Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix12.12.2019
ölçüsü1,8 Mb.
#29906
1   ...   11   12   13   14   15   16   17   18   ...   41
Dilcilik-institutunun-eserleri-1-2018

deyi(p)b gedirəm. 
... mən ağlamıram, Şamamanın çantasın(n)an istəyirəm. 
... məktəbdə müəllimlər mənim sözüm(n)ən boyun qaçırdı(l)lar” 
(“Pəncərə” tammetrajlı bədii filmi. Ssenari müəllifi İsi Məlikzadə, 
1988. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
“Məktəbdə təbi(yy)tlə bağlı dərnəklər fəaliyyət göstərmir. Direktor 
bu barədə deyi(p)b-danışır.” 
(Yenə orada) 
Göründüyü  kimi  “b”  səsi  tam  “p”  deyil,  ortaq  məxrəcdə  “b2  ilə 
“p”-nın  arasında  tələffüz  olunur.  Beləliklə,  “b”  səsi  cümlənin  ortasında 
“b”, “v” səsləri ilə başlanan sözlərdən əvvəl gəldikdə tələffüz məxrəcindən 
asılı olaraq “b” və “p” səsləri arasında variasiya yaradır. 
Bu hal sözün tərkibindəki samit qoşalığının məxrəccə fərqlənməsin-
dən  (toqqa  –  tokqa,  hoqqa  –  hokqa  və  s.)  danışığın  sürəti  ilə  fərqlənir. 
Cümlədəki  samit  qoşalaşmasında  səs  dəyişiklikləri  nitq  prosesində  tez-tez 
danışarkən baş verir. 
Göründüyü  kimi,  “b”  qoşalaşmasının  tələffüz  məxrəcinin  dəyişməsi 
“bv” yanaşmasına nisbətən daha güclüdür. 
“B” səsi yuxarıdakı misallarda (p –q, b – q) yanaşmasına nisbətən 
məxrəccə daha asan tələffüz olunduğundan “p” kimi eşidilir. 
Cümlənin tərkibində “b” səsi, əsasən qapalı saitlərdən sonra nəfəsli
kar “ph” eşidilir. “B” səsi kipləşən, qoşa dodaq, parıltılı bir səsdir, “p” isə 
kipləşən,  az  parıltılı  kar  səsdir.  Onu  tələffüz  etmək  də  “b”  səsindən 
asandır.  A.Axundov  “b”  fonemindən    və  onun  variasiyalarından  bəhs 
edərkən  deyir:  “B  foneminin  p  variantı  çoxhecalı  sözlərin  sonunda 
məcburi çalarlıq kimi özünü geniş surətdə göstərir.” [3, 221] 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
144 
 
Sürətli nitqdə cümlədəki iki və daha artıq hecalı sözlərin sonunda 
gələn “b” səsi bir qədər karlaşır və “bh” kimi nəfəsli tələffüz olunur. 
“Dəftər-kita(p)hı  neynirsən,  məktəbin  kita(p)hı  çoxdur.  Fikirləşi-
rsən ki, bir əlimizdə kita(p)h, başqa əlimizdə qılın(ç) tutmalıyı(x)ğ? Sən 
ancaq  dərsini  oxu,  filosoflu(ğ)  elə!  Sən(n)ən  tüfən(k)g  tutub  döyüşən 
olmaz! 
... Qələmi qıyı(x)q kimi gözümə salırsan. 
... Bu gün meşənin ətəyindəki çayda üzü(p)b sərinlənərsən.” 
(“Süd  dişinin  ağrısı”  tammetrajlı  bədii  filmi.  Ssenari  müəllifi 
Ramiz Rövşən, 1987. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
“Mən  iki  dişimi  birdən  çıxartdım.  Gərək  çalışı(h)b  üçüncünü  də 
çıxartdıraydım.” 
(Yenə orada) 
“B” sürətli nitqdə məxrəccə dəyişir. Belə ki, “bh” səsini deyərkən 
hava axınının qarşısı tam kəsilmir və danışıq orqanları özündən sonrakı 
səsin  tələffüz  məxrəcinə  tez  keçir.  Sürətli  nitqdə  bu  hadisə  yalnız  “b” 
samitində yox, əksər samit və sait səslərdə də baş verir. Cəld danışarkən 
hava  axını  ayrı-ayrı  səslərin  yaranmasına istənilən  qədər  bölünə  bilmir. 
Məhz  buna  görə  də  sürətli  nitqdə  variasiyalar  daha  çox  yaranıb  və 
səsdüşümü,  səsartımı,  assimilyasiya,  səs  fərqlənməsi  və  s.  fonetik 
hadisələr daha çox baş verir. 
Bu  cür  nitq,  yəni  cümlədə  bu  və  ya  digər  səsin  yerinə  görə 
variasiyalarda  tələffüzü  daha  musiqili,  axıcı,  yığcam  olur,  bu  isə 
tamaşaçıları yormur. 
Lakin,  əksinə,  səsi  öz  məxrəcində  tələffüz  etməyə  çalışmaq 
danışıqda sünilik yaradır, tamaşaçıları yorur. 
Bəzən də bu və ya digər kinoaktyorun dilində hər iki variant həm 
“p”,  həm  də  “b”  şəklində  tələffüz  olunur.  Şərq  qrup  dialekt 
nümayəndələrinin nitqində yerinə görə “b” kimi də tələffüz olunur: 
“Sənə  qalsa  kölgəlik  üçün  bircə  ağac  ola  qoyu(p)b  ge(t)dməzsən. 
Yaxşı  deyiblər  ki,  “ağanın  malı  gedir,  muzdurun  canı”.  Axı  lesxozun 
müdiri sənə tapşırı(p)b ki... Müdirin dədəsin(d)nən qalmayıb bu meşə. 
...  Dədə-babadan  qonşuyuq,  heç  kimə  qali(p)b  gəlmək  fikrim 
yoxdur. Amma Nurca(pp)bar qali(p)b gələcə(k)gmi, - bilmirəm. 
...  Bağır  dayı,  Nurca(pp)bar  deyi(p)b-güləndir,  Namaz  isə  çox 
qoça(x)qdır. 
... Nə danışırsan, Bağır dayı? Namaz o(y)ünə qalı(p)b k(i)ı, aşi(ğ)q 
olduğu oyunundan əl çə(y)ksin? 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
145 
 
...  Sən  bayaq  bic-bic  gülümsəyəndə  heyvanın  yemini  götürü(p)b 
gedi(p)b. 
... Kömür düzəldəcəm, dedi – amma qablaşdırdıqdan sonra çıxı(p)b 
gedəcəm.” 
(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müə-
llifi İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Nümunələrdən  görünür  ki,  cümlənin  ortasında  kinoaktyorların 
nitqində “b” samitinin həm “b”, həm də “p” variantı paralel şəkildə olmasa 
da, hər halda işlədilir. Şərq qrupu dialekt və şivələrinin nümayəndələrinin, 
xüsusilə gənc və orta nəsildən olan aktyorların nitqində sözün sonunda “b” 
səsi karlaşaraq “p”-ya yaxın məxrəcdə tələffüz olnuz olunur. Əksər dialekt 
və  şivələrdə  isə  “b”  səsinin  kar  variantı  işlənir.  Əlbəttə,  bu  cür  tələffüz 
forması  dilin  inkişafı  ilə  əlaqədardır.  Belə  ki,  Azərbaycan  dili  ədəbi 
tələffüzdə qoşa “b” səsindən birincisi zəif, ikincisi isə daha patıltılı səslənir. 
Ədəbi  tələffüzdə  cümlədəki  axırınc  sözün  sonunda  isə  “b”  bir  qədər 
karlaşaraq daha çox “pb” səsinin məxrəcində deyilir. 
“Kişi qucağındakı quzunu bir az yuxarı qaldırdı: 
 -  Bu  da  mən(n)ən  məktəbə  peşkəş.  Amma  məktəbdən  inciyi(p)b 
gedirəm. 
... Direktor deyi(p)b ki, vaxt olanda sinifləri yoxlayacağam. 
... Bizim məktəbdən savadsız uşaq çıxmayı(p)b. 
... Uşaq etdiyi hərəkətinə gülməyi(p)b, lakin peşman da olmuyu(p)b. 
Gördüyü işi etmiyi(p)b kimi məktəbi tərk etdi. 
... Üzün(n)ən öpü(p)b, bağrına bası(p)b, yolun(n)an uzaqlaşdı.” 
“Pəncərə”  tammetrajlı  bədii  filmi,  1988.  Ssenari  müəllifi  İsi 
Məlikadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Bu  misallarda bəzən arxasıra “ı” və “u” saitlərindən sonra “b” az 
patıltılı, öz məxrəcinə yaxın bir variasiyada ön sıra saitlərindən sonra isə 
kar  “p”  kimi  səslənir.  Cümlənin  sonunda  fasilə  edildiyindən  onun 
tərkibindəki  variasiyasından  fərqli  deyildir.  Çünki  axırda  işlənəndə 
özündən sonra gələn sözlərin ilk səsi ona təsir edə bilmir. 
Məlumdur ki, dil mürəkkəb formadan sadəyə doğru inkişaf edir və 
tələffüzə ağırlıq gətirən səslər nisbətən asan deyilən səslərlə əvəz olunur. 
Bu  xüsusiyyətə  (b  –  p)  xalq  danışığı  tələffüzü  üslubunda  çox  təsadüf 
edilir. 
Sintaktik əlaqəyə girmiş sözlərin deyilişi ayrı-ayrı sözlərə nisbətən 
çətindir. Belə ki, ayrılıqda sözlərin tərkibindəki ağır tələffüzlü fonemləri 
səsləndirməyə nəfəs çatır. Amma cümlədəki sözlərin tərkibindəki səslər 
bəzən  öz  tələffüz  məxrəclərini  dəyişərək  ahəng  qanununa  uyğunlaşır. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
146 
 
Fonemlər  cümlədə  yaxın  v  asan  məxrəcliləri  ilə  əvəz  olunanda  həm 
intonasiya davamlı, bütöv, həm də nitq sürətli, axıcı və musiqili olur. 
E.F.Sariçeva  yazır:  “Teatr,  kino,  radio  işçiləri  nümunəvi  nitqin 
təbliğçisi  olmalıdırlar.  Ona  görə  də  gələcək  aktyor  və  rejissorların  öz 
fikirlərini  məntiqli,  dəqiq,  aydın  ifadə  etmələri,  cümlələrini  savadlı 
qurmaları,  həm  də  belə  çıxır  ki,  müəyyən  tələffüz  normalarını  bilib 
bunlardan  düzgün  istifadə  etmələri  onların  nitq  mədəniyyətinin 
elementləridir.” [4, 59] 
Müəllif  burada  haqlı  olaraq  gənc  aktyor  və  rejissorlara  tələffüz 
normalarını bilməyi tövsiyə edir. Axı dilin ən kiçik elementi olan səsləri 
öz  məxrəcində  deməsək,  həm  nitq  öz  emosionallıq  və  ekspressivliyini 
itirər,  həm  də  onun  xarici  formasını  eybəcərləşdirər.  Eyni  məzmunlu 
mətni başqalarına nisbətən aktyor, diktor və natiqlər daha təsirli, mənalı 
və axıcı tələffüz edirlər. Aktyor və diktorların səsləri və sözləri orfoepiya 
normalarına uyğun təbii tələffüz etmələri onların sənət vəzifələridir. 
Kinoaktyorların nitqində sözlərin təsiri də artır. Bundan ötrü aktyor 
mətn  üzərində  ciddi  işləməli,  cümlələri  məna  qruplarına  bölməli, 
vurğuları yerli-yerində deməli, yerinə görə tonun yüksəkliyini, alçaqlığını 
bilməli  və  bütün  bunlarla  yanaşı  sözlərdəki  səslərin  ardıcıllığına  görə 
necə səslənməsini əvvəlcədən müəyyənləşdirməlidir. 
Məlumdur ki, əksər hallarda “o” və “ö” sait səslərindən sonra “v” 
səsi düşür, nəticədə “o” və “ö” (oy), (öy) şəklində səslənir. Zənnimizcə, o 
və  ö  səslərinin  diftonqları  tələffüzü  həmin  səslərin  məxrəclərindən 
asılıdır.  Belə  ki,  “o”,  “ö”  səsi  “u”  və  “ü”-yə  nisbətən  açıq  səslərdir 
(amma bunların hamısı dodaqlanandır). “O” və “ö” səsinin məxəcindən 
ön  sıra  samitlərin  məxrəcinə  keçdikdə  alt  çənə  yavaş-yavaş  qapanaraq 
sait səslə samitin yaranma məxrəci arasında “u” və “ü” səsinin vatiasiyası 
–  zəif  “u”  və  “ü”  səsləri  əmələ  gəlir.  Bu  hadisə  sözün  sonunda  daha 
küylü olur. Məsələn: “plou”, “qanou”, “bülöü” və s. 
Göstərilən sözlərdən “v” səsinin düşməsi nitqi daha da axıcı edir. 
Həmin  sözlərə  şəkilçi  qoşulduqda  isə  “v”  səsi  düşmür:  plovu,  qanovu, 
bülövü  şəklində  tələffüz  olunur.  (Misallardan  göründüyü  kimi  bəzən 
kinoaktyorların  tələffüzündə  “v”  səsi  düşmədən,  orfoqrafiyada  olduğu 
şəkildə deyilir ki, bu da nitqi ağırlaşdırır). 
Kino dilində sözün ortasında “v” səsinin “f” ilə əvəzlənməsinin də 
şahidi oluruq: 
“Kitablarımı Çimnaz müəlliməyə təh(f)il verdim. 
... Xeyr, Kərimin kitablarının vərəqlərinin cırıldığına görə təh(f)vil 
almadım. Sonra alı(p)b sizə məlumat verərəm. 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
147 
 
...  Kərimin  dişinə  bağlanan  sap  qırıldı,  diş  hələ  də  ağzında  idi. 
Amma  bir  onu  gördüm  ki,  uşaq  a(f)vtomatdan  açılan  güllə  kimi  yoxa 
çıxdı. Vallah, bi(y)abırçılıqdır. 
...  Der  məktəbin  no(f)vçasından  tökülən  yağış  suyu  böyük  göl 
yaratmışdı.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Ayrı-ayrı kinofilmlərdən görmək olur ki, hava axını başqa səslərin 
məxrəcindən  önsırada  əmələ  gələn  (v,  f)  səslərinin  məxrəcinə  keçərkən 
ön  sıra,  kipləşən  (v)  səsi  nisbətən  açıq  f  ilə  əvəz  olunur.  Çünki  arada 
yaranan  hava  axını  çox  olduğu  üçün  alt  dodaqla  diş  kipləşə  bilmir  və 
nəticədə “v” yox, nisbətən sərbəst “f” səsi əmələ gəlir. Beləliklə, müxtəlif 
məxrəcli  səslərin  əhatəsində  çətin  tələffüz  olunan,  nitqdə  gərginlik 
yaradan səslər kino dilində asan variantları ilə əvəz olunur. 
Məlumdur ki, Azərbaycan dilində də samit səslər iki sait arasında 
cingiltiləşir. Sonu “q” ilə bitən sözlərdən sonra saitlə başlanan şəkilçilər 
gəldikdə “q” samiti “ğ”-ya keçir və görünür, cümlədə sözlər sıralanarkən 
də  dilin  daxili  qanunu  özünü  qoruyub  saxlayır.  Məhz  bu  baxımdan 
tələffüzdə  sözləri  ayrı-ayrı  yox,  cümlədə  götürmək  daha  doğru  olardı. 
Çünki  leksik  tələffüzlə,  sintaktik,  mətni  tələffüz  bir-birindən  fərqlənir. 
Belə  ki,  cümlə  nitqin  nisbətən  böyük  vahididir,  bu  və  ya  digər  fonetik 
hadisələr  sintaktik  əlaqə,  fasilə,  intonasiya,  vurğularla  əlaqədar  da  baş 
verə  bilər.  Ona  görə  də  sözlərin  cümlədə  tələffüz  formasını  müəyyən 
etmək lazım gəlir. 
Azərbaycan  dilçiliyində  indiyə  qədər  aparılan  tədqiqatlar  isə, 
əsasən,  leksik  tələffüzə  əsaslanmış  və  sözlərin  sonunda  gələn  samit 
səslərin  əvəzlənməsi  hadisəsi  ilə  əlaqədar  mübahisəli  fikirlər  kifayət 
qədər öz həllini tapa bilməmişdir. Çünki ayrıca götürülmüş söz cümlədə 
digər  sözlərlə  əlaqəyə  girib  müəyyən  bir  fikir  ifadə  edilərkən  şəkilçilər 
həmin sözə təsir edib dəyişdirilə bilir. 
“Birinci  yarpa(q)ğ  quruyanda  görmüşəm.  O  boyda  buda(q)ğı  kor 
da  görər.  Baxın,  Namaz  baş  barma(q)ğını  çiyni  üzərindən  Dədə  palıda 
tuşladı. Sonra yumru(q)ğunu palıdın gövdəsinə vurdu. 
...  Öküzün  biri  öküz!  Kötük!  Ağac!  Meşədə  canın  çıxaca(q)ğ. 
Qurd-quşa  qismət  olaca(q)ğsan  burda!  Bu  hayıfı  heç  kim  səndə 
qoymayaca(q)ğ. Baxarsan!”  
(“Qoca  palıdın  nağılı”  tammetrajlı  bədii  filmi,  1984.  Ssenari 
müəllifi  İsi  Məlikzadə.  C.Cabbarlı  adına  “Azərbaycanfilm” 
kinostudiyası) 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
148 
 
Yuxarıda  qeyd  edildiyi  kimi,  “q”  səsi  “ğ”  səsi  ilə    əvəz  olunaraq 
nitq axınında tələffüzü asanlaşdırır. 
Faktlara əsaslanıb bu qənaətə gəlmək olar ki, cümlənin və çoxhecalı 
sözlərin  sonunda “q” səsi kar “x” səsindən fərqli, bir qədər cingiltiləşərək 
“x
ğ
” şəklində tələffüz edilir. 
Azərbaycan  dilində  bu  səsin  tələffüzü  haqqında  fikir  ayrılığı 
mövcuddur. Belə ki, akad. M.Ş.Şirəliyev xəbərlik şəkilçilərinin tələffüzün-
dən danışarkən: “Q səsi “ğ” kimi tələffüz olunur”[1, 19]. Əlbəttə, M.Ş.Şirə-
liyevin  fikri  ilə  razılaşırıq.  Amma  sözün  sonunda  gələn  q  səsi  yuxarıdakı 
misallarda  olduğu  kimi  yalnız  saitlə  başlanan  sözlərdən  əvvəl  “ğ”  kimi 
tələffüz olunur. 
Ə.M.Dəmirçizadə yazır: “... ədəbi tələffüz normasına əsasən bir sıra 
sözlərin  və şəkilçilərin sonundakı “q” öz məxrəcində deyil, karlaşmış halda, 
daha doğrusu “x” məxrəcində tələffüz olunur: papaq – papax, otaq – otax, 
aldıq – aldıx, olacaq – olacax və s.” [5, 83] 
Ə.Əfəndizadə göstərir: “Çoxhecalı sözlərin axırında gələn “q”  samiti, 
həmin sözlər ayrılıqda tələffüz edildikdə və bunlardan sonra samitlə başla-
nan şəkilçi və ya söz gəldikdə “x” kimi azacıq cingiltiləşmiş halda tələffüz 
edilir.” [6, 52] 
“Demək olar ki, bu cingiltiləşmə sonor və cingiltili səslərlə başlanan 
sözlərin qarşısında artaraq “ğ” səsinə yaxın bir məxrəcdə tələffüz olunur”. 
A.Ələkbərov da: “Q” səsi çoxhecalı sözlərin  sonunda həm “ğ”, həm 
də “x” kimi tələffüz edilir.” [7, 89] 
Ayrı-ayrı  filmlərdən  seçilmiş  mətn  parçaları  göstərir  ki,  sözlərə 
samitlə başlanan şəkilçilər artırdıqda da onlardan əvvəl gələn “q” səsi “x” 
kimi tələffüz olunur. 
“Kərim kirmişcə dayanmışdı, heç cın(q)xırını da çıxarmırdı... Elə o 
dəqiqə də qapı açıldı, atası içəri girdi. Çiynində tüfəng vardı, əlində də 
ovladığı bir cüt qır(q)xovul. 
...  Kaş  məni  baş(q)xası  doğaydı,  -  dedi.  Onda  anamız  da  sağ 
qalardı...  Kərimin  qış(q)xırığı  atasına  pis  təsir  etdi.  Traktoru  sürən 
Kərimin atası idi. Oğlundan xəbərsiz ata dam(q)xıratdı boşalmış təkərin 
altına qoydu.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Nümunələrdən də görünür ki, sözün sonundakı “q” səsindən sonra 
samit  səslərlə  başlayan  şəkilçi  gəldikdə  “q”  samiti  “x”  kimi  tələffüz 
olunur.  Müşahidələr  göstərir  ki,  ölkəmizin  Şərq  rayonlarından  olan 
kinoaktyorlar  “q”  səsini  sonor  və  cingiltili  səslərdən  sonra  bir  qədər 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
149 
 
cingiltili  söyləyirlər.  Qərb,  şimal  və  cənub  qrup  dialekti  nümayəndələri 
bütün samitlərin qarşısında onu kar “x” variantında deyirlər ki, nəticə də 
“q” səsinin işlənmə yerinə görə də belə variant və variasiyalar yaranır. 
A.Axundov “q” səsinin “k” variantı haqqında yazır: “Q foneminin 
k  variantına   çoxhecalı sözlərin sonunda  və  kar  samitdən  əvvəl  təsadüf 
edilir:  üfük,  ittifak,  məntik  və  s.  Bu  variasiya  qoşa  yazılan  birinci  q 
foneminin  də  əsas  təzahür  formasıdır:  münə(k)qid,  di(k)qət,  to(k)qa  və 
s.” [8, 302] 
Ə.Dəmirçizadə  “q”  səsinin  yalnız  karlaşmasından  bəhs  edərək 
yazır: “Söz ortasında qoşa “q”-dan birincisi tok)qa, çak)qal, ba(k)qal və 
s. sözlərdə kar tələffüz olunur.” [5, 24] 
Müşahidələr  göstərir  ki,  “q”  səsinin  “k”  variasiyası  dilimizdə 
mövcuddur.  Belə  ki,  sözləri  ayrı-ayrı  dedikdə  qoşa  “q”  tələffüzdə  bir-
birindən  az  fərqlənirsə,  cümlənin  tərkibində  nitq  axını  zamanı  “k” 
variasiyası “q” fonemindən nisbətən çox fərqlənir. Çünki qoşa samit səslərin 
şifahi nitqdə fərqli çalarlarda “k” kimi səslənməsi geniş yayılmışdır. 
Bəzən kinoaktyorların nitqində “q” səsinin yazıldığı kimi deyilməsinə 
də  rast  gəlirik.  Tələffüz  normalarının  pozulmasına  aid  bu  cür  hallar  da 
şübhəsiz ki, tamaşaçıların zövqünü oxşaya bilməz. 
“Anca(q) o uşa(q) qəflətən dönüb yanındakılara göz vurdu və birdən-
birə çığırmağa başladı. 
...  Sərçələr  torpa(q)  üzərində eşəlnə-eşələnə  yem  axtarırdı...  Kərim 
aya(q)üstdə qurumuşdu. 
... Sərçələr buda(q) üzərində, sanki quruyub qalmışdılar. 
... Baya(q) uşaqlara göz vuran oğlan cumub Kərimi qamarladı. Bəs 
öz  dədən  o  qədər  heyvan  ovluyur,  quş  vurur,  yazı(q)  döyül?...  Çimnaz 
müəllimə  ay  uşa(q)  deyib  Kərimə  müraciət  etdi...  Çimnaz  müəllimə 
Kərimgilə qona(q) kimi getməmişdi.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Yuxarıdakı  cümlələrdə  “q”  səsinin  assimlilyasiyaya  uğraması  da 
nitq  axınında  ahəngdarlığı  pozur,  danışığın  sürətini  azaldır.  Səsləri 
yazıldığı  kimi  tələffüz  etmək  danışığı  süniləşdirir  və  obrazın  nitqinin 
təbiiliyinə mənfi təsir edir. 
Akad  M.Ş.Şirəliyev  “d”  səsinin  “t”  səsi  ilə  əvəzlənməsindən 
danışarkən yazır: “D səsinin t səsi ilə əvəzlənməsi hadisəsi, demək olar 
ki, bütün dialekt və şivələrimizdə az və ya çox dərəcədə yayılmışdır. Bu 
hadisəyə daha çox qərb, şimal və cənub  qrupu dialekt və şivələrində, az 

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
150 
 
halda isə şərq qrupu dialekt və şivələrində rast gəlmək mümkündür.” [1, 
94] 
Müşahidələr  də  göstərir  ki,  kar  tələffüz  olunan  cingiltili  səslər 
nəinki  yanaşı  işlənən  eyni  məxrəcli  səslərin,  həm  də  cümlədə  digər 
sözlərdəki səslərin təsiri ilə də assimilyasiyaya uğraya bilər. 
“Pəncərə”  bədii  filmində  məktəb  direktoru  ilə  Qurban  kişinin 
nitqini  müşahidə  və  təhlil  edərkən  məlum  olur  ki,  kinorejissor  və 
kinoaktyorlar  direktoru  bir  ziyalı,  yüksək  mədəniyyətli  adam  kimi  çox 
aydın,  səlis  və  ədəbi  tələffüz  normalarına  uyğun  danışdırmağa 
çalışmışlar. 
Lakin  Kərəm  kişi  obrazı  isə  doğru  olaraq,  əsasən  xalq  danışıq 
dilində  danışır.  Kinoaktyorlar  bu  yolla  obrazların  özlərinə  xas  mimika, 
hərəkət  və  geyimləri  ilə  yanaşı,  nitqlərini  də  fərqləndirməyə, 
fərdiləşdirməyə çalışırlar. 
Bəzi  sözlərdə  “n”,  “t”,  “z”,  “r”  səslərindən  sonra  “l”  samitinin 
assimilyasiyaya uğraması qanunu nəzərə alınmır. 
Məlumdur  ki,  fonetik  hadisələr  (assimilyasiya,  dissimilyasiya, 
metateza, proteza, eliziya) danışığın daha canlı səslənməsinə imkan verir. 
Lakin  kinoaktyorlarımız  bəzən  buna  əhəmiyyət  vermirlər.  Filmlərdə 
kinoaktyorlar  aşağıdakı  sözləri:  insanları  (insannarı),  yerlər  (yerrər), 
qətdarlığa  (qəddarlığa),  anlamıya-anlamıya  (annamıya-annamıya),  mərdlik 
(mərtdiy),  sözlərimdə  (sözdərimdə),  mənliyinizə  (mənniyinizə),  varlığına 
(varrığına),  adları  (addarı),  qızlar  (qızdar),  məzarlığa  (məzarrığa),  şayirlər 
(şayirrər), dişləri (dişdəri), sevilmiyənlər (sevilmiyənnər), qanadlı (qanatdı), 
həqiqətləri  (həqiqətdəri),  bunlar  (bunnar),  olsunlar  (olsunnar),  hündürlüyü 
(hündürrüyü),  bağışlayıblar  (bağışdıyıblar)  şəklində  orfoqrafik  tələffüzdə 
deyişlər. (Adları çəkilən sözlər “Pəncərə, “Qoca palıdın nağılı”, “Süd dişinin 
ağrısı” bədii filmlərindən seçilmişdir.) 
Bəzi  kinoaktyorların  nitqində  müşahidə  olunan  dialekt  və  şivə 
xüsusiyyətləri onların nitq mədəniyyətinə mənfi təsir edir, belə kinoaktyor 
hər yeni filmdə çəkilərkən hansı rola girirsə-girsin, onu asanlıqla tanıyırıq. 
Eyni  hərəkət,  eyni  ifadələr,  eyni  sözlər  aktyorun  simasının  dəyişmədiyini 
açıq  göstərir.  Bu  halı  aşağıdakı  fonetik  hadisələrdə  daha  aydın  görmək 
olur: 
a) Səs əvəzlənməsində: 
“Şosse  yolla  irəliləyən  “QAZ  –  69”  yana  (bırıldı)  buruldu,  gəlib 
çayın  ortasında Namazın yanında dayandı. Görün avtomobili necə idarə 
edir,  bir  dəfə(ölecey)  öləcək...  (Hani)  hanı  Bağır  kişi,  gözümüzün  sapı 
saraldı axı!  

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
151 
 
...  (Beynən)  bəylə  belə  danışmazlar...  Bağır  mehrini  salıb  ona. 
Əcdadı, övladı kimi sevir onu. Ancaq (qəddarığı) qəddarlığı da əlindən 
qoymur... İdrisov gözlərini axar suya zillədi və öz-özün deyindi: “Ay Bağır, 
o  (axi)  axı  səndən  böyükdü”...  Namaz  “QAZ  –  69”-dan  (çıxdi)  çıxdı  və 
Bağırın  arxasından  qışqırdı...  Kəsdir  o  palıdı,  (tüpürrüm)  tüpürüm  ona... 
Rayonun  girəcəyinə  yetişəndə  Bağır  (yiyəni)  yüyəni  dağıtdı...  At  taladan 
keçdi.  Ucsuz-bucasız  düzənlikdən  çapdı.  Gah  (dəriyə)  dərəyə  endi,  gah 
(təpiyə) təpəyə qalxdı.” 
(“Qoca palıdın nağılı” tammetrajlı bədii filmi, 1984. Ssenari müəllifi 
İsi Məlikzadə. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Məlumdur ki,  kino dilində dialekt tələffüzündən istifadə edilə bilər, 
amma ehtiyac olmadan surətləri həmişə eyni dialektdə danışdırmaq əsəri söz 
yığınına  çevirər.  Belə  ki,  kinoaktyorların  danışıq  mədəniyyəti  və  müasir 
sovet adamlarının inkişaf səviyyəsinə uyğun olmalıdır. 
c)  Səs  artımında:  Kinoaktyorların  tələffüzündə  heç  bir  ehtiyac 
olmadan bir sıra sözlərə səs artırılır. 
“Asand (asan) işləri qoyub yapışmışdın çətin işlərin qulpundan. Özü 
də  kimiynən  (kimnən)  işləyirdin,  məlum  deyildi.  Atanın  əleyhinə 
(əlehinə) çıxıb çamadan daşıyırdın. Qəpik-quruş sənin nəyinə lazımdır? Ac 
qalırsan, yoxsa pal-paltarın yoxdu? Fikirləşirsən ki, oyunuyucuyam (oynuya-
cam)  atamın  əsəblərilə...  Eytiraf  (etiraf)  et  ki,  Qumral  çanta  istəyir. 
Şamamanın  çantasından.  Amma  neçiyədür  (neçəyədir)  deyə  bilmərəm... 
Həlvətdə  (əlbəttə),  bir  az  pul  yığmışam...  On  manat  çatmır.  Sabah  gedib 
bacıya  (bacına)  çanta  alarsan...  İşləyib  maaş  alanda  qeytərərsən 
(qaytararsan)...  Qurban  direktorun  gözlərinə  baxa-baxa:  “Xeyir  (xeyr), 
çamadan zad alan deyiləm. Bir yildir (ildir) gəlmir.” 
(“Pəncərə”  tammetrajlı  bədii  filmi,  1988.  Ssenari  müəllifi  İsi 

Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin