onların mənşəyinin müəyyənləşdirilməsi, struktur tiplərinin təyin
edilməsi ilə başlanmışdır. Bu tip tədqiqatlarla antroponimikanın əsası
qoyulmuşdur. Sonralar başqa bir qrupa məxsus xüsusi adlarla bağlı işlər
üzə çıxmışdır. Coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin
adlarının öyrənilməsi toponimikanın təşəkkülü və inkişafına təkan
vermişdir. Məhz bunun nəticəsidir ki, onomastika uzun müddət
antroponimika və toponimika zəminində inkişaf etmişdir.
Fikrimizcə, xüsusi adlar sistemində antroponimikanın daha qədim
olması ehtimalını irəli sürmək olar. Antroponim linqvokulturoloji təhlil
obyektidir. Deskriptiv -analitik təsvir metodu ilə həm antroponimlərin
funksiyalarını, həm də onların konkret mədəniyyət kontekstində
reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür.
İnsan adı onun mövcudluğunun ayrılmaz hissəsidir. Antroponim
cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim
edə bilmir. Çünki insana ad uşaqlıqdan verilir. Bu dövrdə adın
semantikasındakı əlamətlər müəyyən niyyət, arzu və s. nəzərdə tutulur.
Antroponim denotatı olan, digər siqnifikatı isə olmayan vahiddir. Ad
istifadə zamanı semantika və konnotasiya ilə zənginləşir
Türklərdə şəxsə totem adlarının verilməsi geniş yayılmış ənənə
olmuşdur. Qurd qədim türk totemlərindən biridir və bu sözdən
advermədə çox istifadə edilmişdir. Məsələn, Buri, Buriboy (özbəklərdə),
Bori, Boribay, (qazaxlarda), Bure (başqırdlarda), Bori, Qurt
(türkmənlərdə), Byorü (Qaraçay-balkarlarda), Çon (monqol-qalmıqlarda)
şəxs adlarıdır [Bax: 5, s.20].
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
116
Təbii ki, “qurd” sözü ilə bağlı adlar bir qrup təşkil edir. Hər bir
dildə elə ümumi isimlər vardır ki, onlar antroponimik sistemdə
məhsuldarlığı ilə seçilirlər. Antroponimin əsasında duran appelyativlərin
cinsə görə bölgüsü də müşahidə olunur. Kişi adlarında və qadın adlarında
çoxişlənən ümumi isimlər vardır. Bu cəhət xüsusi adların tərkibindəki
ümumi ismin semantikasının antroponimin seçilməsində əhəmiyyətli
olduğunu təsdiq edir. Hər bir antroponim yalnız kök sözdən ibarət olmur.
Bu baxımdan antropoəsas və və ona artırılan antropoformant
fərqləndirilmişdir. Antroponimin antropoəsas və antropoformantdan
təşkil olunması modelləşdirmənin bu iki vahidin iştirakı ilə qurmağa əsas
verir. Eyni zamanda belə bölgü dilin antroponim sisteminə daxil olan
bütün antropoformant və antropoəsasları da ayırmaq imkanı yaradır.
Nəticədə dilin ilkin adlar sisteminin tərkibindəki antropoformant və
antropoəsasların toplanıb sistemləşdirilməsi, eləcə də hər iki alt sistemin
təkamülünün öyrənilməsi mümkünləşir. Qədim yazılı abidələrdəki
antroponimlərin toplanması onların antropoəsas və antropoformant üzrə
modellərinin qurulması qeyd edilən cəhətdən aktualdır.
«Hind-Avropa dillərinin çoxunda adlar leksik bircinsli əsaslardan
oxşar modellər üzrə yaranmışdır. Bu onların mənşəyinin ümumiliyini
təsdiqləməklə yanaşı, həmin dillərin hər birinə xas olan ənənənin var-
lığının və adların həmin ənənə üzrə yaranmasının da göstəricisidir. Əgər
adların repertuarı zaman keçdikdə dəyişirsə, onda leksik məna müəyyən
çərçivədə qalır və bu zaman appelyativlərin sinonimlərinin işlək dairəsi
genişlənir» [3, s. 25-26].
Adların qədim yazılı abidələrdən toplanması, onların semantika-
sının həm appelyativ əsas üzrə açılması, həm də adı daşıyan şəxsin müvafiq
abidədəki keyfiyyətlərinin öyrənilməsi onların adın sonradan başqa şəxslərə
verilməsinin təhlilə cəlb olunması olduqca aktual məsələdir. Ona görə də,
deyək ki, Orxon-Yenisey abidələrində işlənən adın sonrakı dövrlərə dair
hansı abidələrdə qeydə alınması əhəmiyyətlidir. Bununla yanaşı çoxkompo-
nentli adlardakı komponentlərin mənalarını açmaq və bu mənaların bütöv
konstruksiyada hansı ümumi mənanı doğurmasını da araşdırmaq vacibdir.
Daha bir maraqlı cəhət isə bu və ya digər antroponimin müvafiq dil
daşıyıcılarının antroponimik sistemində hansı dövrədək yaşamasını, izlərini
hansı müasir antroponimlərdə saxlamasını öyrənmək tədqiqatın gələcək
istiqamətlərini təyin etmək üçün də əhəmiyyət daşıyır.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
117
ƏDƏBİYYAT:
1. Tanrıverdi Ə. Qədim türk mənbələrində yaşayan şəxs adları. Bakı,
Nurlan, 2009, 440 s.
2. Hüseynzadə Ç. Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli
antroponimlər. Bakı, “Elm və Təhsil” 2011, 152s.
3. Суперанская А.В. Теория и методика ономастических
исследований Москва, Наука, 1986.
4. Подольская
Н.В.
Словарь
русской
ономастической
терминологии. М.,Наука, 1978, 192 с.
5. Adilov M. Bəzi advermə adətləri haqqında//Dil və cəmiyyət. Bakı,
ADU nəşri, 1985, s. 15-22
Парвиз Исмайлов
К вопросу изучения антропонимической системы в
хронологической последовательности
Резюме
В статье рассматриваются вопросы сбора архаичных единиц,
входящих в антропонимическую систему из различных источников
и их изучения в сравнительном аспекте. Анализ и изыскания
показывают, что существуют исследования, посвященные моде-
лированию антропонимов согласно различным критериям. Среди
низ моделирование по участию антропооснов и антропоформантов и
применение его в изучении архаичной антропонимической системы
чрезвычайно значимо в исследовании эволюции антропонимов.
Parviz Ismailov
On the question of investigation of anthroponymic system in
chronological sequence
Summary
In the article had been considered the questions of collection of
archaic units forming the anthroponymic system from different sources
and their investigation in comparative aspect. The analysis and research
show that there are investigations dedicated to the modeling of
anthroponyms in accordance with different criteria. Among them the
modeling according to the participation of anthropostems and
anthropoformant and its usage in the research of ancient anthroponymic
system is very significant in the investigation of anthroponyms’
evolution.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
118
Rasim Heydərov
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru, dosent
dr.rasimheydarov@mail.ru
Azərbaycan dilinin orfoqrafiya qaydalarının tənzimlənməsinə
dair
Açar sözlər: Azərbaycan dili, orfoqrafiya, norma, lüğət
Ключевые слова:Азербайджанский язык, орфография, норма,
словарь
Key words:Azerbaijani language, spelling, norm, dictionary
Qloballaşan dünyada milli dillərin qorunması və inkişafı dövlətin
qarşısında duran əsas məsələlərdəndir. Nəzərə alsaq ki, hər il dünyada
neçə-neçə dil “ölü” adını qazanır, onda bu problemin nə dərəcədə ciddi
olduğunu bir daha şahidi olarıq. Doğrudur, Azərbaycan dili bu gün
“dövlət dili” statusunu daşıyır və bu Azərbaycan Respublikasının
Konstitutsiy ası ilə təsdiq olunub, lakin bu heç də o anlama gəlməməlidir
ki, qloballaşmanın dilimizə heç bir təsiri yoxdur. Müstəqillik illərində
dilimizlə bağlı kifəyət qədər müsbət məqamlar olsa da, təəssüf doğuran
məqamlar da az deyil. Son illər KİV-in dilində, reklam və afişalarda tez-
tez dilimizin normaları pozulur, dilimizə yad ünsürlər daxil olur. Ölkə
prezidentinin 9 aprel 2013-cu il tarixində “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi də bu təsirlərin qarşısının
alınması məqsədi ilə imzalanmışdır. Prodqramda dilimizin qorunması ilə
bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Bu tədbirlər
planının tərkib hissəsi kimi, dilimizin normalarının tənzimlənməsi xususi rol
oynayır (1). Dilin leksik normalarının tənzimlənməsində isə “Orfoqrafiya
prinsip”ləri mühüm rol oynayır.
Məlum olduğu kimi, müstəqillik illərində iki dəfə “Azərbaycan dilinin
orfoqrafiya lüğəti” nəşr olunmuşdur (2; 3). Hər iki lüğət dilçiliyimiz üçün
yeni hadisə olsa da, onlarda müəyyən qüsurlar da vardır. Xüsusən, eyni
sözün müxtəlif formalarda verilməsi, dialektizmlərdən istifadə və s. bu
lüğətlərin qüsurları sırasındadır.
Amma bəzən lüğət haqsız tənqidlərə də məruz qalır. İlk olaraq qeyd
olunmalıdır ki, orfoqrafiya lüğətləri iki qismə bölünür:
I. Akademik lüğətlər;
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
119
II. Digər lüğətlər (bura nisbətən kiçik həcmli işlək lüğətləri,
məktəblilər üçün hazırlanan lüğətləri və s. aid etmək olar).
Akademiyanın hazırladığı lüğətlər Nazirlər Kabinetinin təsdiq
etdiyi qaydalar əsasında hazırlanır və digər lüğətlər üçün əsas rolunu
oynayır. Bu tip lüğətlərdə dilin bütün leksik qatı öz əksini tapmalıdır.
Yəni burada terminlər də daxil olmaqla dildə işlənən sözlərin mütləq
əksəriyyəti əhatə olunmalıdır. Əlbəttə, dialekt sözləri bura daxil
edilməməlidir. Bu tip lüğətlər daha çox elmi ictimaiyyət üçün nəzərdə
tutulur və onların əsasında digər lüğətlər hazırlana bilər. Bəzən,
lüğətlərdə verilən sözlərin anlaşılmazlığı etiraz doğurur. Amma nəzərə
almaq lazımdır ki, dildəki sözləri hamı bilə bilməz. Məsələn, 2011-ci ildə
nəşr olunan “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”ndə (4) 8 minə
yaxın söz və ifadə (6215 söz və 1753 ifadə) verilmişdir. Azərbaycan
dilinin son orfoqrafiya lüğətində isə yüz on mindən artıq söz (110563)
verilmişdir. Əgər Səməd Vurğun təxminən altı min söz işlədirsə, deməli,
gündəlik istifadə olunan sözlər 10-15 mini aşmadığı halda lüğətdə
bundan on dəfədən də artıq söz verilir və bu belə də olmalıdır. Çünki
lüğət bütün təbəqələr üçün nəzərdə tutulur və onda dilin lüğət tərkibi
kifayət qədər əhatəli şəkildə əks olunmalıdır.
Başqa bir misala diqqət edək. Nizami Cəfərov Nüsrət
Kəsəmənlinin “Seçilmiş əsərləri”nə yazdığı “Ön söz”də “laübalı” sözünü
işlədir (5, s.4). Şübhəsiz, bu söz dilimiz üçün ümumişlək deyil. Məsələn,
“Tərcümə mərkəzinin” rəsmi orqanı olan “Aydın yol” qəzetinin 8 avqust
2016-cı il nömrəsində “laübalı” və “laübalılıq” sözləri dilimizdə
“İşlənməyən ərəb, fars, rus və digər əcnəbi sözlər”in siyahısında verilir
(6). Belə çıxır ki, hər hansı bir sözü kimsə anlamırsa, deməli, bu söz
dilimizdə artıq işlənmir. Bu tip sözlərə yüzlərlə nümunə göstərmək olar.
Heç şübhəsiz, elə bir lüğət olmalıdır ki, həmin lüğətdə istənilən sözün
yazılışı öz əksini tapsın və bu lüğət dildə işlənən sözlərin əksəriyyətini
özündə cəmləyə bilsin.
Digər məsələ isə orfoqrafiya qaydalarının tənzimlənməsi ilə
bağlıdır. Heç kəsə sirr deyil ki, müstəqillik illərində istifadə olunmuş
qaydalar, əsasən, sovet dövründə istifadə olunan qaydaların müəyyən
qədər təkmilləşdirilmiş formasından başqa bir şey deyildi. Doğrudur, o
zamandan bəri xeyli illər keçməsi, bəzi qaydaların köhnəlməsi, əlifbanın
dəyişməsi və s. yeni qaydaların yaradılması zərurətini ortaya qoydu. Bu
zərurət nəzərə alınaraq, yeni orfoqrafiya qaydaları yaradıldı. Bu barədə
danışarkən Q.Kazımov yazır: “Yeni “Qaydalar”ın yaranması yeni
əlifbaya keçilməsi ilə bağlı olmuşdur: “Azərbaycan Respublikasının
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
120
dövlət dili haqqında” Azərbaycan Respublikasının 1992-ci il 22 dekabr
tarixli qanununa müvafiq olaraq yeni Azərbaycan əlifbasının tətbiqinə
keçilmişdir. Bununla əlaqədar Nazirlər Kabinetində Azərbaycan
Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin sədrliyi ilə
Azərbaycan Dövlət Dilinin Tətbiqi üzrə Hökumət Komissiyası
yaradılmış və komissiya tərəfindən yeni orfoqrafiya qaydaları layihəsi
işlənib hazırlanmışdır. “Hökumət Komissiyası layihənin ictimai
əhəmiyyətini nəzərə alaraq, onu geniş müzakirəyə çıxarmağı lazım
bilmiş, buna görə də layihə mətbuatda çap olunmuşdur”. (“Azərbaycan
müəllimi”, 4 fevral 1999)” (7).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il
tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”
əsasında dilimizin orfoqrafiya lüğəti yenidən hazırlandı və 2013-cü ildə
lüğət yenidən nəşr olundu və kitaba 110563 söz daxil edildi. Bu isə
əvvəlki 2004-cü il nəşrinə nisbətdə 30 mindən artıq sözün əlavə edilməsi
deməkdir. Yeni nəşrdə əvvəlkidə olan müəyyən mübahisəli məqamlar
aradan qaldırılsa da, yeni qaydalar hazırlanmadı və lüğət Nazirlər
Kabinetinin 5 avqust 2004-cü il qərarı ilə təsdiqlənmiş qaydalarına
əsasən nəşr olundu. Bununla belə, anten, metafor, kompüter, feil, təbaşir,
cəfəngiyyat, cüdo və s. sözlərin yazılışında korrektələr edildi.
Lakin bu nəşrdə də müəyyən sözlərin yazılışında problemlər qalır.
Belə ki, lüğətdə əvvəlki lüğətdə ekspress kimi verilən söz – ekspres kimi
verilsə də, nədənsə superekspress sözü olduğu kimi saxlanılır.
2004-cü ilin lüğətində sürtgəc, sürtgü, ötgün, ötgünlük kimi verilən
sözlər dilin qaydalarına tabe edilərək, sürtkü, sürtkəc, ötkün, ötkünlük kimi
verilir. Qarmaqarış, qarmaqarışıq – qarma-qarışıq, qarma-qarışıqlıq və
zirzibil, zirzibilli, zirzibillik tipli bitişik yazılan sözlər isə zir-zibil, zir-zibilli,
zir-zibillik şəklində defislə verilir. Bu tip nümunələri artırmaq da olar.
Lakin qeyd olunmalıdır ki, lüğətdə bu düzəlişlərlə yanaşı, bir sıra
mübahisəli məqamlar da qalmaqdadır. Belə ki, alğı-satqı sözü lüğətdə səhv
olaraq alqı-satqı şəklində verilib. Məlum olduğu kimi, dilimizin qaydalarına
görə cingiltili samitlə bitən sözlər müvafiq olaraq -gi, -ğı kar samitlə bitən
sözlər isə -qı, -kü şəkilçisini qəbul etməlidir. Bu qaydaya əsasən isə bu
sözün düzgün yazılışı “alğı-satqı” şəklində olmalıdır. Ona görə də burada
sözün kökündə (al) l cingiltili samit olduğu üçün ondan sonra -qı şəkilçisinin
işlənməsi doğru deyil, deməli, bu sözün yazılışı “alğı-satqı” olmalıdır.
“Orfoqrafiya qaydaları”nın 22-ci bəndində əslində quruluşca sadə
olan “yaxud”, “çünki”, “həmçinin” və “hərçənd” bağlayıcıları mürəkkəb
bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
121
yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə
də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.
Əsas məsələ isə, fikrimizcə, müstəqillik dövrü üçün dilimizin yeni
orfoqrafiya qaydalarının hazırlanmasıdır. Məlum olduğu kimi, əvvəlki
lüğətlərdə alınma sözlərin yazılışında bir qayda olaraq ərəb və fars
mənşəli sözlər, o cümlədən rus dilindən və bu dil vasitəsi ilə dilimizə
keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli
gəlirdi. Çünki dilimizə yeni sözlər rus dilindən və rus dili vasitəsi ilə
keçirdi. Artıq müstəqillik illərində dilimiz birbaşa mənbə dillərdən söz
alır. Bu səbəbdən də “orfoqrafiya qaydaları”nda bu qaydalar təsbit
olunmalıdır. Məsələn, son illər dilimizə ərəb dilindən “əl” artiklı ilə bir
neçə söz daxil olub, “əl-qaidə”, “əl-cəzirə” və s. Mətbuatda bu sözlərin
müxtəlif yazılış formaları mövcuddur və lüğətdə bu sözlərin yazılışı
təklif olunmalıdır. Əlbəttə bu tip sözlər az deyil: Məsələn, dilimizə son
illər daxil olan, veb-kamera, vay-fay, vatsap və s. sözlərin doğru
yazılması üçün ingilis dilindəki “w” hərfinin dilimizdə necə yazılmasını
bilmək lazımdır.
Digər bir məsələ isə dildə alınmaların tənzimlənməsi və dilimizin
qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də
davam etməkdədir. Məsələn, biz əsli “şəhr”, “qazeta”, “vyodra” və s.
olan sözləri dilimizin fonetik qaydalarına uyğunlaşdıraraq “şəhər” və
“qəzet”, “vedrə” kimi yazırıq. 2004-cü ildə apostrof işarəsi ləğv edilərkən
bir çoxları bunun dilimiz üçün “fəlakət” olacağını deyirdilər, hətta indi də
bununla bağlı narahatlıq keçirənlər var, amma keçən illər sübut etdi ki,
bu addım doğru idi.
Lüğətlər hazırlanarkən üç prinsip nəzərə alınır: fonetik, morfoloji
və tarixi-ənənəvi prinsip. Azərbaycan dili üçün isə fonetik prinsip
əsasdır. Yəni biz orfoqrafiya lüğətlərini hazırlayarkən fonetik prinsipi
əsas götürürük. Bu barədə danışarkən A.Axundov yazır: “Azərbaycan
dilinin orfoqrafiya qaydalarının tərtibi zamanı fonetik prinsipə ona görə
üstünlük verilir ki, dilçilik elmi Azərbaycan dilinin iltisaqi dil olması
barədə bizə nəzəri əsas verir” (8, s.118). Lakin bu o demək deyil ki,
bizim dilimizin orfoqrafiya prinsipləri hazırlanarkən digər prinsiplər
nəzərə alınmır. İlk növbədə onu bilmək lazımdır ki, fonetik prinsip,
əsasən, alınma sözlərin yazılışında nəzərə alınır. Məsələn, Azərbaycan
dilinin orfoqrafiya lüğətində “qayınana” sözü tarixi-ənənəvi prinsipə görə
belə yazılır. Əgər biz bu sözü fonetik prinsipə görə yazsaq, onda bu söz
“qaynana” kimi yazılmalıdır. Bu halda isə dilin qrammatik prinsipi
pozulmuş olacaq, yəni sözün mənası itəcək. Bəzi hallarda isə biz
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
122
morfoloji prinsipə müraciət etməli oluruq, məsələn, “alğı-satqı” sözündə
olduğu kimi.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan dilinin orfoqrafiya
prinsipləri hazırlanarkən fonetik prinsip, əsasən, alınmalara şamil edilir.
Alınma sözlər isə zaman-zaman dilə uyğunlaşdırılır və bu proses daim
davam etdirilməlidir.
Təəssüflə qeyd olunmalıdır ki, dilimizdə çox vaxt rus dilinin təsiri
ilə hazırlanmış və qəbul etdirilmiş qaydalar hələ də orfoqrafiyamız üçün
norma kimi qəbul edilməkdədir. Müstəqillik dövrü üçün isə yeni
qaydaların tətbiqi vacib şərt kimi dilçiliyimizin qarşısında durur. İlk
növbədə onu qeyd etmək lazımdır ki, cənab Prezidentin imzaladığı
“Dövlət proqram”ına uyğun olaraq dilimizin transliterasiya qaydaları
hazırlanacaq və bu qaydalara uyğun olaraq əcnəbi dillərdən dilimizə keçən
sözlərin yazılışı tənzimlənəcək.
Sonda dilimizin orfoqrafiya qaydalarının tənzimlənməsi üçün
aşağıdakı qaydaların tətbiq olunmasını təklif edirik:
1. Hələ də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər qoşa “o” hərfi ilə
yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər
digər sözlərlə eyniləşdirilərək bir “o” ilə yazılmalıdır.
2. Əvvəlki lüğətlərdə mürəkkəb söz kimi verilmiş ikinci növ təyini
söz birləşməsi formasında olan bəzi sözlər (kələmdolması, başağrısı və
s.) cəmlənə bilmədiyinə görə lüğətdən çıxarılmalıdır. Məlum olduğu
kimi, dilimizdə cəm şəkilçisi sözün sonuna artırılır. Belə sözlərdə isə bu
alınmır. Deməli, “bir vurğu altında deyilən sözlər bir yerdə yazılır”
qaydası, heç də həmişə özünü döğrultmur. Məsələn, “kələmdolmasılar”
deyə bilmirik və kələmdolmaları deyirik və yazırıq. Bu isə dilin morfoloji
prinsipinin pozulması ilə nəticələnir ki, gələcəkdə ciddi fəsadları ola
bilər. Bu eyni zamanda “soyqırımı” və digər sözlərə də aiddir. Bu söz
əslində “soyqırım” olmalıdır, necə ki, “soyad” sözünü yazırıq.
3. Dilimizdə orfoepik norma kimi təsbit olunan “iki kar samit
yanaşı gələrkən ikinci kar samit cingiltiləşir” qaydası söz kökündə
işlənən bütün sözlərə şamil olunmalıdır. Məlum olduğu kimi, dilimizdə bu
cür yazılan cəmi iki-üç söz var (nisgil, əsginas, əsgər, əsgi, pelasgi (-lər),
fosgen və difosgen) ki, bu sözlərin “k” ilə yazılması məqsədəuyğundur. Bu
tədrisdə olduqca vacib amildir. Qalan hallarda dilimizdə işlənən “sg” və
“şg” istisna hallarda işlənir ki, bunlar da düzəltmə və mürəkkəb szölərə
aiddir. Məsələn, səsgücləndirici, yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötü-
rmə, onbeşgünlük, təşəbbüsgöstərmə.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
123
4. Dilimizdə söz əvvəlində qoşa samit işlənmədiyinə görə hazırkı
lüğətdə qoşa “s” ilə başlayan sözlər bir “s” ilə yazılsın. Məsələn, senari,
senarist, ssenariçi və s.
5. Son illər əcnəbi dillərdən dilimizə keçən sözlərin hamısının
fonetik prinsipə əsasən yazıldığı qeyd olunsun. Məsələn, feysbuk, tvitter,
sidi, sidi-ve, sivi, sidi-erve, vatsap, fləş, fləşkart, pleysteşn, vörd,
vindous, fotoşop, corl-drou, avroviziya və s.
6. Lüğətdə sonu tək heca ilə yazılan hiss, küll, fənn və s. sözlərinə
samitlə başlayan şəkilçilər artırılarkən samitlərdən birinin düşdüyü qeyd
edilsin. Məlumdur ki, indiyə qədər qrammatika kitablarında bu məsələ
mübahisəli şəkildə izah edilirdi. Belə ki, dilimizdə həm də bir hərflə
yazılan his və kül sözləri olduğundan bu sözlərdə son samitin düşməməsi
qeyd edilirdi. Bu isə əslində “dilimizin normalarını pozur. Fikrimizcə, bu
kontekstdə məlum olduğundan” hissdən yazmağa ehtiyac yoxdur.
7. Məlum olduğu kimi, abreviaturalara (qısaltmalar) şəkilçilər
artırılarkən qısaltmanın son hərfinə uyğun yazılır. Məsələn, Azərbaycan
Turizm Təşkilatı – ATT-nin və s. Bura Amerika Birləşmiş Ştatları -
ABŞ-nin (Bu qısaltma Azərbaycan dilində A-Be-Şe şəklində tələffüz
edilməlidir) əlavə edilsin.
8. 2013-cu ilin lüğətində “anten” kimi yazılan söz antena kimi
yazılsın.
9. “şeir”, “feil” sözlərinə saitlə başlayan şəkilçi qoşularkən
kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s.
Dostları ilə paylaş: |