summary
One of the most controversial and poorly investigated topics in the
Azerbaijani language dialects is the dialect syntax. İn this article is
investigated syntactic features and Kipchak linguistic elements of the
North Group dialects of Azerbaijani language. Here also is shown main
parts of sentences, secondary parts of sentences , compatibility between
subject and predicate, as well as the sequence of words in the sentence,
specific features of interjection and exclamations and ways of their use in
in the North Group dialects of Azerbaijani language (Shaki, Gakh,
Zagatala, and Balakan partly in Oguz). Also in the article is explored
some kinds of sentences-interrogative sentences, exclamatory sentences,
and as a type of simple sentences- inpersonal sentences, indefinite
personal sentence, common personal sentence in the North Group
dialects.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
44
Vahid Adil Zahidoğlu
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
vahid.zahidoglu@rambler.ru
“Kitabi- Dədə Qorqud”un “Qan Turalı boyu”ndakı bir
soylama haqqında
Açar sözlər:“Kitabi - Dədə Qorqud”, “Qan Turalı boyu”, soylama,
yanlışlıqlar, düzəltmələr.
Ключевые слова: Китаби Деде Коркут, сойлама, Кан Турали,
неточности, поправки
Key words:The Book of Dada Gorgud, “The Story of Gan Turali”,
fragment written in verse, errors, corrections.
Yazılı abidələrin, o cümlədən də müxtəlif tarixi dövrlərə aid yazılı
dastanların mətni üzərində aparılan tədqiqatların etibarlılığı bu və ya
digər dərəcədə həmin abidələrin müxtəlif istiqamətlərdən hərtərəfli
araşdırılması ilə sıx şəkildə bağlıdır. Yazılı abidənin elmi-tənqidi mətni
mətnşünaslıq, dilçilik, ədəbiyyat, tarix elmlərinin baxış bucaqları altında
yaranmalı və hər bir leksik vahid etimoloji araşdırma süzgəci vasitəsilə
yoxlamadan keçirilməlidir.“Kitabi- Dədə Qorqud”un elm aləminə
tanıdıldığı vaxtdan keçən 2 əsrə yaxın bir müddət ərzində dastanın mətni
üzərində səmərəli tədqiqatlar aparılmışdır. Bu müddətdə abidənin bir
neçə müəllif tərəfindən ayrı - ayrılıqda elmi- tənqidi mətni hazırlanmış,
sözlərin oxunuşu və qüsurlu mətn parçalarının bərpası və bütövlükdə
mətnin struktur - semantik parametrlərinin dəqiqləşdirilməsi baxımından
bir çox əhəmiyyətli işlər görülmüşdür . Lakin bununla belə, abidənin
mətnində oxunuşu və mənası mübahisə doğuran bir sıra sözlərə və
qüsurlu mətn parçalarına bu gün də təsadüf edilməkdədir. Bu cəhətlər
dastandakı mənzum parçalarda (soylamalarda) xüsusilə nəzərə çarpır.
Bəllidir ki, nəzm hissələri çox hallarda dastanın rüşeym kimi yarandığı
ilkin dövrlərdə ortaya çıxır və sonralar bu nəzm parçaları ümumi mətn
daxilində bir növ paylaşdırılır. Bununla əlaqədar olaraq dastan
mətnindəki mənzum parçalar nəsr hissələrinə nisbətən daha qədim tarixi
xüsusiyyətləri özündə əks etdirir və onların tərkibində arxaik sözlər və
qrammatik formalar uzun müddət dəyişilməz şəkildə qorunub saxlana
bilir. Bu qədimliyi , ilkinliyi bilavasitə dastanın semantik - qrammatik
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
45
strukturunu, təhkiyə axarının spesifik xüsusiyyətlərinə məxsus
qanunauyğunluqları müəyyənləşdirməklə təsbit etmək mümkündür. Bu
xüsuslar diqqətə alınaraq “Kitabi -Dədə Qorqud”un “Qan Turalı
boyu”nda keçən və yoldaşlarının Qan Turalı haqqında söylədikləri bir
soylama sistemli şəkildə nəzərdən keçirilmiş, katib xətalarının
düzəldilməsinə,
sözlərin
düzgün
oxunuş
variantlarının
və
etimologiyasının müəyyənləşdirilməsinə cəhd göstərilmiş, cümlələr
arasındakı məntiqi bağlılığın bərpasına və bütövlükdə soylamanın
məzmununun dəqiqləşdirilməsinə çalışılmışdır. Həmin parça abidədə
aşağıdakı şəkildədir:
Yigitləri Qan Turalıyı ögüb soylamış, görəlüm, xanım, nə
soylamış:
1.Qab qayalar başında yuva tutan
2. Qadir, ulu taŋrıya yaqın uçan
3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən
4. Arı gölüŋördügin şaqıyub alan
5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən
6. Qarıncuğı ac olsa qalqub uçan
7. Cümlə quşlar sultanı çal-qara quş
8. Qanadıyla, saqsağana kəndüzinşaqıdurmı?
9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər (D.
188).
Göründüyü kimi, soylamanın əksər misralarında az anlaşılan və ya
heç anlaşılmayan bir - iki söz olsa da, 3- cü, 5- ci və 8- ci misralarda
fikir bütünlüklə qarışıq şəkildə ifadə olunmuşdur. Buna görə də biz
soylamanın bütün misralarını ayrı-ayrılıqda nəzərdən keçirməyi daha
münasib hesab etdik.
1.Qab qayalar başında yuva tutan
Nəşrlərdə qap/qab sözü əksər hallarda “yüksək, uca” mənasında
izah edilmişdir (F. Zeynalov-S. Əlizadə -“sərt”). Bu məna, görünür ki,
M. Kaşğrlı lüğətindəki kapa “qaba və yüksək olan hər şey” sözünə
əsaslanır (17, III,s. 217). KDQ-də köksi gözəl qaba dağ ifadəsində də
qaba sözünün “yüksək” mənasını fərqləndirmək mümkündür. Lakin o
halda nə üçün söz qab/qap şəklində işlənmiş olsun? Qab/qap söz ü
abidənin başqa bir yerində də işlənmişdir: Qab بﺎﻗqayalar oynamadın
yer obrıldı / Qarı bəglər ölmədin el boşaldı (D. 192). Fikrimizcə, hər iki
nümunədə fonetik tərkib və mənaca eyni olan bu sözü altaycada, V. V.
Radlov və L. Budaqov sözlüklərində qeydə alınmış kapçal “dik, sıldırım”
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
46
sözü ilə bağlamaq mümkündür. Tədqiqatçılar kapçal sözünü monqol
mənşəli hesab edirlər (12, s. 273). Lakin sözü türk dillərinin materialları ilə
də izah etmək olar: qap/qab + -çal /-cıl. Misrada izahına ehtiyac duyulan
ikinci söz tut- feilidir. Adətən, yazılı abidələrdə və müasir türk dillərində
yuva tut- ifadəsi yerinə yuva qur- ifadəsi işlənir. Burada isə yuva sözü tut-
feili ilə birləşmə təşkil edərək yuva tut- şəklində verilmişdir. Tut- feili yuva
tut- ifadəsinin tərkibində “qurmaq, düzəltmək, təşkil etmək, tərtib etmək”
mənası bildirir. Eyni mənada bu feilə “Kitabi- Dədə Qorqud”da bir neçə
yerdə təsadüf edilir: Bəkil razı oldı. Qalqdı yer öpdi. Dədəm Qorqud himmət
qılıcın belinə bağladı. Çomağı omuzına bıraqdı. Yayı qarusına keçürdi.
Şahbaz ayğırı (mətndə: ayğırlı) çəkdürdi, buda bindi. Xısımını, qavumını
ayırdı, evini çözdi, Oğuzdan köç eylədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı
(D. 236); Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar (D. 92); Yad
qızı halaluma dəstur versün! / Maŋa tutangərdəgə ayruq girsün! (D. 144).
Sonuncu nümunədə gərdək tutmaq ifadəsinin tərkibindəki tut- feili tutul-
(maŋa tutulan) şəklində qayıdış növ mənasında anlaşılmalıdır.
Tərkibində tut- feili iştirak edən bu tipli mürəkkəb sözlərə müasir
Azərbaycan dilində də təsadüf edilir: yas tutmaq, matəm tutmaq, oruc
tutmaq. Birləşmələrdə tut- feilini asanlıqla qur- feili ilə əvəz etmək
mümkündür. M. Şəhriyar dilində bu feil qırx tutmaq , toy tutmaq, yas
tutmaq, bayram tutmaq, matəm tutmaq, xətm tutmaq mürəkkəb feillərinin
yaranmasında iştirak edir: Heydərbaba kəndin toyun tutanda, Qız-
gəlinlər həna, piltə satanda (25, s.12); Heç bilmədim nə vaxt tutuldu
toyun (25, s.128); İndi bizə bayram tutmaq, Sədməsi var kəramətə (25,
s.175); Əcəl kəsdi yanıvı, Axır aldı canıvı, Qırxıvı tutan gecə, Oxudum
elanıvı (25, s.135); Navarın kisin tutduq, İqbalın səsin tutduq, Navarda
toy tutmamışİqbalın yasın tutduq (25, s.133); Toy tutub kətsayağı, alma
da atmış gəlinə (25, s.120); Görərdin toy tutuldu, güllər açdı, qaş-qabaq
öldü (25, s.145); Öldürür xəlqi, sora xətmin tutub ‘Yasin’ oxur (25,
s.188) və s.
Bu misallardakı yas tut-, matəm tut-, eləcə də oruc tut- mürəkkəb
feilləri Şimalda da işlənir. Bayram tut-, xətm tut-, qırx tut- mürəkkəb
sözlərinə Şimalda rastlanmır. Toy tut- ‘toy eləmək’ sözü Şimalda bir
qədər fərqli məcazi mənada ‘kiməsə dərs vermək, cəzalandırmaq’ mənası
ifadə edir. Aydın görünür ki, bu mürəkkəb sözlərin tərkibindəkitut- feili
müasir Azərbaycan dilindəki tut- ‘tutub saxlamaq’ feili ilə eyni fonetik
tərkibə malik olsa da, fərqli sözlərdir. Göstərilən mürəkkəb sözlərin
tərkibindəki tut- feili ‘qurmaq, düzəltmək, təşkil etmək’ mənası ifadə
edir. Eyni mənalı feilə qədim türk yazılı abidələrində rastlanır: İl tutsıkyir
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
47
Ötükən Yış ermiş “El qurulacaq (təşkil ediləcək) yer Ötükən Yış
imiş”(Köl Tigin abidəsi); Olurıpan türk bodunın ilin, törüsin tutabirmis,
iti bermıs “Məskunlaşıb türk xalqının elini, qanununu təşkil etmiş, tərtib
etmiş” (Köl Tigin abidəsi). Bunlara əsasən misradakı yuva tut- ifadəsi
“yuva qurmaq” mənasında anlaşılır.
2. Qadir, ulu taŋrıya yaqın uçan .
3. Mancılığı ağır taşdan ğızıldayub qatı enən. Misranı qrammatik
cəhətdən izah etmək mümkün deyil. Bu anlaşılmazlıq həm yanlış oxunuş
variantlarından, həm də katib xətalarından qaynaqlanmışdır. Drezden
nüsxəsindəki həmin misra haqqında S. Tezcan yazır:“Mancılığı ağır taşdan
ğızıldayup qatı enen. Bozuk bir anlatımdır; nasıl düzeltmek gerektiğini
kestiremiyorum. Anlatılmak istenen şudur: ‘Ağır mancınık taşı gibi
gızıldayarak sert biçimde dalış yapan (kartal)’. İlk sözcük bir sıfat
gibimancılığī okunursa anlam verilebiliyor, fakat bu da iyi bir çözüm değil”
(26, s. 259).İfadəyə D. 233-də Təpəgözün dilindən verilmiş soylamada da
təsadüf edilir: Ağır mancılıq taşla atam derdim... Mancılıq sözü mancınıq
və mancılıq variantlarında Anadolu yazılı abidələrində geniş şəkildə
işlənməkdədir:Nefs-i şum mancılığıbizi kaldırıp atmadın, sürülmüş şeytan
bize gülüp temaşamıza bakmadın...(Saat. XV); El- mencenıku (arap.).
Mancılık dedikleri alettir ki hisarın içine taş atarlar (Terceman. XV);
Mancılığ ile Kelas’ı aldı ol / Çıkuban tekfurü hizmet kıldı bol (Enver. XV);
İbrahim Peyğamber manclıkında ne var idi (Cennet. XV); Kendini bela
mancılığına koya ve kaza denizine koya (Envar. XV); Pelken (fars.): Türkçe
mancılıkderler (Ni‘meti. XVI); Kıra (fars): Mancınıktır ki selefte ceng
alatındandır, anınla hisar içre taş atarlar, amme mancılık derler (Bürh.
XVIII- XIX) və s. (19, IV, s.2795-2796). D. 233-dəki mancılığı ağır
taşdan ifadəsini necə başa düşmək olar? Ağıla gələn variantlardan biri
mancılığı sözündəki -ı şəkilçisinin yiyəlik və ya mənsubiyyət şəkilçisi
olmasıdır: mancılığı “mancılığa aid, mancılığa məxsus”. Əski monqol
dilində n samiti ilə bitən sözlər yiyəlik halda -un, -ün şəkilçisi yerinə -u, -
ü şəkilçisi qəbul edir (22, s.412). Bəzi qıpçak dillərində, o cümlədən də
karaçay-balkar və kumık dillərində isimlər I və II şəxs mənsubiyyət
şəkilçilərindən sonra yiyəlik halda -ın, -in şəkilçisi yerinə -ı, -i şəkilçisi
ilə işlənir: tenqim+in “yoldaşımın” yerinə tenqim+i(24, s. 67; 27, s. 219).
Lakin bu faktlar göstərilən variantın doğruluğunu təsdiq etmək üçün
yetərli görünmür. Ən başlıcası isə, nə “Kitabi-Dədə Qorqud”da, nə də
başqa yazılı abidələrdə -ı, -i şəkilçisinin yiyəlik və ya mənsubiyyət
şəkilçisi məzmununda çıxış etməsinə aid nümunə tapmaq mümkün deyil.
Bunun əksinə olaraq D. 233-dəki mancılıq taş ifadəsi abidələrdə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
48
mancılıq taşı / mancınıq taşları kimi II növ təyini söz birləşməsi şəklində
keçir: Cövr oxları ki qəmzən könül evinə atar / Mancınıq taşlarıdur ki,
yöni Turxalədürür (Q. Bürhanəddin). Bizcə, mancılıq sözü ilə bağlı D.
188 və D. 233- də işlənmiş hər iki ifadə katib tərəfindən yanlış
köçürülmüşdür. Yoldaşlarının Qan Turalı haqqında söylədiyi
soylamadakı (D. 188-dəki) Mancılığı ağır taşdan ğızıldayub qatı enən
cümləsində yerləri dəyişik yazılmış sözləri normal söz sırası ilə verib
mancılıq taş ifadəsini mancılıq taşı şəklində düzəltməklə mətn parçasının
anlaşıqlığı bərpa olunur: Ağır mancılıq taş[ın]dan qatı ğızıldayub enən.
Bu yerdəyişmə nəticəsində növbəti misraların sonundakı ...şaqıyub alan,
...tartub üzən, ...qalqub uçan ifadələri ilə ğızıldayub enən ifadəsi
arasındakı sintaktik paralelizm və poetik simmetriya da bərpa olunur. D.
233-dəki “Ağırmancılıq taşla atam derdim” cümləsində də düzəliş etmək
lazım gəlir. Buradakı Ağırmancılıq taşlaatam der idüm cümləsi Mancılıqla
ağır taş atam der idümşəklində düzəldilməlidir. Çünki mancılığın daşla
atılması bir məna ifadə etmir. Görünür, köçürmə prosesində katib sözlərin
yerini dəyişik salmış və -la şəkilçisini səhvən taşsözünə birləşdirmişdir.
Düzəldilmiş misra ilə birlikdə mətn parçasının aşağıdakı kimi olmasını daha
düzgün hesab edirik: Qalqubanı yerümdən turam der idüm/ Qalın Oğuz
bəglərindən əhdüm bozam der idüm / Yeŋidən toğanın qıram der idüm /
Qalın Oğuz bəgləri üzərümə yığılub gələ der idüm / Qaçubanı Salaxana
qayasına girəm der idüm / Mancılıqla ağır taş atam derdim/ Enüb taş
başuma düşübən öləm der idüm... (D. 233).
4. Arı gölüŋördüginﻦﯿﮐودروا şaqıyub بﻮﯿﻗﺎﺷalan .
Mətndə ördük şəklində yazılmış söz D. 280-də ördək şəklində
keçir: Ağ sunqur quşı erkəgində bir köküm var / Ala ördək, qara qazuŋ
uçurmaya (D. 280).
S.Tezcan ördük yazılışının səhv olduğunu irəli sürmüş və sözə
digər nümunədəki ördək formasına uyğun olaraq düzəliş vermişdir (25,s.
259). Lakin KDQ-də ördük formasının işlənməsi mümkündür. Ördək
sözü altaycada örtök, özbək dilinin dialektlərində ördük / öyrük,
qırğızcada ördök şəkillərində qeydə alınmışdır (11, I, s.547). İlk
hecadakı yuvarlaq ö saitinin assimilyativ təsiri ilə ikinci hecadakı ə
saitinin ö/ü saitinə çevrilməsi elə bir çətinlik törətmir.
Misrada mənası mübahisə doğuran ikinci söz şaquyub formasıdır.
Bu söz 8-ci misrada şaqıt- şəklində keçir: Qanadıyla saqsağana
kəndüzinşaqıdurmı? Şaqı- (eləcə də şaqıt-) feili, çox güman ki,
Azərbaycan dilində işlənən şığı- feili ilə bağlıdır. Şakı- feili abidədə
bundan başqa daha iki yerdə keçir: Gökdən ıldırım ağ ban evüm üzərinə
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
49
şaqır gördüm. Düm qara pusarıq ordumuŋ üzərinə tökilür gördüm (D.
43) ; Asimanlu gökdə qara bulud oluban / Kafirüŋ üzərinə gurlayayım /
Ağ yıldırım olub şaqıyayım / Kafiri qamış kibi od oluban yandurayım (D.
147). V. V. Radlov şakı- feilinin “1. şüalarla işıqlandırmaq, işıq saçmaq
2. ötmək, oxumaq (bülbül haqqında)” mənalarında işləndiyini göstərir
(21, IV,1, s.932).
O. Ş . Gökyay şakı- feilinə aid türk dilinin dialektlərində, W.
Redhousevə “Tarama Sözlüğü”ndə qeydə alınmış “şimşek çakmak,
şimşek gibi çakmak, parlamak, yalabımak; herhangi bir sancı sert ve
keskin saplanmak; ağrımak; çıkışmak, azarlamak” mənalarını vermiş,
şakıt- feilinin qarşısında isə “süpürmek, temizlemek” mənalarını yazaraq
sözün konkret izahını sual işarəsi ilə cavabsız buraxmışdır(14, s.285).
Müasir türk dilində şakı- feili “ötmək, oxumaq” şəklində işlənir.
Görünür, məhz buna görə də M. Ergin şakı- feilini “şakımak, ötmek, avı
yakalarken çığlık atmak, şimşek çakmak” şəklində izah etmişdir. (9,
s.277). Onun şakıt- feilinə verdiyi izah da buna yaxındır: “şakıtmak,
öttürmek, çığlık attırmak” (9, 278). S. Özçelik şakıt- feilini “kaptırmak,
kendini yakalatmak, yenilmek” mənasında izah etmişdir (20, s. 223).
“Tarama Sözlüğü”ndə şaqı- feilnə aid 15 nümunə verilmiş və bu
feil “şimşek ve yıldırım gibi çakmak, parlamak” mənasında izah
edilmişdir. Nümunələrin, demək olar ki, hamısında şaqı- feili yıldırım və
ya şimşək sözləri ilə birgə işlənir: Ve gök gürlemek vardır ve şimşek
şakımak vardır (Cev. Es. XV); Gök gürledi, cihan karanu oldu, yıldırım
şakıdı (Cennet XV); Kılıçlar yıldırım gibi şakıya (G. Ra. XV); El-buruk.
Bir nesne şakımak ve yıldıramak (Ah. XVI); Tevfik ile inayet yoldaş
olursa yıldırım şakıdığından tizrek geçe (Ta. Şahi. XVI); At yıldırım gibi
şakıyup (Ev. XVIII) və s.(19, V, s.3644-3645).
S. Tezcan şakı- və şakıt- sözləri haqqında yazır: “Cümle kuşlar
sultanı çal kara kuş/ Kanadıyıla saksağana gendüzin şakıdırmı? Burada
şakı- eylemi için Ergin II, 277’de ‘şakımak, ötmek, avı yakalarken çığlık
atmak’, s. 278’de şakıt- için ‘şakıtmak, öttürmek, çığlık attırmak ’
karşılıkları verilmiştir. Gökyay hiç ilgisi olmayan birkaç anlam daha
sıralamıştır. Ergin’in verdiği karşılıkların da metin bağlamına uygun
olduğu söylenemez. Burada beklenen anlam ‘saldırmak, yukarıdan aşağı
dalış yaparak hücum etmek’ olmalıdır. Azerbaycan Türkçesi şığı- ve
şuğu- , DerS şuğu- “saldırmak ”, Altayca ve Lebedcede şuŋu- “(doğan
için) atılarak , saldırarak aşağı yukarı uçmak” (Radloff c. 4, 759) bu
anlama gelen eylemlerdir. Ancak bunları şakı- ile birleştirmek mümkün
değildir. DKK’ndaki şakı- çözülmemiş bir problem olarak kalıyor, belki
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
50
şakı- ‘yıldırım çakmak’tan, yıldırım’ın düşmesine benzetme ile ‘yıldırım
gibi dalış yapmak (?)”(25, s.262). S. Tezcan mətnin ümumi məzmununa
görə şaqı- feilinin “yuxarıdan aşağı sürətlə enərək hücum etmək”
anlamında işlənməli olduğunu ehtimal şəklində irəli sürməkdə haqlıdır.
Lakin onun bu feili Azərbaycan dilindəki şığı- feilindən ayırması və V.
V. Radlov lüğətinə istinadən altaycadakı suŋ- “gah yuxarı qalxıb, gah da
aşağı enərək havada süzmək” (Müəllif yanlış olaraq bu sözü şuŋu-
şəklində təqdim edir) feili ilə müqayisə etməsi inandırıcı görünmür.
Altaycadakı suŋ- feili nə fonetik tərkibcə, nə də semantikasına görə
şaqı- və şığı- feilləri ilə müqayisə edilə bilməz. Şaqı- və şığı- feilləri
“yuxarıdan aşağı sürətlə enərək hücum etmək”, suŋ- feili isə “havada
süzmək” mənası ifadə edir. Bu sözlər arasında semantik baxımdan əlaqə
qurmaq heç vəchlə mümkün deyil. Digər tərəfdən, V. V. Radlov özü
suŋ- formasını çoŋ- /çuŋ- “havada süzmək” feili ilə əlaqələndirir (21,
IV, 1, s.759). Buradan aydın olur ki, şaqı- və şığı- feilləri ilə suŋ- feili
arasında nə fonetik cəhətdən, nə də semantik cəhətdən heç bir bağlılıq
yoxdur. Şaqı- və şığı- feilləri arasında isə həm fonetik, həm də semantik
cəhətdən bağlılıq vardır. Fikrimizcə, hər iki feil səs təqlidi mənşəlidir.
Azərbaycan dilində şığı- feili “çox böyük sürətlə enərək hədəfə hücum
etmək , üzərinə atılmaq” və “çaxmaq (ildırım)” mənalarında qeydə
alınmışdır: 1-ci mənada: İki qartal qıy vuraraq şığıyır və qəzəblə didişirdi
(Ə. Sadıq); Təyyarələr düşmən üzərinə şığıdılar; 2-ci mənada: Hava
qaralır, ildırım şığıyır, göy guruldayır (Ə. Haqverdiyev); Dağlar titrədi,
göy qübbəsini doğrayan ildırımlar şığıyıb qızıl saçlarını qılınc qayaların
təpələrinə sancdı (Ə. Məmmədxanlı) və s. (3, IV, s.530). Bundan əlavə,
S. Vurğunun dilində işlənmiş səs təqlidi mənşəli şaqqı- feili də birbaşa
şaqı- feili ilə bağlıdır: Göydə nə ay, nə ulduz, bütün dünya qapqara /
İldırımlar şaqqıyır tərpənməyən dağlara (S. Vurğun) (3, IV, s.495).
Azərbaycan dilində gün şaxımaq ifadəsinin tərkibində işlənən şaxı- feili
də şaqı- feilinin fonetik variantıdır: Gün dik adamın təpəsindən
şaxıdığından biz qayıdıb otağa girdik (İ. Əfəndiyev); Nə yağış yağır, nə
gün şaxıyır (Ə. Məmmədxanlı) (3, IV, s.502) . Burada şaxı- feili
“günəşin zenitdə (ən yüksək nöqtədə) olduğu zaman şüalarının sürətlə bir
şeyin üzərinə düşməsi” mənası ifadə edir. Bu məna KDQ-dəki şaqı-
feilinin mənası ilə tam üst-üstə düşür. Müq. et: Gökdən ıldırım ağ ban
evüm üzərinə şaqır gördüm.
Bizə belə gəlir ki, şaqı- feili ilkin mərhələdə ildırım və şimşək
çaxdığı zaman yuxarıdan düşən (enən) səsi bildirmiş, sonradan bu məna
əsasında “parlamaq, işıldamaq” mənası yaranmışdır. İkinci mənanın
Dostları ilə paylaş: |